Об утверждении Соглашения между Министерством образования Азербайджанской Республики и Министерством образования Китайской Народной Республики о сотрудничестве в сфере образования на 2016-2019 годы
Дата релиза: 14.01.2016
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016—2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016—2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 14 yanvar 2016-cı il
№ 736
«Respublika» qəzetində dərc edilmişdir (20 yanvar 2016-cı il, № 13) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (23 yanvar 2016-cı il, № 15) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2016-cı il, № 1(223), maddə 58) («LegalActs» LLC).
© «LegalActs» LLC