Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nda dəyişiklik edilməsi haqqında
Дата релиза: 22.11.2023
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nda dəyişiklik edilməsi haqqında
Qərar № 3-17/3-5-38/2023
Bakı şəhəri, 22 noyabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» 2008-ci il 13 mart tarixli 735 nömrəli, «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında» 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 2266 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında» 2023-cü il 22 avqust tarixli 701s nömrəli Sərəncamının 4-cü və «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 2004-cü il 26 mart tarixli 42 nömrəli, «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında» 2016-cı il 9 mart tarixli 819 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 2261 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında» 2023-cü il 22 avqust tarixli 705s nömrəli Sərəncamının 3-cü hissələrinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərara alır:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbova) tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli 22040001074 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin.
Kollegiyanın sədri
Sahil BABAYEV
Hüquqi aktların dövlət reyestrinin qeydiyyat № 15202311223538
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Kollegiyasının
22 noyabr 2023-cü il tarixli
3-17/3-5-38/2023 nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nda dəyişiklik
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»nın «TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ»nin «I.RƏHBƏRLƏR İDARƏ, TƏŞKİLAT, MÜƏSSİSƏ RƏHBƏRİ (BAŞ DİREKTOR, DİREKTOR, MÜDİR, RƏİS)» bölməsinin «BAŞ MÜHASİB» hissəsinin doqquzuncu — on dördüncü abzasları müvafiq olaraq onuncu — on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
«Maliyyə bazarlarında nəzarət edilən subyektlərdə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) ixtisas və iş stajına olan tələblər sahəvi qanunlarla müəyyən edilir.».
© «LegalActs» LLC