Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun topdansatış tarifinin tənzimlənməsi barədə


Дата релиза: 30.06.2016

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun topdansatış tarifinin tənzimlənməsi barədə

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun topdansatış tarifinin tənzimlənməsi barədə

Qərar № 10

Bakı şəhəri, 30 iyun 2016-cı il

Su anbarları və kanallarının istismarının lazımi səviyyədə təşkili, onların işlək vəziyyətdə saxlanılması və su obyektlərindən sudan pullu istifadə qaydalarının müəyyən edilməsi istiqamətində görülən təşkilati-hüquqi tədbirlərin davam etdirildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır:

1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Samur-Abşeron kanalı istismarı idarəsi tərəfindən Ceyranbatan su anbarına gətirilən suyun «Azərsu» ASC-yə topdansatış tarifi min kub metr üçün ƏDV-siz 20 manat təsdiq edilsin.

2. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş tarif üzrə hesablaşmalar 2016-cı il 16 may tarixindən aparılır.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2016-cı il 1 oktyabr tarixinədək qüvvədədir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Şahin MUSTAFAYEV

© «LegalActs» LLC