Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nda dəyişiklik edilməsi barədə
Дата релиза: 14.06.2016
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nda dəyişiklik edilməsi barədə
Qərar № 1617050000005500
Bakı şəhəri, 14 iyun 2016-cı il
«Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2016-cı il tarixli 853 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası qərara alır:
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nın 2.7-ci bəndində «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin» sözləri «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Məşğulluq Xidmətinin» sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinə tapşırılsın ki, bu Qərarla edilmiş dəyişiklik nəzərə alınmaqla «Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları»nın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Fazil MƏMMƏDOV
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat № 15201606145500
© «LegalActs» LLC