О документах, подписанных Азербайджанской Республикой 28 сентября 2001 года в городе Москве на заседании Совета глав правительств Содружества Независимых Государств
«Azərbaycan» qəzetində dərc edilmişdir (03 fevral 2002-ci il, № 28). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2002-ci il, № 2, maddə 96)
Дата релиза: 28.01.20022001-ci il sentyabrın 28-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2001-ci il sentyabrın 28-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökuməti Başçıları Şurasının İclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2002-ci il üçün vahid büdcəsi haqqında Qərar»;
2) «Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2000-ci il üçün vahid büdcəsinin (xərclər smetasının) icrası haqqında Qərar» və ona dair Azərbaycan Respublikasının xüsusi rəyi;
3) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterror mərkəzinin fəaliyyətinin maliyyə təminatı haqqında Qərar» və ona dair Azərbaycan Respublikasının xüsusi rəyi;
4) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökuməti Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının icra vəziyyəti barədə Qərar»;
5) «Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində İcraiyyə Komitəsi Sədrinin MDB-nin icrası katibinin müavinlərinin və digər vəzifəli şəxslərinin kvotalı vəzifələrə kvotalarının bölgüsü, təyin və rotasiya edilməsi Qaydası layihəsinin hazırlanmasının vəziyyəti haqqında Qərar»;
6) «Kömür və Metalın Dövlətlərarası Avroasiya Birliyi barədə MDB dövlətlərinin Başçıları Şurası Qərarının layihəsi haqqında Qərar»;
7) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumət başçılarının Bəyanatı haqqında Qərar».
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 yanvar 2002-ci il
№ 877
«Azərbaycan» qəzetində dərc edilmişdir (03 fevral 2002-ci il, № 28) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2002-ci il, № 2, maddə 96) («LegalActs» LLC).
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2002-ci il üçün vahid büdcəsi haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2002-ci il üçün vahid büdcəsi gəlir və xərclər hissələri üzrə 289442,2 (iki yüz səksən doqquz milyon dörd yüz qırx iki min iki yüz) rus rublu həcmində, o cümlədən Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin pay ödənişləri aşağıdakı məbləğlərdə təsdiq edilsin:
- Azərbaycan Respublikası — 9565,5 min rus rublu
- Ermənistan Respublikası — 14411,2 min rus rublu
- Belarus Respublikası — 18312,8 min rus rublu
- Gürcüstan — 10724,8 min rus rublu
- Qazaxıstan Respublikası — 18704,0 min rus rublu
- Qırğızıstan Respublikası — 14230,1 min rus rublu
- Moldova Respublikası — 10493,5 min rus rublu
- Rusiya Federasiyası — 130005,9 min rus rublu
- Tacikistan Respublikası — 14272,8 min rus rublu
- Türkmənistan — 4804,1 min rus rublu
- Özbəkistan Respublikası — 15065,8 min rus rublu
- Ukrayna — 28851,7 min rus rublu
2. MDB İcraiyyə Komitəsinə tapşırılsın ki, Birlik iştirakçısı olan dövlətlərin maliyyə nazirlikləri ilə birlikdə:
- Müstəqil Dövlətlər Birliyinin orqanları üzrə 2002-ci il üçün büdcənin gəlir və xərclər maddələrinin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2001-ci il 31 may tarixli Qərarında müəyyən edilmiş qaydada formalaşdırılması üzrə təkliflər hazırlasın;
- Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarında dövlətlərin səlahiyyətli nümayəndələrinin və kvotalı işçilərinin əmək haqlarının ödənilməsi şərtlərinə dəyişiklik və əlavələrin edilməsi barədə təklifləri və digər mövcud normativ aktları işgüzar qaydada qəbul edilmək üçün hazırlayıb MDB Hökumət Başçıları Şurasına təqdim etsin.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(imza)
Ermənistan Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Belarus Respublikası Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Gürcüstan Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Qazaxıstan Respublikası Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Qırğızıstan Respublikası Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imzalanmayıb)
Ukrayna Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2000-ci il üçün vahid büdcəsinin (xərclər smetasının) icrası haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2000-ci il üçün vahid büdcəsinin (xərclər smetasının) icrası barədə hesabat haqqında MDB İcraiyyə Komitəsinin məlumatı nəzərə alınsın.
2. Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna hökumətləri MDB orqanlarının vahid büdcəsinə pay ödənişləri üzrə yaranmış borcların ödənilməsi üçün tədbirlər görsünlər.
3. MDB İcraiyyə Komitəsinə tapşırılsın ki:
- Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının vahid büdcəsinin (xərclər smetasının) icrası barədə hesabata baxılarkən aşkar edilmiş maliyyə intizamı pozuntularının aradan qaldırılmasına dair təklifləri;
- vahid büdcəyə borcu olan MDB iştirakçı dövlətləri barəsində tədbirlər görülməsi prosedurunu tənzimləyən məsələlərlə bağlı Müstəqil Dövlətlər Birliyinin normativ hüquqi aktlarına müəyyən edilmiş qaydada dəyişiklik və əlavələrin edilməsinə dair təklifləri hazırlasın və müəyyənləşdirilmiş qaydada MDB İqtisadi Şurasının və MDB Hökumət Başçıları Şurasının növbəti iclasına təqdim etsin.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imzalanmayıb)
Ukrayna Hökuməti adından
(imza)
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2000-ci il üçün vahid büdcəsinin (xərclər smetasının) icrası məsələsinə dair Azərbaycan Respublikasının Xüsusi rəyi
Cari ildə respublika büdcəsinin imkanları məhdud olduğundan, MDB orqanlarına ötən illərin borclarını ödəmək üçün əlavə vəsaitlər axtarıb tapmaq qeyri-mümkündür.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterror mərkəzinin fəaliyyətinin 2002-ci ildən maliyyə təminatı haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Müəyyən edilsin ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin saxlanılması üçün 2002-ci ildən etibarən MDB orqanlarının vahid büdcəsinin hesablarına aşağıdakı faizlərdə pay ödənişləri köçürürlər: Rusiya Federasiyası — 50, Ukrayna — 14, Belarus Respublikası — 6, Qazaxıstan Respublikası — 6, Özbəkistan Respublikası — 6, Azərbaycan Respublikası — 3, Ermənistan Respublikası — 3, Gürcüstan — 3, Qırğızıstan Respublikası — 3, Moldova Respublikası — 3, Tacikistan Respublikası — 3 faiz.
2. Bu Qərar barədə MDB Dövlət Başçıları Şurasına məlumat verilsin.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imzalanmayıb)
Ukrayna Hökuməti adından
(qeyd-şərtlə imzalanmışdır)
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin fəaliyyətinin 2002-ci ildən maliyyə təminatı məsələsinə dair Azərbaycan Respublikasının Xüsusi rəyi
Azərbaycan Respublikası MDB ATM yaradılması haqqında Dövlət Başçıları Şurasının 2000-ci il 21 iyun tarixli Qərarına Azərbaycan Respublikasının xüsusi rəyini əsas götürərək, Mərkəzi informasiya-analitik və məşvərət orqanı kimi maliyyələşdirəcək.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının yerinə yetirilməsinin gedişi barədə
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası MDB iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında 1996-cı il 18 oktyabr tarixli Qərarın icrasını təmin etmək məqsədi ilə qərara aldı:
1. MDB iştirakçısı olan dövlətlərin Dəmir Yol Nəqliyyatı Şurasının MDB İcraiyyə Komitəsi ilə birgə hazırladığı və MDB İqtisadi Şurasında baxılmış Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının yerinə yetirilməsinin gedişi barədə informasiya nəzərə alınsın.
2. MDB iştirakçısı olan dövlətlərin Dəmir Yol Nəqliyyatı Şurası Birlik iştirakçısı olan dövlətlərin dəmir yol idarələrinin (dəmir yollarının) Tarif Sazişi çərçivəsində razılaşdırılmış tarif sisteminin təkmilləşdirilməsi işini davam etdirsin.
3. MDB iştirakçısı olan dövlətlərin dəmir yol idarələri Birlik iştirakçısı olan dövlətlər arasında mal dövriyyəsinin artırılması məqsədi ilə yükgöndərənlərin (yükalanların) müraciətləri əsasında konkret müqavilələr, həcmlər və daşıma marşrutlarına görə, ayrı-ayrı yüklərin Birlik dövlətləri üçün qarşılıqlı faydalı şərtlərlə daşınmasının iqtisadi cəhətdən əsaslandırılmış müstəsna tariflərinin müəyyən edilməsi məsələsini, o cümlədən tarif məsələləri, iqtisadi və texnoloji məsələlər üzrə yaradılmış birgə işçi qrupları çərçivəsində nəzərdən keçirsinlər.
4. Qeyd edilsin ki, 2000-ci ildə sənayenin işinin sabitləşməsi və ümumi daxili məhsulun artım meyli fonunda dövlətlərdə dəmir yol qatarlarının texniki cəhətdən saz halda saxlanılması və onun əsas fondlarının yeniləşdirilməsi ilə bağlı yaranan mürəkkəb vəziyyət yük və sərnişin daşınmasında çətinliklərə gətirib çıxara bilər.
MDB iştirakçısı olan dövlətlərin hökumətlərindən xahiş edilsin ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının yerinə yetirilməsinin gedişini üç aylıq müddət ərzində nəzərdən keçirsinlər, həm də sərnişin daşımalarından ziyan çəkilməsi ilə bağlı yükdaşıma tarifləri üzərinə qoyulmuş əlavələrin götürülməsi, dövlət dotasiyalarından istifadə, hər bir dövlətin sərhəd keçidlərinin inkişafına sərmayə qoyulmasında iştirak etməsi, dəmir yol qatarlarının alınmasının büdcədən maliyyələşdirilməsi, eləcə də dəmir yollarına dövlət yardımının digər məsələlərinin həlli sahəsində işi davam etdirməyi nəzərdə tutsunlar.
5. Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının 5-ci bəndinə dəyişiklik edilərək MDB İqtisadi Şurasına tapşırılsın ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin dəmir yol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli Qərarının yerinə yetirilməsinin gedişi barədə hər il MDB iştirakçısı olan dövlətlərin Dəmir Yol Nəqliyyatı Şurasının və MDB İcraiyyə Komitəsinin məruzəsini dinləsin və həmin məruzə üzrə qərarlar qəbul etsin.
6. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(imza)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imza)
Ukrayna Hökuməti adından
(imza)
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində İcraiyyə Komitəsi Sədrinin — MDB-nin İcraçı katibinin müavinlərinin və digər vəzifəli şəxslərin kvotalı vəzifələrə kvotalarının bölgüsü, təyin və rotasiya edilməsi Qaydası layihəsinin hazırlanmasının vəziyyəti haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində İcraiyyə Komitəsi Sədrinin — MDB-nin İcraçı katibinin müavinlərinin və digər vəzifəli şəxslərin kvotalı vəzifələrə kvotalarının bölgüsü, təyin və rotasiya edilməsi Qaydası layihəsinin hazırlanmasının vəziyyəti haqqında MDB İcraiyyə Komitəsinin məlumatı nəzərə alınsın.
2. MDB Hökumət Başçıları Şurasının 2000-ci il 30 noyabr və 2001-ci il 31 may tarixli qərarlarının icrasının sürətləndirilməsi zəruri hesab edilsin və MDB İcraiyyə Komitəsinə tapşırılsın ki, MDB Hökumət Başçıları Şurasının növbəti iclası ərəfəsində MDB iştirakçısı olan dövlətlərlə birlikdə xarici işlər nazirləri səviyyəsində müşavirə keçirsin.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(imza)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imzalanmayıb)
Ukrayna Hökuməti adından
(imza)
Dövlətlərarası Avroasiya Kömür və Metal Birliyi barədə MDB Dövlətlərinin Başçıları Şurası Qərarının layihəsi haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
1. Dövlətlərarası Avroasiya Kömür və Metal Birliyinin fəaliyyəti ilə bağlı Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumətlərinin təqdim etdiyi mülahizələr əsasında MDB İqtisadi Şurasının hazırladığı təkliflərlə razılaşılsın.
2. Dövlətlərarası Avroasiya Kömür və Metal Birliyi barədə MDB Dövlətlərinin Başçıları Şurasının Qərar layihəsi bəyənilsin.
3. Bu məsələ MDB Dövlətlərinin Başçıları Şurasının müzakirəsinə çıxarılsın.
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(imza)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(imzalanmayıb)
Özbəkistan Respublikası Hökuməti adından
(imzalanmayıb)
Ukrayna Hökuməti adından
(imza)
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumət başçılarının Bəyanatı haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası qərara aldı:
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumət başçılarının Bəyanatı qəbul edilsin (əlavə olunur).
Moskva şəhərində 2001-ci il sentyabrın 28-də bir əsl nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcək.
Azərbaycan Respublikası Hökuməti adından
(imza)
Ermənistan Respublikası Hökuməti adından
(imza)
Belarus Respublikası Hökuməti adından
(imza)
Gürcüstan Hökuməti adından
(imza)
Qazaxıstan Respublikası Hökuməti adından
(imza)
Qırğızıstan Respublikası Hökuməti adından
(imza)
Moldova Respublikası Hökuməti adından
(imza)
Rusiya Federasiyası Hökuməti adından
(imza)
Tacikistan Respublikası Hökuməti adından
(imza)
Türkmənistan Hökuməti adından
(xüsusi rəylə imzalanmışdır)
Özbəkistan Respublikası Hökuməti adından
(imza)
Ukrayna Hökuməti adından
(imza)
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin hökumət başçılarının Bəyanatı
Moskvada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasına toplaşmış MDB iştirakçısı olan dövlətlərin hökumət başçıları 2001-ci il sentyabrın 11-də ABŞ ərazisində törədilən misli görünməmiş beynəlxalq terrorizm aktını qətiyyətlə pisləyirlər və bütün zərərçəkənlərə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə səmimi başsağlığı verirlər. Biz vurğulayırıq ki, terrorçuların həyasızcasına meydan oxumasının qarşısı dünya birliyinin birgə səyləri ilə alınmalıdır.
Bu gün beynəlxalq terrorizm dünyada təhlükəsizlik və sabitlik üçün qorxu törədən problemlər arasında ilk yerlərdən birini tutur. Siyasi bəyanatlardan konkret addımlara və hərəkətlərə keçmək, antiterror tədbirlərinin səmərəliliyini təmin etmək üçün uzunmüddətli beynəlxalq əməkdaşlığın strategiyasını və mexanizmini işləyib hazırlamaq zəruridir. Antiterror tədbirləri BMT nizamnaməsinə uyğun olaraq, beynəlxalq hüquq normalarına qeyd-şərtsiz əməl etməklə həyata keçirilməlidir. Belə tədbirlər nəinki faciələrin təkrar olunmasının qarşısını almalı, terrorizm mərkəzlərini və onların liderlərini zərərsizləşdirməli, həm də terrorizm və ekstremizmin digər zorakı təzahürləri üçün əlverişli mühiti aradan qaldırmalıdır.
Terrorçu və ekstremist təşkilatların və qrupların maliyyələşdirilməsinə qarşı yönəldilmiş tədbirlərə xüsusi diqqət yetirilməlidir, özü də bu səylər həm öz dövlətinin, öz vətəndaşlarının, həm də eyni dərəcədə digər dövlətlərin və onların vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəldilməlidir. Dövlətlərin kompleks antiterror əməkdaşlığının, o cümlədən regional səviyyədə əməkdaşlığın əlaqələndirilməsi üzrə mərkəz, ən əvvəl, Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası olmalıdır.
Beynəlxalq terrorizmlə mübarizə sahəsində kompleks tədbirləri əlaqələndirilmiş hüquqi zəmində həyata keçirən MDB iştirakçısı olan dövlətlər bu sahədə ardıcıl regional qarşılıqlı fəaliyyət nümunəsi nümayiş etdirirlər. MDB Antiterror Mərkəzi yaradılmış və işə başlamışdır. Biz iştirakçı dövlətlərin təhlükəsizlik, xüsusi xidmət orqanlarının işində qarşılıqlı etimad və operativlik səviyyəsini yüksəltmək niyyətindəyik ki, MDB çərçivəsində antiterror əməkdaşlığı daha səmərəli olsun.
Biz yeni təhlükələri və meydanoxumaları dəf etməyə qadir olan qlobal təhlükəsizlik sisteminin formalaşdırılması üzrə dünya birliyinin səylərində iştirak etməyə və bu məqsədlə bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla və regional strukturlarla sıx əməkdaşlığa hazır olduğumuzu təsdiqləyirik.
Moskva, 28 sentyabr 2001-ci il
© LegalActs LLC