О внесении изменений в Закон Азербайджанской Республики «О чаеводстве»
Дата релиза: 14.06.2016
«Çayçılıq haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
«Çayçılıq haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881; 2007, №12, maddə 1218) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilsin:
«10.3. Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.».
2. 18.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
«Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.».
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 289-VQD
«Respublika» qəzetində dərc edilmişdir (21 iyul 2016-cı il, № 155) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyul 2016-cı il, № 157) («LegalActs» LLC).
© «LegalActs» LLC