О создании Республиканского спортивного медицинского центра
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 626)
Дата релиза: 08.09.2001Azərbaycan Respublikasının Nazirlər Kabineti
Respublika İdman Tibb Mərkəzinin yaradılması haqqında
Qərar № 146
Bakı şəhəri, 8 sentyabr 2001-ci il
«Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı»nın VIII bölməsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Tibbi-Bədən Tərbiyəsi Dispanseri mövcud əmlakı ilə birlikdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin tabeliyinə verilsin və onun bazasında Respublika İdman Tibb Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində bu qərardan irəli gələn müvafiq məsələlərin həlli üçün təkliflərini təqdim etsinlər.
3. Bü qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 626) («LegalActs» LLC).
© LegalActs LLC