О внесении изменения в Указ Президента Азербайджанской Республики «Об утверждении Порядка осуществления преимущества государственного служащего, предусмотренного в статье 21.1.6 Закона Азербайджанской Республики «О государственной службе» в случае ликвидации государственных органов или сокращения штатов при устройстве на работу в соответствии с должностным окладом и квалификацией, либо при получении в государственных органах должности, соответствующей занимаемой должности» от 1 июля 2011 года № 464
Дата релиза: 11.02.2015
«Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 627) ilə təsdiq edilmiş «Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası»nın 12.5-ci bəndində «vətəndaşlığından çıxdıqda» sözləri «vətəndaşlığına xitam verildikdə» sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 11 fevral 2015-ci il
№ 460
«Respublika» qəzetində dərc edilmişdir (12 fevral 2015-ci il, № 33) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (15 fevral 2015-ci il, № 36) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 28 fevral 2015-ci il, № 2, maddə 122) («LegalActs» LLC).
© «LegalActs» LLC