О применении Закона Азербайджанской Республики «Об увековечении памяти погибших за Родину»


Дата релиза: 14.05.1999

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Vətən uğrunda həlak olanların
xatirəsinin əbədiləşdirilməsi haqqında»
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini tə`min etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını tə`min etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə mə`lumat versin;
    • «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məs`uliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci və beşinci hissələrində, 6-cı maddəsinin 1-ci hissəsində, 7-ci maddəsinin birinci və altıncı hissələrində və 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
    • həmin Qanunun 9-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayarkən «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq xərcləri nəzərdə tutsun.

4. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 14 may 1999-cu il.

№ 134.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 may 1999-cu il, № 114).

© LegalActs