Об открытии посольства Азербайджанской Республики в Королевстве Саудовская Аравия (г. Эр-Риаде).
Дата релиза: 27.01.1993
Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Respublikasının
Səudiyyə Ərəbistanı Krallığında (Ər-Riad şəhərində)
səfirliyinin açılması haqqında
Qərar №
479Bakı şəhəri, 27 yanvar 1993-cü il
Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına əsaslanaraq, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr yaradılmasını nəzərə alaraq qərara alır:
1. «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riad şəhərində Azərbaycan Respublikasının səfirliyi təsis edilsin.
2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, səfirliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 56) («LegalActs» LLC).
© LegalActs LLC