Об утверждении Формы и Правил представления отчета об ингредиентах, находящихся в составе табачного изделия


Дата релиза: 11.04.2002

Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilmə Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilmə Qaydalarının təsdiq edilməsi barədə

Qərar № 60

Bakı şəhəri, 11 aprel 2002-ci il

«Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilmə Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 204) («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 11 aprel tarixli
60 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması və təqdim edilmə Qaydaları

I. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın forması

Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə
Hesabat

Tütün məmulatının istehsalçısı __________________________________________ __________________________________________________________________________

(hüquqi adı və ünvanı)

İstehsal olunan tütün məmulatının (məhsul markasının) tərkibində istifadə edilən inqrediyentlərin tam
Siyahısı

Tütün məmulatının (məhsul markasının adı)

Tütün məmulatının (məhsul markasının) tərkibində olan inqrediyentlər

adı

miqdarı

funksiyası

həddi keçməyən miqdarının səviyyəsi

nadir xüsusiyyətlər verən tamlı maddələr üçün qruplaşdırılması

təbii

süni

1

2

3

4

5

6

7

8

Qeyd. İnqrediyentlər azalma qaydasında faizlə göstərilməlidir.

Tütün məmulatının istehsalçısı _______________________

imza

«___» ____________________ 200__ il

M.Y.


II. Tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın təqdim edilmə qaydaları

1. Bu Qaydalar «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatın təqdim edilmə qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının tərkibində olan inqrediyentlər barədə hesabatda hər növ məmulatın (məhsul markasının) adı və onun tərkibində olan inqrediyentlər barədə məlumat (inqrediyentlərin adı, funksiyası, həddi keçməyən miqdarının səviyyəsi, habelə nadir xüsusiyyətlər verən tamlı maddələr «təbii» və (və ya) «süni» tamlı maddələr kimi qruplaşdırılması) əks etdirilir.

Tütün məmulatının istehsalçısı təqdim etdiyi hesabatı öz imzası və möhürü ilə təsdiqləyir.

3. Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatının (məhsul markasının) tərkibində olan inqrediyentlər barədə hesabat istehsalçılar tərəfindən hər il dekabr ayının 15-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə bu qərarla təsdiq edilmiş formada təqdim edilir.

4. Yeni növ tütün məmulatının (məhsul markasının) istehsalına başlamazdan əvvəl istehsalçı tütün məmulatının (məhsul markasının) tərkibində olan inqrediyentlər barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə hesabat təqdim etməlidir.


© LegalActs LLC