Об утверждении Положения о медали Азербайджанской Республики «За отвагу»


Дата релиза: 29.12.1998

Azərbaycan Respublikasının «İgidliyə görə» medalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının
«İgidliyə görə» medalı haqqında Əsasnamənin
təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «İgidliyə görə» medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 1998-ci il.

№ 607-IQ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 60) («LegalActs»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (05 fevral 1999-cu il, № 27).


Azərbaycan Respublikasının
1998-ci il 29 dekabr tarixli
607-IQ saylı Qanunu ilə
təsdiq edilmişdir.

«İgidliyə görə» medalı haqqında
Əsasnamə

1. Azərbaycan Respublikasının «İgidliyə görə» medalı aşağıdakılara görə verilir:

    • müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə;
    • döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə;
    • həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə;
    • xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə;
    • həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə.

2. «İgidliyə görə» Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə «Vətən uğrunda» medalından sonra taxılır.


© LegalActs