О внесении изменения в Закон Азербайджанской Республики «О защите и рациональном использовании генетических запасов культурных растений»


Дата релиза: 14.06.2016

«Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

«Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

«Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 55) 21.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

«21.1. Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.».

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 iyun 2016-cı il

№ 286-VQD

«Respublika» qəzetində dərc edilmişdir (21 iyul 2016-cı il, № 155) («LegalActs» LLC).

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 iyul 2016-cı il, № 164) («LegalActs» LLC).

© «LegalActs» LLC