О переносе рабочих и выходных дней
Дата релиза: 19.02.2015
Azərbaycan Respublikasının Nazirlər Kabineti
İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında
Qərar № 43
Bakı şəhəri, 19 fevral 2015-ci il
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və «Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilsin.
Azərbaycan Respublikasının Baş naziri
Artur RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 28 fevral 2015-ci il, № 2, maddə 232) («LegalActs» LLC).
© «LegalActs» LLC