О применении Закона Азербайджанской Республики «О внесении дополнений и изменений в некоторые законодательные акты Азербайджанской Республики в связи с применением Водного кодекса Азербайджанской Республики»


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 87) «Azərbaycan» qəzetində dərc edilmişdir (19 fevral 1999-cu il, № 39).

Дата релиза: 13.02.1999

«Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

«Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 227-ci maddəsinin:

    • birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi həyata keçirir;
    • ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi həyata keçirir;
    • üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, «Azərbaycan Respublikasının Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 227-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini 10 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» 1998-ci il 6 mart tarixli 454-IQD nömrəli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 may tarixli 704 nömrəli fərmanının on birinci və on ikinci abzasları çıxarılsın.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 13 fevral 1999-cu il.

№ 104.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 87) («LegalActs»).

Azərbaycan» qəzetində dərc edilmişdir (19 fevral 1999-cu il, № 39).

24 avqust 2002-ci il tarixli, 767 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs»).

© LegalActs