Об условной финансовой единице
«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2000-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 835)
Дата релиза: 20.09.2005
Şərti maliyyə vahidi haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.
Maddə 1
Azərbaycan Respublikasının qanunlarında və
digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında
hesablanan əmək haqları, dövlət rüsumları, birdəfəlik rüsumlar,
cərimələr,
maliyyə sanksiyaların və digər ödənişlər, əgər
mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti
maliyyə vahidi ilə hesablanır.
Maddə 2
Şərti maliyyə vahidi 5500 manat məbləğində müəyyən edilsin.
Maddə 3
Bu qanun qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında bu qanunun 1-ci maddəsində göstərilən hallarda «minimum əmək haqqı» sözləri ismin müvafiq hallarında «şərti maliyyə vahidi» sözləri ilə əvəz edilsin.
Maddə 4
Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 26 dekabr 2000-ci il
№ 48-
IIQ«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2000-ci il, № 300) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 835) («LegalActs» LLC).
20 sentyabr 2005-ci il tarixli, 990-IIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC