О проведении двенадцатой годовщины трагедии 20 января


«Azərbaycan» qəzetində dərc edilmişdir (6 yanvar 2001-ci il, № 4). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 36)

Дата релиза: 05.01.2001

20 Yanvar faciəsinin on birinci ildönümü haqqında

20 Yanvar faciəsinin on birinci ildönümü haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən on bir il keçir.

1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi XX əsrdə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirilən qərəzli siyasətin növbəti bir mərhələsi idi. Ermənistanın respublikamıza ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsi, Azərbaycan rəhbərlərinin isə bu məsələdə xəyanətkar mövqe tutması nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması yolunda göstərilən cəhdlərin qarşısını almaq üçün xalqın ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı.

Totalitar sovet rejimi respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də tarixdə misli görünməmiş cinayətə əl atdı. Sovet Ordusu hissələrinin respublikamıza yeridilməsi ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, Azərbaycan xalqına qarşı kütləvi terror aktı baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi.

Xalqımız 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Azərbaycanın azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsini dərin hüznlə yad edərək, xalqımıza qarşı törədilmiş qanlı faciənin 11-ci ildönümü münasibəti ilə qərara alıram:

20 Yanvar faciəsinin on birinci ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri
Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
Komissiyanın üzvləri:
Əli Həsənov

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Vilayət Quliyev

Azərbaycan Respublikasının xarici işlər naziri
Səfər Əbiyev

Azərbaycan Respublikasının müdafiə naziri
Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri
Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri
Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru
Əli Nağıyev

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Misir Mərdanov

Azərbaycan Respublikasının təhsil naziri
Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət naziri
Əbülfəs Qarayev

Azərbaycan Respublikasının gənclər və idman naziri
Nizami Xudiyev

Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri
Zəhra Quliyeva

Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri
Məhəmməd Abbasov

Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən
Oqtay Mirqasımov

«Azərkinovideo» İstehsalat Birliyinin baş direktoru
Səttar Mehbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Yusif Hümbətov

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları və iş şöbəsinin müdiri
Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri
Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri
Aslan Aslanov

Azərbaycan Dövlət Teleqraf Agentliyi baş direktorunun birinci müavini

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 yanvar 2001-ci il

№ 602

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 yanvar 2001-ci il, № 4) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 36) («LegalActs» LLC).

© LegalActs LLC