Об открытии посольства Азербайджанской Республики в Исламской Республике Пакистан (г. Исламабаде)


Дата релиза: 27.01.1993

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında (İslamabad şəhərində) səfirliyinin açılması haqqında

Azərbaycan Respublikası Milli Məclisi

Azərbaycan Respublikasının
Pakistan İslam Respublikasında (İslamabad şəhərində)
səfirliyinin açılması haqqında

Qərar № 478

Bakı şəhəri, 27 yanvar 1993-cü il

Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına əsaslanaraq, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr yaradılmasını nəzərə alaraq qərara alır:

1. «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Azərbaycan Respublikasının səfirliyi təsis edilsin.

2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, səfirliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 55) («LegalActs» LLC).

© LegalActs LLC