Об утверждении перечня должностных лиц, имеющих право получения служебного паспорта в соответствии со статьей 5 Закона Азербайджанской Республики «О выезде из страны, въезде в страну и паспортах»


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 iyun 1995-ci il, № 11—12 (936—937), maddə 206)

Дата релиза: 13.06.1995

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV

Bakı şəhəri, 13 iyun 1995-ci il

№ 1053

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 iyun 1995-ci il, № 11—12 (936—937), maddə 206) («LegalActs» LLC).

30 sentyabr 2010-cu il tarixli, 1075-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


Azərbaycan Respublikası
Milli Məclisinin
1995-ci il 13 iyun tarixli,
1053 saylı qərarı ilə
təsdiq edilmişdir

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin
Siyahısı

1. Azərbaycan Respublikası Prezidentinin, Ali Sovetinin və Nazirlər Kabinetinin aparatlarının şöbə müdirlərinin müavinləri, baş mütəxəssisləri, mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri;

2. Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin, dövlət şirkətlərinin, dövlət konsernlərinin, dövlət elm və istehsal birliklərinin rəhbərlərinin müavinləri, idarə (şöbə) rəisləri (müdirləri) və onların müavinləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri;

3. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, prokurorluq orqanlarının müstəntiqləri və prokuror vəzifəsində çalışan şəxslər, Mərkəzi seçki komissiyalarının üzvləri;

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş idarənin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Azərbaycan Respublikası Teleqraf Agentliyinin, Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahının, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Xalq Təsərrüfatı Sərgisinin, Azərbaycan Respublikasının Dövlət Tərəvəz Toxumçuluğu Assosiasiyasının, Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Bitkilərin Karantini Müfəttişliyinin, Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin, Azərbaycan Milli Aerokosmik Agentliyinin, Azərbaycan Dəmir Yolu İdarəsinin, Xəzər Dəniz Gəmiçiliyinin rəhbərlərinin müavinləri, idarə (şöbə) rəisləri (müdirləri), onların müavinləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri Bakı Dəniz Limanının, Bakı Metropoliteninin və «Bakıbaştikinti» İdarəsinin rəhbərləri və onların müavinləri;

5. Naxçıvan Muxtar Respublikasının xalq deputatları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin aparatlarının idarə (şöbə) müdirləri, onların müavinləri, baş mütəxəssisləri, aparıcı mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxslər;

6. Şəhər, şəhərdə rayon və rayon xalq deputatları Sovetlərinin sədrləri, icra hakimiyyəti başçıları və onların müavinləri;

7. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri, onlar xarici ölkələrdə üç aydan artıq işləyərlərsə, onların arvadı (əri) və 18 yaşına çatmamış ərdə olmayan qızları, beynəlxalq xətlərdə çalışan dövlət dəniz, hava, dəmir yolu, avtomobil nəqliyyatı müəssisələrinin işçiləri;

8. Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvləri, Azərbaycan Respublikası Elmlər Akademiyasının mərkəzi aparatının və Naxçıvan Muxtar Respublikası, Gəncə və Şəki şəhərləri üzrə bölmələrinin, Azərbaycan Respublikası elmi tədqiqat institutlarının rəhbərləri, onların müavinləri, şöbə (laboratoriya) müdirləri, Azərbaycan Respublikası Dövlət ali məktəblərinin rektorları, onların müavinləri, dekanları, onların müavinləri və kafedra müdirləri;

9. Azərbaycan Respublikası Ali Dövlət hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəis müavinləri, şöbə rəisləri, onların müavinləri, bölmə rəisləri, onların müavinləri, mühafizə zabitləri və onlara bərabər vəzifələri tutan şəxsləri;

10. Müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin, Azərbaycan Respublikası Baş nazirinin və Azərbaycan Respublikası xarici işlər nazirinin sərəncamı ilə digər şəxslər.


© LegalActs LLC