О праздниках Новруз, Рамазан, Гурбан в 2015 году


Дата релиза: 21.11.2014

2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında

Qərar № 378

Bakı şəhəri, 21 noyabr 2014-cü il

«Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı, 24, 25 sentyabr Qurban bayramıdır.

2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Azərbaycan Respublikasının Baş naziri

Artur RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 31 dekabr 2014-cü il, № 12, maddə 1657) («LegalActs» LLC).

© «LegalActs» LLC