Об обязательности приложения к декларации налога на прибыль аудиторского заключения
Дата релиза: 21.01.2002
08/01-25/70-197
21.01.2002-ci il
Vergilər Nazirliyinin yerli orqanlarının rəislərinə
Maliyyə hesabatları auditor tərəfindən yoxlanılmalı olan müəssisə və təşkilatlardan mənfəət vergisinin bəyannaməsinə auditor rəyinin əlavə edilməsinin tələb olunması barədə
Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü və 126.1-ci maddələri, habelə Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulan hallarda və qaydada səhmdar cəmiyyətlərinin, məhdud məsuliyyətli cəmiyyətlərin, kredit təşkilatlarının, kredit ittifaqlarının, sığorta təşkilatlarının, investisiya fondlarının, maliyyə-sənaye qruplarının və digər təsərrüfat subyektlərinin illik maliyyə hesabatları auditor tərəfindən yoxlanılmalıdır.
Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən auditor tərəfindən təsdiq olunmaqla təqdim edilməsi nəzərdə tutulduğu hallarda, auditor rəyi əlavə edilməklə vergi hesabatı vergi orqanına təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.
Qeyd olunanlarla əlaqədar olaraq qanunvericiliklə müəyyən edilən hallarda maliyyə hesabatları auditor tərəfindən yoxlanılmalı olan müəssisə və təşkilatlardan mənfəət vergisinin bəyannaməsinə auditor rəyinin əlavə edilməsinin tələb olunması Sizə tapşırılır.
Vergilər naziri
F.MƏMMƏDOV
© LegalActs LLC