Об открытии посольства Азербайджанской Республики в Арабской Республике Египет (г. Каире)
Дата релиза: 27.01.1993
Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Respublikasının
Misir Ərəb Respublikasında (Qahirə şəhərində)
səfirliyinin açılması haqqında
Qərar № 477
Bakı şəhəri, 27 yanvar 1993-cü il
Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına əsaslanaraq, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr yaradılmasını nəzərə alaraq qərara alır:
1. «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 aprel tarixli Vyana konvensiyasının müddəalarına uyğun olaraq Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Azərbaycan Respublikasının səfirliyi tə’sis edilsin.
2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, səfirliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 54) («LegalActs» LLC).
© LegalActs LLC