Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyası haqqında
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyası haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının yeni tərkibi təsdiq edilsin.
Komissiyanın sədri: |
Ramiz Mehdiyev |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri |
Komissiyanın üzvləri: |
Ramil Usubov |
— |
Azərbaycan Respublikasının daxili işlər naziri |
Namiq Abbasov |
— |
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri |
Mədət Quliyev |
— |
Azərbaycan Respublikası milli təhlükəsizlik
nazirinin birinci müavini |
Fikrət Məmmədov |
— |
Azərbaycan Respublikasının ədliyyə naziri |
Fuad Ələsgərov |
— |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri |
Hacı Allahşükür Paşazadə |
— |
Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri |
Zahid Qaralov |
— |
Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
Turan Cavid |
— |
H. Cavidin xaritə muzeyinin direktoru |
Zəlimxan Yaqubov |
— |
şair, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
Elmira Axundova |
— |
jurnalist, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü |
Əbülfəz Qarayev |
— |
Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri |
Vaqif Səmədoğlu |
— |
yazıçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
Bəxtiyar Əliyev |
— |
Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
Səttar Mehbalıyev |
— |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri |
Elmira Süleymanova |
— |
Qadın və İnkişaf Mərkəzinin rəhbəri |
Azay Quliyev |
— |
qeyri-hökumət təşkilatları forumunun rəhbəri |
Ağamusa Axundov |
— |
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru |
Məlahət Həsənova |
— |
Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
Cəmilə Ramazanova |
— |
Azərbaycan Respublikasının əməkdar müəllimi |
Komissiyanın katibi: |
Kəmalə İsmayılova |
— |
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun böyük referenti |
2. Komissiyaya tapşırılsın ki, Azərbaycan Respublikasında əfvetmə haqqında əsasnaməni bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə olunsun ki, komissiyanın iclaslarında iştirak etsinlər.
4. «Azərbaycan Respublikasının Prezidenti yanında Bağışlama məsələləri komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 may tarixli 326 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 19 iyun 2001-ci il
№ 508
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, № 137) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 406) («LegalActs» LLC).
28 iyul 2004-cü il tarixli, 93 nömrəli; 1
noyabr 2015-ci il tarixli, 671 nömrəli;
19 fevral 2016-cı il tarixli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC