Об образовавшихся долгах перед государственным бюджетом по неисполненным решениям


Дата релиза: 21.08.2001

İcra olunmamış qətnamələr üzrə dövlət büdcəsinə yaranan borclar haqqında

İcra olunmamış qətnamələr üzrə dövlət büdcəsinə yaranan borclar haqqında

15/15-25/403-4164

21 avqust 2001-ci il

Yerli vergi orqanlarının rəhbərlərinə

Sizə məlum olduğu kimi, «Dövlət Vergi Xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 11-ci bəndinə əsasən vergi orqanları Qanunun qüvvədə olduğu 01 yanvar 2001-ci il tarixədək olan dövrdə vergilər üzrə borclarını 3 ay ərzində ödəməmiş vergi ödəyicilərinin borclarının onların əmlakına yönəldilməsi barədə İqtisad Məhkəmələrində iddialar qaldırmışlar ki, bu iddialar bir çox hallarda təmin edilmişdir.

Təmin edilmiş həmin iddialar üzrə Məhkəmənin qətnamələri icra üçün müvafiq ərazilər üzrə məhkəmə icraçılarına göndərilmiş, lakin müəyyən səbəblər üzündən bu qətnamələr üzrə əmlakın satışı bir çox hallarda təmin edilmədiyindən onların dəyərləri büdcəyə daxil olmamışdır. Nəticədə icra olunmamış həmin qətnamələr üzrə dövlət büdcəsinə böyük məbləğlərdə borclar yaranmışdır.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vergilər Nazirliyinin məktubuna cavab olaraq, özünün 26 aprel 2000-ci il tarixli 3/389-04 saylı məktubu ilə bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasına dair dəbbə pulu (cərimə, penya) hesablanması nəzərdə tutulmamışdır.

Eyni zamanda, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin olması səbəbindən və bu qətnamələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv olunmayanadək vergi ödəyicilərinin əmlakına yönəldilmiş həmin borclara «Hüquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqında» və «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikasının 24 oktyabr 2000-ci il tarixli Qanunları şamil olunmamalıdır.

Beləliklə, göstərilən borcların dövlət büdcəsinə alınması, yaxud müəyyən edilmiş güzəştlərin onlara şamil edilməsi və ya bu borcların silinməsi hələlik mümkün deyildir və bu məsələ problem olaraq qalır.

Göstərilən problemin həlli üçün müəyyən tədbirlər həyata keçirilməkdədir. Hesab edirik ki, Milli Məclisdə iki oxunuşdan keçmiş «Məhkəmə qətnamələrinin icrası haqqında» Qanunun yaxın vaxtda qəbul edilməsi bu problemin həllinə müəyyən təkan verəcəkdir.

Göstərilənlərə əsasən bu borcların müvəqqəti olaraq «dondurulması» zəruridir. Bu məqsədlə Sizə tapşırılır:

    • məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə təmin olunmuş, lakin ödənilməmiş həmin borcların cari ilin 01 avqust tarixinə vergi ödəyiciləri üzrə məbləğini müəyyən edərək siyahısını tərtib edin;
    • məhkəmə qətnamələrinə əsasən vergi borcları əmlaka yönəldilən vergi ödəyicilərinin həmin borc məbləğlərinə faiz (penya) hesablanmasını dayandırın. Əgər bu borc məbləğlərinə faiz (penya) hesablanmışsa, onu müəyyən edilmiş qaydada ləğv edərək müvafiq vergi ödəyicilərinin şəxsi hesab vərəqələrindən silinməsini təmin edin;
    • göstərilən borcların və onlara hesablanmış faizlərin (penyaların) məbləğləri barədə əlavə olunmuş forma üzrə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinə cari il sentyabrın 10-dan gec olmayaraq məlumat təqdim edin.

Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi

İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi

M.NAMAZOV

Ş.MUSTAFAYEV


_____________rayonu (şəhəri) üzrə Vergilər İdarəsi (şöbəsi) üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən vergi borcu əmlaka yönəldilmiş, lakin ödənilməmiş borcların və onlara hesablanmış faizlərin məbləğləri barədə 01 avqust 2001-ci il tarixə
Məlumat

(min man.)

Məhkəmə qətnamələri ilə təmin edilmişdir

Təmin edilmiş məbləğlərdən

Məhkəmə qətnaməsinin çıxarıldığı tarixdən sonra hesablanmış və silinməmiş faizlərin məbləği

Vergi ödəyicilərinin sayı

Məbləği

Ödənilmişdir

qalıq

Vergilər İdarəsinin (şöbəsinin) Rəisi

_________

____________________

(imza)

(soyadı və inisialı)

Vergi borclarının məcburi alınması Şöbəsinin (bölməsinin) rəisi

_________

____________________

(imza)

(soyadı və inisialı)

«_____»____________2001-ci il

© LegalActs LLC