О внесении изменений в Закон Азербайджанской Республики «О животном мире»
Дата релиза: 06.03.2015
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470; 2004, № 2, maddə 57, № 7, maddə 505, № 11, maddə 902; 2007, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 11, maddə 1045) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddənin ikinci hissəsində «idman və həvəskar balıq ovu» sözləri «Balıqçılıq haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu» sözləri ilə əvəz edilsin.
2. 13-cü maddənin birinci hissəsinin üçüncü abzasında «balıq ehtiyatlarından» sözləri «balıq və digər su bioresurslarından» sözləri ilə əvəz edilsin.
3. 16-cı maddə üzrə:
3.1. adında «Balıq ehtiyatlarından» sözləri «Balıq və digər su bioresurslarından» sözləri ilə əvəz edilsin;
3.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
«Su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçirilir.»;
3.3. ikinci hissədə «Balıq ehtiyatlarından» sözləri «Balıq və digər su bioresurslarından» sözləri ilə, «vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanması» sözləri «balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun» sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 6 mart 2015-ci il
№ 1226-IVQD
«Respublika» qəzetində dərc edilmişdir (5 aprel 2015-ci il, № 70) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (7 aprel 2015-ci il, № 71) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 30 aprel 2015-ci il, № 4, maddə 363) («LegalActs» LLC).
© «LegalActs» LLC