О приведение в соответствие с государственным языком фамилий граждан Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (09 fevral 1993-cü il, № 25) «Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1993-cü il, № 3, maddə 82
Дата релиза: 02.02.1993Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Respublikası vətəndaşlarının
soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında
Qərar № 495
Bakı şəhəri, 2 fevral 1993-cü il
Azərbaycan Respublikasının Milli Məclisi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alır:
1. Azərbaycan Respublikasının vətəndaşları «-ov», «-yev» sonluqlu soyadlarını «-lı» (sözün kökündən asılı olaraq «-li», «-lu», «-lü»), «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.
Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmasın.
Azarbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (09 fevral 1993-cü il, № 25) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir, 1993-cü il, № 3, maddə 82 («LegalActs» LLC).
© LegalActs LLC