«Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında


Дата релиза: 16.05.2016

«Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

«Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

Qərar № 18/Q

Bakı şəhəri, 16 may 2016-cı il

«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin 9.12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. «Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsinə (Rasim Teymurov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu Qərarın icrasına nəzarət nazir müavini Arif Əsgərova həvalə edilsin.

Nazir

Ziya Məmmədov

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat № 15201605160018


Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin
2016-cı il 16 may tarixli
18/Q nömrəli Qərarı ilə
təsdiq edilmişdir

Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi
Qaydası

1. «Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası» (bundan sonra — Qayda) «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 711 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

2. Bu Qayda taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın (bundan sonra — xüsusi hazırlıq) keçirilməsi qaydalarını müəyyən edir.

3. Xüsusi hazırlıq bu Qaydaya əlavə olunan «Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə Proqram» (bundan sonra — Proqram) əsasında aparılır.

4. Xüsusi hazırlıq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris Kurs Kombinatında keçirilir.

5. Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlığın ümumi müddəti mühazirələr (31,5 saat), praktiki məşğələlər (8,5 saat) və yekun qiymətləndirmə (2 saat) ilə birlikdə 42 saat təşkil edir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

6. Xüsusi hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir

7. Proqrama uyğun olaraq «Avtomobil nəqliyyatı haqqında» 2008-ci il 01 aprel tarixli 556-IIIQ nömrəli Azərbaycan Respublikası Qanununun, «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında» 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının taksi minik avtomobili ilə sərnişin daşımalarına dair müddəalarını, o cümlədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin daşınma qaydalarına, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalarını, habelə həmin daşımalara aid yol hərəkəti qaydalarını özündə əks etdirən materiallardan istifadə olunur.

8. Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, taksi minik avtomobilində siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, eləcə də qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar verilir.

9. Xüsusi hazırlıq zamanı taksi sürücülərinə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər öyrədilir, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilir.

10. Proqramla müəyyən edilmiş məşğələlər tərtib edilmiş jurnal üzrə aparılır.

11. Xüsusi hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırılmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramının yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi şifahi sual-cavab formasında qiymətləndirilir.

12. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verən sürücülər xüsusi hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara xüsusi hazırlığın keçməsini təsdiq edən sənəd və tədris olunan mövzuları daha yaxşı mənimsəmələri üçün əyani yaddaş materialları təqdim olunur.

13. Proqramın müvafiq mövzuları üzrə sualların 50 faiz və ondan çoxuna cavab verə bilməyən sürücülərin proqramın mövzuları üzrə bilikləri təkrarən qiymətləndirilir.


Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli Qərarı ilə təsdiq edilmiş «Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası»na
Əlavə

Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə
Proqram

Sıra №-si

Mövzuların adları

Dərslərin növləri və həcmi (saat)

Cəmi
(saat)

Mühazirələr
(saat)

Praktiki (saat)

Taksi minik avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara aid tələblər

1.

Azərbaycan Respublikasının avtomobil nəqliyyatı qanunvericiliyi haqqında ümumi məlumat:

«Avtomobil nəqliyyatı haqqında» Qanun;

«Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları»;

sığorta və vergi qanunvericiliyi.

2,5

2

0,5

2.

Taksi minik avtomobillərinə dair ümumi tələblər:

taksi minik avtomobilinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyəti;

taksi minik avtomobilinin tanınma nişanları və təchizatı.

2

1,5

0,5

3.

Taksi minik avtomobilinin texniki vəziyyətinə nəzarət:

gündəlik reysqabağı texniki müayinə və texniki xidmət;

taksi minik avtomobili idarə olunarkən daim nəzarətdə saxlanan texniki cihazlar və avadanlıqlar;

taksi minik avtomobilləri nasazlıqdan sıradan çıxdıqda sürücünün təhlükəsizlik tədbirləri və ilkin texniki yardımın göstərilməsi;

taksi minik avtomobillərinin yedəyə alınması.

2

1,5

0,5

4.

Yol hərəkəti qaydaları haqqında ümumi məlumat:

yol nişanları, nişanlanma xətləri və yolayrıclarının keçilməsi qaydaları barədə ümumi məlumat;

yaşayış məntəqələrində və zonalarında hərəkət sürətinin seçilməsi;

avtomagistralda, dəmiryol keçidlərində hərəkət;

sürücünün reaksiyası;

taksi minik avtomobillərinin rəvan hərəkəti, digər nəqliyyat vasitələri arasında ara məsafəsinin seçilməsi, ötmə və qarşılıqlı keçmə, düzgün manevr etmə və tormozlama qaydaları;

piyada keçidlərinin düzgün keçilmə qaydaları;

nəqliyyat vasitələrinin zolaqlar üzrə hərəkəti, dayanma və durma qaydaları;

nizamlanan və nizamlanmayan yolayrıcları;

səs siqnalları və xarici işıq cihazlarından istifadə qaydaları;

yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

6

6,5

1,5

5.

Taksi minik avtomobil sürücülərinə dair tələblər:

taksi minik avtomobil sürücülərinə aid ümumi tələblər;

taksi minik avtomobil sürücüsünün sənədləri;

nəqliyyat vasitəsindən istifadə;

sürücünün iş və istirahət rejimi normalarına riayət olunması;

sürücünün reysqabağı tibbi müayinədən keçməsi.

2,5

2

0,5

6.

Taksi minik avtomobilləri ilə sərnişin daşımasında hərəkətin təhlükəsizliyinin təmin olunması:

taksi minik avtomobilinin idarə olunmasını çətinləşdirən amillər;

çətin keçilən yollarda, mürəkkəb yol şəraitində, uzunsürən tıxaclarda, təbii fəlakət xarakterli fövqəladə hadisələrdə (qar-çovğun, yağış-leysan və s.) taksi minik avtomobilinin düzgün idarə olunması və lazımi tədbirlər;

mümkün yol nəqliyyat qəzasının qarşısının alınması üçün görülən tədbirlər;

günün qaranlıq vaxtında və məhdud görünmə şəraitində avtomobillərin idarə edilmə qaydaları;

avtomobillərin təhlükəsiz idarə olunması.

3

3,5

0,5

7.

Taksi minik avtomobilləri ilə sərnişinlərin daşınma qaydaları:

taksi minik avtomobilinin sifarişçilərə təqdim olunması;

taksi minik avtomobil sürücülərinin nəzərdə tutulan dayanacaq yerlərindən düzgün istifadə etmə qaydaları;

sərnişinlərin və baqaj daşınması qaydaları;

ölçü və çəkiyə uyğun daşınmaya icazə verilən baqaj;

daşınması qadağan olunan əşyalar;

taksometrdən istifadə və sərnişinlərlə hesablaşma qaydası;

avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının yerinə yetirilməsinə dövlət nəzarəti.

3

2,5

0,5

8.

Sərnişinlərin hüquqları, vəzifələri və qadağalar.

2

2

-

9.

Taksi minik avtomobili sürücülərinin hüquqları, vəzifələri və qadağalar.

2

2

-

10.

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət edilməməsinə görə sürücülərin və sərnişinlərin məsuliyyəti

1

1

-

11.

İlk tibbi yardım:

ilk tibbi yardım barədə ümumi məlumat. İlk tibbi yardım çantalarının tərkibi və oradakı ləvazimatlardan, preparatlardan istifadə qaydaları;

yol-nəqliyyat hadisəsi baş verdikdə xəsarət alanlara ilk tibbi yardım göstərilməsinin ardıcıllığı;

travmalarda ilk yardım, travmatik şoka qarşı tədbirlər.

3

2

1

Taksi minik avtomobili sürücülərinin etik davranışına aid məlumatlar

12.

sərnişinlərlə davranış qaydaları və mədəni rəftar;

sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları;

ünsiyyətdə kobudluğun, taksi minik avtomobilində siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi;

peşəkarlıq və fərdi məsuliyyət;

sürücülərin xarici görünüşü və geyim forması.

5

3

-

Obyektlərin adı və yeri haqqında məlumatın verilməsi

13.

inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar

3

2

-

Minik avtomobil simulyatorunda sürmə və ya minik avtomobilində sürmə təlimi

14.

mürəkkəb yol şəraitində, dar keçidlərdə manevretmə;

hərəkətin intensivliyi çox olan yollarda və günün qaranlıq vaxtlarında minik avtomobillərinin hərəkəti.

3

-

3

Məqbul

2

-

-

CƏMİ

42

31,5

8,5


© «LegalActs» LLC