Об утверждении Статуса ордена Азербайджанской Республики «Знамя Азербайджана» и его описания
Дата релиза: 30.09.2013
Azərbaycan Respublnkasının «Azərbaycan Bayrağı» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında
Azərbayçan Respublikasının Qanunu
Azərbaycan Respublikasınıi Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 1993-cü il
№ 756
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 679) («LegalActs» LLC).
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 723-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikasının 1993-cü il
6 dekabr tarixli, 756 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin
Statutu
1. Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
- respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
- dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.
2. «Azərbaycan Bayrağı» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Şah İsmayıl» ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının 1993-cü il
6 fevral tarixli, 429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
«Azərbaycan Bayrağı» ordeninin təsviri
Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür.
Arxa tərəfi hamar səthlidir, ortasında «Azərbaycan Bayrağı» sözləri yazılmışdır, ondan aşağıda ordenin seriyası və nömrəsi həkk olunmuşdur.
Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 37 mm x 50 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.
Ordenə paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs LLC