Об утверждении описания медали Азербайджанской Республики «За Родину»


Дата релиза: 30.09.2013

Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 8 dekabr 2000-ci il.

№ 34-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2001-ci il, № 10).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 11)

30 sentyabr 2013-cü il tarixli, 730-IVQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının
2000-ci il 8 dekabr tarixli
34 saylı Qanunu ilə
təsdiq edilmişdir

«Vətən uğrunda» medalının təsviri

«Vətən uğrunda» medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli dairəvi lövhədən ibarətdir.

Medalın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin, onun altında iki kəsişən qılıncın təsviri yerləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinin yuxarısında çevrə boyunca «Vətən uğrunda» sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd palıdı rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq palıdı rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, aşağı hissəsinə milli ornament təsvirli, 40 mm x 7 mm ölçülü qızılı rəngli təbəqə bərkidilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


«Vətən uğrunda» medalı


© LegalActs