Об утверждении Государственной программы по защите прав человека
Дата релиза: 14.08.2020
İnsan hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapır.
Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Dövlət Proqramı hazırlanmışdır. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» 1998-ci il 22 fevral tarixli Fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq qərara alıram:
1. İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 iyun 1998 –ci il
№ 832
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 409) («LegalActs»).
9 yanvar 2004-cü il tarixli, 12 nömrəli; 27 sentyabr 2006-cı il tarixli, 466 nömrəli; 14 avqust 2020-ci il tarixli, __ nömrəli Fərmanlara və Sərəncama əsasən dəyişikliklərlə («LegalActs»).
Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 18 iyun tarixli, 832
saylı Sərəncamı ilə
təsdiq edilmişdir.
İnsan
hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı
№ |
Tədbirlər |
İcra müddəti |
İcra orqanları |
1. |
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin təbliğ edilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı |
2. |
Qanun layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası |
3. |
Azərbaycan Respublikasının qoşulduğu insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq sazişlərdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının yuxarıda göstərilən beynəlxalq hüquqi sənədlərə uyğunluğunu təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Xarici İşlər Nazirliyi |
4. |
Azərbaycan Respublikasının BMT-nin 1976-cı il 23 mart tarixli «Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt»ının birinci fakultativ protokoluna, BMT-nin 1989-cu il 15 dekabr tarixli «Mülki və siyasi hüquqlar üzrə Beynəlxalq Pakt»ının ikinci fakultativ protokoluna, BMT-nin 1990-cı il 18 dekabr tarixli «Bütün fəhlə miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında» Beynəlxalq Konvensiyasına və insan hüquqları sahəsində mövcud olan digər beynəlxalq sazişlərə qoşulması üçün müvafiq tədbirlərin görülməsi | 1998-ci il |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi |
5. |
İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkilli təsisatının yaradılması | 1998-ci il |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı |
6. |
İnsan hüquqları üzrə elmi tədqiqat institutunun yaradılması | 1998-ci il iyul |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı |
7. |
İnsan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması | Mütəmadi |
Təhsil Nazirliyi, Elmlər Akademiyası |
8. |
İnsan hüquqları və azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması | Mütəmadi |
Təhsil Nazirliyi |
9. |
İnsan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə, digər təsisatlarda müvafiq tədqiqat, təhsil və təcrübə proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi | 1998—1999-cu illər |
Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi |
10. |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunda, Polis Akademiyasında məhkəmə, prokurorluq, polis orqanlarının əməkdaşları, vəkillər və hüquq sahəsində ixtisaslaşan ali təhsil müəssisələrinin müəllimləri üçün insan hüquqlarına dair tədrisin təmin edilməsi | Mütəmadi |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi |
11. |
Ali və orta ixtisas məktəbləri, orta ümumtəhsil məktəbləri üçün insan hüquq və azadlıqlarına dair mövzuların öyrənilməsi üçün tədris yükünün müəyyən edilməsi və tədris vəsaitlərinin nəşri | 1998—1999-cu tədris ili |
Təhsil Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi |
12. |
İnsan hüquqlarına dair məktəblilər və tələbələr üçün olimpiadaların, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi | Mütəmadi |
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi |
13. |
Respublikanın Mərkəzi kitabxanalarının insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə və bu sahədə olan nəşrlərlə təmin edilməsi | Mütəmadi |
Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi |
14. |
Azərbaycan Respublikasının qoşulduğu insan hüquq və azadlıqlarına dair beynəlxalq konvensiyaların, aktların, sazişlərin Azərbaycan dilində dərc olunması | 1998—1999-cu illər |
Xarici İşlər Nazirliyi |
15. |
İnsan hüquqlarının müdafiəsinə dair ixtisaslaşmış qəzet, jurnal, kitabça və plakatların nəşri, onların yayılması | Mütəmadi |
Mətbuat və İnformasiya Nazirliyi |
16. |
İnsan hüquqları sahəsində qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsi, insan hüquq və azadlıqlarının pozulması hallarının aradan qaldırılması üçün təkliflərin hazırlanması | Mütəmadi |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi |
17. |
Törətdikləri cinayət əməllərinə görə xarici ölkələrdə cəza çəkən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycanda cəza çəkən xarici vətəndaşların cəzalarını çəkmək üçün mənsub olduqları ölkələrə verilməsinə dair müvafiq sazişlərin bağlanması sahəsində tədbirlərin görülməsi | Mütəmadi |
Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi |
18. |
İstintaq təcridxanalarında və islah-əmək müəssisələrində azadlıqdan məhrum olunmuş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi | 1998-ci il dekabr |
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi |
19. |
Məhkumların beynəlxalq tələblərə uyğun saxlanması üçün yeni islah-əmək müəssisələrinin inşa edilməsi sahəsində tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi | 1998-ci il avqust |
Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi |
20. |
Avropa Şurası, Avropa komissiyası, ATƏT-in insan hüquqlarına dair demokratik təsisatlar bürosu, Beynəlxalq Amnistiya, İnsan hüquqlarını müşahidə edən Helsinki Təşkilatı, habelə insan hüquqları sahəsində fəaliyyət göstərən digər təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi | Mütəmadi |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi |
21. |
Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-dövlət hüquq müdafiə təşkilatları ilə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Ədliyyə Nazirliyi |
22. |
Uşaqların hüquqlarının qorunması, təlim-tərbiyəsinin yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramının hazırlanması | 1999-cu il |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi |
23. |
Kütləvi informasiya vasitələri və qeyri-dövlət təşkilatlarının nümayəndələri üçün insan hüquqlarına dair seminarların keçirilməsi | 1998-ci il |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti |
24. |
Kütləvi informasiya vasitələrində insan hüquqları sahəsində məsələlərin işıqlandırılması | Mütəmadi |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti |
25. |
Etnik azlıqların mədəni irsinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mədəniyyət və Turizm Nazirliyi |
26. |
İnsan hüquqlarının kütləvi şəkildə pozulması hadisəsi kimi azərbaycanlıların repressiyası, soyuqırımı və deportasiyası haqqında sənədli, bədii filmlərin çəkilişi və digər sənət əsərlərinin, o cümlədən monumental əsərlərin yaradılması | Mütəmadi |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Baş Arxiv İdarəsi |
27. |
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi | 1998—1999-cu il |
Nazirlər Kabineti, Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi |
28. |
Qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması | 1998-ci il dekabr |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi |
29. |
Ermənistan işğalçılarına qarşı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, müharibə veteranlarının, 4 oktyabr 1994-cü il və 13-17 mart 1995-ci il tarixlərdə baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və həlak olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsi | Mütəmadi |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi |
30. |
«1998 — 2001-ci illər üçün əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası» sahəsində Dövlət Proqramının hazırlanması | 1998-ci il dekabr |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
31. |
Sahibkarların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi sahəsində əlavə tədbirlərin müəyyən edilməsi | 1998-ci il dekabr |
Nazirlər Kabineti, Dövlət Antiinhisar və Sahibkarlığa Kömək Komitəsi, Ədliyyə Nazirliyi |
32. |
Ölkədə işsizliyin azadılması məqsədi ilə xüsusi Dövlət Proqramının hazırlanması | 1999-cu il fevral |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
33. |
«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə 13.06.1996-cı il tarixli Qanuna əsasən 1 avqust 1998-ci il tarixdən etibarən pensiyaların artırılması məqsədilə əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiyalarının hesablanması üçün həmin şəxslərin işləmiş olduqları xalq təsərrüfatı sahələri üzrə orta aylıq əmək haqqının müəyyən olunması barədə təkliflərin hazırlanması | 1998-ci il |
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
34. |
Azərbaycan Respublikasının Cinayət, Cinayət Prosessual, Mülki və Mülki-Prosessual Məcəllələrinin təkmilləşdirilməsi məqsədi ilə qanun layihələrinin hazırlanması | 1998-ci il |
Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası |
35. |
«Prokurorluq haqqında», «Vəkillik haqqında», «Notariat haqqında» Qanun layihələri üzrə işin tamamlanması, «Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanları haqqında» Qanun layihəsinin hazırlanması | 1998-ci il |
Azərbaycan Respublikası Prezidenti yanında Hüquq İslahat Komissiyası |
36. |
Əsas insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasının müddəalarının kütləvi informasiya vasitələri ilə geniş əhali kütləsinə çatdırılması | Mütəmadi |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti |
37. |
Vətəndaşların həmsərhəd dövlətlərin ərazisinə gediş-gəliş proseduralarının sadələşdirilməsi məqsədi ilə həmsərhəd dövlətlərlə müvafiq sazişlərin bağlanması üzrə tədbirlərin görülməsi | Mütəmadi |
Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi |
38. |
Dövlət sərhəddinin buraxılış məntəqələrində nəzarəti həyata keçirən orqanlar tərəfindən yoxlama proseduralarının sadələşdirilməsi və bu məqsədlə həyata keçirilən nəzarətin bütün növlərini nizama salan vahid qaydaların hazırlanması | 1998-ci il |
Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi |
39. |
Dövlət sərhəddinin qorunması üzrə rejim tədbirləri nəzərə alınmaqla vətəndaşların sərhədboyu zonaya daxil olmaları, orada olmaları və yaşamaları üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin aradan qaldırılması məsələsinə baxılması | 1999-cu il |
Nazirlər Kabineti, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi |
40. |
Azərbaycan Respublikası Prezidentinin «Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında» 1998-ci il 16 aprel tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi | 1998-ci il |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı |
41. |
BMT-nin «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin 50 illiyi münasibəti ilə yubiley tədbirlərinin keçirilməsi | 1998-ci il noyabr—dekabr |
Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı |
42. |
BMT-nin 1948-ci il 10 dekabr tarixli «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi»nin nəşri və yayılması | 1998-ci il noyabr |
Mətbuat və İnformasiya Nazirliyi |
© LegalActs