О применении Закона Азербайджанской Республики от 1 апреля 2008 года № 581-IIIQD «О внесении дополнения в «Положение о прохождении службы в налоговых органах», утвержденном Законом Азербайджанской Республики от 12 июня 2001 года № 141-IIQ»


«Azərbaycan» qəzetində dərc edilmişdir (30 aprel 2008-ci il, № 91) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2008-ci il, № 4 (130), maddə 301)

Дата релиза: 29.04.2008

«Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 581-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

«Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 581-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 581-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 581-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli, 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli, 581-IIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 29 aprel 2008-ci il

№ 2784

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 aprel 2008-ci il, № 91) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2008-ci il, № 4 (130), maddə 301) («LegalActs» LLC).

© LegalActs LLC