О применении Конституционного Закона Азербайджанской Республики «Об Уполномоченном по правам человека (омбудсмене) Азербайджанской Республики»


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 mart 2002-ci il, № 57). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 121)

Дата релиза: 05.03.2002

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qanuni fəaliyyətinin məhdudlaşdırılmasına və ya fəaliyyətinə müdaxilə edilməsinə görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin;
    • Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin həyata keçirilməsi üçün onu statusuna uyğun olan bina, zəruri avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin növləri), nəqliyyat, başqa təşkilati-texniki vasitələrlə təmin etsin;
    • hər il Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və onun aparatının fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması nəzərdə tutulsun.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 mart 2002-ci il

№ 671.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 mart 2002-ci il, № 57) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 121) («LegalActs» LLC).

© LegalActs LLC