О присоединении к Всемирной Почтовой Конвенции
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 168)
Дата релиза: 19.02.2002
Ümumdünya Poçt Konvensiyasına qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1994-cü il sentyabrın 14-də Seul şəhərində imzalanmış Ümumdünya Poçt Konvensiyasına müvafiq qeyd-şərtlər ilə (qeyd-şərtlərin mətnləri əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 19 fevral 2002-ci il
№ 265-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 168) («LegalActs» LLC).
3 dekabr 2019-cu il tarixli, __ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
Ümumdünya Poçt Konvensiyası
İttifaqa üzv ölkələrin Hökumətlərinin aşağıda imza etmiş səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 10 iyul 1964-cü ildə qəbul edilmiş Nizamnaməsinin 22-ci maddəsinin 3-cü paraqrafına əsasən qarşılıqlı razılıqla və xatırladılan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafında verilən şərtlərə müvafiq surətdə hazırkı Konvensiyada Beynəlxalq Poçt Xidmətlərinə tətbiq olunan ümumi qaydaları və məktub korrespondensiyası mübadiləsinə dair müddəaları işləyib hazırladılar.
Birinci hissə. Beynəlxalq Poçt Xidmətlərində tətbiq olunan ümumi qaydalar
Birinci fəsil. Ümumi müddəalar
Maddə 1. Tranzit azadlığı
1. Tranzit azadlığı prinsipi Nizamnamənin birinci maddəsində şərh olunmuşdur. Bu prinsipə görə hər bir poçt müdiriyyəti ən sürətli yollarla və öz göndərişləri üçün tətbiq etdiyi ən etibarlı vasitələrdən istifadə etməklə digər müdiriyyət tərəfindən ona ötürülən bağlı depeşləri və açıq tranzitlə göndərilən məktub korrespondensiyası göndərişlərini təyinat üzrə göndərməyə borcludur.
2. İçərisində bioloji tez korlanan və radioaktiv maddələr olan məktubların mübadiləsində iştirak etməyən üzv ölkələr belə göndərişləri öz ərazilərindən açıq tranzitlə buraxmamaq hüququna malikdirlər. Bu maddə-məktublar, poçt kartoçkaları və sekoqramlar istisna edilməklə, həmçinin nəşr olunma şərtlərini müəyyənləşdirən və ya keçdiyi ölkədə dövriyyəsi üçün kifayət qədər qanuni əsasları olmayan göndərişlərə də şamil edilir.
3. Dəniz və quru yolları ilə göndərilən poçt bağlamalarının tranzit sərbəstliyi bu xidmətdə iştirak edən ölkələrin əraziləri ilə məhdudlaşdırılır.
4. Aviabağlamaların tranzit sərbəstliyinə İttifaqın bütün ərazilərində zəmanət verilir. Lakin poçt bağlamaları haqqında Sazişi imzalamamış üzv-ölkələr aviabağlamaların yerüstü yolla göndərilməsində iştirak etməyə borclu ola bilməzlər.
5. Əgər hər hansı bir üzv ölkə tranzit azadlığı barədə müddəalara əməl etmirsə, qalan üzv ölkələr bu ölkə ilə poçt əlaqələrini dayandırmaq hüququna malikdirlər.
Maddə 2. Poçt göndərişlərinin mənsubiyyəti
1. Hər bir poçt göndərişi, təyinat ölkəsinin qanunvericiliyi əsasında bu göndərişin tutulub saxlanılması halları istisna edilməklə, ünvançıya çatdırıldığı ana qədər göndəriciyə məxsusdur.
Maddə 3. Yeni xidmətin təşkili
1. Poçt müdiriyyətləri ümumi razılıqla İttifaqın Aktlarında dəqiq nəzərdə tutulmamış yeni xidmətlər təşkil edə bilər. Yeni xidmətə aid olan tariflər hər bir marağı olan müdiriyyət tərəfindən xidmət üzrə istismar xərcləri nəzərə alınmaqla təyin olunur.
Maddə 4. Pul vahidi
1. Nizamnamənin 7-ci maddəsində nəzərdə tutulmuş və Konvensiyada, Sazişlərdə, eləcə də İcra Reqlamentlərində istifadə edilən pul vahidi Xüsusi Alqı Hüququ (XAH) adlanır.
Maddə 5. Poçt markaları
1. Yalnız Poçt müdiriyyətləri İttifaqın Aktlarına müvafiq olaraq ödənişi təsdiq edən poçt markaları buraxmaq hüququna malikdir. Konvensiyanın İcra Reqlamentinin müddəalarına uyğun olan poçt ödənişi qeydləri, frankirə maşınlarının ottiskləri, mətbəə ottiskləri və digər ştempelləmə üsulları ilə alınan ottisklər yalnız Poçt müdiriyyətinin icazəsi əsasında istifadə oluna bilər.
2. Poçt markalarının mövzu və süjetləri ÜPİ-nin Nizamnaməsinin preambulasının ruhuna və İttifaq orqanlarının qəbul etdikləri qərarlara uyğun olmalıdır.
Maddə 6. Tariflər
1. Müxtəlif beynəlxalq poçt xidmətlərinə aid olan tariflər Konvensiya və Sazişlərdə müəyyənləşdirilir. Tariflərin belə müəyyənləşdirilməsi, prinsipcə, həmin xidmətlərin göstərilməsinin dəyəri əsasında həyata keçirilməlidir.
2. Aktlarda oriyentir kimi göstərilən tariflər daxil olmaqla, tətbiq edilən tariflər, eyni xüsusiyyətlərə (kateqoriya, miqdar, işlənmə müddəti və s.) malik daxili rejim göndərişlərinə tətbiq edilən tariflərə ən azı bərabər olmalıdır.
3. Poçt müdiriyyətləri Konvensiya və Sazişlərdə verilən, eləcə də orientasiya kimi göstərilməyən tariflər də daxil olmaqla, bütün tarifləri qaldırmaq hüququna malikdirlər.
3.1. əgər eyni xidmətlər üçün onların daxili rejimdə tətbiq etdikləri təriflər təyin edilmiş tariflərdən yüksəkdirsə;
3.2. əgər bu, istismar xərclərinin bağlanmasına və ya hər hansı başqa bir məntiqi səbəbə görə zəruridirsə;
4. Konvensiya və Sazişlərdə nəzərdə tutulduğundan başqa hər cür poçt tariflərini müştərilərdən almaq qadağandır.
5. Alınmış tarifləri Konvensiya və Sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər bir poçt müdiriyyəti öz xeyrinə saxlayır.
Maddə 7. Pulsuz göndərilmələr
1. Prinsip
1.1. Konvensiya və Sazişlərdə pulsuz göndərilmələrin konkret halları nəzərdə tutulmuşdur.
2. Xidməti yazışma
2.1. Poçt müdiriyyətləri və ya onların müəssisələri tərəfindən göndərilən, xidməti yazılmaya aid məktub korrespondensiyası göndərişləri hər cür poçt rüsumlarından azaddır.
2.2. Xidməti yazışmaya aid aşağıdakı məktub korrespondensiyası göndərişləri əlavə aviatariflər istisna olmaqla, hər cür poçt rüsumlarından azaddır.
2.2.1. Ümumdünya Poçt İttifaqı orqanları və Regional ittifaqların orqanları arasında mübadilə olunan göndərişlər;
2.2.2. Bu ittifaqların orqanları arasında mübadilə olunan göndərişlər;
2.2.3. Bu orqanlardan Poçt müdiriyyətlərinə və ya onların müəssisələrinə göndərilən göndərişlər;
3. Hərbi əsirlər və internə edilmiş mülki şəxslər
3.1. Hərbi əsirlərə ünvanlanmış və ya onlar tərəfindən birbaşa və ya Reqlamentdə nəzərdə tutulmuş müəssisələrin vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişləri, poçt bağlamaları və poçt maliyyə xidmətlərinin göndərişləri əlavə aviatariflər istisna olmaqla, hər cür poçt tariflərindən azad edilir. Müharibə aparan tərəfə mənsub, neytral ölkədə qəbul və intern edilmiş şəxslər, əvvəlki müddəaların onlara tətbiq edilməsi zamanı sözün birbaşa mənasında hərbi əsirlərə bərabər tutulur.
3.2. 3.1 paraqrafda nəzərdə tutulmuş müddəalar müharibə vaxtı dinc əhalini qorumaq üçün 12 avqust 1949-cu il Cenevrə Konvensiyasında nəzərdə tutulmuş mülki intern edilmiş şəxslərə ünvanlanmış və ya bu şəxslər tərəfindən birbaşa və ya reqlamentdə nəzərdə tutulmuş müəssisələrin vasitəçiliyi ilə göndərilən məktub korrespondensiyası göndərişlərinə, poçt bağlamalarına və poçt maliyyə xidmətləri göndərişlərinə də tətbiq edilir.
3.3. Reqlamentdə nəzərdə tutulmuş müəssisələr, göndərişləri bilavasitə və ya vasitəçi kimi göndərmək və ya almaqdan asılı olmayaraq, 3.1 və 3.2 paraqraflarında göstərilən şəxslərə aid məktub korrespondensiyası göndərişlərini, poçt bağlamalarını və poçt maliyyə xidmətləri göndərişlərini həmçinin pulsuz göndərmək hüququna malikdir.
3.4. Çəkisi 5 kq-a qədər olan bağlamaların pulsuz göndərilməsinə icazə verilir. Göndərişlərin tərkibi bölünməz olduqda və əsirlər arasında bölüşdürülmək üçün bir düşərgəyə və ya onun inanılmış şəxslərinə ünvanlandıqda, mümkün çəki 10 kq-a qədər artırılır.
4. Sekoqramlar
4.1. Sekoqramlar əlavə aviatariflər istisna edilməklə hər cür poçt rüsumlarından azad edilir.
İkinci hissə. Məktub korrespondensiyası barədə müddəalar: Xidmətlərin təklifi
Fəsil 1. Əsas xidmətlər
Maddə 8. Məktub korrespondensiya göndərişləri
1. Məktub korrespondensiyası göndərişləri aşağıdakı iki sistemdən birinə uyğun olaraq təsnif edilir. Hər bir Poçt müdiriyyəti öz-çıxış mübadiləsi üçün tətbiq etmək baxımından sistem seçməkdə sərbəstdir.
2. Birinci sistem göndərişlərin işlənmə sürətinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:
2.1. Prioritet göndərişlər: ən tez yolla (hava və ya yerüstü) prioritet qaydada daşınan göndərişlər; çəki limitləri adətən 2 kq, kitab və broşür tipli göndərişlər üçün 5 kq (fakultativ xidmət), sekoqramlar üçün 7 kq-dır.
2.2. Qeyri-prioritet göndərişlər: 2.1. paraqrafında göstərilən çəki hüdudları üzrə daha aşağı tariflərlə daha gec çatdırılan göndərişlər nəzərdə tutulur.
3. İkinci sistem göndərişlərin tərkibinə əsaslanır. Bu halda göndərişlər aşağıdakılara bölünür:
3.1. Birgə olaraq «LC» adlanan məktub və poçt açıqcalari; çəki limiti: 2 kq;
3.2. Birgə olaraq «AO» adlanan çap nəşrləri (banderollar), sekoqramlar və kiçik paketlər; çəki limitləri: 2 kq- kiçik paketlər üçün, 5 kq-çap nəşrləri üçün, 7kq-sekoqramlar üçün.
4. Tərkiblə bağlı təsnifat sistemində;
4.1. hava yolu ilə daşınmada prioritetə malik olan məktub korrespondensiyası göndərişləri aviagöndərişlər adlanır.
4.2. hava yolları ilə aşağı prioritet dərəcə ilə daşınan yerüstü göndərişlər «S.A.L göndərişləri» adlanırlar.
5. Hər bir Müdiriyyət bir vərəq kağızdan ibarət olan müvafiq şəkildə bükülmüş və hər tərəfdən yapışqanlanmış prioritet və aviagöndərişlər göndərmək hüququna malikdir. Belə göndərişlər aeroqramlar adlanır.
6. Reqlamentdə göstərilən şərtlərə uyğun olaraq bir depeşlə və ya ayrı-ayrı depeşlərlə alınan, tərkibinə eyni bir göndəricidən qəbul edilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişləri daxil olan poçt böyük miqdarda poçt adlanır.
7. İçərisində qəzetlər, dövri nəşrlər, kitablar və digər çap nəşrləri olan və eyni ünvan sahibinə, eləcə də eyni bir bir təyinat yerinə göndərilən xüsusi kisələr hər iki sistemdə M kisələri adlanır; çəki limiti: 30 kq
8. Ölçü limitləri və göndərişlərin qəbul şərtləri, eləcə də çəki limitlərinə aid xüsusiyyətlər Reqlamentə aiddir.
Maddə 9. Ödəniş tarifləri
1. Qəbul müdiriyyəti İttifaqın bütün ərazisi üzrə məktub korrespondensiyasının göndərilməsi üçün ödəniş tariflərini təyin edir. Əgər təyinat ölkələrində müvafiq göndərişlərin evə çatdırılma xidməti təşkil edilmişdirsə, bu halda ödəniş tariflərinə göndərişlərin ünvançıya evdə çatdırılma haqqı daxil edilir.
2. Təxmini ödəniş tarifləri aşağıdakı cədvəldə göstərilir:
Göndərişlər |
Çəki vahidi |
Təxmini tariflər |
2.1. Sürətə əsaslanan sistem üzrə tariflər XAH (xüs. alqı hüq.) | ||
Prioritet göndərişlər |
20 qrama qədər |
0,37 |
20 q-dan 100 q qədər |
0,88 | |
100 q-dan 250 q qədər |
1,76 | |
250 q-dan 500 q qədər |
3,38 | |
500 q-dan 1000 q qədər |
5,88 | |
1000 q-dan 2000 q qədər |
9,56 | |
hər bir 1000 q əlavə vahid üçün |
4,78 (fakultativ) | |
Qeyri-prioritet göndərişlər |
20 q qədər |
0,18 |
20 q-dan 100 q qədər |
0,40 | |
100 q-dan 250 q qədər |
1,74 | |
250 q-dan 500 q qədər |
1,32 | |
500 q-dan 1000 q qədər |
2,21 | |
1000 q-dan 2000 q qədər |
3,09 | |
hər bir 1000 q əlavə vahid üçün |
1,54 (fakultativ) | |
2.2. Tərkibə əsaslanan sistem üzrə tariflər XAH (xüs. alqı hüq.) | ||
Məktublar |
20 q qədər |
0,37 |
20 q-dan 100 q qədər |
0,88 | |
100 q-dan 250 q qədər |
1,76 | |
250 q-dan 500 q qədər |
3,38 | |
500 q-dan 1000 q qədər |
5,88 | |
1000 q-dan 2000 q qədər |
9,56 | |
Poçt açıqcaları |
0,26 | |
Çap nəşrləri |
20 q qədər |
0,18 |
20 q-dan 100 q qədər |
0,40 | |
100 q-dan 250 q qədər |
0,74 | |
250 q-dan 500 q qədər |
1,32 | |
500 q-dan 1000 q qədər |
2,21 | |
1000 q-dan 2000 q qədər |
3,09 | |
hər bir 1000 q əlavə vahid üçün |
1,54 | |
Kiçik paketlər |
100 q qədər |
0,40 |
100 q-dan 250 q qədər |
0,74 | |
250 q-dan 500 q qədər |
1,32 | |
500 q-dan 1000 q qədər |
2,21 | |
1000 q-dan 2000 q qədər |
3,09 |
3. 2-ci paraqrafda göstərilən təqribi tarifləri iki Konqres arası müddətdə İnzibati Şuranın razılığı ilə Poçt İstismarı Şurasının yenidən baxmasına və onu dəyişdirməsinə icazə verilir. Yenidən baxılmış tariflər İttifaqın üzv ölkələri tərəfindən öz ölkələrində təyin edilmiş beynəlxalq göndəriş tariflərinin median (orta) qiyməti əsasında müəyyənləşdirilir.
4. Qəbul müdiriyyəti aşağıdakı tərkibli məktub korrespondensiyası göndərişlərinə güzəştli tarif tətbiq etmək hüququna malikdir:
4.1. öz ölkəsində çap olunan qəzetlərə və dövri nəşrlərə müvafiq kateqoriyalı göndərişlərə tətbiq edilən tariflərin 50%-indən çox olmayaraq güzəştlər;
4.2. elan və reklamlar daxil edilməyən (üz qabığında və titul vərəqlərindəkilər istisna edilməklə) kitab və broşürlərə, not və coğrafi xəritələrə, həmçinin 4.1-ci paraqrafda nəzərdə tutulmuş bənddəki güzəştlər;
5. M kisələrə tətbiq edilən tarif 1 kq-lıq çəki vahidi üzrə hər bir kisənin tam çəkisi üçün hesablanır. Qəbul edən müdiriyyət belə kisələr üçün müvafiq kateqoriyalı göndərişlər üzrə tariflərin 20%-inədək güzəşt təyin etmək hüququna malikdir. Bu güzəşt 4-cü paraqrafda göstərilən güzəştlərdən asılı olmaya bilər.
6. Qəbul edən müdiriyyət qeyri-standart göndərişlərə, tətbiq edilən tariflərdən fərqli tariflər tətbiq etmək hüququna malikdir. Standart göndərişlər Reqlamentdə təyin edilmişdir.
7. Tərkibə əsaslanmış sistemdə, müxtəlif tariflərlə ödənilən əşyaların bir göndərişdə birləşdirilməsi zamanı ümimi çəki ən yüksək çəki limitinə malik kateqoriyalı göndərişin maksimum çəkisindən artıq olmamalıdır. Belə göndərişə, qəbul edilən Müdiriyyətin arzusu ilə ən yüksək tarif təyin edilmiş kateqoriya üzrə və ya göndərişin hər bir elemetinə tətbiq edilən müxtəlif tariflərin cəmi üzrə yekun tarif tətbiq edilə bilər. Bu cür göndərişlərin üzərində «Qarışıq göndərişlər» (Envois mixtes) qeydi edilir.
Maddə 10. Göndərilmə üsulundan və ya sürətdən asılı olaraq tarifikasiya
1. Daim ən tez yolla (hava və ya yerüstü) daşınan prioritet göndərişlərə tətbiq edilən tariflərə sürətli göndərilmək üçün mümkün əlavə dəyər də daxll edilə bilər.
2. Tərkibə əsaslanmış sistemi tətbiq edən müdiriyyətlər aşağıdakı hüquqlara malikdir:
2.1. aviagöndərişlər üzrə əlavə tariflər götürmək. Əlavə tariflər hava yolları ilə daşınmalara çəkilən xərclərə müvafiq olmalı və istifadə edilən, istiqamətdən asılı olmayaraq ən azı hər bir ölkənin bütün ərazisi üçün eyni olmalıdır. Aviagöndərişlər üzrə əlavə tariflərin hesablanması zamanı müdiriyyətlərə müştərilərin istifadə etdikləri əlavə blankların da çəkisini nəzərə almağa icazə verilir;
2.2. S.A.L. göndərişləri üzrə aviagöndərişlər üçün nəzərdə tutulmuş tariflərdən aşağı əlavə tariflər götürmək;
2.3. Aviagöndərişlərin və S.A.L. poçtunun ödənilməsi üçün onların poçt xidmətləri dəyərini və aviadaşınma xərclərini nəzərə almaqla, kombinə edilmiş tarifləri təyin etmək.
3. 9.4 və 9.5 maddələrinə uyğun olaraq, tariflərin azaldılması hava yolu ilə daşınan göndərişlərə də tətbiq edilir, lakin bu nəqliyyat xərclərinin bağlanması üçün nəzərdə tutulan tarif payına heç bir güzəşt tətbiq olunmur.
Maddə 11. Güzəştli tariflər
1. 6.2 maddəsində təyin edilmiş tariflərin minimal limitindən əlavə olaraq, Poçt müdiriyyətləri onların ölkələrində qəbul edilmiş məktub korrespondensiyası göndərişləri üçün öz daxili qanunvericiliyinə əsaslanmış aşağı tariflər təqdim edə bilər. Xüsusi halda, Poçt müdiriyyətləri böyük poçt mübadiləsinə malik olan öz müştərilərinə güzəştli tariflər təqdim etmək hüququna malikdirlər.
Maddə 12. Xüsusi tariflər
1. 500 qramdan az çəkiyə malik kiçik paketlərin çatdırılması üçün ünvançıdan heç bir tarif alına bilməz.
2. Əgər çəkisi 500 qramdan artıq olan kiçik paketlərin çatdırılması üçün daxili rejimdə tarif tutulursa, həmin tarif xarici ölkələrdən daxil olan kiçik paketlər üçün də tutula bilər.
3. Müdiriyyətlərə daxili rejimlə eyni olan tarifləri aşağıdakı hallarda tutmağa icazə verilir:
3.1. İş vaxtının sonuna yaxın qəbul edilən göndərişlər üzrə, göndəricidən tutulan tarif;
3.2. Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra qəbul edilmiş göndəriş üçün göndəricidən tutulan tarif;
3.3. Göndərişin evdə qəbul edilməsi üçün göndəricidən tutulan tarif;
3.4. Əməliyyat pəncərəsi işini qurtardıqdan sonra göndərişin verilməsi üçün ünvançıdan tutulan tarif;
3.5. «Tələb olunana qədər» göndərişin verilməsi üçün ünvançıdan tutulan tarif;
3.6. Pulsuz saxlanılma müddəti ərzində ünvançı tərəfindən alınmamış, çəkisi 500 qramdan artıq olan hər cür məktub korrespondensiyası göndərişi üçün saxlanılmaya görə ünvançıdan tutulan tarif. Belə bir tarif sekoqramlara tətbiq edilmir.
Maddə 13. Ödəniş
1. Bir qayda olaraq, məktub korrespondensiyası göndərişləri göndərici tərəfindən tam ödənilməlidir. Ödəniş üsulları Reqlamentdə müəyyənləşdirilmişdir.
2. Qəbul müdiriyyəti haqqı ödənilməmiş və ya tam ödənilməmiş məktub korrespondensiyası göndərişlərini, haqqını tam ödəmək üçün göndəriciyə qaytarmaq hüququna malikdir.
3. Qəbul müdiriyyəti həmçinin haqqı ödənilməmiş məktub korrespondensiyası göndərişlərinin haqqını və ya onun ödənilməmiş hissəsini özü ödəyə bilər və çatışmayan məbləği göndəricidən ala bilər. Bu halda, o həmçinin əlavə olaraq maksimum 0,33 XAH həcmində işlənilmə üzrə tarif ala bilər. Çatışmayan ödəniş Reqlamentdə müəyyənləşdirilmiş üsullardan biri vasitəsilə həyata keçirilir.
4. 2-ci və 3-cü paraqraflarda nəzərdə tutulmuş imkanlardan heç biri tətbiq edilmirsə, bu hallarda haqqı ödənilməmiş və ya tam ödənilməmiş göndərişlər üçün ünvançıdan və ya göndəricidən (əgər geri qaytarılan göndərişdən söhbət gedirsə), hesablanması Reqlamentdə müəyyənləşdirilmiş xüsusi tarif tutulur.
Maddə 14. Gəmilərdə məktub korrespondensiyası göndərişlərinin ödənişi
1. Marşrutun iki son məntəqəsində və ya aralıq məntəqələrin birində gəmilərin dayanması zamanı, gəmidə qəbul edilən poçt göndərişləri, gəminin üzdüyü suların aid olduğu ölkənin tarifi üzrə poçt markaları vasitəsilə ödənilməlidir.
2. Açıq dənizdə gəmilərdə poçt göndərişləri qəbul edildikdə, marağı olan Müdiriyyətlər arasındakı xüsusi razılaşma istisna edilməklə, onların ödənişi poçt markaları ilə gəminin məxsus olduğu və ya nəzarətində olduğu ölkənin tariflərinə uyğun aparılır. Bu cür şəraitdə ödənilmiş göndərişlər, gəmi son məntəqəyə çatan kimi dərhal poçt müəssisəsinə ötürülməlidir.
Maddə 15. Beynəlxalq cavab kuponları
1. Poçt müdiriyyətləri Beynəlxalq Büronun buraxdığı beynəlxalq cavab kuponları satmaq və bu satışı öz daxili qanunvericilikləri əsasında məhdudlaşdırmaq ixtiyarına malikdir.
2. Bir cavab kuponunun dəyəri 0,74 XAH-a bərabərdir. Marağı olan Müdiriyyət tərəfindən müəyyən edilən satış qiyməti bundan aşağı ola bilməz.
3. Cavab kuponları istənilən üzv ölkədə xaricə ünvanlanan sadə prioritet göndərişin və ya sadə aviaməktubun minimal ödəniş haqqına bərabər və ya bir neçə poçt markasına dəyişdirilir. Əgər ölkənin daxili qanunvericiliyi bunu qadağan edirsə, cavab kuponları həmçinin bütöv poçt ödəniş nişanlarına və ya digər nişanlara və ya ödəniş ştempellərinə dəyişdirilə bilər.
4. Bundan əlavə, üzv ölkənin müdiriyyəti cavab kuponlarının mübadiləsində cavab kuponlarını və ödənilməli olan göndərişləri eyni vaxtda tələb etmək hüququnu özündə saxlaya bilər.
Fəsil 2. Xususi xidmətlər
Maddə 16. Sifarişli göndərişlər
1. Məktub korrespondensiyası göndərişi sifarişli qaydada göndərilə bilər.
2. Sifarişli göndəriş üçün tarif qabaqcadan ödənilməlidir. Bu, göndərişin klassifikasiya sistemindən və kateqoriyasından asılı olaraq göndəriş üçün ödəniş tarifindən və maksimum 1,31 XAH həcmində sifarişə görə təyin edilmiş tarifdən ibarətdir. Hər bir M kisəsi üçün
Müdiriyyət vahid tarif əvəzinə bunun beş mislindən çox olmayan ümumi tarif təyin edir.
3. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda Müdiriyyətlər göndəricidən və ya ünvançıdan 2-ci paraqrafda göstərilən tarifdən başqa öz daxili qanunvericiliyinə uyğun xüsusi haqq tuta bilər.
4. Fors-major hallarına görə cavabdeh olan Poçt müdiriyyətləri hər bir sifarişli göndəriş üçün maksimum 0,13 XAH ölçüsündə xüsusi tarif tutmaq hüququna malikdir.
Maddə 17. Çatdırılması nəzarətdə olan göndərişlər
1. Məktub korrespondensiyası göndərişləri, belə xidmətlərə malik Müdiriyyətlər arasında nəzarətli çatdırılan göndərişlər xidməti vasitəsi ilə göndərilə bilər.
2. Nəzarətli çatdırılan göndərişlər üçün tarif qabaqcadan ödənilməlidir. Bura, göndərişin təsnifat sisteminə və kateqoriyasına uyğun ödəniş tarifi və Qəbul müdiriyyətinin təyin etdiyi nəzarətli çatdırılmaya görə tarif daxildir. Bu tarif sifarişli göndərişə görə tarifdən aşağı olmalıdır.
Maddə 18. Qiyməti elan edilmiş göndərişlər
1. Qiyməti elan edilmiş göndərişlər adlanan, içərisində qiymətli kağızlar, sənədlər və ya qiymətli əşyalar olan prioritet və qeyri-prioritet göndərişlər və məktublar, tərkibi göndəricinin elan etdiyi məbləğlə sığortalanmış halda mübadilə edilə bilər. Bu mübadilə, Poçt müdiriyyətləri belə göndərişlərin ikitərəfli və ya birtərəfli mübadilədə qəbulu barədə razılıq əldə etmiş üzv ölkələr arasındakı münasibətlə məhdudlaşdırılır.
2. Elan olunmuş qiymətin məbləği prinsipcə məhdudlaşdırılmamışdır. Hər bir Müdiriyyət öz arzusu ilə elan edilmiş qiymətin yuxarı həddini, bu hədd 4000 XAH məbləğindən aşağı olmamaq şərti ilə təyin etmək hüququna malikdir. Bununla belə, daxili xidmətdə qəbul olunmuş qiymət həddi bu məbləğdən (4000 XAH) aşağıdırsa, həmin elan edilmiş qiymət həddi tətbiq oluna bilər.
3. Qiyməti elan olunmuş göndəriş üçün tarif əvvəlcədən ödənilməlidir. Bu tarif, sadə ödəniş tarifindən, 16,2 maddəsində nəzərdə tutulmuş sifarişə görə təyin edilmiş tarifdən və sığorta rüsumundan ibarətdir.
4. Sifarişli göndəriş üçün müəyyən edilmiş tarifin əvəzinə Poçt müdiriyyətləri öz daxili xidmətlərinə müvafiq olan tarif və ya müstəsna qaydada maksimum 3,27 XAH həcmində tarif tətbiq etmək hüququna malikdir.
5. Sığorta rüsumu 65,34 XAH üçün maksimum 0,33 XAH və ya 65,34 XAH-ın bir hissəsini və ya elan edilmiş qiymət vahidinin 0,5%-i təşkil edir. Bu tarif təyinat ölkəsindən asılı olmayaraq, hətta fors-major şəraiti ilə əlaqədar riskə məruz qalan ölkələrdə də tətbiq edilir.
6. Fövqəladə təhlükəsizlik tədbirləri zəruri olduğu hallarda müdiriyyətlər göndəricilərdən və ya ünvançılardan 3-cü, 4-cü və 5-ci paraqraflarda göstərilən tariflərdən əlavə öz daxili qanunvericiliyində nəzərdə tutulmuş xüsusi tariflər də götürə bilərlər.
Maddə 19. Təcili çatdırılan göndərişlər
1. Müdiriyyətləri tərəfindən bu xidmətin həyata keçirildiyi ölkələrdə göndəricinin xahişi üzrə məktub korrespondensiyası göndərişləri çatdırma müəssisəsinə daxil olduqdan sonra mümkün qədər tez vaxt ərzində xüsusi paylayıcılar (çaparlar) vasitəsi ilə ünvana çatdırılır. Hər bir Müdiriyyət bu xidməti prioritet göndərişlərlə, aviagöndərişlərlə və ya əgər iki Müdiriyyət arasında istifadə olunan yol yeganədirsə, LC yerüstü göndərişlərlə məhdudlaşdırılmaq hüququna malikdir. Əgər ünvançıya göstərilən xidmətin ümumi səviyyəsi xüsusi paylayıcıdan istifadə edildikdə olduğu kimi yüksəkdirsə təcili çatdırılmalı (çaparlı) göndərişlər başqa üsulla da işlənilə bilər.
2. Əgər göndərişlər çatdırma müəssisəsinə son adi gündəlik çatdırmadan sonra daxil olursa, bu zaman həmin göndərişlər bu cür xidmətləri yerinə yetirən ölkələrin daxili rejimində tətbiq olunan şərtlər əsasında elə həmin gün xüsusi paylayıcı vasitəsi ilə çatdırılır.
3. Məktub korrespondensiyası poçtunu bir neçə kanalla ötürmək imkanına malik Müdiriyyətlər çaparlı göndərişləri, bu göndərişlər giriş poçtu üçün mübadilə müəssisəsinə daxil olduqdan sonra ən sürətli kanalla buraxmalı, sonra isə mümkün qədər tez işləməlidirlər.
4. Çaparlı göndərişlər üçün ödəniş tarifindən başqa, minimum sadə prioritet/qeyri-prioritet (haldan asılı olaraq) göndərişin və ya sadə məktubun ödəniş tarifinə və maksimum 1,63 XAH məbləğinə bərabər əlavə tarif götürülür. Hər bir M kisə üçün Müdiriyyətlər vahid tarif əvəzinə, bu tarifin beş mislindən çox olmayaraq ümumi tarif götürür. Bu tarif qabaqcadan tam qaydada tutulmalıdır.
5. Əgər çaparlı çatdırma xüsusi çətinliklər yaradırsa, daxili xidmətdə bu cür göndərişlərə aid müddəalara uyğun olaraq əlavə tarif tətbiq edilə bilər.
6. Əgər Təyinat müdiriyyətinin qaydaları imkan verirsə, ünvançılar çatdırma müəssisəsindən öz ünvanlarına alınmış göndərişlərin, onlara təcili (çaparla) çatdırılması barədə xahiş edə bilərlər.
Maddə 20. Alınma barədə xəbərnamə
1. Sifarişli göndərişlərin, nəzarətli çatdırılan göndərişlərin və ya qiyməti elan edilmiş göndərişlərin qəbulu zamanı göndərici ən çoxu 0,98 XAH həcmində tarif ödəməklə, göndərişin alınması haqqında xəbərnamənin ona göndərilməsini tələb edə bilər. Alınma barədə xəbərnamə göndəriciyə ən tez yolla (hava və ya yerüstü) qaytarılır.
2. Əgər göndərici adi müddətdə almadığı xəbərnaməni tələb edirsə, bu halda ondan ikinci dəfə tarif tutulmur.
Maddə 21. Şəxsən təqdim edilmə
1. Göndəricinin xahişi ilə və Müdiriyyətlər arasındakı razılıq əsasında sifarişli göndərişlər, nəzarətli çatdırılan göndərişlər və qiyməti elan olunmuş göndərişlər ünvançıya şəxsən təqdim edilə bilər. Müdiriyyətlər bu tipli göndərişlərin yalnız alınma barədə xəbərnamə ilə müşayiət edilməsi haqqında razılaşa bilərlər. Bütün hallarda göndərici göndərişin şəxsən ələ verilməsi üçün 0,16 XAH həcmində tarif ödəyir.
Maddə 22. Tarif və rüsum alınmadan çatdırılan göndərişlər
1. Poçt müdiriyytləri arasındakı razılıq əsasında qəbul müəssisəsini qabaqcadan bu haqda xəbərdar etmək şərtilə göndərici göndərişin təyinat yerinə çatdırılması zamanı bu göndərişə hesablanacaq bütün tarif və rüsumların ödənilməsini öz üzərinə götürə bilər. Göndəriş ünvançıya verilənə qədər göndərici qəbuldan sonra onu tarif və rüsum ödənilmədən verilməsi barədə xahiş edə bilər.
2. 1-ci paraqrafda nəzərdə tutulan hallarda göndərici təyinat müəssisəsinin tələb edə biləcəyi məbləğləri ödəməyə hazır olduğu barədə zəmanət verməlidir. Zəruri halda o, qabaqcadan ödənişi həyata keçirməlidir.
3. Qəbul müdiriyyəti göndəricidən qəbul ölkəsində ona göstərilən xidmət üçün 0,98 XAH-dan çox olmayaraq tarif götürür və xidmət haqqı kimi özündə saxlayır.
4. Göndəriş qəbul edildikdən sonra verilmiş xahişə görə Qəbul müdiriyyəti maksimum 1,31 XAH həcmində hər bir xahişə görə əlavə tarif tutur. Əgər xahiş elektrik rabitəsi kanalı ilə verilməlidirsə, bu zaman göndərici həmçinin müvafiq tarifi ödəməlidir.
5. Təyinat müdiriyyəti hər bir göndəriş üçün maksimum 0,98 XAH həcmində komission rüsum almaq hüququna malikdir. Bu rüsum göndərişin gömrüyə təqdim olunması haqqından asılı olmayaraq götürülür. Həmin məbləğ göndəricidən Təyinat müdiriyyətinin xeyrinə olaraq tutulur.
6. Hər bir Müdiriyyət tarif və rüsum götürülməyən göndərişlər xidmətini sifarişli göndərişlərlə və qiyməti elan olunmuş göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.
Maddə 23. Cavablı beynəlxalq kommersiya korrespondensiyası xidməti
1. Müdiriyyətlər öz aralarında «cavablı beynəlxalq kommersiya korrespondensiyası (MKKO/CCRİ) adlanan fakultativ xidmətdə iştirak barədə razılığa gələ bilərlər.
2. Həmin xidməti həyata keçirən Müdiriyyətlər Reqlamentdə müəyyən edilmiş müddəalara riayət etməlidirlər.
3. Bununla bərabər, Müdiriyyətlər öz aralarında başqa sistemin təyin edilməsi barədə ikitərəfli qaydada razılığa gələ bilərlər.
4. Müdiriyyətlər çəkilmiş xərcləri nəzərə alan kompensasiya sistemindən istifadə edə bilərlər.
Maddə 24. Tez xarab olan bioloji maddələr. Radioaktiv maddələr
1. Reqlamentdəki müvafiq müddəalara uyğun olaraq hazırlanıb qablaşdırılmış tez xarab olan bioloji maddələr və radioaktiv maddələrə prioritet göndərişlər və ya məktublar tarifi və sifarişli qaydada göndərilmə tarifi tətbiq edilir. Bu göndərişlərin buraxılması, Poçt müdiriyyətləri arasında həmin göndərişlərin qarşılıqlı mübadilə, yaxud yalnız bir istiqamətdə buraxılması haqqında razılıq əldə edilmiş üzv ölkələr arasındakı münasibətlərlə məhdudlaşdırılır. Belə maddələr ən tez yolla və əlavə aviatariflərin ödənilməsi şərti ilə, adətən, hava yolu ilə göndərilir.
2. Tez xarab olan bioloji maddələr yalnız kompetent, rəsmən tanınmış laboratoriyalar arasında mübadilə edilə bilər, radioaktiv maddələrin göndəriciləri isə yalnız buna xüsusi icazəsi olan təşkilatlar ola bilər.
Fəsil 3. Xüsusi müddəalar
Maddə 25. Öz ölkəsindən kənarda məktub korrespondensiyası göndərişlərinin qəbulu
1. Heç bir üzv ölkə, onun ərazisində yaşayıb, digər ölkədəki daha münasib tarif şərtlərindən istifadə etmək məqsədi ilə, bu ölkədən göndəriş göndərən və ya göndəriş göndərilməsini başqalarına həvalə edən göndəricinin məktub korrespondensiyasını nə göndərməyə, nə də ünvançılara çatdırmağa borclu deyildir.
2. 1-ci paraqrafın müddəaları fərq qoyulmadan göndəricinin yaşadığı ölkədə hazırlanaraq, sonra xaricə aparılmış məktub korrespondensiyası göndərişlərinə, yaxud birbaşa xarici ölkədə hazırlanmış məktub korrespondensiyası göndərişlərinə eyni dərəcədə şamil edilir.
3. Təyinat müdiriyyəti göndəricidən, o olmadığı halda isə Qəbul müdiriyyətindən daxili tariflərin ödənilməsini tələb etmək hüququna malikdir. Əgər nə göndərici, nə də Qəbul müdiriyyəti Təyinat müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə bu tariflərin ödənilməsinə razı olmazsa, bu halda Təyinat müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.
4. Heç bir üzv ölkə, göndəricinin yaşamadığı ölkədə onun özü tərəfindən və digərinin vasitəsilə qəbula verilmiş böyük miqdarda məktub korrespondensiyası göndərişlərini, müvafiq konpensasiya almadan nə göndərməyə, nə də ünvançılara çatdırmağa borclu deyildir. Təyinat müdiriyyəti iki aşağıdakı qaydadan biri üzrə hesablanmış maksimum məbləğdən çox olmayaraq, çəkdiyi xərclərin konpensasiyasını Qəbul müdiriyyətindən tələb etmək hüququna malikdir: ekvivalent göndərişlərə tətbiq edilən daxili tarixin 80 %-i həcmində, yaxud hər göndəriş üçün 0,14 XAH üstə gəl hər kq üçün 1 XAH həcmində konpensasiya. Əgər Qəbul müdiriyyəti Təyinat müdiriyyəti tərəfindən müəyyən edilmiş müddətdə tələb edilən məbləği ödəməkdən imtina edirsə, bu halda Təyinat müdiriyyəti qaytarma xərclərini almaq hüququna malik olmaqla, bu göndərişləri qaytara, yaxud öz daxili qanunvericiliyinə uyğun onlarla davrana bilər.
Maddə 26. Yol verilməz (Buraxılmayan) göndərişlər. Qadağalar
1. Konvensiyanın və Reqlamentin tələblərinə uyğun şərtlərə cavab verməyən göndərişlərə yol verilmir.
2. Qiyməti elan edilmiş göndərişlər istisna olmaqla göndərişlərdə sikkə pullar, bank biletləri, kredit biletləri və ya təqdim edənin qiymətli əmlakı, yol çekləri, məmulatlarda və ya formaya salınmamış halda platin, qızıl və gümüş, qiymətli daşlar, zərgərlik məmulatları və digər qiymətli əşyaların olması qadağandır. Lakin əgər qəbul və təyinat ölkələrinin qanunvericiliyi buna yol verirsə, həmin əşyalar bağlı zərfdə sifarişli göndərişlər kimi göndərilə bilər.
3. Məktublarda, göndərici və ünvançı olmayan, yaxud göndərici və ya ünvançı ilə birlikdə yaşamayan şəxslərin cari və şəxsi yazışma xarakterli sənədləri mübadilə edilə bilməz. Əgər qəbul və ya Təyinat müdiriyyəti belə faktları aşkar edərsə, bu göndərişlərlə öz qanunvericiliyinə uyğun hərəkət edə bilər.
4. Reqlamentdə nəzərdə tutulmuş istisnalardan başqa, çap nəşrləri (banderollar) və sekoqramlarda aşağıdakılar göndərilə bilməz:
4.1. hər hansı annotasiya, cari və şəxsi yazışma xarakterli hər hansı sənəd;
4.2. hər cür marka, möhürlənmiş və ya möhürlənməmiş ödəniş blankları, qiymət kəsb edən hər hansı sənəd.
5. Məktub korrespondensiyası göndərişlərində aşağıdakı əşyaların göndərilməsi qadağandır:
5.1. narkotik və psixotrop maddələr;
5.2. partlayıcı, alovlanan və ya digər təhlükəli maddələr. Lakin bu qadağaya 24-cü maddədə göstərilən tez xarab olan bioloji və radioaktiv maddələr daxil deyildir;
5.3. tərbiyəsizlik və ya əxlaqsızlıq təlqin edən əşyalar;
5.4. təyinat ölkəsində istifadəsi və ya gətirilməsi qadağan olan əşyalar.
6. Canlı heyvanların məktub korrespondensiyası göndərişlərində göndərilməsi qadağandır.
6.1. Lakin qiyməti elan edilmiş göndərişlər istisna edilməklə, məktub korrespondensiya göndərişlərində aşağıdakı canlıların göndərilməsinə icazə verilir:
6.1.1. arıların, zəlilərin və barama qurdlarının göndərilməsi;
6.1.2. rəsmən tanınmış müəssisələr arasında mübadilə edilən və tədqiqat üçün nəzərdə tutulmuş parazitlərin və ziyanverici həşəratların göndərilməsi;
7. Səhvən qəbul edilmiş göndərişlərin işlənilməsi qaydaları Reqlamentdə müəyyənləşdirilir. Bununla bərabər, içərisində 5.1, 5.2 və 5.3-cü paraqraflarda sadalanmış əşyalar olan göndərişlərin, heç bir halda nə təyinatı üzrə, nə ünvanı üzrə çatdırılması və nə də qəbul yerinə qaytarılması mümkün deyil.
Maddə 27. Yerdən-yerə göndərilmə
1. Alıcının ünvanının dəyişdiyi halda məktub korrespondensiyası dərhal daxili xidmət tərəfindən müəyyən edilmiş qaydada yerdən-yerə göndərilir.
2. Lakin aşağıdakı hallarda göndərişlər yerdən-yerə göndərilmir:
2.1. əgər göndərici təyinat ölkəsində başa düşülən dildə göndərişin ünvan tərəfində müvafiq qeyd göstərməklə yerdən-yerə göndərilməni qadağan edərsə;
2.2. əgər göndərişin üzərində alıcının ünvanı ilə yanaşı və ya bu ünvanda yaşayan hər bir kəsə qeydi göstərilmişdirsə.
3. Öz daxili xidmətində yerdən-yerə göndərilmə xahişinə görə rüsum götürən Müdiriyyətlərə, bu cür rüsumu beynəlxalq xidmətdə də götürməsinə icazə verilir.
4. Reqlamentdə nəzərdə tutulmuş hallar istisna edilməklə, məktub korrespondensiyası göndərişlərinin bir ölkədən digər ölkəyə yerdən-yerə göndərilməsi üçün heç bir əlavə tarif götürülmür. Lakin öz daxili xidmətində yerdən-yerə göndərilmə üçün tarif götürən Müdiriyyətlərə, onların xidmətində məktub korrespondensiyası göndərişlərinin yerdən-yerə göndərilməsi üçün həmin tarifi götürməyə icazə verilir.
5. Yerdən-yerə göndərilmə şərtləri Reqlamentdə müəyyənləşdirilir.
Maddə 28. Çatdırılması mümkün olmayan göndərişlər
1. Müəyyən səbəblər üzündən ünvançıya çatdırıla bilinməyən göndərişlər, çatdırılması mümkün olmayan göndərişlər adlanır.
2. Çatdırılması mümkün olmayan göndərişlərin qaytarılması və onların saxlanılma müddəti Reqlamentdə müəyyənləşdirilir.
Reqlamentdə nəzərdə tutulmuş hallar istisna olmaqla, çatdırılması mümkün olmayan, qəbul ölkəsinə qaytarılan göndərişlər üçün heç bir əlavə haqq götürülmür. Lakin öz daxili xidmətində qaytarılma üçün tarif götürən Müdiriyyətlərə belə bir tarifi onların xidmətinə qaytarılan beynəlxalq göndərişlər üçün də götürməyə icazə verilir.
Maddə 29. Qaytarılma. Göndəricinin xahişi üzrə ünvanın dəyişdirilməsi və ya düzəliş edilməsi
1. Məktub korrespondensiyasının göndəricisi onun qaytarılması, ünvanının dəyişdirilməsi və ya düzəliş edilməsi barədə o vaxta kimi xahiş edə bilər ki, bu göndəriş:
1.1. hələ ünvançıya çatdırılmamışdırsa;
1.2. 26-cı maddənin pozulmasına görə səlahiyyətli orqanlar tərəfindən hələlik müsadirə və məhv edilməmişdirsə;
1.3. təyinat ölkəsinin qanunvericiliyi əsasında hələlik müsadirə edilməmişdirsə.
2. Hər bir Müdiriyyət, öz qanunvericiliyi buna yol verirsə, digər Müdiriyyətlərin xidmətində qəbul olunmuş, istənilən məktub korrespondensiyası göndərişinin qaytarılması, ünvanının dəyişdirilməsi və düzəliş edilməsi barədə xahişi qəbul etməyə borcludur.
3. Hər bir xahiş ərizəsinə görə göndərici ən çoxu 1,31 XAH həcmində xüsusi tarif ödəməlidir.
4. Xahiş ərizələri poçtla və ya elektrik rabitəsi kanalları ilə göndəricinin hesabına göndərilir. Göndərilmə şərtləri və elektrik rabitəsi kanallarının istifadə qaydaları Reqlamentdə müəyyənləşdirilir.
5. Eyni vaxtda, eyni bir poçt müəssisəsində, eyni bir göndəricidən, eyni bir alıcının ünvanına qəbul edilmiş bir neçə göndərişə aid olan qaytarılma, ünvanın dəyişdirilməsi və ya ona düzəliş edilməsi barədə hər bir ərizəyə görə 3-cü və 4-cü paraqraflarda nəzərdə tutulmuş tariflər yalnız bir dəfə tutulur.
Maddə 30. Reklamasiyalar
1. Müştərilərin reklamasiyası göndərişin verilməsindən sonrakı gündən başlamaqla bir il ərzində qəbul olunur.
2. Həmin dövr ərzində göndəricinin və ya ünvançının problem barədə məlumat verdiyi andan etibarən reklamasiya açılır. Əgər göndəricinin reklamasiyası çatdırılmamış göndərişə aiddirsə və nəzərdə tutulmuş göndərilmə müddəti isə hələ başa çatmamışdırsa, göndəricini həmin müddət barədə məlumatlandırmaq lazımdır.
3. Hər bir Müdiriyyət digər Müdiriyyətlərin xidmətlərində qəbul edilmiş istənilən göndəriş haqqında reklamasiyaları qəbul etməyə borcludur.
4. Reklamasiyaların işlənilməsi ödənişsiz həyata keçirilir. Lakin əgər sənədlərin digər elektrik rabitəsi vasitələri və ya EMS xidmətinin köməyi ilə ötürülməsi barədə sifariş edilərsə, bu halda, əlavə xərclər, prinsipcə, bu sifarişi verən tərəfindən ödənilir. Buna aid müddəalar Reqlamentdə müəyyənləşdirilmişdir.
Fəsil 4. Gömrük məsələləri
Maddə 31. Gömrük baxışı
1. Qəbul ölkəsinin Poçt müdiriyyəti və təyinat ölkəsinin Poçt müdiriyyəti bu ölkələrin qanunvericiliyinə uyğun şəkildə məktub korrespondensiya göndərişlərini gömrük baxışına təqdim etmək hüququna malikdir.
Maddə 32. Göndərişlərin gömrük baxışına təqdim olunması üçün tarif
Şəraitdən asılı olaraq, qəbul ölkəsində və ya təyinat ölkəsində gömrük baxışına təqdim edilmiş göndərişlər üçün poçtun xeyrinə ən çoxu 2,61 XAH həcmində xüsusi tarif tutula bilər. Hər bir M kisə üçün xüsusi tarifin həcmi ən çoxu 3,27 XAH-a çata bilər. Bu tarif yalnız üzərinə gömrük rüsumu və ya bu cür xarakterli digər vergilər qoyulmuş göndərişlərin gömrüyə təqdim edilməsi və gömrük baxışı üçün tutulur.
Maddə 33. Gömrük rüsumu və digər vergilər
1. Poçt müdiriyyətləri şəraitdən asılı olaraq göndəricidən və ya ünvançıdan gömrük rüsumları və bütün digər mümkün vergiləri götürmək hüquna malikdir.
Fəsil 5. Məsuliyyət
Maddə 34. Poçt müdiriyyətlərinin məsuliyyəti. Kompensasiyalar
1. Ümumi müddəalar
1.1. 35-ci maddədə göstərilən hallar istisna olmaqla Poçt müdiriyyətləri aşağıdakılara cavabdehlik daşıyır:
1.1.1. sifarişli göndərişlərin və qiyməti elan olunmuş göndərişlərin itirilməsinə, oğurlanmasına və ya zədələnməsinə;
1.1.2. nəzarətlə çatdırılan göndərişlərin itirilməsinə;
1.2. Müdiriyyətlər həmçinin öz öhdələrinə fors-major halları ilə bağlı itkilərin kompensasiya edilməsini götürə bilər.
2. Sifarişli göndərişlər
2.1. Sifarişli göndərişlərin itməsi hallarında göndərici onun kompensasiyasını almaq hüququna malikdir.
2.1.1. Bir ədəd sifarişli göndərişin itirilməsinə görə kompensasiya göndərişin qəbulu zamanı ödənilmiş tariflər də daxil olmaqla, 30 XAH-a bərabərdir.
2.1.2. Bir ədəd sifarişli M kisənin itirilməsinə görə kompensasiya, göndərişin qəbulu zamanı ödənilmiş tariflər də daxil olmaqla 150 XAH-a bərabərdir.
2.2. Sifarişli göndərişin oğurlanması və ya zədələnməsi halında göndərici dəyən ziyanın kompensasiyasını almaq hüququna malikdir. Lakin bu halda, göndəriş tərkibinin təsadüfi oğurluq və ya zədələnmədən etibarlı qorunması üçün qablaşdırmanın kafi olduğu təsdiq edilməlidir.
2.2.1. Sifarişli göndərişin oğurlanması və ya zədələnməsinə görə kompensasiya, prinsipcə, ziyanın faktiki dəyərinə uyğundur. Bununla belə, bu kompensasiya heç bir halda 2.1.1. və 2.1.2. paraqraflarında müəyyənləşdirilmiş məbləğlərdən artıq olmamalıdır. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.
3. Çatdırılması nəzarətdə olan göndərişlər.
3.1. Çatdırılması nəzarətdə olan göndərişlərin itməsi hallarında göndərici ödəmiş olduğu tarifləri geri almaq hüququna malikdir.
3.2. Əgər göndərişin içərisi tam oğurlanmış və ya zədələnmişdirsə, göndərici həmçinin ödəmiş olduğu tarifləri geri almaq hüququna malikdir. Lakin bu halda göndəriş tərkibinin təsadüfi oğurluq və ya zədələnmədən qorunması üçün qablaşdırmanın lazımi qaydada olduğu təsdiq edilməlidir.
4. Qiyməti elan olunmuş göndərişlər.
4.1. İtmiş, oğurlanmış və ya zədələnmiş qiyməti elan olunmuş göndərişin kompensasiyası əslində dəymiş ziyanın həqiqi dəyəri qədər olmalıdır. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəətlər nəzərə alınmır. Lakin bu kompensasiya məbləği, heç bir halda, XAH-la göstərilmiş, elan edilmiş qiymətin məbləğindən yüksək ola bilməz.
4.2. Kompensasiya məbləği eyni tipli qiymətli əşyaların göndərilmə üçün qəbul olunduğu yerdə və anda mövcud preyskurant qiymətləri üzrə XAH-a çevrilməklə hesablanır. Preyskurant qiymətləri olmadıqda, kompensasiya əşyaların adi qiymətləri üzrə, həmin əsaslarla hesablanır.
4.3. Əgər kompensasiya, qiyməti elan edilmiş göndərişin itkisinə, tam oğurlanmasına və ya tam zədələnməsinə görə hesablanmışdırsa, bu halda, göndərici və ya şəraitdən asılı olaraq ünvançı, əlavə olaraq, ödəmiş olduğu tarif və rüsumların kompensasiyasını almaq hüququna malikdir. Bununla bərabər, sığorta rüsumu heç bir halda kompensasiya edilmir; bu rüsum Qəbul müdiriyyətinin xeyrinə qalır.
5. 2.1 və 4.1 paraqrafları üzrə müddəalardan istisna olaraq, ünvançı oğurlanmış və zədələnmiş sifarişli və ya qiyməti elan edilmiş göndərişləri aldıqdan sonra da kompensasiya hüququna malikdir.
6. Qəbul müdiriyyəti göndəricilərə öz ölkəsində 2.1. paraqrafı üzrə təyin edilmiş konpensasiyalardan az olmamaq şərti ilə sifarişli göndərişlər üçün öz daxili qanunvericiliyində nəzərdə tutulmuş konpensasiyalar ödəmək hüququna malikdir. Bu müddəa, əgər kompensasiya ünvançıya ödənilirsə, təyinat ölkəsinə də aiddir.
Bununla bərabər 2.1 paraqrafı üzrə təyin edilmiş məbləğlər aşağıdakı hallarda tətbiq ediləcək qalır:
6.1. məsul müdiriyyətdən tutulduğu hallarda;
6.2. əgər göndərici öz hüquqlarından ünvançının xeyrinə imtina edərsə və ya əksinə.
Maddə 35. Poçt müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi
1. Poçt müdiriyyətləri sifarişli göndərişləri, nəzarətlə çatdırılan göndərişləri və qiyməti elan edilmiş göndərişləri, öz ölkələrinin müvafiq kateqoriyalı göndərişlər üçün müəyyən edilmiş daxili qaydalarına uyğun şəkildə ötürdükləri hallarda, bu göndərişlərə görə məsuliyyət daşımaqdan azad edilirlər. Bununla belə, məsuliyyət aşağıdakı hallarda saxlanılır:
1.1. əgər oğurluq və ya zədələnmə göndərişin təqdim edildiyi ana qədər, yaxud təqdim edildiyi anda aşkar edilmişdirsə;
1.2. əgər daxili qanunvericilik buna icazə verirsə, ünvançı və ya lazımi halda, göndəriş qəbul yerinə qaytarıldığı zaman, göndərici oğurlanmış və ya zədələnmiş göndərişi qeyd-şərtlə qəbul edirsə;
1.3. əgər daxili qanunvericilik buna icazə verirsə, sifarişli göndəriş məktublar üçün yeşiyə qoyulur, lakin ünvançı reklamasiya təqdim edərək göndərişi almadığını bəyan edərsə;
1.4. əgər qiyməti elan edilmiş göndərişin ünvançısı və ya bu göndərişin qəbul yerinə qaytarıldığı halda onun göndəricisi, göndərişi alarkən düzgün imza verməsinə baxmayaraq, ona göndərişi vermiş Müdiriyyətə zədələnmə aşkar etdiyi barədə dərhal xəbər verirsə; o, oğurluğun və ya zədələnmənin, göndərişi aldıqdan sonra baş vermədiyi barədə sübut təqdim etməlidir.
2. Poçt müdiriyyətləri aşağıdakı hallarda məsuliyyət daşımır:
2.1. 34.1.2 maddəsinə əməl edilməsi şərti ilə, fors-major şəraitinin təsiri halında;
2.2. əgər məsuliyyət başqa cür sübut olunmamışsa, fors-major şəraitinin təsiri nəticəsində xidməti sənədlərin məhv olması səbəbindən göndərişin taleyini müəyyənləşdirə bilmədikləri halda;
2.3. əgər ziyan, göndəricinin günahı və ya səhlənkarlığı üzündən, yaxud göndəriş tərkibinin xüsusiyyətləri ilə əlaqədar dəymişdirsə;
2.4. tərkibinə 26-cı maddədə nəzərdə tutulmuş qadağaların şamil edildiyi göndərişlər barədə söhbət gedirsə; çünki bu göndərişlər, onların tərkibi ilə əlaqədar olaraq, müvafiq hökumətlər tərəfindən müsadirə və ya məhv edilmişdir;
2.5. təyinat ölkəsinin qanunvericiliyi əsasında bu ölkənin Müdiriyyətinin məlumatına uyğun olaraq göndərişin müsadirə edilməsi hallarında;
2.6. əgər qiyməti bilərəkdən içindəkilərin real dəyərindən yüksək elan edilmiş göndərişlərdən söhbət gedirsə;
2.7. Əgər göndərici göndərişin qəbul günündən sonrakı gündən başlayaraq, bir il müddətində heç bir reklamasiya verməmişdirsə.
3. Poçt müdiriyyətləri gömrük bəyannaməsinə görə, onun hansı formada tərtib edilməsindən asılı olmayaraq, heç bir məsuliyyət daşımır. Müdiriyyətlər həmçinin gömrük baxışına məruz qalan göndərişlərin yoxlanılması zamanı gömrük xidmətləri tərəfindən qəbul edilmiş qərarlara görə heç bir məsuliyyət daşımır.
Maddə 36. Göndəricinin məsuliyyəti
1. Məktub korrespondensiya göndərişlərini təqdim edən şəxs göndərilməsinə icazə verilməyən və ya buraxılış şərtlərinə cavab verməyən əşyaları göndərməklə əlaqədar digər poçt göndərişlərinə vurulmuş bütün zədələnmələrə görə məsuliyyət daşıyır.
2. Göndərici Poçt müdiriyyətləri ilə eyni dərəcədə məsuliyyət daşıyır.
3. Hətta əgər qəbul müəssisəsi bu cür göndərişi qəbul etmişdirsə də, göndərici üzərindən məsuliyyət götürülmür.
4. Əgər Müdiriyyətlər və ya daşıyıcılar tərəfindən səhvlərə və laqeydliklərə yol verilmişdirsə, bu halda göndərici məsuliyyət daşımır.
Maddə 37. Kompensasiyanın ödənilməsi
1. Məsuliyyət daşıyan Müdiriyyətə qarşı iddia vermə hüququna əməl edilməsi şərti ilə kompensasiyasının ödənilməsi öhdəçiliyi, şəraitdən asılı olaraq, Qəbul müdiriyyətinin və ya Təyinat müdiriyyətinin üzərinə qoyulur. Nəzarətli çatdırılan göndərişlərə görə tariflərin ödənilməsi öhdəçiliyi Qəbul müdiriyyətinin üzərinə qoyulur.
2. Göndərici bu kompensasiyadan ünvançının xeyrinə olaraq imtina etmək hüququna malikdir və əksinə, ünvançı öz hüquqlarından göndəricinin xeyrinə olaraq, imtina etmək hüququna malikdir. Əgər daxili qanunvericilik buna imkan verirsə, göndərici və ya ünvançı üçüncü bir şəxsə kompensasiyanı almağa icazə verə bilər.
3. Daşınmada iştirak edən və müntəzəm şikayətləri alaraq, iki ay müddətində qəti cavab və ya aşağıdakı 3,1 və 3.2 paraqraflarında göstərilən cavablardan birini verməyən Müdiriyyətin əvəzində Qəbul müdiriyyəti və ya şəraitdən asılı olaraq, Təyinat müdiriyyəti şikayətçiyə ona çatası müvafiq kompensasiyanı ödəyə bilər:
3.1. göndərişin zədələnməsinin səbəbinin, ehtimal ki, fors-major şəraitinin təsiri ilə bağlı olması barədə məlumat;
3.2. göndərişin içərisindəkinə görə tutulub saxlanılması, müsadirə edilməsi və ya kompetent orqanlar tərəfindən məhv edilməsi, yaxud təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq müsadirə olunması barədə məlumat;
Reklamasiya blankının tam doldurulmadığı və 3-cü paraqrafda nəzərdə tutulmuş müddəti aşmasına səbəb olmaqla, əlavə informasiya üçün qaytarılmalı olduğu halda da, Qəbul müdiriyyəti və ya şəraitdən asılı olaraq, Təyinat müdiriyyəti həmçinin, şikayətçiyə, ona çatası kompensasiyanı ödəmək hüququna malikdir.
Maddə 38. Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri alınma imkanı
1. Əgər kompensasiya ödənildikdən sonra əvvəllər itirilmiş hesab olunan sifarişli və ya qiymətli elan edilmiş göndəriş və ya içindəkinin bir hissəsi tapılmışdırsa, bu halda ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması şərti ilə, üç ay ərzində göndərişin göndəriciyə və ya ünvançıya verilə biləcəyi barədə ona məlumat verilir. Eyni zamanda ondan göndərişin kimə təqdim edilməli olduğu barədə sorğu edilir. İmtina halında və ya müəyyən edilmiş müddət ərzində cavab alınmadığı halda göstərilən qayda ünvançı barədə və ya şəraitdən asılı olaraq, göndərici barədə tətbiq edilir.
2. Əgər göndərici və ya ünvançı göndəriş almaqdan imtina edirsə, bu halda həmin göndəriş Müdiriyyətin və ya lazımi halda, ziyanı ödəmiş Müdiriyyətin ixtiyarına keçir.
3. İtmiş hesab olunan qiyməti elan edilmiş göndəriş sonradan tapıldıqda, içindəkinin dəyəri ödənilmiş kompensasiya məbləğindən aşağı olduğu aşkar edilərsə, qəsdən artıq qiymətin elan edilməsindən irəli gələn nəticələrdən asılı olmayaraq, göndərici göndərişin ona çatdırılması zamanı kompensasiya məbləğini geri qaytarmalıdır.
Fəsil 6. Elektron poçtu
Maddə 39. Ümumi müddəalar
1. Poçt müdiriyyətləri öz aralarında elektron poçtu xidmətində iştirak etmək barədə razılıq əldə edə bilərlər.
2. Elektron poçtu — poçt xidmətinin elə bir növüdür ki, burada göndəricidən fiziki və ya elektron şəkildə qəbul edilmiş məlumatların orijinala uyğun olaraq və bir neçə saniyə ərzində ötürülməsi üçün elektrik kanallarından istifadə olunur və ya məmulatlar ünvançıya fiziki və ya elektron şəkildə çatdırılır. Məlumat fiziki formada qəbul edildiyi halda o elektron yolu ilə bir qayda olaraq mümkün qədər ən uzaq məsafələrə ötürülür və ünvançı üçün mümkün qədər ən münasib fiziki formada bərpa edilir. Fiziki formada olan məlumat ünvançıya bağlı şəkildə, məktub korrespondensiyası göndərişi kimi təqdim edilir.
3. Elektron poçtu üzrə tariflər Müdiriyyətlər tərəfindən dəyərə və bazar tələblərinə uyğun olaraq təyin edilir.
Maddə 40. Faks rabitəsi xidməti
1. Bürofaks tipli xidmətlər qamması mətn və illüstrasiyaları orijinala uyğun olaraq, faks xidməti vasitəsilə ötürməyə imkan verir.
Maddə 41. Teleçap xidməti
1. Xidmətlər qamması EHM-də (Fərdi Kompüter, (mərkəzi EHM) elektron maşına) tərtib olunmuş mətn və illüstrasiyaların ötürülməsini həyata keçirməyə imkan verir.
Üçüncü hissə. Məktub korrespondensiyası barədə müddəalar: Poçt müdiriyyətləri arasında münasibətlər
Fəsil 1. Məktub korrespondensiyası göndərişlərinin işlənilməsi
Maddə 42. Xidmətin keyfiyyəti sahəsində məqsədlər
1. Müdiriyyətlər daxil olan və ya çıxan prioriter və aviagöndərişlərin, eləcə də yerüstü və qeyri-prioritet göndərişlərin işlənilməsi müddətini təyin etməlidirlər. Bu müddət onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.
2. Qəbul və təyinat müdiriyyətləri tərəfindən təyin edilmiş müddətləri oriyentir kimi qəbul edərək və daşınma vaxtını nəzərə alaraq Qəbul müdiriyyətləri xaricə göndərilən prioritet və aviagöndərişlər üzrə xidmətin keyfiyyəti sahəsində məqsədləri dərc etməlidir.
3. Poçt müdiriyyətləri təyin edilmiş müddətlərə əməl edilməsini Beynəlxalq Büro və ya Regional İttifaqlar tərəfindən təşkil olunmuş sorğular vasitəsilə, yaxud ikitərəfli razılaşmalar əsasında periodik olaraq yoxlayır.
4. Təyin edilmiş müddətlərə əməl edilməsini, həmçinin Poçt müdiriyyətləri tərəfindən digər nəzarət sistemləri vasitəsilə də xüsusi halda xarici nəzarət yoxlayışları zamanı müntəzəm olaraq yoxlamaq arzu ediləndir.
5. İmkan daxilində Müdiriyyətlər xidmətin keyfiyyətinə nəzarət sistemini beynəlxalq poçt depeşləri üzrə (istər daxil olan, istərsə də çıxan) tətbiq edirlər; burada söhbət, imkan daxilində, qəbul anından çatdırma anına qədər keçirilən tam nəzarətdən gedir.
6. Bütün üzv ölkələr öz beynəlxalq poçt xidmətlərinin istismarında onlar üçün sorğu əhəmiyyəti olan qəbulun son müddətləri barədə aktuallaşdırılmış məlumatı Beynəlxalq Büroya təqdim edirlər.
7. İmkan daxilində məlumatlar prioritet və qeyri-prioritet poçt axınları üçün ayrı-ayrılıqda təqdim edilməlidir.
Maddə 43. Göndərişlərin mübadiləsi
1. Müdiriyyətlər, onlardan birinin və ya bir neçəsinin vasitəçiliyi ilə göndərişləri bir-birinə istər bağlı depeşlərdə, istərsə də açıq tranzitlə xidmətin tələbatına və rahatlığına uyğun olaraq göndərir.
2. Əgər poçtun daşınması hər hansı bir ölkədən tranzitlə keçməklə, bu ölkənin Poçt müdiriyyətinin iştirakı olmadan həyata keçirilirsə, həmin Müdiriyyət bu barədə qabaqcadan məlumatlandırılmalıdır. Tranzitin bu cür forması tranzit ölkənin Poçt müdiriyyətinin üzərinə məsuliyyət qoymur.
3. Müdiriyyətlər öz aralarında müvafiq razılaşma əldə etdikləri şəraitdə, yerüstü poçt depeşlərini hava yolu ilə məhdud prioritetlə göndərmək hüququna malikdir və bu Müdiriyyətlər həmin depeşləri öz ölkələrinin aeroportlarında alırlar.
4. Mübadilə Reqlamentin müddəaları əsasında həyata keçirilir.
Maddə 44. Hərbi hissələrlə aparılan bağlı depeş mübadiləsi
1. Bağlı depeşlərlə mübadilə digər ölkələrin quru yol, dəniz və ya hava yolları xidmətlərinin vasitəsilə aşağıdakılar arasında həyata keçirilə bilər:
1.1. üzv ölkələrdən birinin poçt müəssisələri ilə Birləşmiş Millətlər Təşkilatının sərəncamında olan hərbi bölmələrin komandanlıqları arasında;
1.2. bu hərbi bölmələrin komandanlıqları arasında;
1.3. üzv ölkələrdən birinin Poçt müəssisələri və həmin ölkənin ölkə xaricində yerləşən dəniz və ya hava bölmələrinin, hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında;
1.4. eyni bir ölkənin dəniz, hava bölmələrinin hərbi gəmi və ya təyyarələrinin komandanlıqları arasında.
2. 1-ci paraqrafda göstərilən depeşlərə yığılmış məktub korrespondensiyası göndərişləri, yalnız bu depeşləri alan və ya göndərən hərbi bölmələrin və ya qərargahların, eləcə də gəmi və ya təyyarə ekipajlarının üzvləri tərəfindən göndərilə və ya alına bilər. Bu göndərişlərə tətbiq edilən tariflər və göndərilmə şərtləri hərbi bölmənin sərəncamında olduğu, yaxud gəmi və ya təyyarələrin məxsus olduğu ölkənin Poçt müdiriyyətlərinin qaydalarına uyğun müəyyən edilir.
3. Xüsusi razılaşma istisna edilməklə, hərbi bölməni öz sərəncamına götürmüş, yaxud hərbi gəmi və ya təyyarənin məxsus olduğu ölkənin Müdiriyyəti depeşlərin tranzit üzrə xərclərini, son xərcləri və hava daşınması xərclərini müvafiq Müdiriyyətlərə ödəməyə borcludur.
Maddə 45. Xidmətlərin öz işini müvəqqəti dayandırması
1. Əgər fövqəladə şərait nəticəsində hər hansı Poçt müdiriyyəti müvəqqəti olaraq xidmət işini tam və ya qismən dayandırmağa məcburdursa, o, bu barədə marağı olan Müdiriyyətlərə dərhal xəbər verməlidir.
Fəsil 2. Məsuliyyətin müəyyənləşdirilməsi
Maddə 46. Poçt rəhbərlikləri arasında məsuliyyətin müəyyənləşdirilməsi
1. Əks hal sübut olunmayınca, məsuliyyət, göndərişi qeyd-şərtsiz qəbul edərək və təhqiqatın aparılması üçün bütün lazımi vasitələr əlində olmaqla, bu göndərişin nə ünvançıya çatdırılmasını və nə də digər Müdiriyyətə düzgün qaydada ötürülməsini (bu həqiqətən də olmuşdursa) müəyyənləşdirə bilməyən Müdiriyyətin üzərinə düşür.
2. Əgər itki, oğurluq və ya zədələnmə halları göndərilmə zamanı baş vermişdirsə və bu hadisələrin hansı ölkənin ərazisində və ya xidmətində baş verdiyini müəyyən etmək mümkün deyildirsə, bu halda müvafiq Müdiriyyətlər ziyanı bərabər hissələrlə (yarıbayarı) ödəyir.
3. Bir Müdiriyyətin digər Müdiriyyətlərə görə məsuliyyəti heç bir halda, bu Müdiriyyət tərəfindən qəbul olunmuş qiymət elan edilməsinin ən yüksək həddindən artıq ola bilməz.
4. Qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən Poçt müdiriyyətləri qiyməti elan edilmiş göndərişlərin bağlı depeşlərdə daşınması zamanı bu göndərişlərə görə sifarişli göndərişlər üçün nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Poçt müdiriyyətləri istifadə etdikləri gəmilərdə və təyyarələrdə qiymətli əşyaların daşınmasına görə məsuliyyət daşımadığı hallarda da, həmçinin həmin qayda tətbiq edilir.
5. Əgər itki, oğurluq və ya zədələnmə halları qiyməti elan edilmiş göndərişlər xidmətini təmin etməyən Aralıq müdiriyyətin ərazisində və ya xidmətində baş vermişdirsə, bu halda Qəbul müdiriyyəti Aralıq müdiriyyətin bağlamadığı ziyanı ödəyir. Ziyanın ölçüsünün Aralıq müdiriyyət tərəfindən qəbul olunmuş qiymət elan edilməsinin ən yüksək həddindən artıq olduğu hallarda da, eyni qayda tətbiq edilir.
6. Ləğv edilməsi mümkün olmayan gömrük rüsumları və digər vergilər göndərişin itkisi, oğurlanması və ya zədələnməsi üçün məsuliyyət daşıyan Müdiriyyətin hesabına aid edilir.
7. Kompensasiyanı ödəmiş Müdiriyyət bu ödənişi almış şəxsin hüquqlarını ödənişin məbləği hüdudlarında təmsil etməklə, lazımi halda ziyanı ünvançıdan və ya göndəricidən, yaxud üçüncü şəxslərdən ala bilər.
Fəsil 3. Tranzit xərcləri və son xərclər
1. 50-ci maddənin şərtlərinə əməl edilməklə iki Müdiriyyət arasında və ya eyni bir ölkənin iki müəssisəsi arasında, bir və ya bir neçə digər Müdiriyyətin xidmətlərinin (üçüncü xidmətlər) vasitəçiliyi ilə mübadilə olunan bağlı depeşlərin daşınmasına görə tranzit xərclərin ödənişi tutulur. Bu ödəniş quru yol və dəniz tranziti xidmətlərinin göstərilməsinə görə olan kompensasiyadır.
2. Açıq tranzitlə göndərilən göndərişlər üçün həmçinin tranzit xərcləri alına bilər. Tətbiq üsulları Reqlamentdə müəyyənləşdirilmişdir.
Maddə 48. Tranzit xərcləri şkalaları:
1. Tranzit xərcləri aşağıdakı cədvəldə göstərilən şkalalara uyğun olaraq hesablanır:
Məsafələr |
1 kq brutto üçün xərclər |
1.1. quru yol məsafələri km-lər |
XAH ilə |
100 km-ə dək |
0,14 |
100 km-dən 200 km-ədək |
0,17 |
200 km-dən 300 km-ədək |
0,20 |
300 km-dən 400 km-ədək |
0,22 |
400 km-dən 500 km-ədək |
0,24 |
500 km-dən 600 km-ədək |
0,26 |
600 km-dən 700 km-ədək |
0,27 |
700 km-dən 800 km-ədək |
0,29 |
800 km-dən 900 km-ədək |
0,31 |
900 km-dən 1000 km-ədək |
0,32 |
1000 km-dən 1100 km-ədək |
0,34 |
1100 km-dən 1200 km-ədək |
0,35 |
1200 km-dən 1300 km-ədək |
0,37 |
1300 km-dən 1500 km-ədək |
0,39 |
1500 km-dən 2000 km-ədək |
0,43 |
2000 km-dən 2500 km-ədək |
0,49 |
2750 km-dən 3000 km-ədək |
0,53 |
3000 km-dən 4000 km-ədək |
0,62 |
4000 km-dən 5000 km-ədək |
0,72 |
5000 km-dən 6000 km-ədək |
0,81 |
6000 km-dən 7000 km-ədək |
0,89 |
7000 km-dən 8000 km-ədək |
0,97 |
8000 km-dən 9000 km-ədək |
1,05 |
9000 km-dən 10000 km-ədək |
1,12 |
10000-dən 11000-ədək |
1,19 |
11000-dən 12000-ədək |
1,26 |
12000-dən 13000-ədək |
1,32 |
13000-dən 14000-ədək |
1,39 |
14000-dən yuxarı |
1,45 |
Məsafələr |
Bir dəniz milinin 1852 km-ə bərabər olmaqla kilometrlərlə (km) | |||
1.2. Dəniz yolları dəniz mili ilə (d.m.) |
XAH ilə | |||
100 d.m.-dək |
185 km-dək |
0,17 | ||
100 d.m.-dən |
200 d.m.-dək |
185 km-dən |
370 km-dək |
0,19 |
200 d.m.-dən |
300 d.m.-dək |
370 km-dən |
556 km-dək |
0,21 |
300 d.m.-dən |
400 d.m.-dək |
556 km-dən |
741 km-dək |
0,22 |
400 d.m.-dən |
500 d.m.-dək |
741 km-dən |
926 km-dək |
0,23 |
500 d.m.-dən |
600 d.m.-dək |
926 km-dən |
1111 km-dək |
0,24 |
600 d.m.-dən |
700 d.m.-dək |
1111 km-dən |
1296 km-dək |
0,24 |
700 d.m.-dən |
800 d.m.-dək |
1296 km-dən |
1482 km-dək |
0,25 |
800 d.m.-dən |
900 d.m.-dək |
1482 km-dən |
1667 km-dək |
0,25 |
900 d.m.-dən |
1000 d.m.-dək |
1667 km-dən |
1852 km-dək |
0,26 |
1000 d.m.-dən |
1100 d.m.-dək |
1852 km-dən |
2037 km-dək |
0,26 |
1100 d.m.-dən |
1200 d.m.-dək |
2037 km-dən |
2222 km-dək |
0,27 |
1200 d.m.-dən |
1300 d.m.-dək |
2222 km-dən |
2408 km-dək |
0,27 |
1300 d.m.-dən |
1500 d.m.-dək |
2408 km-dən |
2778 km-dək |
0,28 |
1500 d.m.-dən |
2000 d.m.-dək |
2778 km-dən |
3704 km-dək |
0,29 |
2000 d.m.-dən |
2500 d.m.-dək |
3704 km-dən |
4630 km-dək |
0,31 |
2500 d.m.-dən |
2750 d.m.-dək |
4630 km-dən |
5093 km-dək |
0,32 |
2750 d.m.-dən |
3000 d.m.-dək |
5093 km-dən |
5556 km-dək |
0,32 |
3000 d.m.-dən |
4000 d.m.-dək |
5556 km-dən |
7408 km-dən |
0,34 |
4000 d.m.-dən |
5000 d.m.-dək |
7408 km-dən |
9260 km-dək |
0,36 |
5000 d.m.-dən |
6000 d.m.-dək |
9260 km-dən |
11112 km-dək |
0,38 |
6000 d.m.-dən |
7000 d.m.-dək |
11112 km-dən |
12964 km-dək |
0,40 |
7000 d.m.-dən |
8000 d.m.-dək |
12964 km-dən |
14816 km-dək |
0,41 |
8000 d.m.-dən |
10000 d.m.-dək |
14816 km-dən |
16668 km-dək |
0,42 |
10000 d.m.-dən |
11000 d.m.-dək |
16668 km-dən |
18520 km-dək |
0,43 |
11000 d.m.-dən |
12000 d.m.-dək |
18520 km-dən |
20372 km-dək |
0,45 |
12000 d.m.-dən |
13000 d.m.-dək |
20372 km-dən |
22224 km-dək |
0,46 |
13000 d.m.-dən |
14000 d.m.-dək |
22224 km-dən |
24076 km-dək |
0,47 |
14000 d.m.-dən |
|
24076 km-dən |
25928 km-dək |
0,48 |
|
|
25928 km-dən |
|
0,49 |
2. Poçt İstismarı Şurası birinci paraqrafda xatırladılan şkalaları iki Konqresarası müddətdə yenidən nəzərdən keçirmək və dəyişdirmək hüququna malikdir. Tranzit əməliyyatları həyata keçirən Müdiriyyətlərə ədalətli qaydada bölünmüş kompensasiyaları təmin edən metodologiya sayəsində keçirilən yenidən baxılma etibarlı və xarakterik iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt İstismarı Şurasının müəyyən etdiyi tarixdən qüvvəyə minir.
Maddə 49. Son xərclər
1. 50-ci maddənin şərtlərinə əməl edilməklə Digər müdiriyyətdən məktub korrespondensiyası göndərişləri alan hər bir Müdiriyyət alınmış beynəlxalq poçta görə Göndərici müdiriyyətdən xərclərin kompensasiyasını götürmək hüququna malikdir.
2. Kompensasiya
2.1. M kisələr istisna edilməklə, məktub korrespondensiyası göndərişlərinə görə kompensasiya hər kq üçün 3,427 XAH təşkil edir.
2.2. M kisələrə tətbiq edilən tarif hər kq üçün 0,653 XAH-a bərabərdir.
2.2.1. Çəkisi 5 kq-dan az olan kisələr, son xərclərin kompensasiyası zamanı 5 kq çəkisi olan kisə kimi götürülür.
3. Yenidənbaxılma mexanizmi
3.1. Əgər hər hansı istiqamətdə il ərzində 150 tondan çox (M kisələr istisna olmaqla) poçt göndərən və ya qəbud edən Müdiriyyət, göndərilmiş və ya alınmış poçtun 1 kq-a düşən göndərişlərin orta miqdarının dünya üzrə qəbul edilmiş orta kəmiyyətindən — 17,26 göndərişdən fərqli olduğunu aşkar edirsə, bu Müdiriyyət tariflərə yenidənbaxılmanı o halda tələb edə bilər ki, əgər dünya üzrə qəbul edilmiş orta kəmiyyətlə münasibətdə:
3.1.1. göndərişlərin miqdarı 2 1-dən çoxdur və ya
3.1.2. göndərişlərin miqdarı 14-dən azdır;
3.1.3. əgər poçt axını, Konqres tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıya daxil olan inkişaf etməkdə olan ölkəyə göndərilirsə, bu halda 3.1.2. paraqrafında nəzərdə tutulmuş yenidənbaxılma həyata keçirilir;
3.1.4. əgər bir Müdiriyyət 3.1. paraqrafında nəzərdə tutulmuş yenidənbaxılmanın tətbiq olunmasını tələb edirsə, bu halda qarşı Müdiriyyət də (hətta digər istiqamətdə illik poçt axını 150 tondan daha az olarsa belə) həmçinin həmin qaydanı tətbiq edə bilər.
3.1.4.1. 3.1.4 paraqrafındakı müddəa, Konqress tərəfindən bu məqsədlə tərtib edilmiş siyahıda göstərilmiş inkişaf etməkdə olan ölkələrə tətbiq olunmur.
3.2. Yenidənbaxılma Reqlamentdə müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir.
4. Böyük miqdarda poçt
4.1. Böyük miqdarda poçt üçün Təyinat müdiriyyəti aşağıdakı düsturlardan birinə uyğun olaraq, xüsusi kompensasiya tələb edə bilər:
4.1.1. hər bir göndərişə görə 0,14 XAH və hər bir kq-a görə 1 XAH ölçüsündə olan orta dünya tariflərinin tətbiq edilməsi;
4.1.2. təyinat ölkəsində işlənilmə dəyərini əks etdirən, göndərişə görə və hər kq-a tariflərin tətbiq edilməsi. Bu dəyər, Reqlamentdə göstərilən şərtlərə uyğun olaraq daxili tarifləri özündə əks etdirməlidir.
4.2. 3.1.3 paraqrafının müddəalarına qeyd-şərt etməklə, əgər Təyinat müdiriyyəti böyük miqdarda poçt üçün xüsusi ödəniş tələb edirsə, bu halda göndərən müdiriyyət poçt axınının qalığına 3.1. paraqrafına uyğun olaraq, yenidənbaxılmanı tələb etmək hüququna malikdir.
5. Poçt İstismarı Şurası iki Konqresarası müddətdə 2-ci və 4.1.1-ci paraqraflarda göstərilən kompensasiyasını dəyişdirmək hüququna malikdir. Həyata keçiriləcək yenidənbaxılma etibarlı iqtisadi və maliyyə məlumatlarına əsaslanmalıdır. Mümkün dəyişiklik haqqında qərar Poçt İstismarı Şurası tərəfindən müəyyən edilmiş tarixdən qüvvəyə minir. O, həmçinin 4.2.1. paraqrafında göstərilmiş, kompensasiya sisteminin tətbiq edilməsinin üsullarını təyin etmək hüququna malikdir.
6. İstənilən Müdiriyyət 1-ci paraqrafda nəzərdə tutulmuş kompensasiyadan tam və ya qismən imtina edə bilər.
7. İkitərəfli və ya çoxtərəfli sazişlər əsasında maraqlı Müdiriyyətlər son xərclərlə bağlı hesabların ödənilməsi üçün digər kompensasiya sistemlərini tətbiq edə bilərlər.
Maddə 50. Tranzit və son xərclərin ödənişindən azad edilmə
1. 7.2.2. maddəsində göstərilmiş məktub korrespondensiyası göndərişləri, bağlı depeşlərdə qəbul yerinə qaytarılan çatdırılmamış poçt göndərişləri, həmçinin içərisində boş poçt kisələri olan göndərişlər quru yol və ya dəniz tranziti üzrə xərclərin və son xərclərin ödənilməsindən azad edilir.
Maddə 51. Tranzit və son xərclər üzrə hesabat
1. Tranzit xərcləri
1.1. Yerüstü poçt üçün tranzit xərclər üzrə hesabat hər il Tranzit müdiriyyət tərəfindən hər bir Qəbul müdiriyyəti üçün tərtib edilir. Bu hesabat baxılan il ərzində tranzitlə alınmış göndərilmiş depeşlərin çəkisi əsasında aparılır. Bu zaman, 48-ci maddə üzrə təyin edilmiş şkalalar tətbiq edilir.
1.2. Tranzit xərcləri depeşlərin Qəbul müdiriyyəti çəkir. 1.4. paraqrafında nəzərdə tutulmuş istisnanın qəbul edilməsi şərti ilə, bu xərclər, tranzit ölkə kimi depeşlərin göndərilməsini həyata keçirmiş və ya depeşlərin quru yol və ya dəniz daşınmasında onun xidməti iştirak etmiş ölkələrin Müdiriyyətlərinə ödənilir.
1.3. Əgər depeşlərin tranzit keçməklə göndərildiyi ölkənin Müdiriyyəti, bu depeşlərin quru yol və ya dəniz daşınmasında iştirak etmirsə, bu halda müvafiq tranzit xərclər Təyinat müdiriyyətinə (əgər bu Müdiriyyət həmin tranzitlə bağlı xərcləri çəkmişdirsə) ödənilir.
1.4. Tranzit depeşlərin dəniz daşınması üçün xərclər depeşlərin qəbul Poçt müdiriyyətləri və dəniz şirkətləri və ya onların vasitəçiləri arasında bilavəsitə ödənilə bilər. Müvafiq yükləmə portunun Poçt müdiriyyəti qabaqcadan buna öz razılığını bildirməlidir.
1.5. Əgər illik saldo 163,35 XAH-dan çox deyilsə, bu halda Müdiriyyət-debitor tranzit xərclərin ödənilməsindən azad edilir.
2. Son xərclər
2.1. M kisələr istisna edilməklə, məktub korrespondensiyası göndərişləri üçün son xərclər üzrə illik hesabat baxılan il ərzində alınmış depeşlərin faktiki çəkisi əsasında Müdiriyyət-kreditor tərəfindən tərtib edilir. Bu zaman 49-cu maddədə təyin edilmiş tariflər tətbiq olunur.
2.2. M kisələri üçün son xərclər üzrə illik hesabat çəki əsasında 49-cu maddədə müəyyən edilmiş müddəalara uyğun olaraq tərtib edilir.
2.3. İllik çəkinin təyin edilməsinin mümkün olması üçün, depeşlərin Qəbul müdiriyyəti daim hər bir depeş üçün aşağıdakıları göstərməlidir:
- poçtun çəkisi (M kisələri istisna edilməklə);
- 5 kq-dan yuxarı çəkisi olan M kisələrinin çəkisi;
- 5 kq-a qədər çəkisi olan M kisələrinin sayı.
2.4. Əgər böyük miqdarda göndərişlərin miqdarını və çəkisini təyin etmək zəruri olarsa, bu halda həmin kateqoriyalı poçt üçün Reqlamentdə göstərilmiş üsullar tətbiq olunur.
2.5. Maraqlı müdiriyyətlər, öz qarşılıqlı münasibətlərində son xərclərin hesabatının müxtəlif statistik metodlarla həyata keçirilməsi barədə razılıq əldə edə bilərlər. Onlar həmçinin Reqlamentdə nəzərdə tutulmuş statistik perioddan fərqli olan periodiklik barədə də razılaşa bilərlər.
2.6. Əgər illik saldo 326,70 XAH-dan çox deyilsə, bu halda Müdiriyyət-debitor son xərclərin ödənilməsindən azad edilir.
3. Hər bir Müdiriyyət illik nəticələri, bu nəticələr, onun fikrinə görə həqiqilikdən xeyli fərqlənirsə, arbitraj üzrə komissiyanın baxılmasına vermək hüququna malikdir. Bu arbitraj Ümumi reqlamentin 128-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada yaradılır. Arbitrlər məhkəmə qaydasında tranzit və ya son xərclərin ödəniləcək məbləğini təyin etmək hüququna malikdir.
Fəsil 4. Hava yolları ilə daşınmalarla bağlı xərclər
Maddə 52. Ümumi prinsiplər
1. Hava yolunun bütün məsafəsi boyu daşınma üzrə xərclər aşağıdakı qaydada ödənilir:
1.1. əgər söhbət bağlı depeşlərdən gedirsə, qəbul ölkəsinin Müdiriyyəti hesabına;
1.2. əgər söhbət səhv göndərilmiş korrespondensiya da daxil olmaqla, açıq tranzitlə göndərilən prioritet və aviagöndərişlərdən gedirsə, bu göndərişləri digər Müdiriyyətə ötürən Müdiriyyətin hesabına.
2. Bu qaydalar həmçinin, tranzit rüsumlardan azad olunmuş aviadepeşlərə, açıq tranzitiə göndərilən prioritet göndərişlərə və aviagöndərişlərə də tətbiq edilir.
3. Əgər ölkə daxilində hava daşınmaları üzrə orta-tarazlaşdırılmış keçid məsafəsi 300 km-dən çox olarsa, bu halda öz ölkəsi daxilində beynəlxalq poçtun hava daşınmasını təmin edən hər bir Təyinat müdiriyyəti, bu daşınma ilə bağlı əlavə xərclərin kompensasiyasını almaq hüququna malikdir. Əgər pulsuz daşınma barədə razılaşma yoxdursa, bu halda xarici ölkədən daxil olan bütün prioritet depeşlər və avia depeşlər üçün, onların daxildə hava yolu ilə daşınıb-daşınmamasından asılı olmayaraq, yuxarıda göstərilən xərclər eyni qaydada olmalıdır.
4. Lakin, əgər Təyinat müdiriyyəti tərəfindən son xərclər üzrə götürülən kompensasiya başlıca olaraq, dəyərə və ya daxili tariflərə əsaslanırsa, bu halda daxili hava daşınması üçün xərclərin heç bir əlavə kompensasiyası həyata keçirilmir.
5. Təyinat müdiriyyəti orta-tarazlaşdırılmış məsafənin hesablanması zamanı, son xərclərinin kompensasiyasının hesabatı başlıca olaraq, dəyərə və ya Təyinat müdiriyyətinin daxili tariflərinə əsaslanmış bütün depeşlərin çəkisini istisna edir.
6. Maraqlı müdiriyyətlər arasında avia korrespondensiya barədə xüsusi razılaşma olmadıqda, bu avia korrespondensiyanın yerüstü və ya dəniz yolu ilə mümkün daşınması halında 48-ci maddə tətbiq olunur. Bununla belə, aşağıdakı işlər üçün tranzit xərclərin heç bir ödənişi aparılmır:
6.1. eyni bir şəhərə xidmət göstərən iki aeroport arasında avia depeşlərin yüklənib boşaldılması;
6.2. depeşlərin şəhərə xidmət göstərən aeroportla həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədi ilə qaytarılması.
Maddə 53. Əsas tarif və hava yolu ilə daşınmalar üzrə xərclərin hesabatı
1. Müdiriyyətlər arasında hava daşınmaları üçün hesabların ödənişinə tətbiq olunan əsas tarif Poçt İstismarı Şurası tərəfindən təsdiq edilir. Bu tarif Reqlamentdə təyin edilmiş düstur üzrə Beynəlxalq büro tərəfindən hesablanır.
2. Bağlı depeşlərin açıq tranzitlə göndərilən prioritet və avia göndərişlərin daşınması üzrə xərclərin hesabatı, eləcə də buna aid hesabat metodları Reqlamentdə şərh edilmişdir.
Fəsil 5. Faks rabitəsi
Maddə 54. Ümumi müddəalar
1. Poçt müdiriyyətləri digər Poçt müdiriyyətləri ilə və xarici partnyorlarla faks rabitəsinin qurulması barədə razılığa gələ bilərlər.
2. Marağı olan Müdiriyyətlər məlumat mübadiləsini həyata keçirmək üçün təchizatçı və texniki vasitə (elektron avadanlığı və təminatı) seçməkdə sərbəstdir.
3. Şəbəkə xidmətinin təchizatçısı ilə razılaşma əsasında Poçt müdiriyyətləri bu xidmətlərin ödəniş üsulu barədə iki tərəfli qaydada saziş bağlayır.
4. Poçt müdiriyyətləri, faks mübadiləsinin həyata keçirilməsi ilə bağlı xidmət üçün ödəniş aparmayan hər hansı digər Müdiriyyətlə görə* nə maliyyə, nə də hüquqi məsuliyyət daşımır.
Fəsil 6. Müxtəlif müddəalar
Maddə 55. Hesabların ödənilməsi
1. Poçt müdiriyyətləri arasındakı münasibətlərdə beynəlxalq poçt mübadiləsi üzrə hesabların ödənişi cari maliyyə əməliyyatı kimi baxıla bilər və bu, maraqlı üzv ölkələrin, bu məsələ üzrə razılaşmalar olduğu halda, qüvvədə olan beynəlxalq öhdəçiliklərinə uyğun həyata keçirilə bilər. Müvafiq razılaşmalar olmadıqda, hesabların ödənişi Reqlamentin müddəalarına uyğun aparılır.
Maddə 56. Məlumatların təqdim edilməsi, Beynəlxalq Büronun dərc etdiyi xülasələr, sənədlərin saxlanılması, blanklar
1. Poçt xidmətinin təmin edilməsinə dair məlumatların təqdim olunması, Beynəlxalq Büronun nəşrləri, sənədlərin saxlanılması və istifadə olunan blanklar barədə müddəalar Reqlamentə aid edilir.
Dördüncü hissə
Maddə 57. EMS xidməti
1. EMS xidməti, poçt xidmətləri içərisində fiziki cəhətdən ən sürətlisidir. Bu xidmət məktub korrespondensiyasının, sənədlərin və ya malların ən qısa müddətlərdə qəbulu, ötürülməsi və çatdırılmasını özündə birləşdirir.
2. EMS xidməti ikitərəfli sazişlər əsasında reqlamentləşdirilir. Bu sazişlərlə dəqiq müəyyənləşdirilməyən aspektlər İttifaq Aktlarının müvafiq müddəalarına aid olunur.
3. Bu xidmət, imkan daxilində, aşağıdakı elementlərdən ibarət olan loqotip üzrə müəyyən edilir:
- narıncı rəngdə qanadın forması;
- göy rəngdə EMS hərfləri;
- narıncı rəngdə üç üfqi zolaq.
Loqotip milli xidmətdə istifadə olunan adla tamamlana bilər.
4. Xidmət tarifləri Qəbul müdiriyyəti tərəfindən xərclər və bazar tələbatı nəzərə alınmaqla təyin edilir.
Beşinci hissə. Yekun müddəalar
Maddə 58. Cinayət təqibedilmə tədbirlərinə dair öhdəliklər
1. Üzv ölkələrin hökumətləri aşağıdakı tədbirləri yerinə yetirməyi və ya həmin zəruri tədbirlərin görülməsi barədə öz ölkələrinin qanunverici orqanlarına təklif verməyi öz öhdəsinə götürür:
1.1. poçt markalarının (hətta tədavüldən çıxarılmış), beynəlxalq cavab kuponlarının saxtalaşdırılmasına görə cəza verilməsi üçün;
1.2. aşağıdakıların istifadə edilməsinə və ya dövriyyəyə buraxılmasına görə cəza verilməsi üçün:
1.2.1. saxta (hətta tədavüldən çıxarılmış) və ya istifadədə olmuş poçt markalarının, eləcə də saxta və ya istifadədə olmuş frankirə maşını və ya mətbəə çap maşını ottisklərini;
1.2.2. saxta beynəlxalq cavab kuponlarının;
1.3. üzv ölkələrdən birinin Poçt müdiriyyəti tərəfindən buraxılan marka və vinetkalarla asanlıqla qarışıq salına bilinəcək dərəcədə imitasiya edilmiş və ya saxtalaşdırılmış marka və vinetkaların hazırlanması, tədavülə buraxılması və onların poçt xidmətində istifadəsi ilə bağlı hər cür naqis hərəkətlərin qadağan olunması və qarşısının alınması üçün;
1.4. göndərişə qoyulması Konvensiya və Sazişlərlə birmənalı şəkildə qadağan olunmuş narkotik və psixotrop, eləcə də partlayıcı, tez alışan və ya digər təhlükəli maddələrin göndərilməsinə görə xəbərdarlıq edilməsi, lazımi halda isə cəza tədbirlərinin tətbiq olunması üçün.
Maddə 59. Konvensiya və onun icra Reqlamentinə dair təkliflərin təsdiq edilməsi şərtləri
1. Hazırkı Konvensiya və onun Reqlamentinə dair Konqresə təqdim olunmuş təkliflər, iştirak edən və səs verən üzv-ölkələrin əksəriyyəti tərəfindən bəyənildiyi halda, qüvvəyə minir. Konqresdə təmsil edilmiş üzv-ölkələrin ən azı yarısı səsvermədə iştirak etməlidir.
2. Qərar qəbul edilməsi üçün Konqres tərəfindən Poçt İstismarı Şurasına verilmiş və ya iki Konqres arasındakı müddətdə irəli sürülmüş Reqlamentə dair təkliflər, Poçt İstismarı Şurasının üzvlərinin əksəriyyəti tərəfindən bəyənildiyi halda qüvvəyə minir.
3. İki Konqres arasındakı müddətdə hazırkı Konvensiyaya dair irəli sürülmüş təkliflər aşağıdakı qaydalar üzrə qəbul olunduqları halda, qüvvəyə minir:
3.1. əgər söhbət Konvensiyanın 1-7 (birinci hissə), 8-11, 13,16-18, 20, 24-26, 34-38, (ikinci hissə), 43.2, 44-51, 55 (üçüncü hissə), 58-60 (beşinci hissə) maddələrinə və onun Yekun Protokolunun bütün maddələrinə dəyişikliklərdən gedirsə, İttifaqın üzv ölkələrinin ən azı yarısının məsləhətə cavab verməsi şərtilə, səslərin üçdə iki hissəsi ilə;
3.2. əgər söhbət 3.1 paraqrafında xatırlanan müddəalardan savayı, digər müddəalara mahiyyəti üzrə dəyişikliklərdən gedirsə, İttifaqın üzv-ölkələrinin ən azı yarısının məsləhətə cavab verməsi şərtilə, səslərin əksəriyyəti ilə;
3.3. əgər söhbət aşağıdakı təkliflər barədə gedirsə, səslərin əksəriyyəti ilə:
3.3.1. 3.1 paraqrafında göstərilən müddəalardan savayı Konvensiya müddəalarına redaksiya qaydasında dəyişikliklər edilməsi barədə;
3.3.2. Konvensiya müddəalarının və onun Yekun Protokolunun şərh edilməsi barədə.
4. 3.1 paraqrafında nəzərdə tutulmuş müddəalara baxmayaraq milli qanunvericiliyi, təklif olunmuş dəyişikliklə hələ uyğunlaşa bilməyən hər hansı üzv ölkə Beynəlxalq Büronun Baş Direktoruna, bu dəyişikliyin qəbul edilməsinin onun üçün qeyri-mümkün olduğu barədə yazılı bəyanatla müraciət etmək hüququna malikdir və bu bəyanat məlum dəyişiklik haqqında məlumatın alındığı andan doxsan gün müddətində təqdim edilməlidir.
Maddə 60. Konvensiyanın qüvvəyə minməsi və qüvvədə qalma müddəti
1. Hazırkı Konvensiya 1 yanvar 1996-cı ildən qüvvəyə minir və növbəti Konqres Aktlarının qüvvəyə mindiyi tarixə qədər qüvvədə qalır.
2. Bunu təsdiq edərək üzv-ölkələrin hökumətlərinin Səlahiyyətli nümayəndələri hazırkı Konvensiyanı bir nüsxədə imzaladılar və bu Konvensiya saxlanılmaq üçün Beynəlxalq Büronun Baş Direktoruna veriləcəkdir. Bu nüsxənin surəti hər bir tərəfdaşa Konqresin keçirildiyi ölkənin hökuməti tərəfindən çatdırılacaqdır.
14 sentyabr 1994-cü il tarixdə Seulda icra edildi.
Ümumdünya Poçt Konvensiyasına dair Azərbaycan Respublikasının qeyd-şərtləri
1. 7-ci maddənin 4-cü bəndinə dair:
«Azərbaycan Respublikasının Poçt müdiriyyəti rəsmən tanınan korlar cəmiyyətlərinin səs yazılarını sekoqram şəklində göndərməyə və qəbul etməyə icazə verir».
2. 26-cı maddəyə dair:
«Azərbaycan Respublikasının Poçt müdiriyyəti içərisində gömrük rüsumu tətbiq edilən əşyalar olan sadə və sifarişli məktubların göndərişinə icazə vermir».
«Azərbaycan Respublikasının Poçt müdiriyyəti milli qanunvericiliyə əsasən poçt göndərişlərinin müsadirə olunması səbəblərini yalnız gömrük orqanlarının verdiyi məlumatlar həddində açıqlamaq hüququnu özündə saxlayır».
3. 52-ci və 53-cü maddələrə dair:
«Azərbaycan Respublikasının Poçt müdiriyyəti daşıma haqlarını ancaq aviagöndərişlərin kisə yarlıqlarında (CN 35) və təhvil barədə qayimədə (CN 38) göstərilən reyslər üçün qəbul edəcək».
© LegalActs LLC