О внесении частичных изменений в административно-территориальное деление некоторых районов Азербайджанской Республики
Дата релиза: 15.03.2002
Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:
Laçın rayonu üzrə
Ağcakənd kəndi Qoşasu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağcakənd kənd inzibati ərazi dairəsi yaradılsın.
Lerik rayonu üzrə
Aşağı Amburdərə, Kələxan, Gövdərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kəlvəz, Qışlaq, Məhləabad və Yuxarı Amburdərə kəndləri Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılsın.
Qışlaq, Piran və Zərigümaco kəndləri Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılsın.
Molalan və Sorus kəndləri Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılsın.
Samux rayonu üzrə
Alabaşlı qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Alabaşlı qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Aşağı Ağasıbəyli və Yuxarı Ağasıbəyli kəndləri Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağasıbəyli kəndi mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılsın.
Əliuşağı kəndi Zazalı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əliuşağı kənd inzibati ərazi dairəsi yaradılsın.
Hacalılı kəndi Lək kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Hacalılı kənd inzibati ərazi dairəsi yaradılsın.
Qaraarx qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Qaraarx qəsəbə inzibati ərazi dairəsi yaradılsın.
Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılsın.
Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılsın.
Saatlı və Sabirabad rayonları üzrə
Saatlı və Sabirabad rayonlarının inzibati sərhədlərində bu Qanuna əlavə olunmuş xəritə sənədinə uyğun olaraq qismən dəyişiklik edilsin.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri üzrə
Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Əliabad kəndi qəsəbələr kateqoriyasına aid edilsin. Əliabad kənd inzibati ərazi dairəsi Əliabad qəsəbə inzibati ərazi dairəsi adlandırılsın.
Əliabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xətai qəsəbəsi şəhərin yaşayış məntəqələri uçot məlumatından çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 15 mart 2002-ci il.
№ 273-IIQ.
«Azərbaycan» qəzetində dərc olunmuşdur (30 mart 2002-ci il, № 71) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 173) («LegalActs» LLC).
© LegalActs LLC