О применении Закона Азербайджанской Республики «О внесении дополнений и изменений в Кодекс Азербайджанской Республики об административных правонарушениях


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2000-ci il, № 6, maddə 450)

Дата релиза: 17.06.2000

«İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

«İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 iyun 2000-ci il

№ 444

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 iyun 2000-ci il, № 140) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2000-ci il, № 6, maddə 450) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli 767 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).

© LegalActs LLC