Об утверждении описания медали Азербайджанской Республики «За отвагу»


Дата релиза: 30.09.2013

Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 8 dekabr 2000-ci il.

№ 35-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2001-ci il, № 10).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 12)

30 sentyabr 2013-cü il tarixli, 731-IVQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının
2000-ci il 8 dekabr tarixli
35-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir

«İgidliyə görə» medalının təsviri

«İgidliyə görə» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, 36 mm diametrli dairəvi lövhədən ibarətdir.

Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca «İgidliyə görə» sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd yaşıl rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq yaşıl rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


«İgidliyə görə» medalı


© LegalActs