О внесении изменения в Закон Азербайджанской Республики «Об охоте»


Дата релиза: 06.03.2015

«Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

«Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

«Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316; 2005, № 4, maddə 272; 2008, № 6, maddə 460; 2014, № 11, maddə 1355) 2.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

«2.3. Su hövzələrində balıq və digər su bioresurslarının ovu «Balıqçılıq haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.».

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 6 mart 2015-ci il

№ 1225-IVQD

«Respublika» qəzetində dərc edilmişdir (4 aprel 2015-ci il, № 69) («LegalActs» LLC).

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 aprel 2015-ci il, № 70) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 30 aprel 2015-ci il, № 4, maddə 362) («LegalActs» LLC).

© «LegalActs» LLC