О частичной утрате силы постановления Кабинета министров Азербайджанской Республики «О применении единовременной выплаты за подключение к энергосистеме новых мощностей» от 29 июня 1998 года № 143
Дата релиза: 07.01.2002
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli 143 nömrəli qərarının qismən qüvvədən düşməsi barədə
Qərar № 1
Bakı şəhəri, 7 yanvar 2002-ci il
Orta və yüksək enerjitutumlu istehsalsahələrinə səmərəli investorların cəlb edilməsini stimullaşdırmaq, kiçik və orta sahibkarlıq sektorunda yeni iş yerləri yaradılması imkanlarını genişləndirmək, elektrik enerjisi istehlakçıları üçün bərabər rəqabət şəraiti təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 iyun tarixli 143 nömrəli qərarının 1-ci bəndi, 2-ci bəndinin 1-ci və 2-ci abzasları qüvvədən düşmüş hesab edilsin.
2. «Azərenerji», «Bakıelektrikşəbəkə», «Gəncəelektrikşəbəkə», «Sumqayıtelektrik-şəbəkə» və «Əlibayramlıelektrikşəbəkə» səhmdar cəmiyyətlərinə tapşırılsın ki, 2002-ci il 1 yanvar tarixdən enerjisistemə qoşulan yeni güclərə görə birdəfəlik ödənişin tətbiqi dayandırılsın.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 80) («LegalActs» LLC).
© LegalActs LLC