İnzibati hüquqpozmalar haqqında
Дата релиза: 16.05.2000
İnzibati hüquqpozmalar haqqında
Azərbaycan Respublikasının Məcəlləsi
11 iyul 2000-ci il tarixli 906-IQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).
I bölmə. Ümumi müddəalar
1-ci fəsil. Ümumi müddəalar
Maddə 1. İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası qanunvericiliyinin vəzifələri
İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası qanunvericiliyinin vəzifəsi Azərbaycan Respublikasının ictimai quruluşunu, mülkiyyəti, vətəndaşların sosial-iqtisadi, siyasi və şəxsi hüquqlarını və azadlıqlarını, habelə müəssisə, idarə və təşkilatların hüquqlarını və qanuni mənafeyini, müəyyən olunmuş idarəetmə, dövlət qaydasını və ictimai qaydanı qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən, hüquqpozmaların qarşısını almaqdan, vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara dürüst və dönmədən əməl etmək, başqa vətəndaşların hüquqlarına, şərəfinə və ləyaqətinə, ümumi davranış qaydalarına hörmət etmək, öz vəzifəsini vicdanla yerinə yetirmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq ruhunda tərbiyə etməkdən ibarətdir. (52)
Maddə 2. İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli qanunla yeni redaksiyada
İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi həmin qanunvericiliyin prinsiplərini və ümumi qaydalarını, inzibati məsuliyyət yaradan xataların dairəsini, tətbiq ediləcək tənbehlərin həddini müəyyənləşdirən və s. bu kimi ictimai münasibətləri nizamlayan bu Məcəllədən, Azərbaycan Respublikasının Qanunlarından və digər qanunvericilik aktlarından ibarətdir. (52)
Maddə 3. İnzibati hüquqpozmalar haqqında qanunvericilik sahəsində SSR İttifaqının səlahiyyətləri—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli qanunla çıxarılmışdır. (52)
Maddə 4. İnzibati hüquqpozmalar haqqında qanunvericilik sahəsində səlahiyyətlərin həddi—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli qanunla yeni redaksiyada
Azərbaycan Respublikasının ərazisində inzibati hüquqpozmalar haqqında qanunvericiliyin prinsiplərini və ümumi qaydalarını; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyətini; inzibati hüquqpozmaların Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulan ayrı-ayrı növlərinə dair işlərin baxılması qaydalarını; müvafiq dövlət orqanlarının—pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulan qərarlar qəbul edə biləcəyi məsələlərin dairəsini müəyyən etmək Azərbaycan Respublikasının müstəsna səlahiyyətidir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə verilmiş məsələlər çərçivəsində inzibati məsuliyyətə səbəb olan hüquqpozmaları müəyyən etmək səlahiyyətinə malikdir. (52)
Maddə 5. İnzibati hüquqpozmalar haqqında qanunvericilik sahəsində Naxçıvan MSSR-in səlahiyyəti—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli çıxarılmışdır. (52)
Maddə 6. İnzibati hüquqpozmalar sahəsində yerli xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyəti—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli çıxarılmışdır. (52)
Maddə 7. İnzibati hüquqpozmaların qarşısını alma
Dövlət orqanları, ictimai təşkilatlar, əmək kollektivləri inzibati hüquqpozmaların qarşısının alınmasına, hüquqpozmalar törətməyə kömək edən səbəblərin və şəraitin aşkara çıxarılmasına və aradan qaldırılmasına, vətəndaşların yüksək şüurluluq və intizam ruhunda, qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasına yönəldilən tədbirlər hazırlayır və həyata keçirirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qanunlara əməl edilməsini, dövlət qaydasının və ictimai qaydanın, vətəndaşların hüquqlarının qorunmasını təmin edərək öz ərazisində inzibati hüquqpozmaların qarşısını almaq sahəsində bütün dövlət orqanlarının işini əlaqəlandirir, daxili işlər orqanlarının, inzibati komissiyaların, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına hesabat verən, inzibati hüquqpozmalara qarşı mübarizə aparmalı olan başqa orqanların fəaliyyətinə rəhbərlik edirlər. (52)
Maddə 8. İnzibati hüquqpozmalara görə təsir tədbirləri tətbiq olunarkən qanunçuluğunun təmin edilməsi
İnzibati hüquqpozma ilə əlaqədar olaraq heç kəsə qanunvericiliklə müəyyən edilmiş əsaslara və qaydaya əməl olunmadan təsir tədbirləri tətbiq oluna bilməz.
İnzibati hüquqpozmalar haqqında işlərin icraatı qanunçuluğa ciddi əməl edilməsi əsasında aparılır.
Səlahiyyətli orqanlar və vəzifəli şəxslər təsir tədbirlərini öz səlahiyyəti çərçivəsində, qanunvericiliyə tamamilə uyğun olaraq tətbiq edirlər.
İnzibati hüquqpozmalara görə təsir tədbirləri tətbiq olunarkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin müntəzəm nəzarəti ilə, prokuror nəzarəti ilə, şikayət etmək hüququ ilə, qanunvericilikdə müəyyən olunmuş başqa üsullarla təmin edilir. (52, 57)
Maddə 9. İnzibati hüquqpozmalara görə məsuliyyət haqqında qanunvericiliyin qüvvəsi
İnzibati hüquqpozan şəxs hüquqpozmanın törədildiyi vaxtda və yerdə qüvvədə olan qanunvericilik əsasında məsuliyyətə cəlb olunur.
İnzibati hüquqpozmalara görə məsuliyyəti yüngülləşdirən və ya aradan qaldıran aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qəbul edildiyi vaxtadək törədilmiş hüquqpozmalara da aid edilir. İnzibati hüquqpozmalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən aktların geriyə qüvvəsi yoxdur.
İnzibati hüquqpozmalar haqqında işlərin icraatı hüquqpozma haqqında işə baxılan vaxtda və yerdə qüvvədə olan qanunvericilik əsasında aparılır.
II bölmə. İnzibati hüquqpozma və inzibati məsuliyyət
I. Ümumi hissə
2-ci fəsil. İnzibati hüquqpozma və inzibati məsuliyyət
Maddə 10. İnzibati hüquqpozma anlayışı
Dövlət qaydasına və ya ictimai qaydaya, mülkiyyətə, vətəndaşların hüquqlarına və azadlıqlarına, müəyyən olunmuş idarəetmə qaydasına qəsd edən, hüquqa zidd olan, təqsir sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulan hərəkət və ya hərəkətsizlik inzibati hüquqpozma (xəta) sayılır.
Bu Məcəllədə nəzərdə tutulmuş hüquqpozmalar öz xarakterinə görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə cinayət məsuliyyətinə səbəb olmadıqda, inzibati məsuliyyət yaradır. (52)
Maddə 11. İnzibati hüquqpozmanın qəsdən törədilməsi
İnzibati hüquqpozan şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin hüquqa zidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini əvvəlcədən görmüş və arzulamışsa, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişsə, bu pozuntu qəsdən törədilmiş pozuntu sayılır. (52)
Maddə 12. İnzibati hüquqpozmanın ehtiyatsızlıq üzündən törədilməsi
İnzibati hüquqpozan şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr verə biləcəyi imkanını əvvəlcədən görmüşsə, lakin yüngülfikirlilik edib, bunların qarşısının alınacağına ümid bağlamışsa, yaxud bu nəticələrin baş verəcəyini əvvəlcədən görə bilməli və görməli olduğu halda, bunların baş verəcəyini əvvəlcədən görməmişdirsə, bu pozuntu ehtiyatsızlıq üzündən törədilmiş pozuntu sayılır. (52)
Maddə 13. İnzibati məsuliyyət yaşı
İnzibati hüquqpozma törədən vaxt on altı yaşına çatmış şəxslər inzibati məsuliyyətə cəlb edilirlər.
Maddə 14. Yetkinlik yaşına çatmayanların məsuliyyəti
İnzibati hüquqpozmalar törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər barəsində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar haqqında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnamədə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir.
Həmin şəxslər bu Məcəllənin 52, 119—124, 127, 164, 166, 174, 181, 182, 184, 185-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmaları törətdikdə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Törədilmiş hüquqpozmanın xarakteri və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, göstərilən şəxslər (bu Məcəllənin 174-cü maddəsində nəzərdə tutulmuş hüquqpozmaları törədən şəxslərdən başqa) barəsindəki işlərə baxılmaq üçün yetkinlik yaşına çatmayanların işləri üzrə rayon, şəhər, şəhərlərdə rayon komissiyalarına verilə bilər, bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş hüquqpozmalar barəsindəki işlər isə baxılmaq üçün, bir qayda olaraq, həmin komissiyalara verilməlidir.
Yetkinlik yaşına çatmayan on altı yaşından on səkkiz yaşınadək uşaqlar Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmuş başqa hallarda da ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilərlər. (52)
Maddə 15. Vəzifəli şəxslər—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli qanunla yeni redaksiyada
Hakimiyyət nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bu növ səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. (52)
Maddə 16. Hərbi qulluqçuların və intizam nizamnamələrinin qüvvəsi şamil edilən başqa şəxslərin inzibati hüquqpozmalar törətməyə görə məsuliyyəti
Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəli şəxslər, habelə daxili işlər orqanlarının sıravi və rəis heyətlərindən olan şəxslər inzibati hüquqpozmalara görə intizam nizamnamələri əsasında məsuliyyət daşıyırlar. Yol hərəkəti qaydalarının, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının, gömrük qaydalarının pozulmasına və kontrabandaya görə bu şəxslər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə cərimə, islah işləri və inzibati həbs tətbiq edilə bilməz.
Bu maddənin birinci hissəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər, intizam nizamnamələrinin və ya intizam haqqında xüsusi əsasnamələrin qüvvəsinin şamil edildiyi digər inzibati hüquqpozmalar törətməyə görə həmin nizamnamələrdə və ya xüsusi əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.
İnzibati tənbehetmə hüququ verilmiş orqanlar (vəzifəli şəxslər) bu maddənin birinci hissəsində göstərilmiş hallarda tənbeh etmək əvəzinə, hüquqpozmalar haqqında materialları hüquqpozmanı törədənlərin intizam məsuliyyətinə cəlb olunması məsələsini həll etmək üçün müvafiq orqanlara verə bilərlər.
İntizam nizamnamələrinin qüvvəsinin şamil edildiyi dəmir yolu, dəniz, çay nəqliyyatı və mülki aviasiya işçiləri öz qulluq vəzifələrini yerinə yetirərkən törətdikləri aşağıdakı inzibati hüquqpozmalara görə həmin nizamnamələrə uyğun olaraq intizam məsuliyyəti daşıyırlar:
- dəmir yolu nəqliyyatı işçiləri—bu Məcəllənin 108-ci maddəsinin ikinci, üçüncü, dördüncü və beşinci hissələrində, 109, 109-1-ci maddələrində və 132-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş pozuntulara görə;
- dəniz nəqliyyatı işçiləri—bu Məcəllənin 109-1, 114, 114-1, 115-ci maddələrində və 132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş pozuntulara görə;
- çay nəqliyyatı işçiləri—bu Məcəllənin 114, 114-1, 115-ci maddələrində və 132-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş pozuntulara görə;
- mülki aviasiya işçiləri—bu Məcəllənin 110—113-cü maddələrində nəzərdə tutulmuş pozuntulara görə (10, 52).
Maddə 17. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyəti
Azərbaycan Respublikası ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə ümumi əsaslar üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına və beynəlxalq müqavilələrinə əsasən, Azərbaycan Respublikasının inzibati yurisdiksiyası üzrə toxunulmazlıq hüququndan istifadə edən xarici vətəndaşların Azərbaycan Respublikası ərazisində törətdikləri inzibati hüquqpozmalara görə məsuliyyət məsələsi diplomatik yolla həll olunur. (52)
Maddə 18. Son zərurət
Şəxsin hərəkəti bu Məcəllədə və ya inzibati hüquqpozmalara görə inzibati məsuliyyət müəyyən edən digər normativ aktlarda nəzərdə tutulmuş olsa da, o, son zərurət vəziyyətində, yəni dövlət qaydası, yaxud ictimai qayda, mülkiyyət, vətəndaşların hüquqları və azadlıqları, müəyyən olunmuş idarəetmə qaydası üçün qorxu yaradan təhlükənin aradan qaldırılmasından ötrü hərəkət etdikdə, bu təhlükə həmin hallarda başqa vasitələrlə aradan qaldırıla bilmədikdə və dəymiş ziyan qarşısı alınmış ziyana nisbətən az olduqda, həmin şəxs inzibati məsuliyyətə cəlb edilmir. (52)
Maddə 19. Zəruri müdafiə
Şəxsin hərəkəti bu Məcəllədə və ya inzibati hüquqpozmalara görə inzibati məsuliyyət müəyyən edən digər normativ aktlarda nəzərdə tutulmuş olsa da, o, zəruri müdafiə vəziyyətində hərəkət etdikdə, yəni dövlət qaydasını, yaxud ictimai qaydanı, mülkiyyəti, vətəndaşların hüquq və azadlıqlarını, müəyyən olunmuş idarəetmə qaydasını qəsd edənə ziyan vurmaq yolu ilə müdafiə etdikdə, bu zaman zəruri müdafiə həddini aşmamışsa, həmin şəxs inzibati məsuliyyətə cəlb edilmir. (52)
Maddə 20. Anlaqsızlıq
Hüquqa zidd hərəkət və ya hərəkətsizlik edən zaman şəxs anlaqsızlıq vəziyyətində olduqda, yəni xroniki ruhi xəstəlik, ruhi vəziyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya başqa xəstəlik nəticəsində öz hərəkətlərini ölçüb-biçmək və ya idarə etmək iqtidarında olmadıqda inzibati məsuliyyətə cəlb edilə bilməz.
Maddə 21. İnzibati hüquqpozma haqqında materialların baxılmaq üçün yoldaşlıq məhkəməsinə, ictimai təşkilata və ya əmək kollektivinə verilməsi
Törədilmiş hüquqpozmanın xarakteri və hüquqpozanın şəxsiyyəti nəzərə alınmaqla onun barəsində ictimai təsir tədbiri tətbiq etmək məqsədəuyğun olduqda, inzibati hüquq pozan şəxs inzibati məsuliyyətdən azad edilir və materiallar baxılmaq üçün yoldaşlıq məhkəməsinə, ictimai təşkilata və ya əmək kollektivinə verilir.
Bu Məcəllənin 122, 129, 153, 169-172-ci maddələrində nəzərdə tutulan hüquqpozmaların törədilməsinə görə inzibati məsuliyyətdən bu maddənin birinci hissəsində göstərilən əsaslar üzrə azad edilmiş şəxslər barəsindəki materiallar baxılmaq üçün həmçinin müəssisədə, idarədə, təşkilatda və onların struktur bölmələrində yaradılmış sərxoşluğa qarşı mübarizə komissiyasına verilə bilər.
Bu Məcəllənin 52, 122, 129, 153, 159, 164, 169-172-ci maddələrində nəzərdə tutulan inzibati hüquqpozmaları törətmiş şəxslər barəsində görülmüş ictimai təsir tədbirləri haqqında müdiriyyət, müəssisədə, idarədə, təşkilatda və onların struktur bölmələrində yaradılmış sərxoşluğa qarşı mübarizə komissiyası, yoldaşlıq məhkəməsi və ya ictimai təşkilat materialı göndərmiş orqana (vəzifəli şəxsə) on gün müddətində məlumat verməlidir (3, 52, 57).
Maddə 22. Hüquqpozma cüzi olduqda inzibati məsuliyyətdən azadetmə imkanı
Törədilmiş inzibati hüquqpozma cüzi olduqda işi həll etməyə səlahiyyəti olan orqan (vəzifəli şəxs) hüquqpozan şəxsi inzibati məsuliyyətdən azad edib şifahi iradla kifayətlənə bilər.
3-cü fəsil. İnzibati tənbeh
Maddə 23. İnzibati tənbehin məqsədləri
İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati hüquqpozan şəxsi qanunlara əməl edilməsi, ümumi davranış qaydalarına hörmət bəslənilməsi ruhunda tərbiyələndirmək, habelə həm hüquqpozan şəxsin, həm də başqa şəxslərin yeni hüquqpozmalar törətməsinin qarşısını almaq məqsədilə tətbiq olunur. (52)
Maddə 24. İnzibati tənbehlərin növləri
İnzibati hüquqpozmalar törətməyə görə aşağıdakı inzibati tənbehlər tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) cərimə;
3) inzibati hüquqpozmanın törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin ödənişlə alınması;
4) inzibati hüquqpozmanın törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi;
5) vətəndaşın ona verilmiş xüsusi hüquqdan (nəqliyyat vasitələrini idarəetmə, ov hüququndan) məhrum edilməsi;
5-1) toplantı təşkil etmək hüququndan üç ayadək müddətə məhrum etmə;
6) islah işləri;
7) fövqəladə vəziyyət elan olunmuş yerin hüdudlarından inzibati çıxartma və Azərbaycan Respublikası hüdudlarından kənara çıxartma;
8) inzibati həbs.
Bu maddədə göstərilmiş digər inzibati tənbeh növlərindən fərqli olaraq inzibati həbs müstəsna hallarda yalnız Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilə bilər (16, 25, 38, 52, 58).
Maddə 25. Əsas və əlavə inzibati tənbehlər
Predmetin ödənişlə alınması və müsadirəsi həm əsas, həm də əlavə inzibati tənbehlər kimi tətbiq edilə bilər; bu Məcəllənin 24-cü maddəsinin birinci hissəsində göstərilmiş başqa inzibati tənbehlər yalnız əsas tənbehlər kimi tətbiq oluna bilər.
Bir inzibati hüquqpozmaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh verilə bilər.
Maddə 26. Xəbərdarlıq
İnzibati tənbeh tədbiri olmaq etibarilə xəbərdarlıq yazılı şəkildə edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq müəyyən olunmuş başqa üsulla da edilir. (52)
Maddə 27. Cərimə—1995-ci il 12 sentyabr tarixli qanunla yeni redaksiyada
Cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
İnzibati hüquqpozmalara görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin iki mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər isə həmin minimum əmək haqqı məbləğinin on mislindən yüz mislinədək miqdarda cərimə olunurlar.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və inzibati məsuliyyəti gücləndirməyin son dərəcə zəruriliyi ilə əlaqədar olaraq, müstəsna hallarda Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bu maddədə nəzərdə tutulan məbləğdən daha böyük məbləğdə cərimə müəyyən edilə bilər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati hüquqpozmalara görə cərimələrin başqa meyarları da (vəzifə maaşları, lisenziya haqqı, gəlir məbləği və s.) müəyyən edilə bilər. (5, 8, 16, 23, 27, 35, 49)
Maddə 28. İnzibati hüquqpozma törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin ödənişlə alınması
İnzibati hüquqpozmanın törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmet ödənişlə, məcburi qaydada alınır, sonra satılır və əldə edilən məbləğ həmin predmetin satılması ilə əlaqədar xərclər çıxıldıqdan sonra onun keçmiş sahibinə verilir.
Odlu silahın və döyüş sursatının ödənişlə alınması əsas dolanacaq mənbəyi ov olan şəxslər barəsində tətbiq edilə bilməz.
Predmetin ödənişlə alınması qaydası və alınmalı predmetlərin növləri bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir. (52)
Maddə 29. İnzibati hüquqpozma törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi
İnzibati hüquqpozma törədilməsində alət və ya bilavasitə obyekt olmuş predmetin müsadirəsi bu predmetin ödənişsiz, məcburi qaydada dövlətin mülkiyyətinə alınmasından ibarətdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarında başqa qayda nəzərdə tutulmayıbsa, hüquqpozanın yalnız xüsusi mülkiyyətində olan predmet müsadirə edilə bilər.
Əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı və döyüş sursatı, digər ov alətləri müsadirə edilə bilməz.
Müsadirənin tətbiq qaydası, müsadirə edilməli olmayan predmetlərin siyahısı bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən olunur (3, 52).
Maddə 30. Vətəndaşın ona verilmiş xüsusi hüquqdan məhrum edilməsi
Verilmiş xüsusi hüquqdan (nəqliyyat vasitələrini idarəetmə, ov hüququndan) istifadə qaydasını kobud və ya müntəzəm pozmağa görə vətəndaş üç ilədək müddətə həmin hüquqdan məhrum edilir. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə başqa qayda müəyyən edilməmişsə, bu hüquqdan məhrumetmə müddəti on beş gündən az ola bilməz.
Nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslər, nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum oluna bilməzlər.
Əsas dolanacaq mənbəyi ov olan şəxslər ov hüququndan məhrum oluna bilməzlər. (52)
Maddə 31. İslah işləri
İslah işləri iki ay müddətinədək tətbiq edilir, inzibati hüquqpozan şəxs islah işlərini daimi iş yerində qalmaqla çəkir və onun əmək haqqının iyirmi faizə qədəri dövlətin xeyrinə tutulur. İslah işləri rayon (şəhər) məhkəməsi (hakimi) tərəfindən təyin edilir. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə başqa qayda müəyyən edilməmişsə, islah işlərinin müddəti on beş gündən az ola bilməz. (52)
Maddə 31-1. Fövqəladə vəziyyət elan olunmuş yerin hüdudlarından inzibati çıxartma—1991-ci il 25 may tarixli qanunla əlavə edilmişdir.
Fövqəladə vəziyyət elan olunmuş yerin hüdudlarından inzibati çıxartma, yalnız müstəsna hallarda, inzibati hüquqpozmaların ayrı-ayrı növlərinə görə fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu müddətə, lakin ən çoxu üç illiyə müəyyən olunur və tətbiq edilir. İnzibati çıxartma müvafiq orqanlar (vəzifəli şəxslər) iş üzrə materialları təqdim etdikdən sonra Azərbaycan Respublikasının daxili işlər naziri və ya onun birinci müavini tərəfindən təyin olunur.
Hamilə qadınlar, on iki yaşınadək uşaqları olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci qrup əlillər barəsində inzibati çıxartma tətbiq edilə bilməz (25).
Maddə 31-2. Azərbaycan Respublikası hüdudlarından kənara çıxartma—1996-cı il 27 dekabr tarixli qanunla əlavə edilmişdir.
Azərbaycan Respublikası hüdudlarından kənara çıxartma, müstəsna hallarda, milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti, hüquqları və mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin, Azərbaycan Respublikasının əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə bir gündən yeddi günədək müddətdə müvafiq dövlət orqanlarının qərarına əsasən tətbiq edilir (38).
Maddə 32. İnzibati həbs
İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati hüquqpozmaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir. Fövqəladə vəziyyət rejimi şəraitində törədilən bəzi inzibati hüquqpozmalara görə inzibati həbsin müddəti otuz gündən artıq müəyyən edilə bilməz. İnzibati həbs rayon (şəhər) məhkəməsi (hakimi) tərəfindən təyin olunur.
Hamilə qadınlar, on iki yaşınadək uşaqları olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər barəsində inzibati həbs tətbiq edilə bilməz (31, 52).
4-cü fəsil. İnzibati tənbehetmə
Maddə 33. İnzibati hüquqpozmaya görə tənbehetmənin ümumi qaydaları
İnzibati hüquqpozmaya görə tənbeh, törədilmiş hüquqpozmaya görə məsuliyyət nəzərdə tutan normativ aktla müəyyən edilmiş çərçivədə, inzibati hüquqpozmalar haqqında bu Məcəlləyə və inzibati hüquqpozmalar haqqında digər aktlara tamamilə müvafiq surətdə verilir.
Tənbeh verilərkən hüquqpozmanın xarakteri, hüquqpozanın şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. (52)
Maddə 34. İnzibati hüquqpozmaya görə məsuliyyəti yüngülləşdirən hallar
İnzibati hüquqpozmaya görə məsuliyyəti yüngülləşdirən hallar bunlar sayılır:
1) hüquqpozmanı törədənin səmimi peşimançılığı;
2) hüquqpozmanı törədənin hüquqpozmanın ziyanlı nəticələrinin qarşısını alması, könüllü olaraq zərəri ödəməsi və ya dəymiş ziyanı aradan qaldırması;
3) hüquqpozmanın güclü ruhi həyəcan təsiri altında, yaxud ağır şəxsi və ya ailə vəziyyəti nəticəsində törədilməsi;
4) hüquqpozmanı yetkinlik yaşına çatmayanların törətməsi;
5) hüquqpozmanı hamilə qadının və ya bir yaşına çatmamış uşağı olan qadının törətməsi.
Azərbaycan Respublikasının qanunvericiliyində inzibati hüquqpozmaya görə məsuliyyəti yüngülləşdirən başqa hallar da nəzərdə tutula bilər. İnzibati hüquqpozma haqqında işi həll edən orqan (vəzifəli şəxs) qanunvericilikdə göstərilməyən halları da məsuliyyəti yüngülləşdirən hallar hesab edə bilər. (52)
Maddə 35. İnzibati hüquqpozmaya görə məsuliyyəti ağırlaşdıran hallar
İnzibati hüquqpozmaya görə məsuliyyəti ağırlaşdıran hallar bunlar sayılır:
1) səlahiyyətli şəxslərin hüquqa zidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi;
2) hüquqpozmaya görə inzibati tənbeh almış şəxsin eyni hüquqpozmanı il ərzində təkrar törətməsi; əvvəllər cinayət etmiş şəxsin hüquqpozma törətməsi;
3) yetkinlik yaşına çatmayanın hüquqpozmaya cəlb edilməsi;
4) hüquqpozmanı bir qrup şəxsin törətməsi;
5) hüquqpozmanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi;
6) hüquqpozmanın sərxoş halda törədilməsi. İnzibati tənbeh edən orqan (vəzifəli şəxs) inzibati hüquqpozmanın xarakterindən asılı olaraq bu halı məsuliyyəti ağırlaşdıran hal hesab etməyə də bilər. (52)
Maddə 36. Bir neçə inzibati hüquqpozma törədildikdə inzibati tənbehetmə
Bir şəxs iki və ya daha çox inzibati hüquqpozma törətdikdə, hər bir hüquqpozmaya görə ayrılıqda inzibati tənbeh verilir.
Bir şəxsin törətdiyi bir neçə inzibati hüquqpozmaya dair işlərə eyni vaxtda eyni orqan (vəzifəli şəxs) baxdıqda, həmin şəxs daha ciddi hüquqpozmaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş hüquqpozmaların hər hansı birinə görə məsuliyyət haqqında maddələrdə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.
Maddə 37. İnzibati tənbehetmə müddətlərinin hesablanması
İnzibati həbs müddəti günlərlə, islah işləri müddəti aylarla və ya günlərlə, xüsusi hüquqdan məhrumetmə illərlə, aylarla və ya günlərlə hesablanır.
Maddə 38. İnzibati tənbehetmə müddətləri
İnzibati tənbeh hüquqpozmanın törədildiyi gündən ən geci iki ay keçənədək, davam edən hüquqpozma olduqda isə, onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.
Cinayət işi qaldırılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin hüquqpozanın hərəkətlərində inzibati hüquqpozma əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin qaldırılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci bir ay keçənədək verilə bilər.
Bu maddədə göstərilən müddətlər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən, kontrabanda predmetlərinin müsadirə olunduğu hallara aid edilmir. (52)
Maddə 39. Şəxsin inzibati tənbehə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət
İnzibati tənbehə cəlb olunmuş şəxs tənbehin icrasının qurtardığı gündən etibarən bir il ərzində yeni inzibati hüquqpozma törətməmişsə, o, inzibati tənbehə cəlb edilməmiş şəxs sayılır.
Maddə 40. Dəymiş zərəri ödəmək vəzifəsinin həvalə edilməsi
İnzibati hüquqpozma törədilməsi nəticəsində vətəndaşa, müəssisəyə, idarəyə və ya təşkilata əmlak zərəri dəymişsə, inzibati komissiya, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiya, hakim inzibati hüquqpozmaya görə tənbehetmə məsələsini həll edərkən, əmlak zərərinin məbləği minimum əmək haqqı məbləğinin qırx mislindən yuxarı olmadıqda zərəri hüquqpozmanı törədənin ödəməsi məsələsini, rayon (şəhər) məhkəməsi isə, zərərin məbləğindən asılı olmayaraq onu müqəssirin ödəməsi məsələsini həll etmək ixtiyarına malikdirlər.
Başqa hallarda, inzibati hüquqpozma nəticəsində dəymiş əmlak zərərinin ödənilməsi məsələsi mülki mühakimə icraatı qaydası ilə həll edilir. (52)
II. Xüsusi hissə
5-ci fəsil. Vətəndaşların siyasi, əmək hüquqlarının mühafizəsi və əhalinin sağlamlığının qorunması sahəsində inzibati hüquqpozmalar1
Maddə 41. Əmək qanunvericiliyinin və əmək mühafizəsi qaydalarının pozulması
Əmək qanunvericiliyi və əmək mühafizəsi qaydalarını vəzifəli şəxslərin pozmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 41-1. Seçki və ya referendum komissiyasının işinə mane olma—1998-ci il 23 iyun tarixli 509-IQD nömrəli qanunla yeni redaksiyada.
Səsvermə binasında hər hansı digər siyasi və ya ictimai tədbirlər keçirilməsinə, seçki və ya referendum komissiyasının və ya onun üzvlərinin işinə mane olmağa və yaxud bu komissiyanın işinə və ya komissiya üzvünün öz vəzifəsinin icrası ilə bağlı fəaliyyətinə müdaxilə etməyə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir (35, 56).
Maddə 41-2. Seçki və ya ümumxalq səsverməsi (referendum) ilə bağlı təşviqat aparılmasının şərtlərini pozma—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir.
Seçki və ya ümumxalq səsverməsi (referendum) ilə bağlı təşviqatın qanunvericiliklə müəyyən edilmiş şərtlərinin pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.
Kütləvi informasiya vasitəsi və ya jurnalist tərəfindən seçkiqabağı və ya ümumxalq səsverməsi (referendum) qabağı təşviqat aparılmasının seçki və ya ümumxalq səsverməsi (referendum) haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydalarını pozmağa görə—
- baş redaktor, redaksiyanın digər məsul şəxsi və ya jurnalist minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir (35, 56).
Maddə 41-3. Təşviqat nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir.
Deputatlığa və ya seçkili vəzifəyə namizədin binalarda, qurğularda və digər yerlərdə mülkiyyətçinin və obyekt sahibinin razılığı ilə asılmış portretini, onun tərcümeyi-halı olan plakatları və digər təşviqat nəşr materiallarını qəsdən məhv etməyə, zədələməyə və yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir (35, 56).
Maddə 41-4. Namizəd haqqında yalan məlumatlar və ya onun şərəf və ya ləyaqətini ləkələmə—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir.
Seçkinin nəticəsinə təsir göstərmək məqsədilə deputatlığa və ya seçkili vəzifəyə namizəd haqqında yalan məlumatlar dərc etmə, onları başqa üsullarla yayma və ya namizədin şərəf və ya layaqətini ləkələyən digər hərəkətlər etmə, cinayət məsuliyyətinə səbəb olmadıqda—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir (35, 56).
Maddə 41-5.Seçki və ya referendum komissiyası üzvünün, seçkilər üzrə vəkil edilmiş şəxsin və ya müşahidəçinin hüququnu pozma—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir
Seçki və ya referendum komissiyası üzvünün, seçkilər üzrə vəkil edilmiş şəxsin, müşahidəçinin qanunla müəyyən edilmiş hüquqlarını pozmağa görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir (35, 56).
Maddə 41-6. Kollektiv danışıqların aparılması qaydasının pozulması—Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli qanunu ilə əlavə edilmişdir.
Kollektiv müqavilənin (sazişin) hazırlanmasına və ya ona dəyişikliklər edilməsinə dair kollektiv danışıqların aparılmasında iştirakdan imtina edilməsinə, habelə kollektiv danışıqların aparılması ilə əlaqədar yaradılmış komissiyaların iş şəraitinin təmin edilməsinə görə—
- vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin əlli misli miqdarında cərimə olunurlar.
Kollektiv danışıqların müəyyən olunmuş başlanma müddətinin ötürülməsinə görə—
- vəzifəli şəxslər (işəgötürənlər) ötürülmüş hər gün üçün minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə olunurlar (37).
Maddə 41-7. Kollektiv müqavilənin (sazişin) şərtlərinin pozulması—Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli qanunu ilə əlavə edilmişdir.
Kollektiv müqavilənin (sazişin) şərtlərinin pozulmasına görə—
- vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin iki yüz misli miqdarınadək cərimə olunurlar (37).
Maddə 41-8. Kollektiv danışıqların aparılması üçün, kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün zəruri məlumatların təqdim edilməməsi—Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli qanunu ilə əlavə edilmişdir.
Kollektiv danışıqların aparılması üçün, habelə kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün zəruri məlumatların təqdim edilməməsinə görə—
- vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə olunurlar (37).
Maddə 41-9. Seçkilərdə bir dəfədən artıq səs vermə—1998-ci il 23 iyun tarixli 509-IQD nömrəli qanunla əlavə edilmişdir.
Seçkilərdə bir dəfədən artıq səs verməyə görə—
- minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə edilir. (56)
Maddə 42. Sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının pozulması—1992-ci il 11 noyabr tarixli qanunla yeni redaksiyada
Sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydaları və normalarının (atmosfer havasının mühafizə qaydalarından və normalarından başqa) pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilirlər (27, 29, 35, 52).
Maddə 43. Nəqliyyatda sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının pozulması—1992-ci il 11 noyabr tarixli qanunla yeni redaksiyada
Dəmir yolu, dəniz və çay nəqliyyatında müəyyən edilmiş sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının və normalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilirlər.
Hava nəqliyyatında müəyyən edilmiş sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə edilirlər (10, 27, 29, 35, 52).
Maddə 43-1. Donor qanının, onun komponentlərinin və preparatlarının tədarükü, saxlanması və emalı qaydalarının pozulması—1997-ci il 7 fevral tarixli qanunla əlavə edilmişdir.
Donor qanının, onun komponentlərinin və preparatlarının tədarükü, saxlanması və emalı qaydalarını pozmağa görə—
- səhiyyə müəssisələrinin vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin əlli misli miqdarında cərimə olunur (41).
Maddə 44. Qanunsuz olaraq narkotik vasitələrin az miqdarda əldə edilməsi və ya saxlanması, yaxud həkimin təyinatı olmadan narkotik vasitələrin qəbul edilməsi—1987-ci il 12 avqust tarixli qanunla yeni redaksiyada
Satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələrin az miqdarda əldə edilməsinə və ya saxlanmasına, eləcə də həkimin təyinatı olmadan narkotik vasitələrin qəbul edilməsinə görə—
- minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə qoyulur, yaxud əmək haqqının iyirmi faizi tutulmuqla bir aydan iki ayadək müddətə islah işləri verilir, müstəsna hallarda isə işin hallarına görə və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, həmin tədbirlərin görülməsi kifayət hesab edilməzsə,—on beş günədək müddətə inzibati həbs verilir.
Qeyd: Satış məqsədi olmadan əldə etdiyi və ya özündə saxladığı az miqdarda narkotik vasitələri könüllü surətdə təhvil verən şəxs, eləcə də həkimin təyinatı olmadan narkotik vasitələr qəbul edilməsi ilə əlaqədar olaraq tibb yardımı üçün tibb idarəsinə könüllü surətdə müraciət edən şəxs, bu maddədə nəzərdə tutulmuş hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir (9, 27, 35).
Maddə 45. Zöhrəvi xəstəliklə yoluxma mənbəyinin və xəstələrin yoluxma qorxusu yaradan əlaqələrinin gizlədilməsi
Zöhrəvi xəstəliyi olanların yoluxma mənbəyini, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklə yoluxma təhlükəsi yaradan şəxslərin öz ünvanlarının, şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan digər məlumatları gizlətməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 46. Zöhrəvi xəstəliyi olanların müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə tutulması barəsində kifayət qədər məlumatı olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da, müayinədən boyun qaçırmasına görə—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (30, 35).
Maddə 47. Zöhrəvi xəstəliyi olanla əlaqədə olmuş şəxslərin müalicədən boyun qaçırması
Zöhrəvi xəstəliyi olanla əlaqədə olmuş və profilaktik müalicəyə ehtiyacı olan şəxslərin müalicədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da boyun qaçırmasına görə—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (27, 35).
6-cı fəsil. Mülkiyyətə qəsd edən inzibati hüquqpozmalar (52)
Maddə 48. Torpaqların özbaşına tutulması və özbaşına tutulmuş torpaq sahələrində tikinti işləri aparılması—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Torpaq sahələrinin özbaşına tutulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir.
Özbaşına tutulmuş torpaq sahələrində tikinti işləri aparılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir (27, 35).
Maddə 49. Yerin təki üzərində dövlət mülkiyyəti hüququnun pozulması
Yerin təkindən özbaşına istifadəyə, yerin təki üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan əqd bağlanmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 50. Sular üzərində dövlət mülkiyyəti hüququnun pozulması
Su obyektlərinin özbaşına tutulmasına, sudan özbaşına istifadəyə, sudan istifadə hüququnun başqasına verilməsinə, habelə sular üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan başqa əqdlər bağlanmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 51. Meşələr üzərində dövlət mülkiyyəti hüququnun pozulması
Meşədən istifadə hüququnun başqasına özbaşına verilməsinə, habelə meşələr üzərində dövlət mülkiyyəti hüququnu açıq və ya gizli şəkildə pozan başqa əqdlər bağlanmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 51-1. Heyvanlar aləmi üzərində dövlət mülkiyyət hüququnun pozulması—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Heyvanlar aləmi obyektlərindən istifadə hüququnun özbaşına başqasına verilməsinə, habelə heyvanlar aləmi üzərində dövlət mülkiyyət hüququnu açıq və ya gizli şəkildə pozan başqa əqdlər bağlanmasına, eləcə də istifadə olunması üçün icazə alınması tələb edilən heyvanlar aləmi obyektlərindən özbaşına istifadəyə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (3, 27, 35, 52).
Maddə 52. Xırda oğurluq
Oğurluq, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə dövlət əmlakının və ya ictimai əmlakın xırda oğurluğuna görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs və ya əmək haqqının iyirmi faizi tutulmaqla bir aydan iki ayadək müddətə islah işləri tətbiq edilir.
Qeyd: Oğurlanmış əmlakın dəyəri minimum əmək haqqı məbləğinin bir mislindən on mislinədək miqdarda olduqda, oğurluq xırda oğurluq sayılır. (5, 27, 30, 35, 53)
Maddə 52-1. Cinayət nəticəsində müəssisələrə, idarələrə, təşkilatlara vurulmuş əmlak zərərini ödəməkdən boyun qaçırma—1986-cı il 16 iyun tarixli fərmanla əlavə edilmişdir.
Cinayət nəticəsində müəssisələrə, idarələrə, təşkilatlara vurulmuş əmlak zərərini məhkəmənin hökmünə və ya qərarına əsasən ödəməli olan şəxsin belə zərəri ödəməkdən boyun qaçırmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur və ya əmək haqqının iyirmi faizi tutulmaqla iki ayadək müddətə islah işləri verilir (5, 27, 35).
7-ci fəsil. Ətraf təbii mühiti, tarix və mədəniyyət abidələrini mühafizə sahəsində, geodeziya və kartoqrafiya sahəsində inzibati hüquqpozmalar
Maddə 53. Torpaqlardan təsərrüfatsızcasına istifadə—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Torpaqlardan təsərrüfatsızcasına istifadə etməyə, torpaqları yaxşılaşdırmaq, külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən qorumaq üçün məcburi tədbirlərin görülməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (27, 35).
Maddə 54. Kənd təsərrüfatı torpaqlarının və başqa torpaqların zibillənməsi, korlanması—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Kənd təsərrüfatı torpaqlarının və başqa torpaqların zibillənməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Torpaqların istehsal və məişət tullantıları, kimyəvi və radioaktiv maddələr, habelə çirkab suları ilə çirkləndirilməsinə, bakterial-parazitik və zərərli karantin orqanizmlərlə yoluxdurulmasına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 55. Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması
Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmamasına və ya onları müvafiq istifadə üçün yararlı hala salmaq vəzifəsinin yerinə yetirilməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək cərimə edilir (27, 35, 52).
Maddə 56. Təsərrüfatdaxili yer quruluşu layihələrindən özbaşına kənara çıxılması
Təsərrüfatdaxili yer quruluşunun müəyyən olunan qaydada təsdiq edilmiş layihələrindən lazımi icazə olmadan kənara çıxılmasına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 57. Mərz nişanlarının məhv edilməsi—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Mülkiyyətdə, sahiblikdə və istifadədə olan torpaqların hüdudlarının mərz nişanlarının məhv edilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (27, 35).
Maddə 58. Yerin təkinin mühafizəsi tələblərinin pozulması
Faydalı qazıntıların olduğu sahələrdə özbaşına tikinti işlərinə, yerin təkini mühafizə qaydalarının və ətraf təbii mühiti, binaları və qurğuları yerin təkindən istifadə ilə əlaqədar işlərin ziyanlı təsirindən qorumaq tələblərinin yerinə yetirilməməsinə, yeraltı sular üçün rejimli müşahidə quyularının, habelə markşeyder və geodeziya nişanlarının məhv edilməsinə və ya zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Zəngin yataq sahələrinin faydalı qazıntıların balans ehtiyatlarının əsassız itkisinə səbəb olan seçmə qaydada işlənməsinə, hasilat zamanı faydalı qazıntıların normativdən artıq itkisinə və ya normativdən artıq yoxsullaşdırılmasına, faydalı qazıntı yataqlarının korlanmasına və onların ehtiyatlarından səmərəli istifadə tələblərinin başqa şəkildə pozulması hallarına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Markşeyder sənədlərinin itirilməsinə, ləğv və ya konservasiya edilən dağ-mədən qazmalarını və qazma quyularını əhalinin təhlükəsizliyini təmin edən vəziyyətə gətirmək tələblərinin, habelə konservasiya dövründə yataqları, dağ-mədən qazmalarını və qazma quyularını qorumaq tələblərinin yerinə yetirilməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 59. Yerin təkinin geoloji öyrənilməsi işlərini aparmaq qaydalarının və tələblərinin pozulması
Yerin təkinin geoloji öyrənilməsi işlərini aparmaq qaydalarının və tələblərinin pozulması kəşf edilmiş faydalı qazıntı ehtiyatlarının və ya faydalı qazıntılar çıxaran müəssisələrin, habelə faydalı qazıntılar çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı üçün şəraitin düzgün qiymətləndirilməməsinə səbəb ola bilərsə və ya səbəb olmuşsa, habelə yerin təkinin geoloji öyrənilməsinin davam etdirilməsi və yataqların işlənməsi üçün zəruri olan geoloji sənədlərin, faydalı qazıntı və ger nümunələri dublikatlarının itirilməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 60. Su ehtiyatlarını mühafizə qaydalarının pozulması
Suların çirklənməsinə və zibillənməsinə, su yığılan yerlərdə suyu mühafizə rejiminin həmin yerlərin çirklənməsinə, torpaqların su eroziyasına və başqa ziyanlı hallara səbəb olan şəkildə pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Suların çirklənməsinin və zibillənməsinin və ya bunun ziyanlı təsirinin qarşısını alan tikili və qurğular olmadan müəssisələrin, kommunal və başqa obyektlərin istifadəyə verilməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 61. Zərərli maddələrlə və qarışıqlarla aparılan əməliyyatı gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi
Adamların sağlamlığı üçün və ya dənizin canlı ehtiyatları üçün zərərli maddələrlə, yaxud tərkibində müəyyən edilmiş normalardan artıq bu cür maddələr olan qarışıqlarla əməliyyatı gəmi sənədlərində qeyd etmək barəsində qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin gəminin və ya digər üzən vasitənin kapitanı, yaxud komanda heyətinin başqa şəxsləri tərəfindən yerinə yetirilməməsinə, bu əməliyyat haqqında gəmi sənədlərində göstərilən şəxslər tərəfindən yanlış qeydlər yazılmasına və ya belə sənədləri müvafiq vəzifəli şəxslərə təqdim etməkdən qanunsuz imtina olunmasına görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 62. Sudan istifadə qaydalarının pozulması
Sudan istifadə planlarını pozmaqla su götürülməsinə, özbaşına hidrotexnika işləri aparılmasına, istifadəyə, su obyektlərinə axıdılan suların miqdarının ilkin uçotunu aparmaq və axıdılan suların keyfiyyətini müəyyən etmək qaydalarının pozulmasına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 46, 52).
Maddə 63. Su təsərrüfatı tikililəri və qurğularının zədələnməsi
Su təsərrüfatı tikililəri və qurğularının zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir. (27, 35, 46, 52).
Maddə 64. Dövlət meşə fondu torpaqlarından qanunsuz istifadə
Dövlət meşə fondunun torpaq sahələrindən istifadə barəsində lazımi icazə olmadan həmin sahələrdən kötüklərin çıxarılması tikililər ucaldılması, oduncağın emalı, anbarlar düzəldilməsi və başqa məqsədlər üçün istifadəyə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 65. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının, qatran tədarükünün müəyyən edilmiş qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınmasının, və qatran tədarükünün müəyyən edilmiş qaydasının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 66. Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
Ağacların və kolların qanunsuz qırılmasına və zədələnməsinə, meşə bitkilərinin, meşə tingliklərində və plantasiyalarında toxmacarların, yaxud da tinglərin, habelə meşə bərpası üçün ayrılmış sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Dövlət meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin məhv edilməsinə və ya zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 67. Meşələrdə yeniyetmə ağacların məhv edilməsi və ya zədələnməsi
Meşələrdə yeniyetmə ağacların məhv edilməsinə və ya zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 68. Azərbaycan Respublikasının Qırmızı kitabına salınmış bitkilərin qanunsuz əldə olunması və ya məhv edilməsi—1988-ci il 5 avqust tarixli qanunla yeni redaksiyada
Azərbaycan Respublikasının Qırmızı kitabına salınmış bitkilərin, yaxud belə bitkilərin köklərinin, çiçəklərinin və meyvələrinin səlahiyyətli orqanların xüsusi icazəsi olmadan, qanunsuz əldə olunmasına (toplanmasına) və ya məhv edilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (15, 27, 35, 52).
Maddə 69. Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 70. Meşələri bərpaetmə və yaxşılaşdırma, yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpasına, vəziyyətinin və cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə, habelə yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qayda və təlimatların pozulmasına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 71. Dövlət meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi
Dövlət meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 72. Özbaşına ot biçilməsi və mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması
Meşələrdə və dövlət meşə fondunun meşə olmayan torpaqlarında özbaşına ot biçilməsinə və mal-qara otarılmasına, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 73. Meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin istifadəyə verilməsi
Meşələrin vəziyyətinə və bərpasına zərərli təsirin qarşısını alan qurğularla təmin edilməmiş yeni və yenidən qurulan müəssisələrin, sexlərin, aqreqatların, nəqliyyat yollarının, kommunal və digər obyektlərin istifadəyə verilməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 74. Meşələrin çirkablarla, kimyəvi maddələrlə, zərərli tullantılarla zədələnməsi
Meşəni onun qurumasına və ya xəstələnməsinə səbəb olan çirkablarla, kimyəvi maddələrlə, sənaye və kommunal-məişət tullantıları ilə zədələməyə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 75. Meşələrin məişət tullantıları ilə zibillənməsi
Meşələrin məişət tullantıları ilə zibillənməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 76. Dövlət meşə fondu torpaqlarında meşəsuvarma qanovlarının, drenaj sistemlərinin və yolların məhv edilməsi və ya zədələnməsi
Dövlət meşə fondu torpaqlarında meşəsuvarma qanovlarının, drenaj sistemlərinin və yolların məhv edilməsinə və ya zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 77. Meşələrdə hüdud nişanlarının məhv edilməsi və zədələnməsi
Meşələrdə hüdud nişanlarının məhv edilməsinə və zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 78. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 79. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulması
Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir .
Odvurma və ya oda ehtiyatsız yanaşma nəticəsində meşənin məhv edilməsinə və ya zədələnməsinə, habelə meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törənməsinə, yaxud onun geniş sahəyə yayılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 79-1. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması—1999-cu il 30 mart tarixli 639-IQD saylı qanunla əlavə edilmişdir.
Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına—
1) hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə bütün hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları tərəfindən əməl edilməməsinə;
2) hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının fondun sərəncamçılarının razılığı olmadan başqa şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına;
3) hazırlanmış materialların bir nüsxəsinin xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş hallarda hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə;
4) ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar, digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və ya məhv edilməsi barədə müvafiq orqana məlumat verilməməsinə və ya məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şərait yaradılmamasına;
5) müvafiq razılıq olmadan müşahidə şəbəkələrinin köçürülməsi, yerlərin dəyişdirilməsi və ya fəaliyyətinin dayandırılmasına;
6) müvafiq razılıq olmadan atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə;
7) hidrometeoroloji müşahidə şəbəkələrinin ətrafındakı mühafizə zonalarında hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən yüz mislinədək miqdarda cərimə olunur. (61)
Maddə 80. Atmosferə normativlərdən artıq və ya icazəsiz olaraq çirkləndirici maddələr buraxılması və atmosfer havasına zərərli fiziki təsir göstərilməsi
Atmosferə çirkləndirici maddələr buraxılmasının yol verilən hədləri və müvəqqəti razılaşdırılmış hədləri normativlərindən artıq bu cür maddələr buraxılmasına; atmosfer havasına yol verilən hədlərin normativlərindən artıq zərərli fiziki təsirlər göstərilməsinə; xüsusi səlahiyyətli dövlət orqanlarının icazəsi olmadan atmosferə çirkləndirici maddələr buraxılmasına; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə icazə alınması zəruri olduğu hallarda atmosfer havasına xüsusi səlahiyyətli dövlət orqanlarının icazəsi olmadan zərərli fiziki təsir göstərilməsinə görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29, 52).
Maddə 81. Atmosfer havasını mühafizə tələblərinə əməl olunmadan müəssisələrin istifadəyə verilməsi
Atmosfer havasını mühafizə tələblərinə uyğun olmayan təzə və yenidən qurulmuş müəssisələrin, qurğuların və digər obyektlərin istifadəyə verilməsinə görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29).
Maddə 82. Atmosferə buraxılan tullantıların təmizlənməsi üçün avadanlığın istismar qaydalarının pozulması, habelə avadanlıqdan istifadə edilməməsi
Atmosferə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına, habelə bunlardan istifadə edilməməsinə görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29).
Maddə 83. Tullantılarında normativlərdən artıq çirkləndirici maddələr olan nəqliyyat və digər hərəkət vasitələrinin istismara buraxılması
Tullantılarında çirkləndirici maddələrin miqdarı, habelə işləyən zaman törətdiyi səs-küyün səviyyəsi müəyyən edilmiş normativlərdən artıq olan avtomobillərin, təyyarələrin, gəmilərin və digər hərəkət vasitələri və qurğularının istismara buraxılmasına görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29).
Maddə 84. Tullantılarında çirkləndirici maddələrin miqdarı normativlərdən artıq olan avtomotonəqliyyat və digər hərəkət vasitələrinin istismarı
Tullantılarında çirkləndirici maddələrin miqdarı, habelə işləyən zaman törətdiyi səs-küyün səviyyəsi müəyyən edilmiş normativlərdən artıq olan avtomotonəqliyyat və digər hərəkət vasitələri və qurğularının vətəndaşlar tərəfindən istismarına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək miqdarda cərimə qoyulur (27, 29, 52).
Maddə 85. Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı atmosfer havasının mühafizə tələblərinə əməl edilməməsi
Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən atmosfer havasının mühafizəsi tələblərinə əməl edilməməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqının iki misli məbləğində cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29).
Maddə 85-1. İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinin pozulması
İstehsalat və məişət tullantılarının emalı məqsədilə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalına;
şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində kurort, müalicə-sağlamlıq, meşə və rekreasiya zonalarında yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə, eləcə də faydalı qazıntılar olan və ya dağ-mədən işləri aparılan zonalarda tullantıların basdırılmasına;
məişət tullantılarını zərərsizləşdirmək məqsədilə müəyyən olunmayan yerlərdə atılmasına, saxlanmasına və basdırılmasına;
təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırmaq və zərərsizləşdirmək məqsədilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsinə;
tullantıların daşınması (tullantıların nəqliyyat vasitəsinə yükləndiyi andan müvafiq ünvana çatdırılana qədər) ilə əlaqədar ətraf mühitin və insanların sağlamlığının təhlükəsizliyinin pozulmasına görə —
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən səksən mislinədək miqdarda cərimə olunur (67).
Maddə 86. Bitkiləri qoruyan vasitələri və digər preparatları daşıma, saxlama və tətbiqetmə qaydalarının pozulması və bunun atmosfer havasının çirklənməsinə səbəb olması və ya səbəb ola bilməsi—1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanunla çıxarılmışdır. (48)
Maddə 87. Atmosfer havasının mühafizəsinə nəzarət edən orqanların göstərişlərinin yerinə yetirilməməsi
Atmosfer havasını mühafizə qaydalarının pozulması hallarını aradan qaldırmaq haqqında atmosfer havasının mühafizəsinə dövlət nəzarəti edən orqanların göstərişlərinin yerinə yetirilməməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar bir aylıq vəzifə maaşı məbləğində cərimə olunur (27, 29, 52).
Maddə 87-1. Bitkiləri qoruyan vasitələri və digər preparatları daşıma, saxlama və tətbiqetmə qaydalarının pozulması nəticəsində heyvanlar aləminə zərər vurulması—1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanunla çıxarılmışdır. (48)
Maddə 87-2. Heyvanların yaşayış mühitini mühafizə qaydalarının, zooloji kolleksiyalar yaradılması və onlarla ticarət qaydalarının pozulması, eləcə də heyvanların özbaşına köçürülməsi, iqlimə uyğunlaşdırılması və cütləşdirilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Heyvanların yaşayış mühitini və onların miqrasiya yollarını mühafizə qaydalarının, zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, onlardan istifadə və onların uçotu qaydalarının, zooloji kolleksiyalar ticarəti qaydalarının, habelə heyvanlar aləmi obyektlərinin və zooloji kolleksiyaların xaricə göndərilməsi və aparılması qaydalarının pozulmasına, eləcə də heyvanların özbaşına köçürülməsinə, iqlimə uyğunlaşdırılmasına və cütləşdirilməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (3, 27, 35, 52).
Maddə 87-3. Heyvanlar aləmindən istifadə qaydasının pozulması, habelə Qırmızı kitaba salınmış heyvan növlərinin qorunmasına zərər vuran hesab olunan heyvanların və ya bitkilərin qanunsuz gətirilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Heyvanlar aləmindən müəyyən edilmiş istifadə qaydasının qoruqlarda və xüsusi olaraq mühafizə edilən başqa ərazilərdə pozulmasına, habelə Azərbaycan Respublikasının Qırmızı kitabına salınmış heyvan növlərinin qorunmasına zərər vuran hesab edilən heyvanların və ya bitkilərin qanunsuz olaraq Azərbaycan Respublikasına gətirilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (3, 27, 35, 52).
Maddə 87-4. Nadir və kökü kəsilmək təhlükəsi altında olan heyvanların məhv edilməsi və ya belə heyvanların məhv olmasına, sayının azalmasına və ya yaşayış mühitinin pozulmasına səbəb ola biləcək başqa hərəkətlərin törədilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Nadir və kökü kəsilmək təhlükəsi altında olan, Azərbaycan Respublikasının Qırmızı kitabına salınmış heyvan növlərinə aid heyvanların məhv edilməsinə və ya onların qoyumlarının, yumurtalarının, yaşayış yerlərinin və ya digər qurğuların məhv edilməsinə və ya belə heyvanların məhv olmasına, sayının azalmasına və ya yaşayış mühitinin pozulmasına səbəb ola biləcək başqa hərəkətlər törədilməsinə, yaxud bu heyvanların onları əldə etmək üçün icazədə göstərilən şərtləri pozmaqla əldə edilməsinə görə—
- pozuntu törədənin xüsusi mülkiyyətində olan, göstərilən pozuntuların törədilməsi aləti olan predmetlər müsadirə edilməklə və ya edilməməklə vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (3, 27, 35, 52).
Maddə 87-5. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin hüquqi rejiminə qəsd edilməsində ifadə olunan pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (34, 35, 52).
Maddə 87-6. Təbiəti mühafizə orqanlarının göstərişlərinin yerinə yetirilməməsi—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Təbiəti mühafizə və təbii sərvətlərdən istifadə qaydalarının pozulması hallarını aradan qaldırmaq haqqında təbiəti mühafizə orqanlarının göstərişlərinin yerinə yetirilməməsinə, habelə müvafiq təsisatların öz təsərrüfat fəaliyyətlərini təbiəti mühafizə orqanları ilə razılaşdırılmadan həyata keçirmələrinə və ya Dövlət ekoloji ekspertizasının tələblərinə əməl etməmələrinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə olunur (34, 35).
Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspertin müsbət rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalına və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, işlərin, xidmətlərin yerinə yetirilməsinə, dövlət ekoloji ekspertiza orqanlarının vəzifəli şəxsləri və dövlət ekoloji ekspertizasını aparan ekspertlər tərəfindən rəylərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin və normativlərin tələblərini pozaraq hazırlanmasına, vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi sahəsində yanlış informasiyanın verilməsinə, informasiyanın vaxtında verilməməsinə və ya gizlədilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilirlər.
Maddə 88. Ov və balıq ovu qaydalarının, habelə heyvanlar aləmindən istifadənin digər növlərinin həyata keçirilməsi qaydalarının pozulması—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının, habelə heyvanlar aləmindən istifadənin digər növlərinin həyata keçirilməsi qaydalarının pozulmasına görə—
- pozuntu törədənin xüsusi mülkiyyətində olan tüfənglər və heyvanları əldə etmək üçün digər alətlər, habelə göstərilən pozuntuların törədilməsi aləti olan başqa predmetlər müsadirə edilməklə və ya edilməməklə vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə olunur.
Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə—
- pozuntu törədənin xüsusi mülkiyyətində olan tüfənglər və digər ov alətləri müsadirə olunmaqla və ya olunmamaqla vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir, yaxud tüfənglər və digər ov alətləri müsadirə olunmaqla və ya olunmamaqla vətəndaşlar və vəzifəli şəxslər üç ilədək müddətə ov hüququndan məhrum edilir (3, 27, 35, 52).
Maddə 89. Balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulması—1985-ci il 14 noyabr tarixli fərmanla çıxarılmışdır (3).
Maddə 89-1. Təbiət abidələrini mühafizə qaydalarının pozulması—1988-ci il 28 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Təbiət abidələrindən təsərrüfat ehtiyacları üçün istifadə edilməsinə, habelə təbiət abidələrinin mühafizəsi üçün müəyyən olunmuş rejimin pozulmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (18, 27, 35, 52).
Maddə 90. Tarix və mədəniyyət abidələrini mühafizə və onlardan istifadə qaydalarının pozulması
Tarix və mədəniyyət abidələrini mühafizə və onlardan istifadə qaydalarının pozulmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 90-1. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması—1999-cu il 30 mart tarixli 636-IQD saylı qanunla əlavə edilmişdir.
Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni:
1) qanunvericiliklə müəyyən qaydada dövlət qeydiyyatına alınmamış və ya patenti alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və kartoqrafiya materialları və məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıq və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsinə;
2) dövlət geodeziya-istinad məntəqələrinin və ya yerüstü nişanların korlanmasına, yaxud məhv edilməsinə;
3) dövlət geodeziya və kartoqrafiya xidməti orqanının razılığı olmadan dövlət geodeziya-istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə məntəqə və nişanların yenidən qurulmasına, yaxud yeni məntəqə və nişanların quraşdırılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən altmış beş mislinədək miqdarda cərimə edilirlər. (59)
8-ci fəsil. Sənaye, istilik və elektrik enerjisindən istifadə sahəsində inzibati hüquqpozmalar
Maddə 91. Sənaye sahələrində işlərin təhlükəsiz görülməsinə dair qayda, norma və təlimatların pozulması
Dövlətdağmədəntexnəzarət orqanlarının nəzarəti altında olan sənaye sahələrində və obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qayda, norma və təlimatların vəzifəli şəxslər tərəfindən dəfələrlə pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək cərimə qoyulur.
Dövlət enerji nəzarət orqanlarının nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qayda, norma və təlimatların vəzifəli şəxslər tərəfindən pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 34, 35, 52).
Maddə 92. Sənaye sahələrində partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qayda, norma və təlimatların pozulması
Dövlətdağmədəntexnəzarət orqanlarının nəzarəti altında olan sənaye sahələrində və obyektlərdə partlayıcı materialların saxlanmasına, işlədilməsinə və uçotuna dair qayda, norma və təlimatların vəzifəli şəxslər tərəfindən pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 93. Enerji resurslarından istifadə qaydalarının pozulması—1997-ci il 6 may tarixli 292-IQD saylı qanunla yeni redaksiyada
Enerji resurslarından (texnikanın mövcud səviyyəsi və ya inkişafına müvafiq istifadə olunan neft və neft məhsuları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və digər enerji daşıyıcıları) istifadə qaydalarının pozulmasına:
1) enerji istehlak edən avadanlığın və enerjiyə qənaət sistemlərinin texniki səviyyəsinin yüksəldilməsi və saxlanılması üçün qoyulmuş tələblərin yerinə yetirilməməsinə;
2) enerji istehlakı haqqında uçot və hesabatın təhrif olunması və informasiyanın vaxtında təqdim olunmamasına;
3) dövlət energetika ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, həmçinin bilərəkdən yanlış ekspert rəyinin verilməsinə;
4) dövlət energetika ekspertizasının rəyi olmadan energetika standartlarının tələblərinə cavab verməyən yeni texnologiya və cihazların yaradılmasının maliyyələşdirilməsi və onların istehsalata buraxılmasına;
5) müəssisələrinin, qurğuların, nəqliyyat vasitələrinin və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, yenidən qurulmasında, istismara verilməsində, enerjiyə qənaət üzrə qəbul edilmiş tələblərin pozulmasına;
6) enerji resurslarından müntəzəm olaraq səmərəsiz istifadə edilməsinə və digər texniki tələblərin pozulmasına;
7) enerji resurslarından israfçılıqla istifadəyə görə müəyyən edilmiş pul ödəmələrinin gecikdirilməsinə;
8) enerji resurslarından istifadə edən müəssisələr, idarələr və təşkilatlar tərəfindən bir başa itkilərə yol verilməsinə;
9) ölçmə cihazı olmadan enerji resurslarından istifadə edilməsinə;
10) ixtiyarında olan təkrar enerji resurslarından dövlət standartlarına müvafiq normalarda nəzərdə tutulan səviyyədə istifadə edilməməsinə görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə olunur. (27, 34, 35, 46)
Maddə 94. Gərginliyi 1.000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi
Gərginliyi 1.000 voltadək olan elektrik şəbəkələrinin (asma, yeraltı və sualtı elektrik xətlərinin, girim qurğularının və paylayıcı qurğuların) zədələnməsinə və bunun, istehlakçıları elektrik enerjisi ilə təmin etməkdə fasiləyə və xalq təsərrüfatına zərər vurulmasına səbəb olmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin bir mislindən üç mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 95. Gərginliyi 1.000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması
Gərginliyi 1.000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulmasının istehlakçıları elektrik enerjisi ilə təmin etməkdə fasiləyə, elektrik şəbəkələrinin zədələnməsinə, yaxud təsərrüfata başqa şəkildə zərər vurulmasına səbəb olmasına və ya səbəb ola biləcəyinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 96. Qazdan istifadə ilə əlaqədar pozuntular—1997-ci il 6 may tarixli 292-IQD saylı qanunla çıxarılmışdır (46).
Maddə 97. Qaz məsrəfinin uçotu aparılmadan qazişlədən qurğuların istismarı—1997-ci il 6 may tarixli 292-IQD saylı qanunla çıxarılmışdır (46).
Maddə 98. Ehtiyat yanacaq təsərrüfatının işə hazırlığını təmin etmək üçün tədbirlər görülməməsi—1997-ci il 6 may tarixli 292-IQD saylı qanunla çıxarılmışdır (46).
Maddə 98-1. Enerjidən və qazdan məişətdə istifadə qaydalarının pozulması—1986-cı il 16 iyun tarixli fərmanla əlavə edilmişdir.
Elektrik, yaxud istilik enerjisindən və ya qazdan tamah məqsədilə özbaşına istifadə edilməsinə, eləcə də elektrik, yaxud istilik enerjisindən və ya qazdan məişətdə istifadə qaydalarının pozulmasına görə, bu, ciddi zərər vurmadıqda—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir (5, 27, 35).
9-cu fəsil. Kənd təsərrüfatında inzibati hüquqpozmalar. Damazlıq, baytarlıq-sanitariya qaydalarının pozulması (42)
Maddə 99. Kolxozların, sovxozların, başqa dövlət təsərrüfatlarının və ictimai təsərrüfatların və ictimai təsərrüfatların, habelə fermer təsərrüfatlarının əkinlərinin korlanması, kənd təsərrüfatı bitkilərinin yığılıb tarlada qalan məhsulunun xarab və ya tələf edilməsi, bitkilərinin zədələnməsi—1988-ci il 12 yanvar tarixli fərmanla yeni redaksiyada
Mal-qara və ya quş tərəfindən kolxozların, sovxozların, başqa dövlət təsərrüfatlarının və ictimai təsərrüfatların, habelə fermer təsərrüfatlarının əkinlərinin korlanmasına, kənd təsərrüfatı bitkilərinin yığılıb tarlada qalan məhsulunun xarab və ya tələf edilməsinə, bitkilərinin zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin bir mislindən üç mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir.
Eyni hüquqpozmaya görə cərimə qoyulduqdan sonra il ərzində təkrar olaraq mal-qara və ya quş tərəfindən kolxozların, sovxozların, başqa dövlət təsərrüfatlarının və ictimai təsərrüfatların, habelə fermer təsərrüfatlarının əkinlərinin korlanmasına, kənd təsərrüfatı bitkilərinin yığılıb tarlada qalan məhsulunun xarab və ya tələf edilməsinə, bitkilərinin zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir.
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya başqa maşın sürülməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Əkinlərin və ya bitkilərin üstü ilə at-araba nəqliyyatı sürülməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur (11, 27, 35, 52).
Maddə 99-1. Torpaqların dövlət uçotuna, qeydiyyatına və keyfiyyətinə dair məlumatların təhrif edilməsi—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Torpaqların dövlət uçotuna, qeydiyyatına və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (27, 35).
Maddə 100. Bitki karantini qaydalarının pozulması—1997-ci il 7 fevral tarixli qanunla yeni redaksiyada
Qanunvericilikdə müəyyən edilmiş qaydada bitki karantini obyektlərinə aid olan bitki xəstəliklərinə və ziyanvericilərinə, habelə karantin alaq otlarına qarşı mübarizə qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə olunur.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur.
Dövlət bitki karantini xidmətinin icazəsi olmadan bitki karantini nəzarətində olan toxumların, bitkilərin və bitki mənşəli digər məhsulların karantin zonasından çıxarılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda; vəzifəli şəxslər on mislindən on beş mislinədək miqdarda cərimə olunur.
Dövlət bitki karantini xidməti orqanının vəzifəli şəxslərinin sərəncam və göstərişlərinin yerinə yetirilməməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə olunur (27, 35, 43, 52).
Maddə 101. Karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların daşınması
Xarici ölkələrdən gətirilmiş, karantin yoxlamasından və müvafiq əməliyyatdan keçirilməmiş materialların sərhəd, dəniz və çay limanlarından (körpülərindən), dəmir yolu stansiyalarından, avtovağzallardan (avtostansiyalardan), aeroportlardan və digər sərhəd məntəqələrindən daşınmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 101-1. Bitki mühafizəsi qaydalarının pozulması—1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanunla əlavə edilmişdir.
Bitki ziyanvericilərinə, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks tədbirləri bitki mühafizəsi qaydalarını pozmaqla aparmaq və ya aparmamaq ziyanverici obyektlərin kütləvi yayılmasına və inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və ya onların məhv edilməsinə şərait yaratdıqda:
- bitki mühafizə vasitələrinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət edilməməsi nəticəsində başqa torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və vətəndaşlara ziyan vurduqda, kənd təsərrüfatı məhsullarının və ətraf mühiti pestisidlərlə və digər kimyəvi vasitələrlə çirkləndirdikdə;
- bu və ya başqa ölkələrdə dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrin istehsalını, satışını, xaricdən gətirilməsini və tətbiqini təşkil etdikdə;
- tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan məhsulları satdıqda;
- insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı məlumatları gizlətdikdə və ya təhrif etdikdə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on beş mislinədək, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz beş mislinədək cərimə edilir. (48, 52, 62)
Maddə 101-2. Toxumçuluq fəaliyyətinin həyata keçirilməsi qaydalarının pozulması—1997-ci il 30 sentyabr tarixli 374-IQD nömrəli qanunla əlavə edilmişdir.
Sığorta toxum fondunda toxumların saxlanması üçün müəyyən edilmiş müddət ərzində həmin fonddan başqa məqsədlər üçün istifadə edilməsinə;
rayonlaşmamış sortların toxumlarının və ya şəhadətnaməsi və fitosanitar sertifikatı olmayan toxumların, habelə qablaşdırılmamış və ya etiketləşdirilməmiş toxumların, yaxud şəhadətnaməsinin müddəti qurtarmış və ya sort qarışığı olan toxumların ticarət dövriyyəsinə daxil edilməsinə;
seleksiya, tədqiqat və ya sınaq məqsədləri, habelə toxumçuluq fəaliyyətini həyata keçirənin daxili ehtiyaclarının ödənilməsi məqsədi ilə idxal olunan toxumlar istisna olmaqla, dövlət reyestrində qeydiyyata alınmamış və ya toxum şəhadətnaməsi və fitosanitar sertifikatı olmayan sortların toxumlarının idxal edilməsinə;
bitki karantini obyekti ilə yoluxmuş və ya dövlət standartlarına uyğun gəlməyən toxumların əkilməsinə və ya səpilməsinə, yaxud tədarük edilməsinə və ya satılmasına;
toxumçuluq fəaliyyətini həyata keçirdikdə toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. (50-1)
Maddə 102. Torpaq istifadəçilərinin alağa qarşı mübarizə tədbirləri görməməsi—1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanunla çıxarılmışdır. (48)
Maddə 102-1. Tərkibində narkotik maddələr olan əkinlərin mühafizəsini təmin etmək üçün tədbirlər görülməməsi—1987-ci il 12 avqust tarixli fərmanla əlavə edilmişdir.
Çətənə və yağlı xaşxaş əkinlərinin, bu bitkilərin məhsulunun saxlanması və emalı yerlərinin mühafizəsi üçün müəyyən edilmiş rejimin təmin olunmasından ötrü tədbirlər görülməməsinə, eləcə də tərkibində narkotik maddələr olan biçin qalıqlarının və istehsal tullantılarının məhv edilməsi üçün tədbirlər görülməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (9, 27, 35, 52).
Maddə 102-2. Qanunsuz olaraq yağlı xaşxaş və ya çətənə əkilməsi və becərilməsi—1987-ci il 12 avqust tarixli fərmanla əlavə edilmişdir.
Qanunsuz olaraq yağlı xaşxaş, habelə becərilməsi qadağan edilən Hind, Cənubi Mancuriya, Cənubi Çu, Cənubi Arxon və Cənubi Krasnodar çətənəsindən başqa, çətənə əkilməsinə və ya becərilməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə qoyulur (9, 27, 35).
Maddə 103. Kənd təsərrüfatı maşınlarının texniki istismar və təhlükəsizlik texnikası qaydalarının mexanizatorlar tərəfindən kobud surətdə pozulması
Traktorların, kombaynların, özüyeriyən digər kənd təsərrüfatı maşınlarının texniki istismar qaydalarını və təhlükəsizlik texnikası qaydalarını mexanizatorların kobud surətdə pozmasına görə—
- mexanizatorlar həmin maşınları idarəetmə hüququndan bir ayadək müddətə məhrum edilirlər.
Maddə 104. Heyvanların karantin qaydalarının və digər baytar-sanitar qaydalarının pozulması—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Heyvanların karantin qaydalarının və digər baytar-sanitar qaydalarının, eləcə də yerli icra hakimiyyəti orqanlarının epizootiya əleyhinə dair qərarlarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 104-1. Vətəndaşların şəxsi mülkiyyətində mal-qara saxlama normalarının və qaydasının pozulması—1989-cu il 22 yanvar tarixli fərmanla çıxarılmışdır (19).
Maddə 105. İt və pişik saxlama qaydalarının pozulması—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Şəhərlərdə və digər yaşayış məntəqələrində it, pişik və yırtıcı heyvan saxlama qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarında, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarında cərimə edilir.
Vətəndaşların sağlamlığına və ya əmlakına zərər dəyməsinə səbəb olmuş eyni pozuntulara görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on səkkiz mislindən iyirmi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 106. Vətəndaşların xüsusi təsərrüfatlarında və fermalarda xəzli heyvan saxlama qaydalarının pozulması—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Vətəndaşların xüsusi təsərrüfatlarında xəzli heyvan saxlama qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir.
Mülkiyyət formasından asılı olmayaraq, müəssisə və təşkilatların fermalarında xəzli heyvan saxlama qaydalarının pozulmasına görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 107. Heyvanlarla amansız rəftar—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Heyvanlarla amansız rəftar nəticəsində onların tələf və ya şikəst olmasına, habelə heyvanlara əzab verilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə edilir (13, 27, 35).
Maddə 107-1. Damazlıq işi haqqında qanunvericiliyin pozulması—1997-ci il 7 fevral tarixli qanunla əlavə edilmişdir.
Qüvvədə olan normativ sənədlər üzrə qiymətləndirilməmiş, dövlət standartlarına uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına görə—
- əldə olunmuş gəlir məbləğinin 15 faizi miqdarınadək cərimə qoyulur.
Mənşəyi bəlli olmayan, müvafiq tələblərə (standartlara) uyğun gəlməyən göstəricilərdən istifadə edildikdə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iki aylıq vəzifə maaşı məbləğində cərimə olunur.
Damazlıq ehtiyatlarının geniş təkrar istehsalı zamanı onların qiymətləndirilməsi qaydalarına əməl edilməməsinə, yaxud həmin göstəricilərin bilərəkdən təhrif olunmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək, vəzifəli şəxslər isə iki aylıq vəzifə maaşı məbləğində cərimə olunur.
Cinslərin rayonlaşmasına əməl edilməməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar bir aylıq vəzifə maaşı məbləğində cərimə olunur (42, 52).
10-cu fəsil. Nəqliyyatda, yol təsərrüfatı və rabitə sahəsində inzibati hüquqpozmalar
Maddə 108. Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin edən qaydaların pozulması—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Dəmir yollarından at-araba nəqliyyatının keçməsi və mal-qara keçirilməsi qaydalarının pozulmasına, dəmir yolları yaxınlığında mal-qara otarılmasına görə—
- xəbərdarlıq edilir və ya vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə olunur.
Dəmir yolunun, qoruyucu meşəliklərin, qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir.
Yük vurulması və boşaldılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə olunurlar.
Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Müəyyən edilməmiş yerlərdə dəmir yollarından keçməyə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 109. Dəmir yolu nəqliyyatı vasitələrindən istifadə qaydalarının pozulması—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Qatarların vaqonlarının pəncərə və qapılarından zibil və ya başqa predmetlər atılmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 109-1. Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonlarının şüşələrinin, dəniz və çay nəqliyyatında gəmilərin daxili avadanlığının zədələnməsi—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Sərnişin vaqonlarının daxili avadanlığının, lokomotivlərin və dəmir yolu nəqliyyatı vaqonları şüşələrinin zədələnməsinə, habelə dəniz və çay nəqliyyatında gəmilərin daxili avadanlığının zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 110. Uçuş təhlükəsizliyi qaydalarının pozulması
Aerodrom rayonunda aerodromların tanınması üçün qəbul edilmiş işarələrə və nişanlı qurğulara oxşar hər hansı işarələr və qurğular yerləşdirilməsinə və ya aeroport, aerodrom müdiriyyətinin icazəsi olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə edilir.
Binalarda və tikililərdə gecə və gündüz işarələri və ya nişanlı qurğular yerləşdirmə qaydalarının yerinə yetirilməməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir.
Aerodrom avadanlığının, aerodrom işarələrinin, hava gəmilərinin və onların avadanlığının zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur.
Lazımi icazə olmadan aeroportların (aerovağzallardan başqa), aerodromların, uçuşların radio və işıq təminatı obyektlərinin ərazisindən piyada və ya nəqliyyat vasitəsilə keçməyə görə—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 111. Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulması
Hava nəqliyyatında təhlükəli maddələr və predmetlər daşıma qaydalarının pozulmasına görə—
göstərilmiş maddələri və predmetləri ödənişlə almaq və ya onları müsadirə etməklə, yaxud da bunsuz—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 112. Hava gəmisində davranış qaydalarının pozulması
Hava gəmisində olan şəxslərin gəmi komandirinin sərəncamlarını yerinə yetirməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur.
Hava gəmisində fotoşəkil, kinoçəkmə və radiorabitə vasitələrindən istifadə qaydalarının pozulmasına görə—
- plyonka müsadirə olunmaqla xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 113. Beynəlxalq uçuş qaydalarının pozulması
Beynəlxalq uçuş qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 114. Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin edən qaydaların pozulması—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Dəniz və çay nəqliyyatında gəmilərin limana daxil olmasının və limandan çıxmasının, liman sularında gəmilərin hərəkəti və dayanması qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir.
Lazımi icazə olmadan liman sularında dalğıclıq işləri görülməsinə və ya bu işlər zamanı siqnal vermə qaydalarına əməl edilməməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (10, 27, 35, 52).
Maddə 114-1. Dəniz nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsi—1987-ci il 17 dekabr tarixli fərmanla əlavə edilmişdir
Dəniz nəqliyyatında siqnalizasiya və rabitə qurğuları və avadanlığının zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir (10, 27, 35, 52).
Maddə 115. Dəniz və çay nəqliyyatı gəmilərində sərnişinlərin təhlükəsizliyini təmin edən qaydaların pozulması—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Sərnişinlərin gəmilərə minərkən, yol gedərkən və gəmilərdən düşərkən təhlükəsizliyini təmin edən qaydaların pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir.
Gəmidən zibil və başqa predmetlər atmağa görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 116. Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması
Azərbaycan Respublikası Dövlət Kiçik Gəmilər İnspeksiyasının nəzarəti altında olan gəmilərin qeydə alınması və uçotu qaydalarının və bu gəmilərdən, onların dayanması üçün bazalardan (qurğulardan) istifadə qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə edilir .
Bu maddənin birinci hissəsində göstərilmiş qaydaların kobud və ya müntəzəm pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir və ya kiçik gəmini idarəetmə hüququndan üç ilədək müddətə məhrum olunur, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 117. Limanlarda yükvurma, boşaltma və ya yığma qaydalarının pozulması
Limanlarda yükvurma, boşaltma və ya yığma qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 118. Dəmir yolu, dəniz, çay və hava nəqliyyatında yanğın təhlükəsizliyi qaydalarının pozulması
Dəmir yolu, dəniz və çay nəqliyyatında yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə—
- vətəndaşlara minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslərə minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur.
Hava nəqliyyatında müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə edilir (10, 27, 35, 52).
Maddə 118-1. Dəmir yolu nəqliyyatında, dəniz və çay nəqliyyatı gəmilərində müəyyən edilməmiş yerlərdə papiros çəkilməsi—1987-ci il 17 dekabr tarixli fərmanla əlavə edilmişdir.
Şəhərətrafı qatarların vaqonlarında (o cümlədən tamburlarda) yerli və uzağa gedən qatarlarda papiros çəkmək üçün müəyyən edilməmiş yerlərdə, metropolitenlərdə, habelə dəniz və çay nəqliyyatı gəmilərində müəyyən edilməmiş yerlərdə papiros çəkilməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur (10, 27, 52).
Maddə 119. Nəqliyyat vasitələrinin istismar qaydalarının sürücülər tərəfindən pozulması—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Tormoz sistemi və ya sükan idarəsi, yaxud işıqlandırma sistemi nasaz olan, zahiri görkəmi səliqəsiz və çirkli olan, yaxud müvafiq icazə olmadan avadanlığı dəyişdirilmiş, habelə dövlət texniki müayinəsindən vaxtında keçməmiş, eləcə də işləməyən və plomblanmamış spidometri olan nəqliyyat vasitələrinin sürücülər tərəfindən idarə edilməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Təhlükəsizlik kəmərlərindən və ya motodəbilqələrdən istifadə qaydalarının sürücülər tərəfindən pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur.
Müəyyən edilmiş qaydada qeydə alınmamış nəqliyyat vasitələrinin, etibarnaməsiz xüsusi nəqliyyat vasitələrinin və texniki talonlarsız dövlət nəqliyyat vasitələrinin sürücülər tərəfindən idarə olunmasına görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur.
Başqa nəqliyyat vasitələrinə verilmiş nömrə nişanları ilə, saxta nömrələrlə nəqliyyat vasitələrinin sürücülər tərəfindən idarə edilməsinə, habelə nömrə nişanı olmayan bu nəqliyyat vasitələrinin qəsdən idarə edilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur və ya sürücü 3 ay müddətinə sürücülük hüquqlarından məhrum edilir.
Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə—
- minimum əmək haqqının səkkiz misli məbləğində cərimə qoyulur (20, 24, 27, 35, 36, 52).
Maddə 120. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən sürət həddinin aşılması və svetofor işarələrinin tələblərinə əməl olunmaması—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən müəyyən edilmiş sürət həddinin saatda 10 kilometrdən 20 kilometrədək aşılmasına görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Müəyyən edilmiş sürət həddinin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən saatda 20 kilometr və daha çox aşılmasına görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur və ya sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 3 ay müddətinə məhrum edilir.
Svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitələri sürücülərinin hərəkəti davam etdirməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur və ya sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 3 ay müddətinə məhrum edilir (20, 24, 27, 35, 52).
Maddə 120-1. Yol işarələri, yaxud yol nişanlama tələblərinə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən əməl edilməməsi, adamların daşınması qaydalarının və digər yol hərəkəti qaydalarının pozulması—1990-cı il 26 iyun tarixli qanunla əlavə edilmişdir.
Tənzimləmənin qadağanedici işarəsi verilərkən sürücülərin hərəkəti davam etdirməsinə, yol işarələrini qadağan edən və göstərən üstünlükverici yol işarələri tələblərinə, hərəkətdə üstünlük verilməsi haqqında yolun hərəkət hissəsindəki nişanlama tələblərinə əməl edilməməsinə, adamları, yaxud yükləri daşımaq qaydalarının, nəqliyyat vasitələrini ötüb keçmək, ictimai nəqliyyatın dayanacaqlarından, yaxud piyada keçidlərindən ötüb keçmək, yaxud yolun yaxşı görünmədiyi şəraitdə işıq cihazlarından istifadə etmək qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur.
Qəza şəraitinin yaranmasına səbəb olmuş, yəni hərəkətin başqa iştirakçılarını sürəti, hərəkətin istiqamətini xeyli dəyişdirməyə, yaxud özlərinin təhlükəsizliyini və ya digər vətəndaşların təhlükəsizliyini təmin etmək üçün başqa tədbirlər görməyə məcbur etmiş eyni pozuntulara, habelə nəqliyyat vasitələrini dayandırmaq barəsində polis işçilərinin tələblərinin sürücülər tərəfindən yerinə yetirilməməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur və ya sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 6 ayadək müddətə məhrum edilir.
Mavi rəngli mayakları, yaxud xüsusi səs siqnalları işə salınmış digər nəqliyyat vasitələrinin ötüb keçməsi üçün nəqliyyat vasitələri sürücülərinin imkan verməməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur.
Şəhərlərdə, rayon mərkəzlərində və kurort zonalarında məqsədsiz uzun-uzadı səs siqnalları verilməsinə görə—
- minimum əmək haqqı məbləğinin üç misli miqdarında cərimə qoyulur.
Sürücünün arxa, yaxud yan tərəfləri görməsini çətinləşdirən qurğular qurulmuş minik avtomobillərinin idarə edilməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda miqdarında cərimə qoyulur (24, 30, 35, 52).
Maddə 120-2. Nəqliyyat vasitələri sürücülərinin qrup halında hərəkətdə iştirak etməsi—1990-cı il 26 iyun tarixli qanunla əlavə edilmişdir.
Yol hərəkətinə mane olan, yaxud hərəkət təhlükəsizliyi üçün qorxu törədən qrup halında (ikidən çox) hərəkətdə nəqliyyat vasitələri sürücülərinin iştirak etməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur və sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 3 aydan 6 ayadək müddətə məhrum edilir (24, 30, 35).
Maddə 121. Dəmir yolu keçidlərindən keçmə qaydalarının nəqliyyat vasitələrinin sürücüləri tərəfindən pozulması—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən dəmir yolu keçidlərindən keçmə qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur və sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 3 aydan 6 ayadək müddətə məhrum edilir (10, 20, 24, 27, 35).
Maddə 122. Sürücülərin nəqliyyat vasitələrini sərxoş halda idarə etməsi—1989-cu il 5 may tarixli fərmanla yeni redaksiyada
Sürücülərin nəqliyyat vasitələrini sərxoş halda idarə etməsinə görə, nəqliyyat vasitəsinin idarə olunmasını sərxoş halda olan şəxsə verməyə görə, sərxoşluq vəziyyətini aydınlaşdırmaq üçün nəqliyyat vasitələri sürücülərinin müəyyən edilmiş qaydaya uyğun olaraq müayinədən keçməkdən boyun qaçırmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur və ya sürücülər nəqliyyat vasitələrinin bütün növlərini idarəetmə hüququndan bir ildən üç ilədək müddətə məhrum edilir.
Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən eyni hərəkətlərə yol verilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur.
Sərxoş vəziyyətdə nəqliyyat vasitələrini idarə etdiyinə görə şəxsin inzibati tənbeh edildikdən sonra bir il ərzində eyni pozuntu törətməsinə görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə qoyulur və sürücüyə məxsus avtomobil nəqliyyatı vasitəsi məcburən komisyon mağazasında satılaraq, əldə edilən məbləğ sahibinə qaytarılır (əgər avtomaşını onun sahibi özü idarə edirsə) (3, 20, 24, 27, 35).
Maddə 123. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu Məcəllənin 119—122-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasına, bununla da nəqliyyat vasitələrinin, yüklərin, yolların, yol qurğularının və digər qurğuların, yaxud başqa əmlakın zədələnməsinə, müəyyən edilmiş qaydaları pozaraq sürücülərin iştirakçısı olduqları yol-nəqliyyat hadisəsi yerlərini tərk etməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur və ya sürücü nəqliyyat vasitələrini idarəetmə hüququndan 3 aydan 6 ayadək müddətə məhrum edilir.
Bu Məcəllənin 119—122-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, sürücülərin yol hərəkəti qaydalarını pozmasına, bununla da bu maddənin birinci hissəsində göstərilmiş nəticələrə səbəb olmasına görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur.
Bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, yol hərəkəti qaydalarının digər pozuntularına görə—
- xəbərdarlıq edilir (20, 24, 27, 35).
Maddə 123-1. Nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin işlədilməsi qaydalarının pozulması—1998-ci il 6 mart tarixli 454-IQD saylı qanunla əlavə edilmişdir.
Nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə, əgər bu zərər çəkən şəxsin bədəninə yüngül xəsarət yetirilməsinə səbəb olmuşsa—
- minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə qoyulur və ya sürücülər nəqliyyat vasitələrini idarə etmək hüququndan bir ilədək müddətə məhrum edilir.
Şəxsin inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində eyni pozuntunu təkrarən törətməsinə görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə qoyulur və ya sürücülər nəqliyyat vasitələrini idarə etmək hüququndan bir ildən iki ilədək müddətə məhrum edilir. (52)
Maddə 124. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən bu vasitələrin idarə edilməsi—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan, yaxud idarəetmə hüququndan müvəqqəti məhrum edilmiş şəxslər tərəfindən bu vasitələrin idarə edilməsinə, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxsə idarə etmək üçün nəqliyyat vasitəsi verilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş son bir il ərzində ikidən çox eyni pozuntunun törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə qoyulur və sahibə—sürücüyə məxsus nəqliyyat vasitəsinin məcburən satılmasının mümkünlüyü məsələsinə baxmaq üçün materiallar rayon (şəhər) məhkəməsinə verilir: satışdan əldə edilən məbləğ ona ödənilir.
Nəqliyyat vasitələrinin, yüklərin, yolların, yol qurğularının, yaxud başqa əmlakın zədələnməsinə səbəb olmuş eyni pozuntuya görə—
- minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə qoyulur (20, 24, 27, 35, 52).
Maddə 125. Nəqliyyat vasitələrinin onları idarəetmə hüququ olmayan və sərxoş halda olan şəxslər tərəfindən idarə edilməsi—1989-cu il 5 may tarixli fərmanla çıxarılmışdır (20).
Maddə 126. Sərxoşluq halının yoxlanmasından boyun qaçırılması—1989-cu il 5 may tarixli fərmanla çıxarılmışdır (20).
Maddə 127. Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən hərəkət qaydalarının pozulması—1989-cu il 5 may tarixli fərmanla yeni redaksiyada
Piyadaların yol hərəkətini tənzimləmə siqnallarına tabe olmamasına görə, yolun hərəkət hissəsinin müəyyən edilməmiş yerlərindən keçməyə görə, habelə moped və velosiped sürən şəxslərin, arabaçıların və yollardan istifadə edən digər şəxslərin yol hərəkətini tənzimləmə siqnallarına tabe olmamasına görə, üstünlük verən yol nişanlarının, qadağanedici və ya xəbərdaredici yol nişanlarının tələblərinə riayət etməməyə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, bununla da qəza şəraiti yaradılmasına görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (20, 24, 27, 35, 52).
Maddə 128. Nasaz olan nəqliyyat vasitələrinin xəttə buraxılması və nəqliyyat vasitələrini istismar qaydalarının başqa pozuntuları—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Nasaz olan və buna görə də istismarı qadağan edilmiş, yaxud müvafiq icazə olmadan avadanlığı dəyişdirilmiş və ya müəyyən edilən qaydada qeydə alınmamış və ya dövlət texniki müayinəsindən keçməmiş nəqliyyat vasitələrinin xəttə buraxılmasına görə—
- nəqliyyat vasitələrinin texniki vəziyyəti və istismarı üçün məsul olan şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (20, 24, 27, 35).
Maddə 129. Sərxoş sürücülərin və ya nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə buraxılması
Sərxoş sürücülərin və ya nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə buraxılmasına görə—
- nəqliyyat vasitələrinin texniki vəziyyəti və istismarı üçün məsul olan vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (3, 27, 35).
Maddə 130. Nəqliyyat vasitələrindən, maşınlardan, yaxud mexanizmlərdən özbaşına istifadə edilməsi, onların müəyyən edilməmiş yerlərdə saxlanması—1990-cı il 26 iyun tarixli qanunla yeni redaksiyada
Müəssisələrə, idarələrə və ya təşkilatlara məxsus olan nəqliyyat vasitələrindən, maşınlardan və mexanizmlərdən şəxsi tamah məqsədi ilə özbaşına istifadə edilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, nəqliyyat vasitələrinin sürücüləri minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir.
Təsərrüfatın nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin qarajlardan, yaxud müəyyən edilmiş yerlərdən kənarda saxlanmasına görə—
- sürücülər minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda, bu vasitələrin saxlanması və bunlardan istifadə üçün məsul olan vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə edilir (5, 24, 27, 35, 52).
Maddə 131. Avtomobillə şəhərlərarası yük daşınmasını təşkiletmə qaydalarının pozulması
Ümumi istifadədə olan avtomobil nəqliyyatının müvafiq orqanlarının (vəzifəli şəxslərin) icazəsi olmadan, habelə şəhərlərarası yolvərəqələri olmadan yük avtomobillərinin (həm yüklə, həm də yüksüz) şəhərlərarası xəttə göndərilməsinə görə—
- vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 132. Dəmir yolu, dəniz, çay, avtomobil və elektrik nəqliyyatında təhlükəli maddələr və predmetlər aparma qaydalarının pozulması
Dəmir yolu nəqliyyatında təhlükəli maddələrin və predmetlərin əl yükündə aparılması qaydalarının pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Dəniz və çay nəqliyyatında təhlükəli maddələr və ya predmetlər aparılması qaydalarının pozulmasına görə—
- xəbərdarlıq edilir və ya vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə olunur.
Partlayıcı, tezalışan, zəhərləyici və zəhərli maddələrin və predmetlərin trolleybusda, tramvayda, avtobusda, marşrut taksi maşınlarında aparılmasına, habelə baqaja və ya saxlama kamerasına verilməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 133. Müəyyən edilmiş normadan artıq əl yükü və haqqı ödənilməmiş baqaj aparılması
Dəmir yolu, dəniz və çay nəqliyyatında müəyyən edilmiş normadan artıq əl yükü aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Şəhər və şəhərətrafı xətt trolleybusunda, tramvayında, avtobusunda və marşrut taksi maşınlarında haqqı ödənilməmiş baqaj aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən artıq olmamaqla, hər baqaj yeri üçün minimum əmək haqqı məbləğinin iki misli miqdarında cərimə qoyulur.
Şəhərlərarası xətt avtobusunda haqqı ödənilməmiş baqaj aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən artıq olmamaqla, hər baqaj yeri üçün minimum əmək haqqı məbləğinin dörd misli miqdarında cərimə qoyulur (10, 27, 35, 52).
Maddə 134. Biletsiz getmə—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Sərnişinlərin biletsiz getməsinə və ya sərnişinlərin özləri ilə on yaşından on altı yaşınadək uşaqları biletsiz aparmalarına görə:
1) şəhərətrafı qatarlarda—
- minimum əmək haqqı məbləğinin iki mislindən üç mislinədək miqdarda cərimə qoyulur;
2) yerli və uzağa gedən qatarlarda—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
3) dəniz nəqliyyatının şəhərətrafı xətt gəmilərində və çay nəqliyyatının şəhərətrafı və şəhərdaxili xətt gəmilərində—
- minimum əmək haqqı məbləğinin iki mislindən üç mislinədək miqdarda cərimə qoyulur;
4) dəniz və çay nəqliyyatının yerli və uzağa gedən (tranzit) xətt gəmilərində—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
5) çay nəqliyyatının bərələrdəki gəmilərində—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
Sərnişinlərin biletsiz uçmasına görə—
- minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə qoyulur;
Beş yaşından on yaşınadək uşaqların biletsiz aparılmasına görə:
1) şəhərətrafı qatarlarda—
- minimum əmək haqqı məbləğinin iki mislindən üç mislinədək miqdarda cərimə qoyulur;
2) yerli və uzağa gedən qatarlarda—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
3) dəniz nəqliyyatının şəhərətrafı xətt gəmilərində və çay nəqliyyatının şəhərətrafı və şəhərdaxili xətt gəmilərində—
- minimum əmək haqqı məbləğinin iki mislindən üç mislinədək miqdarda cərimə qoyulur;
4) dəniz və çay nəqliyyatının yerli və uzağa gedən (tranzit) xətt gəmilərində—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
5) çay nəqliyyatının bərələrdəki gəmilərində—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur;
Trolleybusda, tramvayda, şəhər və şəhərətrafı avtobusda, marşrut taksisində sərnişinlərin biletsiz getməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən üç mislinədək miqdarda cərimə qoyulur;
Şəhərətrafı avtobuslarda biletsiz getməyə görə—
- minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (10, 27, 34, 35, 52).
Maddə 134-1. Biletsiz sərnişin aparılması və ya sərnişinin normadan artıq əl yükü, haqqı ödənilməmiş baqajının daşınması—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Nəqliyyat işçisi tərəfindən biletsiz sərnişin aparılması və ya sərnişinin normadan artıq əl yükü, haqqı ödənilməmiş baqajının daşınması nəticəsində:
1) şəhərətrafı qatarlarda nəqliyyat müəssisəsinə minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda ziyan vurulmuşsa—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur;
2) tramvayda, trolleybusda, şəhər və şəhərətrafı avtobusda, marşrut taksisində nəqliyyat müəssisəsinə minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda ziyan vurulmuşsa—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur;
3) qatarda, dəniz nəqliyyat gəmilərində, bərələrində və hava gəmilərində nəqliyyat müəssisəsinə minimum əmək haqqı miqdarının iyirmi mislinədək məbləğdə ziyan vurulmuşsa—
- minimum əmək haqqı miqdarının beş mislinədək məbləğdə cərimə olunur;
4) şəhərlərarası avtobuslarda nəqliyyat müəssisəsinə minimum əmək haqqı miqdarının on mislinədək məbləğdə ziyan vurulmuşsa—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə olunur (34, 35, 52).
Maddə 135. Dəmir yolu, dəniz, çay və avtomobil nəqliyyatında yüklərin qorunmasını təminetmə qaydalarının pozulması
Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, konteynerlərin, üzən və digər nəqliyyat vasitələrinin, habelə daşıma mexanizmlərinin zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur.
Yük vaqonlarının, avtomobillərin, avtomobillərə qoşulan yedək arabalarının, konteynerlərin, üzən vasitələrin anbarlarının və yük saxlanan başqa yerlərinin plomblarını və kilidlərini zədələməyə, plomblarını qırmağa, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, yük həyətlərinin, dəmir yolu stansiyalarının, avtomobil yük stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının), limanların (körpülərin) və yük daşımaları ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə, habelə lazımi icazə olmadan yük həyətlərinin, konteyner məntəqələrinin (meydançalarının), liman (körpü) yük rayonlarının (sahələrinin), şlüzlərin və yuxarıda göstərilmiş anbarların ərazisində olmağa görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 136. Hava nəqliyyatında yüklərin qorunmasının təmin edilməsinə yönəldilmiş qaydaların pozulması
Konteynerlərin plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yüklərin və onların qutularının, paketlərinin, habelə hava nəqliyyatında yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarının zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur.
Hava nəqliyyatında yükdaşıma üçün nəzərdə tutulmuş konteynerlərin və nəqliyyat vasitələrinin zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 137. Yolların, dəmir yolu keçidlərinin və başqa yol qurğularının zədələnməsi—1989-cu il 5 may tarixli fərmanla yeni redaksiyada
Yolların, dəmir yolu keçidlərinin, digər yol qurğularının və ya yol hərəkətini tənzimləyən texniki vasitələrin zədələnməsinə, habelə yol hərəkəti üçün qəsdən maneələr yaradılmasına, o cümlədən yol örtüyünü çirkləndirmək vasitəsilə maneələr yaradılmasına görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (20, 27, 35).
Maddə 138. Avtomobil yolları üçün ayrılmış zolaqları mühafizə qaydalarının pozulması
Avtomobil yolları üçün ayrılmış zolaqda yol orqanlarının razılığı olmadan sahələrin şumlanmasına, ot çalınmasına, ağacların kəsilməsinə və zədələnməsinə, çim götürülməsinə və torpaq çıxarılmasına, suayıran qurğulara və ehtiyat qurğularına kanalizasiya, sənaye, meliorasiya sularının və çirkabların buraxılmasına, habelə ayrılmış zolaqda və taxta körpülərdən 100 metrdən yaxın məsafədə od qalanmasına, taxta körpülərdə və taxta döşəməli körpülərdə papiros çəkilməsinə görə—
- minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 139. Yolları, dəmir yolu keçidlərini və digər yol qurğularını saxlama qaydalarının pozulması
Yolları, dəmir yolu keçidlərini və digər yol qurğularını hərəkət üçün təhlükəsiz vəziyyətdə saxlama qaydalarının pozulmasına və ya yolların ayrı-ayrı sahələrindən istifadə edilməsi hərəkət təhlükəsizliyi üçün qorxu yaratdıqda, həmin sahələrdə hərəkəti vaxtında qadağan etmək və ya məhdudlaşdırmaq üçün tədbir görülməməsinə görə—
- yolların, dəmir yolu keçidlərinin və digər yol qurğularının vəziyyəti üçün məsul olan vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə edilir (27, 35, 52).
Maddə 140. Nəzərdə tutulmuş həcmdə yol işlərinin görülməməsi—1988-ci il 23 may tarixli fərmanla çıxarılmışdır (14).
Maddə 141. Magistral boru kəmərlərini mühafizə qaydalarının pozulması
Magistral boru kəmərlərini mühafizə qaydalarının pozulmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 141-1. İş görülərkən qaz kəmərlərinin (magistral qaz kəmərlərindən başqa) zədələnməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
İş görülərkən qaz kəmərlərinin (magistral qaz kəmərlərindən başqa) zədələnməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (3, 27, 35, 52).
Maddə 142. Dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin qurulması və istismarı—1999-ci il 30 mart tarixli 637-IQD nömrəli qanunla yeni redaksiyada
Müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbələri sayılan rabitə vasitələrinin, o cümlədən teleradio verilişlərinin yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrin qurulmasına və ya istismarına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə edilirlər. (27, 35, 52, 60)
Maddə 143. Müvafiq icazə almadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma—1999-ci il 30 mart tarixli 637-IQD nömrəli qanunla yeni redaksiyada
Müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada icazə almadan rabitə şəbəkələrinə və ya rabitə vasitələrinə qoşulmağa görə—
- bu cür qoşulma nəticəsində istismar edilən rabitə avadanlığı müsadirə olunmaqla vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yetmiş mislinədək miqdarda cərimə edilirlər. (27, 35, 52, 60)
Maddə 144. Radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulması—1999-ci il 30 mart tarixli 637-IQD nömrəli qanunla yeni redaksiyada
Radioelektron vasitələrinin və ya yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsinə və qeydiyyatına dair müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydaların pozulmasına, habelə tezliklərdən bütün təyinatlı radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların işi üçün istifadə olunmasına maneələr, o cümlədən teleradio verilişlərinin qəbuluna maneələr törədilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən yüz mislinədək miqdarda cərimə edilirlər. (27, 35, 52, 60)
Maddə 145. Rabitə vasitələrini, xətlərini və qurğularını mühafizə qaydalarının pozulması—1999-ci il 30 mart tarixli 637-IQD nömrəli qanunla yeni redaksiyada
Rabitə vasitələrinin, xətlərinin və qurğularının müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş mühafizə qaydalarının pozulmasına, habelə rabitə vasitələrinin, xətlərinin və ya kabel qurğularının zədələnməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən əlli mislinədək miqdarda cərimə edilirlər. (27, 35, 52, 60)
Maddə 146. Avtomat telefonların zədələnməsi
Avtomat telefonların zədələnməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35).
11-ci fəsil. Mənzil-kommunal təsərrüfatı və abadlıq sahəsində inzibati hüquqpozmalar
Maddə 147. Uçota götürmə qaydasının, yaşayış evlərinə və yaşayış sahələrinə köçürmə müddətlərinin pozulması
Mənzil şəraitinin yaxşılaşmasına ehtiyacı olan vətəndaşları uçota götürmə, vətəndaşları uçotdan çıxartma və onlara yaşayış sahələri vermə qaydasının vəzifəli şəxslər tərəfindən pozulmasına, yaşayış evlərinə və yaşayış sahələrinə köçürmənin müəyyən edilmiş müddətlərinə əməl olunmamasına görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 148. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması
Yaşayış sahələrindən istifadə, ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına, yaşayış evlərini, yaşayış sahələrini və mühəndis avadanlığını istismar qaydalarının pozulmasına, bunların təsərrüfatsızlıqla saxlanmasına, habelə yaşayış evlərinin və yaşayış sahələrinin özbaşına yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə, yaşayış evlərinin, yaşayış sahələrinin, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə olunurlar; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 149. Özbaşına təsərrüfat və məişət binaları tikilməsi
Vətəndaşlar tərəfindən özbaşına təsərrüfat və məişət binaları tikilməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 149-1. Yay bağ evlərinin tikilməsi, habelə kollektiv bağçılığın təşkili və idarə edilməsi qaydalarının pozulması—1998-ci il 6 mart tarixli 454-IQD qanunla əlavə edilmişdir.
Lazımınca razılaşdırılmış layihə olmadan yay bağ evlərinin tikilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə olunur.
Bağçılıq birliyi üzvlüyünə qəbul qaydalarının pozulmasına; kollektiv bağ üçün ayrılmış torpaq sahəsindən kollektiv bağın təşkili və onun ərazisinin tikilişi layihəsi olmadan, yaxud həmin layihəni pozmaqla istifadə edilməsinə görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (1, 27, 35, 52).
Maddə 150. Şəhərləri və digər yaşayış məntəqələrini abadlaşdırma qaydalarının pozulması
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarının pozulmasına, habelə şəhərlərdə və digər yaşayış məntəqələrində təmizliyi və səliqəni təminetmə qaydalarına əməl olunmamasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar on manatadək cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə olunur (10, 27, 35, 52).
Maddə 151. Şəhərlərdə yaşıllıqların zədələnməsi və ya özbaşına qırılması
Yaşıllıqların hər cür zədələnməsinə, tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan yaşıllıqların özbaşına qırılmasına və ya başqa yerlərə keçirilməsinə, habelə öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün vətəndaşların və vəzifəli şəxslərin tədbirlər görməməsinə, yaşıllıqlara etinasız münasibət göstərilməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
12-ci fəsil. Ticarət, maliyyə və vergi sahəsində inzibati hüquqpozmalar
Maddə 152. Ticarət qaydalarının pozulması—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada
Dövlət pərakəndə satış qiymətləri müəyyən edilmiş malların anbarlardan, bazalardan, ticarət müəssisələrinin (təşkilatlarının) və ictimai iaşə müəssisələrinin (təşkilatlarının) yardımçı binalarından satılmasına, yaxud belə malların alıcılardan gizlədilməsinə, satıb qanunsuz qazanc əldə etmək məqsədilə onların dövlət ticarət müəssisələrindən və əhaliyə mallar satan digər müəssisələrdən (təşkilatlardan) alınmasına görə, malların qiyməti minimum əmək haqqı məbləğinin iyirmi mislindən artıq olmadıqda—
- bu pozuntuların predmeti olan mallar müsadirə edilməklə, minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə olunur.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- bu pozuntuların predmeti olan mallar müsadirə edilməklə, minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə olunur (21, 27, 34, 35, 52).
Maddə 152-1. İstehlakçıları aldatma—1998-ci il 7 aprel tarixli 463-IQD nömrəli qanunla əlavə edilmişdir.
Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə—
- minimum əmək haqqı məbləğinin otuz misli miqdarında cərimə qoyulur.
Qeyd: Bu maddədə «az miqdar» dedikdə minimum əmək haqqı məbləğinin iyirmi mislinədək olan miqdarı başa düşülür. (53)
Maddə 153. Alkoqollu içkilər, etil (yeyinti) spirti ticarəti qaydalarının pozulması—1999-ci il 30 mart tarixli 645-IQD nömrəli qanunla yeni redaksiyada
Ticarət və ictimai iaşə müəssisələrinin işçiləri tərəfindən, alkoqollu içkilər, etil (yeyinti) spirti ticarəti qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin otuz mislinədək miqdarda cərimə qoyulur. (3, 27, 35, 63)
Maddə 153-1. Tütün məmulatları ticarəti qaydalarının pozulması—1999-ci il 30 mart tarixli 645-IQD nömrəli qanunla əlavə edilmişdir.
Tütün məmulatları ticarəti qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin otuz mislinədək miqdarda cərimə qoyulur. (63)
Maddə 154. Yivsiz odlu ov silahının satış qaydasının pozulması
Ticarət müəssisələri (təşkilatları) işçilərinin daxili işlər orqanlarından icazəsi olmayan vətəndaşlara, müəssisə, idarə və təşkilatlara yivsiz odlu ov silahı və onun üçün döyüş sursatı satmasına görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur.
Göstərilən pozuntuya görə il ərzində inzibati tənbeh almış şəxsin eyni hərəkətlər etməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 155. Kolxoz bazarlarında ticarət qaydalarının pozulması
Kolxoz bazarlarında ticarət qaydalarının pozulmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 155-1. Vətəndaşlara dərman vasitələrinin buraxılması qaydalarının pozulması—1997-ci il 10 iyun tarixli 315-IQD saylı qanunla əlavə edilmişdir.
Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına, yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına; habelə aptek təşkilatlarında dərman vasitələri və onların istehsalında istifadə olunan kimyəvi və başqa maddələr, tibb ləvazimatları, ətriyyat-kosmetika, şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək miqdarda; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə olunurlar.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə olunurlar. (47)
Maddə 156. Müəyyən edilməmiş yerlərdə əldə şey satılması
Şəhərlərdəki küçələrdə, meydanlarda, həyətlərdə, evlərin girişlərində, bağçalarda və müəyyən edilməmiş digər yerlərdə əldə şey satmağa görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Müəyyən edilməmiş yerlərdə əldə sənaye malları satılmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (21, 27, 30, 35, 52).
Maddə 156-1. Tikinti materialları əldə etmək qaydasının pozulması—1998-cı il 6 mart tarixli 454-IQD saylı qanunla çıxarılmışdır. (52)
Maddə 156-2. Malların, yaxud digər əşyaların qeyri-qanuni satılması——1998-cı il 6 mart tarixli 454-IQD saylı qanunla çıxarılmışdır. (52)
Maddə 157. Xırda alver—1998-cı il 6 mart tarixli 454-IQD saylı qanunla çıxarılmışdır. (52)
Maddə 158. Mal-qaranı və quşları yemləmək üçün dövlət və ya kooperativ mağazalarından çörək və digər ərzaq məhsulları alınması—1986-cı il 16 iyun tarixli fərmanla yeni redaksiyada
Mal-qaranı və quşları yemləmək üçün dövlət və ya kooperativ mağazalarından çörək, un, yarma və digər ərzaq məhsulları alınmasına, eləcə də mağazalardan alınmış çörək, un, yarma və digər ərzaq məhsulları ilə mal-qaranın və quşların yemlənməsinə görə—
- minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə qoyulur (5, 27, 35).
Maddə 159. Valyuta tənzimi qaydalarının pozulması—1995-ci il 4 aprel tarixli qanunla yeni redaksiyada
Valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi, onların məbləği minimum əmək haqqı miqdarının yüz mislindən az olmadıqda, yaxud valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, onların məbləği minimum əmək haqqı miqdarının iyirmi mislindən az olmadıqda—
- valyuta sərvətləri və əldə edilmiş qazanc müsadirə olunmaqla, minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur (8, 27, 33, 52).2
Maddə 160. Xarici valyuta ilə əldə edilən, belə valyutaya çevrilmək hüququ olmayan tədiyyə sənədlərinin qanunsuz satılması—1995-ci il 4 aprel tarixli qanunla çıxarılmışdır (33).
Maddə 161. Benzinin və ya digər yanacaq-sürtkü materiallarının qanunsuz buraxılması və ya əldə edilməsi
Dövlət müəssisə, idarə və təşkilatlarına, yaxud ictimai müəssisə, idarə və təşkilatlara məxsus benzinin və ya digər yanacaq-sürtkü materiallarının qanunsuz buraxılmasına və ya qanunsuz əldə edilməsinə görə, oğurluq əlamətləri olmadıqda—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 162. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma və vergi uçotu qaydalarını pozma—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla yeni redaksiyada
Qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanlarında uçota durmamağa və ya patent almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə—
- minimum əmək haqqı məbləğinin otuz misli miqdarında cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntunun il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin altmış misli miqdarında cərimə qoyulur. (5, 27, 32, 35, 49)
Maddə 162-1. Gəlirin azaldılması, gəlir haqqında deklarasiya təqdim edilməməsi—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Gəlirin azaldılmasına və uçotunun olmamasına (sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış şəxslər istisna olmaqla), yaxud onun müəyyən edilmiş qaydaları pozmaqla aparılmasına, gəlir haqqında deklarasiyanın təqdim edilməməsinə və ya müəyyən olunmuş müddətdə təqdim edilməməsinə, yaxud deklarasiyaya təhrif edilmiş məlumatlar daxil edilməsinə görə—
- vətəndaşlar iki aylıq gəlir məbləğində cərimə edilir.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- beş aylıq gəlir məbləğində cərimə qoyulur (5, 27).
Maddə 162-2. Vergiləri və ya digər tədiyyələri ödəməkdən boyun qaçırılması, dövlət qiymət intizamının pozulması—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla yeni redaksiyada
Büdcəyə çatası vergiləri və ya digər tədiyyələri ödəməkdən boyun qaçırılması, habelə dövlət qiymət intizamının pozulması nəticəsində dövlətə ziyan vurulmasına görə—
- minimum əmək haqqı məbləğinin yüz misli miqdarında cərimə qoyulur.
Eyni hərəkətlərin inzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilməsinə və ya eyni hərəkətlər nəticəsində dövlətə külli miqdarda ziyan vurulmasına görə—
- minimum əmək haqqı məbləğinin iki yüz misli miqdarında cərimə qoyulur. (27, 35, 49)
Maddə 162-3. Vergilərin düzgün hesablanmaması, tutulmaması, köçürülməməsi, silinməməsi, mühasibat uçotunun aparılmaması və ya təhrif edilməsi—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Vergilərin və digər icbari ödənişlərin düzgün hesablanmamasına, vətəndaşların gəlirindən vergilərin düzgün tutulmamasına, hesablanmış vergilərin vaxtında köçürülməməsinə, silinməməsinə, habelə mühasibat uçotunun aparılmamasına yaxud müəyyən edilmiş qaydaları pozmaqla aparılmasına və mühasibat hesabatlarının təhrif edilməsinə görə—
- vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur (27, 35).
Maddə 162-4. Mühasibat hesabatlarının təqdim edilməməsi—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Mühasibat hesabatlarının və balanslarının, vergi haqq-hesablarının, deklarasiyaların, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilməməsinə görə—
- vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində cərimə edilir.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- beş aylıq vəzifə maaşı məbləğində cərimə qoyulur (27, 35).
Maddə 162-5. Statistik məlumatların verilməsi qaydalarının pozulması—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Statistika müşahidələrinin keçirilməsi, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər isə bir aylıq vəzifə maaşı məbləğində cərimə edilirlər.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxslər isə bir aylıq vəzifə maaşı məbləğində cərimə edilirlər (34, 35).
Maddə 162-6. İcbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir.
Müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına bank tərəfindən əməl olunmamasına görə—
- bankın vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin otuz misli miqdarında cərimə edilir.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin əlli misli miqdarında cərimə edilir (35).
Maddə 162-7. Bank hesablarının açılması və maliyyə əməliyyatlarının aparılması qaydalarının pozulması—1995-ci il 12 sentyabr tarixli qanunla əlavə edilmişdir.
Uçot vahidlərinin dövlət reyestrində qeydə alınmayan və vahid təsnifata uyğun kod almayan hüquqi şəxslər üçün bank hesabının açılmasına və ya maliyyə əməliyyatlarının aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.
İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir (35).
Maddə 163. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə belə razılıq olmadan məşğul olma, yaxud lisenziya qaydalarını pozma və ya qadağan edilmiş fəaliyyətlə məşğul olma—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla yeni redaksiyada
Xüsusi razılıq (lisenziya) alınması tələb olunan fəaliyyətlə (etil(yeyinti) spirtinin istehsalı və ya saxlanması, alkoqollu içkilərin və tütün məmulatının istehsalı istisna olmaqla) belə razılıq olmadan məşğul olmağa, yaxud lisenziya qaydalarını pozmağa görə—
- minimum əmək haqqı məbləğinin yüz misli miqdarında cərimə qoyulur.
Qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə—
- minimum əmək haqqı məbləğinin yüz otuz misli miqdarında cərimə qoyulur.
Xüsusi razılıq (lisenziya) olmadan etil (yeyinti) spirtinin istehsalı və ya saxlanmasına alkoqollu içkilərin və tütün məmulatının istehsalına görə—
- istehsal olunmuş və ya saxlanılan məhsullar (mallar) müsadirə edilməklə minimum əmək haqqı məbləğinin yüz misli miqdarında cərimə qoyulur. (5, 27, 49).
Maddə 163-1. Xammalın, hazır məhsulun və digər sərvətlərin uçotdan gizlədilməsi—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Xammal, material, yarımfabrikat, hazır məhsul və başqa sərvətlərin, habelə pul vəsaitinin uçotdan gizlədilməsinə və ya qaydaları pozmaqla uçota alınmasına görə—
- vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqının üç misli məbləğində cərimə edilir.
İnzibati tənbeh tədbirləri tətbiq edildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə—
- vəzifəli şəxslər beş aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir (27, 35).
Maddə 163-2. Valyuta hesablarının açılması və valyuta vəsaitinin saxlanması qaydalarının pozulması—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla çıxarılmışdır. (49)
Maddə 163-3. Dövlət vergi müfəttişliklərinin vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Dövlət vergi müfəttişliklərinin və onların vəzifəli şəxslərinin qanunla nəzərdə tutulmuş vəzifə səlahiyyətinin yerinə yetirilməsi ilə əlaqədar tələblərinin yerinə yetirilməməsinə görə—
- vəzifəli şəxslər iki aylıq vəzifə maaşı məbləğində, vətəndaşlar minimum əmək haqqının üç misli məbləğində cərimə edilir (27).
Maddə 163-4. Aksiz markası olmayan məhsulların (malların) satılması—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla əlavə edilmişdir.
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılmasına görə—markasız satılan məhsullar (mallar) müsadirə edilməklə minimum əmək haqqı məbləğinin yüz misli miqdarında cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntunun il ərzində təkrar törədilməsinə görə—markasız satılan məhsullar (mallar) müsadirə edilməklə minimum əmək haqqı məbləğinin iki yüz misli miqdarında cərimə qoyulur. (49)
Maddə 163-5. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət—1998-ci il 21 aprel tarixli 486-IQD nömrəli qanunla əlavə edilmişdir.
«Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə, əgər bu əmələ görə həmin Qanunla maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmamışdırsa—
- vətəndaşlar minimum əmək haqqının 5 mislindən 10 mislinədək məbləğdə, vəzifəli şəxslər isə orta aylıq əmək haqqının 50 faizinədək cərimə olunur. (55)
Maddə 163-6. Tender haqqında qanunvericiliyin pozulması-2000-ci il 15 fevral tarixli 815-IQD nömrəli qanunla əlavə edilmişdir.
İddiaçıların tenderdə iştirakına əsassız olaraq məhdudiyyət yaratmaq məqsədi daşıyan meyarların əsas şərtlər toplusunda nəzərdə tutulmasına və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmadan, tender keçirilmədən birbaşa müqavilələrin bağlanmasına görə—
(70)
Maddə 163-7. Azərbaycan Respublikasında olan sığorta obyektini xarici ölkədə sığorta etdirmə - 2000-ci il 16 may tarixli 883-IQD nömrəli qanunla əlavə edilmişdir.
Azərbaycan Respublikasında olan sığorta obyektini, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkədə sığorta etdirməyə görə —
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin otuz mislindən yüz mislinədək miqdarda cərimə edilirlər. (71)
13-cü fəsil. İctimai qaydaya qəsd edən inzibati hüquqpozmalar
Maddə 164. Xırda xuliqanlıq
Xırda xuliqanlığa, yəni ictimai yerlərdə söyüş söyməyə, vətəndaşlara təhqiramiz sataşmağa və ictimai qaydanı, vətəndaşların əmin-amanlığını pozan buna bənzər digər hərəkətlərə görə— Maddə 165. Yeniyetmələrin törətdikləri xuliqanlığa görə valideynlərin və ya onları əvəz edən şəxslərin məsuliyyəti
On dörd yaşından on altı yaşınadək olan yeniyetmələrin törətdikləri xırda xuliqanlığa və ya xuliqanlığa görə— Maddə 166. Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, yaxud müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açma
Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə, habelə ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə— Maddə 167. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması
Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 23-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə— Maddə 168. Nəqliyyatda ictimai qaydanın pozulması
Stansiyalarda, vağzallarda, qatarlarda, limanlarda, dəniz vağzallarında və gəmilərində, aeroportlarda, aerodromlarda və hava gəmilərində ictimai qaydanın pozulmasına görə— Maddə 169. Evdə hazırlanmış tünd spirtli içkilər əldə edilməsi
Ev arağı, üzüm, tut, zoğal arağı və evdə hazırlanmış başqa tünd spirtli içkilər əldə edilməsinə görə— Maddə 169-1. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı—1999-ci il 30 mart tarixli 645-IQD nömrəli qanunla yeni redaksiyada
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə— Maddə 169-2. Satış məqsədi olmadan evdə spirtli içkilərin hazırlanması və ya saxlanması—1987-ci il 25 iyun tarixli fərmanla əlavə edilmişdir.
Satış məqsədi olmadan ev arağı, üzüm, tut, zoğal arağı və ya evdə başqa tünd spirtli içkilər hazırlanmasına və ya saxlanmasına, bunların hazırlanması üçün satış məqsədi olmadan aparatlar düzəldilməsinə və ya saxlanmasına görə— Maddə 170. İstehsalatda spirtli içkilər içilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
İstehsalatda (iş yerlərində, müəssisə, idarə və təşkilatların binalarında və ərazisində) spirtli içkilər içilməsinə və ya sərxoş vəziyyətdə işə gəlməyə görə— Ustaların, sahə, növbə, sex rəislərinin və başqa rəhbərlərin tabeliyindəki işçilərlə birlikdə istehsalatda spirtli içkilər içilməsində iştirak etməsinə və ya sərxoş vəziyyətdə olan şəxsləri işdən kənar etmək üçün tədbirlər görməməsinə, yaxud tabeliyindəki işçilərin spirtli içkilər içməsi və ya sərxoş vəziyyətdə işə gəlməsi hallarını gizlətməsinə görə— Maddə 171. İstehsalatda spirtli içkilər içilməsi və ya sərxoş vəziyyətdə ictimai yerlərə gəlmə—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Spirtli içkilərin tökülüb satılmasına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazə verdiyi ticarət və ictimai iaşə müəssisələrindən başqa, küçələrdə, stadionlarda, bağçalarda, parklarda, ictimai nəqliyyatın bütün növlərində və digər ictimai yerlərdə spirtli içkilər içilməsinə görə və ya insan ləyaqətini alçaldan və ictimai əxlaqı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəlməyə görə— İnzibati tənbeh tədbirləri tətbiq olunduqdan sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə— Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hərəkətlərin ictimai yerlərdə spirtli içkilər içməyə və ya sərxoş vəziyyətdə ictimai yerlərə gəlməyə görə il ərzində iki dəfə inzibati tənbeh verilmiş şəxs tərəfindən törədilməsinə görə— On altı yaşınadək olan yeniyetmələrin sərxoş halda ictimai yerlərə gəlməsinə, eləcə də onların spirtli içkilər içməsinə görə— Maddə 173. Uşaqların tərbiyə və təlimi vəzifələrini valideynlərin və ya onları əvəz edən şəxslərin yerinə yetirməməsi—1998-cı il 6 mart tarixli 454-IQD saylı qanunla çıxarılmışdır. (52) Maddə 173-1. Qumar oyunu—1986-cı il 16 iyun tarixli fərmanla əlavə edilmişdir.
Pul, şey və başqa sərvətlərlə qumar oynamağa, eləcə də idman yarışlarında və başqa yarışlarda qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə— Maddə 173-2. Fahişəliklə məşğulolma—1987-ci il 25 iyun tarixli fərmanla əlavə edilmişdir.
Fahişəliklə məşğul olmağa görə— İnzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilmiş eyni hərəkətlərə görə— Maddə 173-3. Şey əldə etmək məqsədilə xarici vətəndaşlara yanaşma—1998-ci il 25 iyun tarixli 511-IQD nömrəli qanunla çıxarılmışdır. (57)
14-cü fəsil. Müəyyən olunmuş idarəetmə qaydasına qəsd edən inzibati hüquqpozmalar
Maddə 174. Polis işçisinin qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmama
Polis işçisi, habelə hərbi qulluqçu ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmamağa görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur və ya əmək haqqının iyirmi faizi tutulmaqla bir aydan iki ayadək müddətə islah işləri tətbiq olunur, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət edilmədiyi halda isə, on beş günədək müddətə inzibati həbs tətbiq olunur (16, 27, 35, 52).
Maddə 174-1. Məhkəməyə hörmətsizlik göstərilməsi—1990-cı il 16 aprel tarixli fərmanla əlavə edilmişdir.
Şahidin, zərərçəkənin, iddiaçının cavabdehin məhkəməyə gəlməkdən qəsdən boyun qaçırmasında, yaxud göstərilən şəxslərin və başqa vətəndaşların sədrlik edənin sərəncamına tabe olmamasında və ya məhkəmə iclası zamanı qaydanın pozulmasında ifadə olunmuş məhkəməyə hörmətsizliyə, eləcə də kim tərəfindən olursa-olsun, məhkəməyə və ya məhkəmədə qoyulmuş qaydalara açıq etinasızlıq göstərildiyini sübut edən hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə qoyulur və ya on beş günədək inzibati həbs tətbiq olunur (22, 27, 35).
Maddə 174-2. Andlı iclasçının məhkəməyə gəlməsinə mane olma—1990-cı il 16 aprel tarixli fərmanla əlavə edilmişdir.
Andlı iclasçıya tapşırılmış vəzifələrin yerinə yetirilməsi üçün onun məhkəməyə gəlməsinə vəzifəli şəxs tərəfindən hər hansı bəhanə ilə maneçilik törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (22, 27, 35, 52).
Maddə 174-3. Məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin təqdimatı üzrə tədbirlər görülməməsi—1990-cı il 16 aprel tarixli fərmanla əlavə edilmişdir.
Məhkəmənin xüsusi qərardadının (qərarının) və ya hakimin təqdimatının vəzifəli şəxs tərəfindən nəzərdən keçirilməməsinə, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, eləcə də xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur (22, 27, 35, 52).
Maddə 174-4. Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qərarlarının icra edilməməsi
Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qərarlarının icra edilməməsinə görə —
- vətəndaşlar minimum əmək haqqı məbləğinin on beş misli miqdarında, vəzifəli şəxslər isə minimum əmək haqqı məbləğinin əlli misli miqdarında cərimə olunurlar.
Maddə 175. Özbaşınalıq
Özbaşınalığa, yəni özünün həqiqi və ya güman edilən hüququnun vətəndaşlara, yaxud dövlət təşkilatlarına və ya ictimai təşkilatlara ciddi ziyan vurmadan özbaşına, qanunla müəyyən edilmiş qaydanı pozmaqla həyata keçirilməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə olunur; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə olunur (25, 27, 35, 52).
Maddə 175-1. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Ordenin, medalın və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən taxılmasına, eləcə də ordenin, medalın qanunsuz saxlanmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə qoyulur.
Azərbaycan Respublikası fəxri adı döş nişanını satın alma, satma, dəyişmə və ya digər əvəzli şəkildə vermə, eləcə də Azərbaycan Respublikası fəxri adı döş nişanının buna hüququ olmayan şəxs tərəfindən taxılmasına, yaxud onun qanunsuz saxlanmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (2, 3, 27, 35, 52).
Maddə 175-2. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması—1998-ci il 24 noyabr tarixli 542-IQD nömrəli Qanunla yeni redaksiyada
Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin iştirakçısı tərəfindən pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə qoyulur.
İnzibati tənbeh tədbirləri tətbiq edildikdən sonra il ərzində təkrar törədilmiş, yaxud yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və piketin təşkilatçısı tərəfindən törədilmiş eyni hərəkətlərə görə—
- toplantı təşkil etmək hüququndan üç ayadək müddətə məhrum etməklə və ya etməməklə minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə qoyulur və ya əmək haqqının iyirmi faizi tutulmaqla bir ayadək müddətə islah işləri və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilatçıları və iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka ziyan vura bilən daşlar, kəsəklər, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi olaraq düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexniki məmulatlar, güclü təsir edən, zəhərli, tezalışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsinə görə—
- toplantı təşkil etmək hüququndan üç ayadək müddətə məhrum etməklə və ya etməməklə minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə qoyulur və ya əmək haqqının iyirmi faizi tutulmaqla iki ayadək müddətə islah işləri və ya otuz günədək müddətə inzibati həbs tətbiq olunur. (12, 16, 27, 35, 58).
Maddə 175-3. Fəaliyyəti qadağan olunmuş birliklər yaradılması və həmin birliklərdə fəal iştirak edilməsi—1990-cı il 17 aprel tarixli fərmanla əlavə edilmişdir.
Fəaliyyəti milli və ya irqi düşmənçiliyin, ədavətin, yaxud etinasızlığın qızışdırılmasına, milli, irqi, dini zəmində zorakılığın tətbiqinə, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş ərazi bütövlüyünün bilavasitə zorla pozulmasına yönəldilmiş hər cür vətəndaş birliklərinin, o cümlədən siyasi partiyaların, ictimai təşkilatların və kütləvi hərəkatların yaradılması sahəsində hərəkətlərə, habelə onların fəaliyyətində fəal iştirak etməyə görə—
- buna görə qanunvericiliklə cinayət məsuliyyəti nəzərdə tutulmamışsa, minimum əmək haqqı məbləğinin otuz mislinədək cərimə qoyulur və ya 15 günədək müddətə inzibati həbs tətbiq edilir (23, 27, 52).
Maddə 175-4. Fövqəladə vəziyyət rejimi tələblərinin pozulması—1993-cü il 28 iyul tarixli qanunla yeni redaksiyada
Fövqəladə vəziyyətin tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi rejiminin, habelə bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına; yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər, habelə digər kütləvi tədbirlər keçirilməsinin, tətillərin qadağan edilməsinin pozulmasına; nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasının pozulmasına və onların yoxlanmasına maneçilik törədilməsinə; xüsusi verilmiş icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədlər olmadan qadağan saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olmağın qadağan edilməsinin pozulmasına; mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılmasına, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti alınmasına maneçilik törədilməsinə; vətəndaşların toplaşdığı yerlərdə sənədlərin yoxlanmasına, müstəsna hallarda isə, vətəndaşlarda silah olması barədə məlumat olduqda, şəxsi yoxlama aparılmasına, əşyaların və nəqliyyat vasitələrinin yoxlanmasına maneçilik törədilməsinə; silah, zəhərləyici və ya partlayıcı maddələr, döyüş sursatı, spirtli içkilər gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına; müstəsna hallarda vətəndaşlardan odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, müəssisələrdən, idarələrdən və təşkilatlardan isə həmçinin hərbi təlim texnikasının və radioaktiv maddələrin müvəqqəti alınmasına maneçilik törədilməsinə; karantin tələblərinin, epidemiyaya və epizootiyaya qarşı digər məcburi sanitariya tədbirlərinin pozulmasına; müstəsna hallarda, təxirəsalınmaz qəzaxilasetmə işləri aparmaq üçün əmək təhlükəsizliyini hökmən təmin etmək şərtilə, əmək qabiliyyətli əhalinin və vətəndaşların nəqliyyat vasitələrinin səfərbərliyə alınmasına maneçilik törədilməsinə; rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydaların pozulmasına görə—
- bu pozuntular qüvvədə olan qanunvericiliyə uyğun surətdə cinayət məsuliyyətinə səbəb olmursa, minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (23, 27, 31, 52).
Maddə 175-5. Fövqəladə vəziyyət rejimi şəraitində ictimai qaydaya qəsd—1990-cı il 17 aprel tarixli fərmanla əlavə edilmişdir.
Fövqəladə vəziyyətin elan edildiyi yerlərdə fitnəkar şayiələr yayılmasına, hüquq qaydasını pozmağa sövq edən və ya milli ədavəti qızışdıran hərəkətlərə, vətəndaşların və vəzifəli şəxslərin qanuni hüquq və vəzifələrinin onlar tərəfindən həyata keçirilməsinə qızğın maneçilik törədilməsinə, eləcə də daxili işlər orqanı əməkdaşının, hərbi qulluqçunun və ya ictimai qaydanın qorunmasında xidməti vəzifələrini, yaxud ictimai borcunu yerinə yetirən digər şəxslərin qanuni sərəncamına, ya da tələbinə qəsdən tabe olmamağa, yaxud da ictimai qaydanı və vətəndaşların rahatlığını pozan buna bənzər başqa hərəkətlərə, yaxud inzibati nəzarət qaydalarının pozulmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin yeddi mislinədək cərimə edilir və ya onlara otuz günədək müddətə inzibati həbs tətbiq edilir; vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə edilir və ya onlara otuz günədək müddətə inzibati həbs tətbiq edilir (23, 25, 27, 31, 52).
Maddə 175-6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş hallarda toplantıların keçirilməsi—1998-ci il 24 noyabr tarixli 542-IQD nömrəli Qanunla yeni redaksiyada
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş hallarda yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsinə, habelə belə toplantılarda iştirak etməyə görə—
- minimum əmək haqqı məbləğinin on mislindən iyirmi mislinədək miqdarda cərimə qoyulur.
Eyni hərəkətlər inzibati tənbeh verildikdən sonra il ərzində yenidən törədildikdə—
- toplantı təşkil etmək hüququndan üç ayadək müddətə məhrum etməklə və ya etməməklə minimum əmək haqqı məbləğinin iyirmi mislindən otuz mislinədək miqdarda cərimə qoyulur və ya əmək haqqının iyirmi faizi tutulmaqla iki ayadək müddətə islah işləri və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunur. (58)
Maddə 176. İnzibati nəzarət qaydalarının pozulması
Üzərində inzibati nəzarət qoyulmuş şəxslər tərəfindən nəzarət qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 177. Qadağan edilmiş predmetlərin islah-əmək müəssisələrində, tərbiyə-əmək profilaktoriyasında saxlanan şəxslərə qanunsuz verilməsi
Alkoqollu içkilərin, məstedici təsiri olan dərman maddələrinin və başqa maddələrin, eləcə də verilməsi qadağan edilmiş digər predmetlərin islah-əmək müəssisələrində, tərbiyə-əmək, müalicə-əmək və müalicə-tərbiyə profilaktoriyalarında saxlanan şəxslərə yoxlamadan gizlətməklə verilməsinə və ya hər hansı üsulla vermək cəhdinə görə—
- qadağan edilmiş predmetlər müsadirə olunmaqla xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (7, 27, 35, 57).
Maddə 178. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi
Müəssisə, idarə və təşkilatlarda, kolxozlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və yaşayış evlərində, habelə müvafiq obyektlərin layihələşdirilməsində və tikintisində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və ya yerinə yetirilməməsinə, yaxud yanğından mühafizə inventarının, avadanlığının, yanğınları avtomatik aşkaraçıxarma və söndürmə vasitələrinin işlədilməsi və saxlanması qaydalarının pozulmasına görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə edilir; vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə edilir (8, 27, 35, 52).
Maddə 178-1. Məişətdə qazdan istifadə qaydalarının pozulması—1986-cı il 16 iyun tarixli fərmanla çıxarılmışdır (5).
Maddə 179. Məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanılması, onların işlədilməsi qaydalarının və istehlakçıların digər hüquqlarının pozulması—1997-ci il 7 fevral tarixli qanunla yeni redaksiyada
Məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması və saxlanılması, onların işlədilmə qaydalarının və istehlakçıların digər hüquqlarının pozulmasına:
1) müqavilə və digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etmiş istehlakçıların hüquqlarının həyata keçirilməsindən (malın dəyişdirilməsindən, satış qiymətini uyğun məbləğdə azaltmaqdan, müqavilənin ləğv edilməsindən) imtina edilməsinə;
2) istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında müvafiq dövlət orqanının icrası məcburi olan göstərişinin yerinə yetirilməməsinə;
3) normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
4) sertifikatlaşdırılması məcburi olan, lakin sertifikatlaşdırılmamış malların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə;
5) standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və həmçinin ətraf mühit üçün təhlükəli məhsulun (işin, xidmətin) buraxılmasına (görülməsinə) və satılmasına;
6) insanların həyatının, sağlamlığının əmlakın və ətraf mühitin təhlükəsizliyinə dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malın satılmasına;
7) buraxılması və satılması qadağan olunmuş malların satılmasına, qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə);
8) lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan təhlükəli malların (zəhərlər, kimyəvi preparatlar, radioaktiv, partlayıcı və yanğın təhlükəli maddələr və s.) satılmasına;
9) nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə;
10) malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma üzrə orqan və sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən pozulmasına;
11) dövlət sınaqlarından və ya metroloji attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına;
12) müəyyən edilmiş qaydada müvafiq icazə almadan müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə və yoxlanmasına, habelə yoxlama metodları və qaydalarının pozulmasına;
13) ölçü vasitələrinin işlətmə qaydalarının pozulmasına görə—
- müəssisənin və sertifikatlaşdırma üzrə orqanın rəhbərinə xəbərdarlıq edilir və ya vəzifə maaşının üç misli miqdarında cərimə olunur.
Məhsulun realizə edilməsinin (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında yazılı tələbnamələri və qərarları pozmağa görə—
- vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə olunur.
Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifəli şəxsləri müvafiq qaydada onlara həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə, səlahiyyətlərini aşmağa, dövlət və ya kommersiya sirlərini açmağa, əsassız yoxlama və müdaxilələrə yol verməyə, habelə standartlaşdırma haqqında qanunvericiliyi pozmağa görə—
- minimum əmək haqqı məbləğinin otuz misli miqdarında cərimə olunur (27, 35, 39, 40).
Maddə 179-1. Reklam haqqında qanunvericiliyin pozulması—1999-cu il 2 aprel tarixli 647-IQD saylı qanunla əlavə edilmişdir.
Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks reklamın yayılmamasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntulara görə il ərzində inzibati tənbeh verildikdən sonra təkrar törədilmiş eyni hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin otuz mislinədək miqdarda cərimə qoyulur. (64)
Maddə 180. Poliqrafiya və ştempel-həkkaklıq müəssisələrinin açılması, çoxaldıcı texnikanın əldə edilməsi, satılması, işlədilməsi, uçotu və saxlanması qaydalarının pozulması
Poliqrafiya və ştempel-həkkaklıq müəssisələrinin açılması, poliqrafiya avadanlığının, çoxaldıcı aparatların, şrift və matrisaların əldə edilməsi və satılması qaydalarının vəzifəli şəxslər tərəfindən pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur.
Poliqrafiya avadanlığının, çoxaldıcı aparatların, şriftlərin və matrisaların işlədilməsi, uçotu və saxlanması qaydalarına əməl edilməsi üçün məsul şəxslər tərəfindən həmin qaydaların pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 180-1. Qiymətli metalların və daş-qaşın və ya tərkibində belə metallar və daş-qaş olan məmulatın alınması, işlədilməsi, uçotu, saxlanması qaydalarının pozulması—1986-cı il 25 mart tarixli fərmanla əlavə edilmişdir.
Qiymətli metalların və daş-qaşın və ya tərkibində belə metallar və daş-qaş olan məmulatın alınması, işlədilməsi, uçotu, saxlanması, habelə onların qırıntı və tullantılarının toplanması və dövlət fonduna verilməsi üçün müəyyən edilmiş qaydaların pozulmasına görə—
- qiymətli metalların və daş-qaşın bütün növlərini və tərkibində belə metallar və daş-qaş olan məmulatı emal, tətbiq edən və onlardan istifadə edən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə olunur (4, 27, 35).
Maddə 181. Yivsiz odlu ov silahını vətəndaşların əldə etməsi, saxlaması, verməsi və ya satması qaydasının pozulması
Daxili işlər orqanlarının icazəsi olmadan yivsiz odlu ov silahını vətəndaşların əldə etməsinə, saxlamasına, başqa şəxslərə verməsinə və ya satmasına görə—
- silah müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntulardan biri üçün il ərzində inzibati tənbeh almış şəxsin törətdiyi eyni hərəkətlərə görə—
- silah müsadirə edilməklə minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 182. Odlu silahı qeyd etdirmə (yenidən qeyd etdirmə) müddətlərinin və ya onu uçota aldırma qaydalarının pozulması
Vətəndaşlar tərəfindən odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün müəyyən olunmuş müddətlərin və ya yaşayış yerini dəyişdirərkən daxili işlər orqanlarında onun uçota aldırılması qaydalarının pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 183. Müəssisə, idarə və təşkilatların işçiləri tərəfindən odlu silahın saxlanması və ya daşınması qaydalarının pozulması, yaxud ondan başqa məqsədlər üçün istifadə edilməsi
Müəssisə, idarə və təşkilatların odlu silahı və döyüş sursatını saxlamaq üçün məsul olan işçilərinin bunların saxlanması və ya daşınması qaydalarını pozmasına, eləcə də onların odlu silahdan və döyüş sursatından başqa məqsədlər üçün istifadə etməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan pozuntulardan biri üçün il ərzində inzibati tənbeh almış şəxs tərəfindən törədilmiş eyni hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin on beş mislindən on səkkiz mislinədək miqdarda cərimə qoyulur (27, 30, 35, 52).
Maddə 184. Yivsiz ov silahının, yivli silahın və döyüş sursatının saxlanması və ya daşınması qaydalarının vətəndaşlar tərəfindən pozulması
Silah saxlamaq üçün daxili işlər orqanlarından icazə almış vətəndaşlar tərəfindən yivsiz odlu ov silahının, yivli silahın və döyüş sursatının saxlanması və ya daşınması qaydalarının pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur, yaxud silah və döyüş sursatı ödənişlə alınır.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntuların biri üçün il ərzində inzibati tənbeh alan şəxs tərəfindən törədilmiş eyni hərəkətlərə görə—
- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 185. Ov silahının saxlanması üçün icazəsi ləğv edilmiş vətəndaşların onu satmaqdan boyun qaçırması
Vətəndaşların ovçuluq cəmiyyətlərindən çıxması ilə əlaqədar olaraq, yivsiz ov silahını və döyüş sursatını saxlama icazəsi daxili işlər orqanları tərəfindən ləğv edildikdə, onların bu silahı satmaqdan boyun qaçırmasına görə—
- silah və döyüş sursatı ödənişlə alınmaqla minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 186. Karate öyrətmə qaydalarının pozulması
İdman karatesi bölmələri açılmasının və ya onlara vətəndaşların qəbulunun müəyyən edilmiş qaydalarının pozulmasına, yaxud idman qaydaları ilə qadağan olunmuş fəndlərin bölmələrdə öyrədilməsinə, habelə karate fəndlərinin müvafiq orqanların icazəsi olmadan, özbaşına öyrədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur (27, 35).
Maddə 186-1. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması—1999-cu il 2 aprel tarixli 651-IQD saylı qanunla yeni redaksiyada
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, əgər nəticədə dəymiş zərər minimum əmək haqqı məbləğinin on misli miqdarından artıqdırsa—
- minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə qoyulur. (17, 27, 35, 52, 65).
Maddə 186-2. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması—1997-ci il 25 aprel tarixli 286-IQD saylı qanunla əlavə edilmişdir.
Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına:
1) istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad verilməsinə;
2) istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan sortun və cinsin adı verilməsinə;
3) istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına;
4) lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə;
5) İstehlakçını bilərəkdən aldadaraq patent alınmış seleksiya nailiyyətinin başqa ad altında satılmasına;
6) seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına;
7) dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on mislindən otuz mislinədək miqdarda cərimə olunur. (45)
Maddə 187. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada.
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə olunur (27, 34, 35).
Maddə 187-1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə—
- qeydiyyatsız yaşadığı və ya qanunsuz qaldığı hər gün üçün minimum əmək haqqı miqdarının iyirmi misli məbləğində cərimə olunmaqla ölkədən çıxarılır (34, 38).
Maddə 188. Şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsi və ya qəsdən korlanması—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada
Şəxsiyyət vəsiqəsinin və ya pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə olunur (27, 34, 35).
Maddə 189. Pasportsuz və ya yazılmadan yaşamağa yol verilməsi
Pasport sistemi qaydalarına əməl edilməsi üçün məsul şəxslər tərəfindən vətəndaşların pasportsuz və ya etibarsız sayılan pasportla, yaxud yazılmadan və ya qeyd olunmadan yaşamasına yol verilməsinə, eləcə də vətəndaşların olduqları yaşayış sahələrində şəxslərin pasportsuz, yazılmadan və ya qeyd olunmadan yaşamasına yol verməsinə görə—
- vətəndaşlara xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə olunur, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə olunur (27, 35, 52).
Maddə 190. Şəxsiyyət vəsiqəsi olmayan vətəndaşı işə götürmə—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada
Şəxsiyyət vəsiqəsi olmayan vətəndaşın mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsi tərəfindən işə götürülməsinə görə—
- həmin vəzifəli şəxs minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə olunur (27, 34, 35).
Maddə 191. Şəxsiyyət vəsiqəsinin və ya pasportun verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada
Vəzifəli şəxslər tərəfindən vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə, əgər mühüm zərər vurulmamışdırsa—
- minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə olunur (27, 34, 35).
Maddə 191-1. Vəzifəli şəxs tərəfindən vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Vəzifəli şəxs tərəfindən vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə olunur
İl ərzində inzibati tənbeh almış vəzifəli şəxs tərəfindən yol verilən eyni hərəkətlərə görə—
- bir illik vəzifə maaşı məbləğində cərimə olunur (34, 35).
Maddə 192. Sərhəd zonasına daxil olma və ya orada yaşama qaydalarının pozulması
Sərhəd zonasına daxil olma qaydalarının, habelə orada yaşama və ya yazılma qaydalarının pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 192-1. Qanunsuz olaraq Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək—1995-ci il 16 may tarixli qanunla yeni redaksiyada
Pasportsuz, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan və ya sərhəd nəzarət məntəqəsindən keçmədən Azərbaycan Respublikasının ərazisinə gəlməyə və ya Azərbaycan Respublikasından getməyə görə—
- Azərbaycan Respublikasının vətəndaşları minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə olunurlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə olunmaqla ölkədən çıxarılırlar (28, 34, 35, 38).
Maddə 192-2. Diplomatik və ya xidməti pasport sahiblərinə zəruri kömək göstərilməməsi—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Müvafiq vəzifəli şəxs tərəfindən diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə—
- minimum əmək haqqı məbləğinin iyirmi beş mislindən otuz mislinədək miqdarda cərimə olunur.
İl ərzində inzibati tənbeh almış vəzifəli şəxs tərəfindən yol verilən eyni hərəkətlərə görə—
- minimum əmək haqqı məbləğinin otuz mislindən əlli mislinədək miqdarda cərimə olunur (34, 35, 52).
Maddə 193. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, habelə Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması
Azərbaycan Respublikasında olma qaydalarının əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən pozulmasına, yəni onların Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına və ya etibarsız sayılan sənədlərlə yaşamasına, işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqlarına, qeydə alınma və ya yazılma, yaxud bir yerdən başqa yerə getmə və ya yaşayış yeri seçmə üçün müəyyən olunmuş qaydaya əməl etməməsinə, onların müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına, habelə Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda cərimə qoyulur.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydə alınması, yazılması və ya pozulmasının, onlara Azərbaycan Respublikasında yaşama, bir yerdən başqa yerə getmə və yaşayış yerini dəyişdirmə hüququ verən sənədlərin tərtib olunmasının müəyyən edilmiş qaydasının Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxsləri qəbul edən və ya onlara xidmət göstərilməsini və işə qəbul olunmasını təmin edən, onların Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən pozulmasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on dörd mislindən on yeddi mislinədək miqdarda cərimə qoyulur.
Şəxsi işlərə görə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara yaşayış sahəsi vermiş vətəndaşların onları müəyyən olunmuş qaydada vaxtında qeydə aldırma, yazdırma və ya pozdurma üçün tədbirlər görməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olmasının müəyyən edilmiş qaydalarına və onların Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarına zidd olaraq vətəndaşların əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə mənzil, nəqliyyat vasitələri verməsinə və ya onlara başqa xidmətlər göstərməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin altı mislindən səkkiz mislinədək miqdarda cərimə qoyulur (27, 35, 38, 52).
Maddə 194. Gömrük qaydalarının pozulması
Gömrük qaydalarının pozulmasına:
1) xaricdən gəlmiş və ya xaricə gedən nəqliyyat vasitəsinin gömrük nəzarətindən keçmək üçün gömrük idarəsinin olduğu yerdə dayanmamasına;
2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət sərhəddindən gömrük idarəsinə gedərkən, gömrük idarəsi tərəfindən hətta yoxlanmış olsa da, onun sahilə özbaşına yan almasına, dayanacaq yerini özbaşına dəyişməsinə və ya özbaşına dayanmasına;
3) nəqliyyat vasitəsi xaricdən gəldikdən sonra müvafiq hallarda gömrük idarəsinə yazılı ifadənin, təhvil siyahısının və ya baş deklarasiyanın təqdim edilməməsinə, yaxud tələb olunan məlumat göstərilmədən həmin sənədlərin təqdim edilməsinə;
4) baqaj siyahılarının və sərnişinlərin siyahılarının təqdim edilməməsinə, habelə müvafiq gömrük idarəsinə verilmək üçün təqdim edilmiş gömrük sənədlərinin ünvana çatdırılmamasına;
5) gömrük idarəsinin icazəsi olmadan xarici səfər gəmisinə başqa gəmilərin yan almasına, habelə gəminin və ya yükün məhv olmaqdan, yaxud zədələnməkdən qorunması zərurətinin yarandığı hallarda yükün zədələnməkdən qorunması, ağır şeylərin boşaldılması və ya qaldırılması ləvazimatı, həmçinin takelaj istisna olmaqla, digər hər hansı predmetin gömrük idarəsinin icazəsi olmadan limana gəlmiş gəmidən başqa gəmilərə, sahilə ötürülməsinə və ya sahildən, yaxud başqa gəmilərdən alınmasına;
6) gömrük idarəsinin icazəsi olmadan yükün açılmasına və ya yenidən qablaşdırılmasına;
7) gömrük idarəsinin icazəsi olmadan yükün vurulmasına, bir yerdən başqa yerə yüklənməsinə və ya boşaldılmasına;
8) gömrük idarəsinin icazəsi olmadan nəqliyyat vasitəsinin yola düşməsinə;
9) silahın, partlayıcı və tezalışan maddələrin olduğu yerlərin göstərilməməsinə;
10) gömrük idarəsinin yüklərə, vaqonlara, otaqlara və ya ayrı-ayrı yüklərə vurduğu plombların və ya möhürlərin zədələnməsinə:
11) xaricdən gətirilmiş yüklərin dövlət nəqliyyat təşkilatlarının anbarlarından və ya təhkim edilmiş anbarlardan gömrük idarəsinin icazəsi olmadan verilməsinə görə—
- vətəndaşlar minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda, vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə edilir.
Azərbaycan Respublikasına gətirilməsi və ya xaricə aparılması qadağan edilmiş, deklarasiyalarda başqa adla göstərilmiş və ya əsla göstərilməmiş predmetlərin beynəlxalq poçt baratlarında göndərilməsinə görə—
- bu predmetlər müsadirə edilir (27, 35, 52).
Maddə 194-1. İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalı—1997-ci il 13 iyun tarixli 324-IQD nömrəli qanunla əlavə edilmişdir.
İdxal olunması üçün xüsusi razılıq (lisenziya) tələb olunan və ya aksiz markası ilə markalanmalı olan malların belə razılıq və ya marka olmadan idxalına görə—
- idxal olunmuş malların dəyərinin otuz faizi məbləğində cərimə qoyulur. (49)
Maddə 195. Qaçaqmalçılıq—1992-ci il 30 sentyabr tarixli qanunla yeni redaksiyada
Qaçaqmalçılığa:
1) yüklərin (malların, sərvətlərin və başqa əşyanın), habelə mal-qaranın Azərbaycan Respublikası dövlət sərhəddindən qanunsuz keçirilməsinə, yəni yüklərin və mal-qaranın Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla gömrük idarələrinin xəbəri olmadan və ya gömrük nəzarətindən gizlətməklə keçirilməsinə, habelə Azərbaycan Respublikası ərazisində belə yüklərin və mal-qaranın saxlanmasına, bir yerdən başqa yerə aparılmasına, satılmasına və satın alınmasına;
2) xarici yüklərin şəxsi istehlak üçün adi normadan artıq miqdarda saxlanmasına, bu yüklərin mühafizləri və mülkçiləri onların qanuni əldə olunduğunu sübut etmədikdə;
3) müəyyən edilmiş icazə olsa da və rüsum ödənilsə də, yüklərin xaricdən gətirilməsinə və ya alınmasına, bu yüklərin gətirilməsi və ya alınması Azərbaycan Respublikası pul vahidinin, valyuta sərvətlərinin, Azərbaycan Respublikası pul vahidi ilə hesablanan, xarici valyuta ilə əldə edilən, belə valyutaya çevrilmək hüququ olmayan tədiyə sənədlərinin, qiymətli metallardan, qiymətli daşlardan zərgərlik və digər məişət məmulatının və belə məmulat qırıntısının qanunsuz xaricə çıxarılması, baratla və ya başqası vasitəsilə göndərilməsi ilə əlaqədar olduqda;
4) Azərbaycan Respublikası pul vahidinin, valyuta sərvətlərinin, Azərbaycan Respublikası pul vahidi ilə hesablanan, xarici valyuta ilə əldə edilən, belə valyutaya çevrilmək hüququ olmayan tədiyə sənədlərinin, qiymətli metallardan, qiymətli daşlardan zərgərlik və digər məişət məmulatının və belə məmulat qırıntısının qanunsuz xaricə çıxarılmasına, xaricdən gətirilməsinə, başqası vasitəsilə və baratla göndərilməsinə və gətirilməsinə;
5) bu maddədə göstərilmiş pozuntulara hər cür hazırlıq hərəkətləri etməyə görə—
- qaçaq əşyaların və mal-qaranın aşkara çıxarılması vaxtından asılı olmayaraq, bu əşyaları və mal-qaranı, habelə Azərbaycan Respublikasının dövlət sərhədindən qaçaq əşyaların və mal-qaranın keçirilməsi üçün nəzərdə tutulmuş daşıma vasitələrini və başqa vasitələri müsadirə etməklə qaçaqmalçılıq əşyalarının qiyməti məbləğində cərimə ilə cəzalandırılır.
Azərbaycan Respublikası pul vahidinin, valyuta sərvətlərinin, Azərbaycan Respublikası pul vahidi ilə hesablanan, xarici valyuta ilə əldə edilən, belə valyutaya çevrilmək hüququ olmayan tədiyə sənədlərinin, qiymətli metallardan, qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının və belə məmulat qırıntısının qaçaqmalçılığı halları istisna edilməklə, Azərbaycan Respublikası dövlət sərhədindən keçən sərnişin tərəfindən törədilmiş, gömrük yoxlaması zamanı aşkara çıxarılmış qaçaq mala görə cərimə qoyulmur (27, 28, 53).
Maddə 196. Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması
Bu Məcəllənin 135-ci maddəsinin ikinci hissəsində, 136-cı maddəsinin birinci hissəsində və 194-cü maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və ya qırılmasına görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 197. Ovlanmış qiymətli xəzli heyvan növləri dərisinin dövlətə məcburi təhvilindən boyun qaçırılması, dərinin qanunsuz satılması, satın alınması və emalı
Ovlanmış qiymətli xəzli heyvan növləri dərisinin dövlətə məcburi təhvil verilməsindən boyun qaçırılmasına, habelə aşılanmayan və ya aşılanan, lakin dövlət damğası (ştampı) olmayan bu dərinin ilk dəfə qanunsuz satılmasına, satın alınmasına, dəyişdirilməsinə və emalına görə—
- dəri müsadirə edilməklə minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarında cərimə qoyulur (27, 35).
Maddə 198. Vətəndaşların xüsusi təsərrüfatlarında saxlanan xəzli heyvanların dərisinin dövlətə məcburi təhvilindən boyun qaçırılması, qanunsuz satılması, satın alınması, dəyişdirilməsi və emalı
Vətəndaşların xüsusi təsərrüfatlarında saxlanan ətyeyən xəzli heyvanların və qunduzların dərisinin dövlətə məcburi təhvilindən boyun qaçırılmasına, habelə aşılanmayan və ya aşılanan, lakin dövlət damğası (ştampı) olmayan bu dərinin qanunsuz satılmasına, satın alınmasına, dəyişdirilməsinə və emalına görə—
- dəri müsadirə edilməklə xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarında cərimə qoyulur (27, 35, 52).
Maddə 199. Qanunsuz ov məhsulunun qəbulu
Tədarük təşkilatlarının vəzifəli şəxsləri tərəfindən qanunsuz ov məhsulunun qəbuluna görə—
- minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarında cərimə qoyulur (27, 35, 52).
Maddə 199-1. Çağırış üzrə hərbi komissarlığa gəlməmək—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Vətəndaşların çağırış məntəqəsinə yazılmaq üçün üzürlü səbəblər olmadan çağırış üzrə hərbi komissarlığa gəlməməsinə görə—
- xəbərdarlıq edilir (3).
Maddə 199-2. Çağırış məntəqələrinə yazılmalı olan gənclərin siyahısının hərbi komissarlıqlara təqdim edilməməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Çağırış məntəqəsinə yazılmalı olan gənclərin siyahısının müəyyən edilmiş müddətdə mənzil-istismar təşkilatlarının, müəssisə, idarə və təşkilatların, məktəblərin rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri və ev sahibləri tərəfindən hərbi komissarlıqlara təqdim olunmamasına görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on misli miqdarında miqdarında cərimə qoyulur.
Göstərilən pozuntunun inzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarında cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 199-3. Hərbi uçotda durmayan hərbi vəzifəlilərin və çağırışçıların işə qəbul edilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Müəssisə, idarə və təşkilatların, kolxozların və məktəblərin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən yaşayış yerində hərbi uçotda durmayan hərbi vəzifəlilərin və çağırışçıların işə (təhsil almağa) qəbul edilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə qoyulur.
Göstərilən pozuntunun inzibati tənbeh verildikdən sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 199-4. Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında onlara xəbər verilməsinin təmin edilməməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında hərbi komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin müəssisə, idarə və təşkilatların, kolxozların və məktəblərin rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri tərəfindən təmin edilməməsinə, yaxud vətəndaşların toplanış məntəqələrinə və ya çağırış məntəqələrinə vaxtında gəlməsinə əngəl törədilməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntuların inzibati tənbeh qoyulduqdan sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 199-5. Hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunu aparmaq üçün lazım olan sənədlərin vaxtında verilməməsi, habelə hərbi komissarlıqlara çağırılmaq haqqında onlara xəbər verilməməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Mənzil-istismar təşkilatlarının, evlərin istismarını həyata keçirən müəssisə, idarə və təşkilatların rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri, habelə ev sahibləri tərəfindən hərbi komissarlıqlara, hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunun aparılması həvalə edilmiş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ev kitablarının, hərbi vəzifəli və ya çağırışçı olan sakinlər üçün qeydiyyat kartoçkalarının və hərbi uçot sənədlərinin (hərbi biletlərin, çağırış məntəqəsinə yazılmaq haqqında vəsiqələrin) hərbi uçota götürməyi və ya uçotdan çıxarmağı rəsmiləşdirmək üçün vaxtında təqdim edilməməsinə, habelə hərbi komissarlıqlara çağırılmaq haqqında həmin şəxslərə xəbər verilməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntuların inzibati tənbeh qoyulduqdan sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 199-6. Hərbi vəzifəlilərin və çağırışçılar haqqında məlumatların bildirilməməsi—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Əlillik qrupundan asılı olmayaraq, əlil hesab edilmiş bütün hərbi vəzifəlilər və çağırışçılar haqqında məlumatın əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə hərbi komissarlıqlara bildirmək vəzifəsi həvalə edilən həkim-əmək ekspert komissiyalarının vəzifəli şəxsləri tərəfindən belə məlumatların bildirilməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə qoyulur.
Hərbi vəzifəlilərin və çağırışçıların familiyasının, adının, atasının adının dəyişməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların anadanolma tarixi və yeri haqqında dəyişikliklər edilməsi barəsində, habelə hərbi vəzifəlilərin və çağırışçıların vəfatının qeydə alınması halları barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının vəzifəli şəxsləri tərəfindən rayon (şəhər) hərbi komissarlıqlarına məlumat verilməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə qoyulur.
Bu maddənin birinci və ya ikinci hissələrində nəzərdə tutulmuş pozuntuların inzibati tənbeh qoyulduqdan sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin on bir mislindən on üç mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 200. Hərbi uçot qaydalarının pozulması—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
«Hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərbi uçot qaydalarını pozması, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər olmadan gəlməməsinə və ya hərbi uçotda durduğu uçot orqanına yaşayış yeri ünvanının, təhsilinin, iş yerinin və vəzifəsinin dəyişməsi haqqında məlumatları vaxtında bildirməməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntuların inzibati tənbeh qoyulduqdan sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 201. Hərbi biletin qəsdən korlanması və ya etinasızlıq üzündən itirilməsi—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Hərbi uçot sənədlərinin (hərbi biletlərin və çağırış məntəqəsinə yazılma haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanma nəticəsində itirilməsinə görə—
- xəbərdarlıq edilir və ya minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoyulur.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş pozuntuların inzibati tənbeh qoyulduqdan sonra il ərzində təkrar törədilməsinə görə—
- minimum əmək haqqı məbləğinin dörd mislindən altı mislinədək miqdarda cərimə qoyulur (3, 27, 35, 52).
Maddə 202. Dini birliklər haqqında qanunvericiliyin pozulması
Dini birliklər haqqında qanunvericiliyin pozulmasına:
1) dini birliklərin rəhbərlərinin birliyi dövlət idarə orqanlarında qeyd etdirməkdən boyun qaçırmasına;
2) dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlər təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına;
3) ruhanilər və dini birliklərin üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqlar, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərindən dini təbliğat aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin on iki mislindən on dörd mislinədək miqdarda cərimə qoyulur.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasına görə—
- minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarda cərimə olunmaqla Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılırlar (27, 35, 38, 52).
Maddə 202-1. Dövlət sirrinə aid edilmiş məlumatlar barədə sorğuya mahiyyəti üzrə baxılmasından vəzifəli şəxslərin boyun qaçırması—4 noyabr 1997-ci il tarixli 389-IQD saylı qanunla əlavə edilmişdir.
Azərbaycan Respublikasının vətəndaşları, müəssisələri, idarələri, təşkilatları və dövlət hakimiyyəti orqanları dövlət sirrinə aid edilmiş məlumatların açılması haqqında sorğu ilə dövlət hakimiyyəti orqanlarına, müəssisələrə və təşkilatlara, o cümlədən dövlət arxivlərinə müraciət etdikdə, vəzifəli şəxslər sorğuya mahiyyəti üzrə baxılmasından boyun qaçırılmasına görə—
- minimum əmək haqqı məbləğinin əlli mislindən yüz mislinədək miqdarda cərimə olunur. (51)
III bölmə. İnzibati hüquqpozmalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar
15-ci fəsil. Əsas müddəalar
Maddə 203. İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)
İnzibati hüquqpozmalar haqqında işlərə:
1) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı inzibati komissiyalar;
2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
3) yetkinlik yaşına çatmayanların işləri üzrə rayon (şəhər), şəhərlərdə rayon komissiyaları;
4) Rayon (şəhər) məhkəmələri (hakimləri);
5) daxili işlər orqanları, dövlət inspeksiya orqanları və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə səlahiyyət verilmiş başqa orqanlar (vəzifəli şəxslər) baxırlar (25, 52).
Maddə 204. İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) səlahiyyət həddi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı inzibati komissiyalar inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, başqa orqanların (vəzifəli şəxslərin) səlahiyyətinə aid işlər istisna olmaqla, inzibati hüquqpozmalar haqqında bütün işləri həll edirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə onların səlahiyyətinə aid edilmiş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
Əgər Azərbaycan Respublikasının qanunvericilik aktlarında başqa hallar nəzərdə tutulmamışsa, yetkinlik yaşına çatmayanların işləri üzrə rayon (şəhər), şəhərlərdə rayon komissiyaları yetkinlik yaşına çatmayanların inzibati hüquqpozmaları haqqında işlərə baxırlar.
Rayon (şəhər) məhkəmələri (hakimləri) inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları ilə onların səlahiyyətinə aid edilmiş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
Daxili işlər orqanları, dövlət inspeksiya orqanları və səlahiyyətli başqa orqanlar (203-cü maddənin 5-ci bəndi) Azərbaycan Respublikasının qanunvericilik aktları ilə onların səlahiyyətinə aid edilmiş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar (25, 52).
Maddə 205. İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan kollegial orqanların yaradılması qaydası
İnzibati komissiyalar müvafiq xalq deputatları Sovetləri tərəfindən sədr, sədr müavini, məsul katib, habelə komissiya üzvlərindən ibarət yaradılır. Rayon, şəhər, şəhərlərdə rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanındakı inzibati komissiyalarda komissiyanın maaşlı məsul katibi vəzifəsi vardır. İnzibati komissiyaların fəaliyyət qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunur.
Yetkinlik yaşına çatmayanların işləri üzrə rayon (şəhər), şəhərlərdə rayon komissiyaları müvafiq xalq deputatları Sovetləri tərəfindən sədr, sədr müavini, maaşlı məsul katib və komissiya üzvlərindən ibarət yaradılır. Zəruri hallarda, komissiyanın tərkibinə uşaqlarla iş üzrə inspektor vəzifəsi də daxil edilə bilər.
İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan başqa kollegial orqanların yaradılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. (52)
Maddə 206. Kollegial orqanların iclaslarının səlahiyyəti
İnzibati hüquqpozmalar haqqında işlərə inzibati komissiyalar və yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar öz üzvlərinin azı yarısının iştirakı ilə, qəsəbə, kənd xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə icraiyyə komitəsinin ümumi tərkibinin azı üçdə iki hissəsinin iştirakı ilə baxa bilərlər.
Başqa kollegial orqanların iclaslarının səlahiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. (52)
Maddə 207. Vəzifəli şəxslərin səlahiyyəti
İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri onlara verilmiş səlahiyyət çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı verə bilərlər.
İnzibati hüquqpozmalar haqqında işlərə bu Məcəllənin 203-cü maddəsinin 5-ci bəndində göstərilmiş orqanlar adından baxan vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir (25, 52).
16-cı fəsil. İnzibati hüquqpozmalar haqqında işlərin aiddiyyəti
Maddə 208. İnzibati komissiyalar
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı inzibati komissiyalar bu Məcəllənin 45—48, 51, 51-1, 53—57-ci maddələrində, 59-cu maddəsində (faydalı qazıntı yataqlarının işlənməsi prosesindən kənarda törədilmiş pozuntulara görə), 64—78-ci maddələrində, 80—84-cü maddələrində (sanitar-gigiyena qaydalarının və atmosfer havasını mühafizə normalarının pozulması hallarından başqa), 87-ci maddəsində (dövlət sanitariya nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi istisna edilməklə) 87-2—87-6-cı maddələrində, 88-ci maddəsinin birinci hissəsində (ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulması haqqında işlərdən başqa), 89-1, 90, 94, 95, 98-1 və 99-cu maddələrində, 101-ci maddəsində (bitki karantini nəzarətində olan bitki mənşəli məhsullarla əlaqədar pozuntular istisna olmaqla), 101-2, 102-1, 102-2, 104-1-ci maddələrində, 130-cu maddəsində (sürücülər tərəfindən nəqliyyat vasitələrindən istifadə olunması haqqında işlərdən başqa), 107-ci maddəsində, 110-cu maddəsinin birinci, üçüncü və dördüncü hissələrində (Mülki Aviasiya Nazirliyinin tabeliyində olmayan aerodromlarda və ya belə aerodromlar rayonunda pozuntular törətməyə görə), 131-ci maddəsində, 135-ci maddəsində (avtomobil nəqliyyatında pozuntular törədilməsinə görə), 138—141, 141-1, 142, 145—149, 149-1, 150, 151, 154, 158, 165—167, 169-1-ci maddələrində, 172-ci maddəsində (yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər haqqındakı işlərdən başqa), 173-2, 175, 175-1, 177-ci maddələrində, 179-cu maddəsinin birinci hissəsinin 1, 2, 7, 9-cu bəndlərində, 180—186-cı maddələrində, 196—199, 199-2—199-6-cı maddələrində və 202-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı inzibati komissiyalar bu Məcəllənin 45—48, 51-1-ci maddələrində, 80—84-cü maddələrində (sanitar-gigiyena qaydalarının və atmosfer havasını mühafizə normalarının pozulması hallarından başqa), 87-ci maddəsində (dövlət sanitariya nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi istisna edilməklə), 87-ci maddəsində (dövlət sanitariya nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsi istisna edilməklə), 87-2—87-6-cı maddələrində, 88-ci maddəsinin birinci hissəsində (ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulması haqqında işlərdən başqa), 89-1, 90-cı maddələrində, 95-ci maddəsində (hüquqpozma vətəndaş tərəfindən törədildikdə), 98-1, 99, 104-1-ci maddələrində, 130-cu maddəsində (sürücülər tərəfindən nəqliyyat vasitələrindən istifadə olunması haqqında işlərdən başqa), 135-ci maddəsində (avtomobil nəqliyyatında pozuntular törədilməsinə görə), 138—141-1, 142, 145, 146, 148—149, 149-1, 150—151, 153—155, 165—167, 169-1-ci maddələrində, 172-ci maddəsində (yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər barəsindəki işlərdən başqa), 175, 175-1, 177, 182—186, 196—199, 199-2—199-6-cı maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar. Yaşayış məntəqələrinə getmək çətin olduğu və ya onların rayon mərkəzindən çox uzaqda olduğu hallarda, komissiyalar istisna qaydasında, bu Məcəllənin 169-cu maddəsində və 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə də baxa bilərlər. Belə yaşayış məntəqələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı inzibati komissiyalar bu Məcəllənin 4-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət müəyyən edilən hüquqpozmalar haqqında işlərə də baxırlar (2, 3, 5, 7, 8, 9, 10, 12, 14, 16, 17, 18, 27, 33, 34, 39, 38, 42, 46, 47, 48, 50-1, 52, 57, 63, 65).
Maddə 209. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45—48, 51-1, 87-2—87-4-cü maddələrində, 88-ci maddəsinin birinci hissəsində (ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulması haqqında işlərdən başqa), 89-1, 90-cı maddələrində, 94 və 95-ci maddələrində (hüquqpozma vətəndaş tərəfindən törədildikdə), 99, 104-1-ci maddələrində, 130-cu maddəsində (sürücülər tərəfindən nəqliyyat vasitələrindən istifadə olunması haqqında işlərdən başqa), 148—150, 152, 152-1, 153, 153-1, 154, 155, 156, 158, 166, 167, 169-1-ci maddələrində, 172-ci maddəsində (yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər barəsindəki işlərdən başqa) və 175, 175-1, 177, 181—184, 197, 199-cu maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar. Yaşayış məntəqələrinə getmək çətin olduğu və ya onların rayon mərkəzindən çox uzaqda olduğu hallarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istisna qaydasında bu Məcəllənin 169, 169-2-ci maddələrində və 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə də baxa bilərlər. Belə yaşayış məntəqələrinin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (2, 3, 5, 7, 8, 10, 14, 18, 27, 42, 48, 52, 57, 63).
Maddə 210. Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar
Bu Məcəllənin 174-cü maddəsində nəzərdə tutulmuş işlərdən başqa, yetkinlik yaşına çatmayanların inzibati hüquqpozmaları haqqında işlərə yetkinlik yaşına çatmayanların işləri üzrə rayon (şəhər), şəhərlərdə rayon komissiyaları baxırlar. Bu Məcəllənin 52, 119—124, 127, 164, 181, 182, 184, 185-ci maddələrində nəzərdə tutulmuş hüquqpozmalar haqqında işlərə isə, onlar yalnız o hallarda baxırlar ki, göstərilən hüquqpozmalar haqqında işin daxil olduğu orqan (vəzifəli şəxs) baxılmaq üçün onu həmin komissiyalara vermiş olsun. Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, həmçinin bu Məcəllənin 165-ci maddəsində, 171-ci maddəsinin dördüncü hissəsində, 172-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında yetkinlik yaşına çatmayanların valideynləri və ya onları əvəz edən şəxslər barəsindəki işlərə baxırlar (3, 20, 26, 52, 57).
Maddə 210-1. Sərxoşluğa qarşı mübarizə komissiyaları—1985-ci il 14 noyabr tarixli fərmanla əlavə edilmişdir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında sərxoşluğa qarşı mübarizə komissiyaları bu Məcəllənin 153 və 170-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar (3).
Maddə 211. Rayon (şəhər) məhkəmələri (hakimləri)
Rayon (şəhər) məhkəmələrinin hakimləri
Maddə 212. Daxili işlər orqanları (polis)
Daxili işlər orqanları bu Məcəllənin 44-cü maddəsində, 108-ci maddəsinin birinci, ikinci, dördüncü və beşinci hissələrində, 109, 109-1-ci maddələrində, 110-cu maddəsində (bu maddənin birinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş, Mülki Aviasiya Nazirliyinin tabeliyində olmayan aerodromlarda və ya belə aerodromlar rayonunda törədilmiş pozuntular istisna edilməklə), 111, 114-1-ci maddələrində, 118-1-ci maddəsində (dəmir yolu nəqliyyatında pozuntular törədilməsinə görə), 119—124, 127—129-cu maddələrində, 130-cu maddəsində sürücülərin nəqliyyat vasitələrindən istifadə etməsi haqqında), 132-ci maddəsində, 133-cü maddəsinin ikinci və üçüncü hissələrində, 134-cü maddəsinin ikinci, dördüncü və beşinci hissələrində 135-ci maddəsində (avtomobil nəqliyyatında törədilmiş pozuntular istisna edilməklə), 136, 137, 159, 161, 168, 169, 169-2-ci maddələrində, 171-ci maddəsinin birinci, ikinci hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə daxili işlər orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
1) bu Məcəllənin 44, 114-cü maddələrində, 132-ci maddəsinin üçüncü hissəsində, 133-cü maddəsinin ikinci və üçüncü hissələrində, 134-cü maddəsinin dördüncü və beşinci hissələrində 136, 159, 161, 168-ci maddələrində nəzərdə tutulan inzibati hüquqpozmalara görə—daxili işlər orqanlarının rəisləri və onların müavinləri; bu Məcəllənin 169, 169-2-ci maddələrində, 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulan inzibati hüquqpozmalara görə isə—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının daxili işlər şöbələrinin (idarələrinin) rəisləri və ya rəis müavinləri—xəbərdarlıq etmək və ya cərimə qoymaq;
- bu Məcəllənin 108-ci maddəsinin birinci, ikinci, dördüncü və beşinci hissələrində, 109, 109-1-ci maddələrində, 110-cu maddəsində (həmin maddənin birinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş, Mülki Aviasiya Nazirliyinin tabeliyində olmayan aerodromlarda və ya belə aerodromlar rayonunda törədilmiş pozuntular istisna edilməklə), 111, 114-1-ci maddələrində, 118-1-ci maddəsində (dəmir yolu nəqliyyatında pozuntular törədilməsinə görə), 132-ci maddəsinin birinci və ikinci hissələrində, 134-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—daxili işlər (polis) orqanlarının rəisləri və onların müavinləri, polis xətt məntəqələrinin rəisləri; dəmir yolu nəqliyyatında törədilmiş, 108-ci maddəsinin beşinci hissəsində, 109-cu maddəsinin ikinci hissəsində, 109-1, 118-1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara görə isə—habelə müvafiq qaydalara əməl olunmasına nəzarət edilməsi tapşırılmış digər polis işçiləri. Polis xətt məntəqəsi rəisinin qoyduğu cərimənin məbləği minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarından artıq ola bilməz.
- bu Məcəllənin 135-ci maddəsində (avtomobil nəqliyyatında törədilmiş pozuntular istisna edilməklə) nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—nəqliyyatda daxili işlər orqanlarının rəisləri və onların müavinləri;
- bu Məcəllənin 169, 169-2-ci maddələrində və 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə, bundan başqa—nəqliyyatda daxili işlər orqanlarının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının daxili işlər şöbələrinə (idarələrinə) bərabər tutulan başqa daxili işlər orqanlarının rəisləri və ya rəis müavinləri, habelə daxili işlər orqanları sistemində olan polis şöbələrinin rəisləri;
2) bu Məcəllənin 120-ci maddəsinni ikinci və üçüncü hissələrində, 121—124-cü maddələrində, 127-ci maddəsinin ikinci hissəsində, 128, 129 və 137-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—müvafiq icra hakimiyyəti orqanı bölməsinin (şöbəsinin, idarəsinin) rəisi və ya rəis müavini, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının daxili işlər şöbəsində dövlət avtomobil müfəttişliyinin bölməsi (şöbəsi) olmadıqda isə—daxili işlər şöbəsinin rəisi və ya rəis müavini. Bu cür işlərə baxılmasında əmək kollektivlərinin və ictimai təşkilatların nümayəndələri iştirak edə bilərlər;
3) bu Məcəllənin 119-cu maddəsində, 120-ci maddəsinin birinci hissəsində, 123-cü maddəsinin üçüncü hissəsində, 127-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—yol-keşik xidməti bölmələrinin komandirləri və onların müavinləri, dövlət yol polisi—minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda cərimə qoymaq; yol hərəkəti qaydalarına və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə aid başqa normativlərə əməl olunmasına nəzarət edən yol-keşik xidməti müfəttişləri və digər müfəttişlər—minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda cərimə qoymaq (3, 5, 8, 10, 20, 23, 26, 27, 28, 34, 35, 52, 57).
Maddə 212-1. Fövqəladə vəziyyət elan olunmuş yerin komendantı, onun müavinləri, xüsusi idarəetmə orqanı—1993-cü il 28 iyul tarixli qanunla çıxarılmışdır. (31)
Maddə 213. Dövlət yanğın nəzarəti orqanları
Dövlət yanğın nəzarəti orqanları bu Məcəllənin 118 və 178-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət yanğın nəzarəti orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə baş dövlət inspektoru və onun müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda və vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on yeddi mislinədək miqdarda cərimə etmək;
- yanğın nəzarəti üzrə böyük dövlət inspektorları—vətəndaşları minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda və vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on dörd mislinədək miqdarda cərimə etmək;
- dövlət yanğın nəzarəti inspektorları—vətəndaşları minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək və vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə etmək (8, 27, 35, 52).
Maddə 214. Dəmir yolu nəqliyyatı orqanları—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Dəmir yolu nəqliyyatı orqanları dəmir yolu nəqliyyatında törədilmiş, bu Məcəllənin 43-cü maddəsinin birinci hissəsində, 108, 109, 109-1, 118-1-ci maddələrində, 118-ci maddəsinin birinci hissəsində, 132-ci maddəsinin birinci hissəsində, 133-cü maddəsinin birinci hissəsində, 134-1-ci maddəsində, 134-cü maddəsinin birinci hissəsində (1, 2-ci bəndlər) və üçüncü hissəsində (1, 2-ci bəndlər), 135-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dəmir yolu nəqliyyatı orqanları adından baxmağa və inzibati tənbehetməyə aşağıdakıların ixtiyarı vardır:
- stansiya rəisləri və onların müavinləri, vağzal rəisləri və onların müavinləri, lokomotiv (vaqon) depolarının rəisləri, sərnişin qatarlarının rəisləri (sərnişin qatarlarının mexanik-briqadirləri);
- sərnişin qatarlarının nəzarətçi-müfəttişləri, sərnişin qatarlarının müfəttiş-təlimatçıları, gəlirə nəzarət müfəttişləri, yol ustaları, yol distansiyası rəisləri, siqnalizasiya və rabitə distansiyalarının rəisləri;
- Yollar Nazirliyinin Hərbiləşdirilmiş mühafizə İdarəsi şöbəsinin rəisi və onun müavini, şöbə (dəstə, komanda, yanğınsöndürən qatar) rəisi və onun müavini, yanğından mühafizə profilaktikası üzrə böyük təlimatçılar və təlimatçılar, dəmir yolunun, metropolitenin hərbiləşdirilmiş mühafizə dəstəsi komandalarının, yanğınsöndürmə qatarlarının bölmə (qarovul) rəisləri;
- dəmir yolu nəqliyyatının baş sanitar həkimi və onun müavini, dəmir yolunun baş sanitar həkimi və onun müavini, metropolitenin baş sanitar həkimi, dəmir yolu şöbəsinin baş sanitar həkimi, xətt sahələrinin baş sanitar həkimləri;
- dəmir yolu nəqliyyatında yüklərin qorunmasının təmin edilməsi qaydalarının pozulmasına görə—stansiya rəisləri və onların müavinləri, habelə hərbiləşdirilmiş mühafizə dəstəsinin stansiyanın yerləşdiyi yerdə yuxarı vəzifəli şəxsləri.
Sərnişin qatarı rəisinin (sərnişin qatarı mexanik-briqadirinin), yol ustasının, dəmir yolunun, metropolitenin hərbiləşdirilmiş mühafizə komandasının, yanğınsöndürmə qatarının bölmə (qarovul) rəisinin, dəmir yolu baş sanitar həkiminin və onun müavininin, metropolitenin baş sanitar həkiminin, dəmir yolu şöbəsi baş sanitar həkiminin, xətt sahəsi baş sanitar həkiminin qoyduğu cərimənin məbləği minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdardan artıq ola bilməz (10, 27, 34, 35).
Maddə 215. Dəniz nəqliyyatı orqanları—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
dəniz nəqliyyatı orqanları dəniz nəqliyyatında törədilmiş, bu Məcəllənin 109-1, 114, 114-1, 115, 118-1-ci maddələrində, 118-ci maddəsinin birinci hissəsində, 132-ci maddəsinin ikinci hissəsində, 133-cü maddəsinin birinci hissəsində, 134-1-ci maddəsində, 134-cü maddəsinin birinci hissəsində (3, 4-cü bəndlərində) və üçüncü hissəsində (3, 4-cü bəndlərində) və 135-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dəniz nəqliyyatı orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- limanın kapitanı və onun müavini, liman nəzarətinin növbə rəisləri, böyük kapitanları və kapitanları, dəniz vağzalının rəisi və onun müavini, gəmi kapitanları;
- Dəniz Donanması Nazirliyinin hərbiləşdirilmiş mühafizə dəstəsinin dəstə rəisləri və onların müavinləri, əlahiddə komandalarının rəisləri, dəstələrin, əlahiddə komandaların yanğına qarşı profilaktika üzrə böyük təlimatçıları və təlimatçıları;
- dəniz nəqliyyatında yüklərin qorunmasının təmin edilməsi qaydalarının pozulmasına görə—liman rəisi və onun müavini, liman rayonlarının rəisləri, dəniz gəmilərinin kapitanları, habelə hərbiləşdirilmiş mühafizə dəstəsinin limanın olduğu yerdəki yuxarı vəzifəli şəxsləri.
Liman nəzarəti növbə rəisinin, böyük kapitanın və kapitanın qoyduğu cərimənin məbləği minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarından artıq ola bilməz (10, 27, 29, 34, 35).
Maddə 216. Hava nəqliyyatı orqanları—1987-ci il 17 dekabr tarixli fərmanla yeni redaksiyada
Hava nəqliyyatı orqanları hava nəqliyyatında törədilmiş, bu Məcəllənin 110-cu maddəsində (bu maddənin birinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş, Mülki Aviasiya Nazirliyinin tabeliyində olan aerodromlarda və ya belə aerodromlar rayonunda törədilmiş pozuntular istisna edilməklə), 111—113-cü maddələrində, 118-ci maddəsinin ikinci hissəsində 134-1-ci maddəsində, 134-cü maddəsinin ikinci hissəsində və 136-cı maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə hava nəqliyyatı orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- mülki aviasiya (məhəlli aviasiya) idarəsinin rəisi və onun müavinləri, birləşmiş aviasiya dəstələrinin (birləşmiş aviasiya eskadrilyalarının) komandirləri və onların müavinləri, aeroportların rəisləri və onların müavinləri, aviasiya müəssisələrinin (aeroportların) daşımaların təşkili xidmətlərinin rəisləri, Mülki Aviasiya Nazirliyinin Baş İnspeksiyasının rəisi (uçuşların təhlükəsizliyi üzrə), mülki aviasiya (məhəlli) idarəsi inspeksiyasının rəisi (uçuşların təhlükəsizliyi üzrə), hava gəmilərinin komandirləri;
- Mülki Aviasiya Nazirliyi Nəzarət-Təftiş İdarəsinin rəisi və onun müavini, bu idarənin şöbə rəisi, baş müfəttişi, böyük müfəttişi, müfəttişi; mülki aviasiya (məhəlli) idarəsinin nəzarət-təftiş şöbələrinin rəisləri və onların müavinləri, bu şöbələrin böyük müfəttişləri, kommersiya müfəttişləri;
- aviasiya müəssisələrinin (aeroportların) hərbiləşdirilmiş mühafizə bölmələrinin dəstə və əlahiddə komandalarının rəisləri.
Mülki aviasiya (məhəli) idarəsinin nəzarət-təftiş şöbəsi böyük müfəttişinin, müfəttişinin, aviasiya müəssisələrinin (aeroportun) daşımaların təşkili xidməti rəisinin, aviasiya müəssisəsinin (aeroportun) hərbiləşdirilmiş mühafizə dəstəsi əlahiddə komandası rəisinin qoyduğu cərimənin məbləği minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdardan artıq ola bilməz.
Bu Məcəllənin 113-cü maddəsində nəzərdə tutulmuş pozuntular haqqında işlərə mülki aviasiya (məhəlli) idarəsinin rəisi və onun müavini tərəfindən baxılır (10, 27, 29, 34, 35, 52).
Maddə 217. Şəhər və şəhərlərarası sərnişin avtomobil nəqliyyatı və elektrik nəqliyyatı orqanları
Şəhər və şəhərlərarası sərnişin avtomobil nəqliyyatı və elektrik nəqliyyatı orqanları bu Məcəllənin 132-ci maddəsinin üçüncü hissəsində, 133-cü maddəsinin ikinci və üçüncü hissələrində, 134-1 maddəsində, 134-cü maddəsində (avtomobil nəqliyyatında və elektrik nəqliyyatında pozuntular törədilməsinə görə) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə şəhər və şəhərlərarası sərnişin avtomobil nəqliyyatı və elektrik nəqliyyatı orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- şəhər və şəhərlərarası sərnişin avtomobil nəqliyyatının və elektrik nəqliyyatının (trolleybus, tramvay) nəzarətçi-müfəttişləri, bilet nəzarətçiləri və səlahiyyətli başqa işçiləri (10, 34).
Maddə 218. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllənin 410-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxır.
İnzibati hüquqpozmalar haqqında işlərə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın adından baxmağa və inzibati tənbeh etməyə əmək və baş əmək müfəttişlərinin ixtiyarı vardır (66).
Maddə 219. Dövlətdağmədəntexnəzarət orqanları
Dövlətdağmədəntexnəzarət orqanları bu Məcəllənin 49, 58-ci maddələrində, 59-cu maddəsində (faydalı qazıntıların işlənməsi prosesində törədilmiş pozuntulara görə), 91-ci maddəsinin birinci hissəsində, 92-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə Dövlətdağmədəntexnəzarət orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
1) yerin təki haqqında qanunvericiliyin pozulmasına görə, o cümlədən hidromineral ehtiyatlarının mühafizəsi işlədilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları—minimum əmək haqqı məbləğinin yeddi mislinədək miqdarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı—minimum əmək haqqı məbləğinin on yeddi mislinədək miqdarda cərimə etmək;
2) dövlətdağmədəntexnəzarət orqanlarının nəzarəti altında olan sənaye sahəsində və obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qayda, norma və təlimatların pozulmasına görə—müvafiq icra hakimiyyəti orqanları—minimum əmək haqqı məbləğinin yeddi mislinədək miqdarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı—minimum əmək haqqı məbləğinin on yeddi mislinədək miqdarda cərimə etmək;
3) dövlətdağmədəntexnəzarət orqanlarının nəzarəti altında olan sənaye sahələrində və obyektlərdə partlayıcı maddələrin saxlanması, işlədilməsi və uçotuna dair qayda, norma və təlimatların pozulmasına görə—müvafiq icra hakimiyyəti orqanları—minimum əmək haqqı məbləğinin yeddi mislinədək miqdarda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı—minimum əmək haqqı məbləğinin on yeddi mislinədək miqdarda cərimə etmək (27, 35, 52).
Maddə 220. Enerji resurslarından istifadəyə dövlət nəzarəti orqanları—1997-ci il 6 may tarixli 292-IQD saylı qanunla yeni redaksiyada
Enerji resurslarından istifadəyə dövlət nəzarətini həyata keçirən orqanlar bu Məcəllənin 91-ci maddəsinin ikinci hissəsində və 93-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar (27, 34, 35, 46).
Maddə 220-1. Dövlət əyar nəzarətini həyata keçirən orqanlar—1986-cı il 25 mart tarixli fərmanla əlavə edilmişdir.
Dövlət əyar nəzarətini həyata keçirən orqanlar bu Məcəllənin 180-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət əyar nəzarəti orqanları adından baxmağa və inzibati tənbeh verməyə aşağıdakıların ixtiyarı vardır:
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət əyar nəzarəti müfəttişliklərinin rəisləri—minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda cərimə etmək; Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qiymətli Metallar İdarəsinin rəisi və onun müavinləri—minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda cərimə etmək.
Qiymətli metalların və daş-qaşın və ya tərkibində belə metallar və daş-qaş olan məmulatın alınması, işlədilməsi, uçotu, saxlanması, habelə onların qırıntı və tullantılarının toplanması və dövlət fonduna verilməsi qaydalarının pozulması haqqında protokollar Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qiymətli Metallar İdarəsinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət əyar nəzarəti müfəttişliklərinin qiymətli metalların və daş-qaşın bütün növlərini və tərkibində belə metallar və daş-qaş olan məmulatı emal, tətbiq edən və onlardan istifadə edən müəssisə, idarə və təşkilatlarda təftiş və yoxlama aparan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib olunur (4, 27, 35, 52).
Maddə 221. Maşınqayırma sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının inspeksiya orqanları
Maşınqayırma sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının inspeksiya orqanları onların nəzarəti altında olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qayda, norma və təlimatların pozulması haqqında işlərə baxırlar. (52)
Maddə 222. Gömrük orqanları
Gömrük orqanları bu Məcəllənin 194, 194-1, 195-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə gömrük orqanları adından baxmağa və inzibati tənbeh etməyə gömrükxana rəislərinin və ya onların müavinlərinin ixtiyarı vardır. (49)
Maddə 223. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orqanları—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin orqanları bu Məcəllənin 123-cü maddəsinin üçüncü hissəsində (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrinin sürücüləri—hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədilmiş inzibati hüquqpozmalar), 199-1, 200 və 201-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyi orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır;
1) bu Məcəllənin 199-1, 200 və 201-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—rayon (şəhər) hərbi komissarları;
2) bu Məcəllənin 123-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalara görə—hərbi avtomobil müfəttişliyinin vəzifəli şəxsləri, rəis və ya rəis müavini, hərbi ixtisas komissiyasının sədri, böyük inspektor, inspektor, habelə müəyyən edilmiş qaydada hərbi avtomobil müfəttişliyinin ştatdankənar müfəttişi təyin olunan zabitlər, gizirlər və miçmanlar—xəbərdarlıq etmək.
Azərbaycan Respublikası Silahlı Qüvvələri nəqliyyat vasitələrinin sürücüləri—hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədilmiş və törədilməsinə görə inzibati tənbeh kimi yalnız cərimə nəzərdə tutulan pozuntular haqqında materiallar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən, hüquqpozmanı törədənləri məsuliyyətə cəlb etmək məsələsini həll etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada hərbi avtomobil müfəttişliyi tərəfindən müvafiq komandirlərə (rəislərə) verilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri nəqliyyat vasitəsinin sürücüsü qüvvədə olan qanunvericiliyə uyğun olaraq, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə inzibati tənbeh qoyula bilən pozuntu törətdikdə, hərbi avtomobil müfəttişliyinin vəzifəli şəxsi tərəfindən sürücünün sürücülük vəsiqəsi bu Məcəllənin 253-cü maddəsinin dördüncü hissəsində müəyyən edilmiş qaydada alınır. Həmin vəsiqə yol hərəkəti qaydalarının pozulması haqqında protokolla birlikdə hərbi avtomobil müfəttişliyi tərəfindən dövlət avtomobil müfəttişliyinə verilir (3, 20, 52).
Maddə 224. Dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr—1992-ci il 11 noyabr tarixli qanunla yeni redaksiyada
Dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr bu Məcəllənin 42-ci maddəsində, 43-cü maddəsində (dəmir yolu nəqliyyatında törədilmiş pozuntular istisna edilməklə), 80—85-ci maddələrində (bunlar atmosfer havasının mühafizəsinə dair sanitariya-gigiyena qaydalarının və normalarının pozuntuları olduqda) və 87-ci maddəsində (dövlət sanitariya nəzarətini həyata keçirən orqanların göstərişlərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
1) sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının və normalarının pozulmasına görə (atmosfer havasının mühafizəsi qaydalarının və normalarının pozulmasından başqa) Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi və onun müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri bir aylıq vəzifə maaşı məbləğində cərimə etmək, göstərilən qaydaların və normaların hava nəqliyyatında pozulmasına görə—vətəndaşları minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxsləri iki aylıq vəzifə maaşı məbləğində cərimə etmək, Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimi və onun müavinləri, rayon bölgüsü olan şəhərlərin baş dövlət sanitariya həkimləri və onların müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri bir aylıq vəzifə maaşı məbləğində cərimə etmək; rayon bölgüsü olmayan şəhərlərin, rayonların baş dövlət sanitariya həkimləri və onların müavinləri, hava və su nəqliyyatında baş dövlət sanitariya həkimləri və onların müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri bir aylıq vəzifə maaşı məbləğində cərimə etmək; göstərilən qaydaların və normaların hava nəqliyyatında pozulmasına görə—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri iki aylıq vəzifə maaşı məbləğində cərimə etmək;
2) atmosfer havasının mühafizəsinə dair sanitariya-gigiyena qaydalarının və normalarının pozulmasına görə—Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi və onun müavinləri vətəndaşları minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək miqdarda, vəzifəli şəxsləri üç aylıq vəzifə maaşı məbləğində cərimə etmək; Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimləri və onun müavinləri, rayon bölgüsü olan şəhərlərin baş dövlət sanitariya həkimləri—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri üç aylıq vəzifə maaşı məbləğində cərimə etmək; rayon bölgüsü olmayan şəhərlərin, rayonların baş dövlət sanitariya həkimləri və onların müavinləri, hava və su nəqliyyatında baş dövlət sanitariya həkimləri və onların müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxsləri üç aylıq vəzifə maaşı məbləğində cərimə etmək (10, 27, 29, 35, 48).
Maddə 224-1. Dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti həyata keçirən orqanlar—1997-ci il 10 iyun tarixli 315-IQD saylı qanunla əlavə edilmişdir.
Dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti həyata keçirən orqanlar bu Məcəllənin 155-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalara dair işlərə baxırlar.
İnzibati hüquqpozmalara dair işlərə dərman vasitələrinin keyfiyyətinə və təhlükəsizliyinə nəzarəti həyata keçirən orqanlar adından baxmağa və inzibati tənbeh etməyə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin ixtiyarı vardır. (47)
Maddə 225. Müdafiə, daxili işlər və milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının sanitariya nəzarətini həyata keçirən tibbi xidmət orqanları—1998-ci il 6 mart tarixli 454-IQD nömrəli qanunla yeni redaksiyada
Müdafiə, daxili işlər və milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının sanitariya nəzarətini həyata keçirən tibbi xidmət orqanları bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında (o cümlədən, atmosfer havasının mühafizəsinə dair sanitariya-gigiyena qaydaları və normalarının pozuntuları haqqında) işlərə baxırlar.
Müdafiə, daxili işlər və milli təhlükəsizlik sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan obyektlərdə sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydalarının pozulmasına görə—
- minimum əmək haqqı məbləğinin on beş mislinədək miqdarda cərimə qoyulur (27, 35, 52).
Maddə 226. Dövlət baytarlıq nəzarəti orqanları—1992-ci il 18 avqust tarixli qanunla yeni redaksiyada
Dövlət baytarlıq nəzarəti orqanları bu Məcəllənin 104, 105, 106, 107-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət baytarlıq nəzarəti orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- Azərbaycan Respublikasının Baş dövlət baytar inspektoru və onun müavinləri—vətəndaşları minimum əmək haqqı məbləğinin səkkiz mislindən on mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə etmək;
- Naxçıvan Muxtar Respublikasının, Bakı şəhərinin baş dövlət baytar inspektorları, dəmiryollarının və hövzələrin baş dövlət baytar inspektorları—vətəndaşları minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on iki mislindən on beş mislinədək cərimə etmək;
- şəhərlərin, rayonların dövlət baytar inspektorları, sərhəd baytarlıq nəzarəti məntəqələrinin rəisləri, dezinfeksiya-yuyub-təmizləmə stansiyalarında və məntəqələrində baytarlıq nəzarəti rəisləri, sahə baytarlıq müalicəxanalarının, baytarlıq sahələrinin müdirləri, nəqliyyat baytarlıq-sanitariya sahələrinin rəisləri, baytarlıq sanitariya ekspertizası laboratoriyalarının müdirləri—vətəndaşları minimum əmək haqqı məbləğinin dörd mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə etmək.
Dövlət baytarlıq nəzarəti orqanlarının vəzifəli şəxsləri aşağıdakı yerlərdə cərimə tuta bilərlər:
1) bazarlarda—heyvan (o cümlədən quş, balıq, arı), heyvanlardan alınan məhsul və xammal, digər yeyinti məhsulları ticarətinin baytarlıq-sanitariya qaydalarının pozulmasına görə;
2) dəmir yolu, su və hava nəqliyyatında, şose və torpaq yollarda, heyvanların sürüldüyü yollarda—heyvanların (o cümlədən quşların, balıqların və arıların), heyvanlardan alınan məhsulların və xammalın daşınmasının baytarlıq-sanitariya qaydalarının, habelə mal-qaranın sürülməsi qaydalarının pozulmasına görə;
3) dövlət sərhədində—respublikanın ərazisini digər dövlətlərdən yoluxa biləcək heyvan xəstəliklərindən (o cümlədən quş, balıq, arı xəstəliklərindən) qorumaq haqqında baytarlıq-sanitariya qaydalarının pozulmasına görə (8, 27, 35, 52).
Maddə 227. Su ehtiyatlarını mühafizə orqanları
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi sisteminin suların işlədilməsinin tənzimlənməsi və mühafizəsi üzrə orqanları bu Məcəllənin 50 və 61-ci maddələrində, 60, 62, 63-cü maddələrində (yeraltı suların çirkləndirilməsi və zibillənməsi halları və ya suyığılan yerlərdə su mühafizə rejiminin həmin suların çirklənməsinə səbəb olmuş pozuntuları istisna edilməklə) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sisteminin orqanları bu Məcəllənin 60, 62, 63-cü maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə yeraltı suların çirkləndiyi və zibilləndiyi, yaxud suyığılan yerlərdə su mühafizə rejiminin pozulduğu və bunun həmin suları çirkləndirdiyi hallarda baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə bu maddənin birinci hissəsində göstərilən orqanlar adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- suların işlədilməsinin tənzimlənməsi və mühafizəsi üzrə Azərbaycan Respublikası baş dövlət inspektoru və onun müavinləri, suların işlədilməsinin tənzimlənməsi və mühafizəsi üzrə Azərbaycan Respublikası baş dövlət inspektoru və onun müavinləri, suların işlədilməsinin tənzimlənməsi və mühafizəsi üzrə baş dövlət hövzə (ərazi) inspektorları və onların müavinləri; Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yeraltı suların mühafizəsinə nəzarət məsələlərinə baxan müavini, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Hidrogeologiya İşləri İdarəsinin rəisi—vətəndaşların minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on iki mislindən on yeddi mislinədək miqdarda cərimə etmək;
- müvafiq icra hakimiyyəti orqanları—vətəndaşları minimum əmək haqqı məbləğinin iki mislindən beş mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə etmək. (27, 35, 52)
Maddə 228. Balıq mühafizə orqanları—1985-ci il 14 noyabr tarixli fərmanla yeni redaksiyada
Balıq mühafizə orqanları bu Məcəllənin 88-ci maddəsinin birinci hissəsində (balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə balıq mühafizə orqanları adından baxmağa və inzibati tənbeh etməyə Azərbaycan Respublikası Balıqçılıq Təsərrüfatı nazirliyinin Baş Balıq Ehtiyatlarını Mühafizə, Artırma və balıq Ovununu Tənzimləmə İdarəsi rəisinin və onun müavinlərinin, balıq ehtiyatlarını mühafizə, artırma və balıq ovunu tənzimləmə hövzə idarələri rəislərinin və onların müavinlərinin, göstərilən hövzə idarələrinin balıq mühafizə şöbələri rəislərinin, balıq mühafizə orqanları böyük inspektorlarının və rayon inspektorlarının ixtiyarı vardır (3, 52).
Maddə 229. Meşə təsərrüfatı orqanları
Meşə təsərrüfatı orqanları bu Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə meşə təsərrüfatı orqanları adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı—vətəndaşları minimum əmək haqqı məbləğinin beş mislindən yeddi mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on iki mislindən on yeddi mislinədək miqdarda cərimə etmək.
Azərbaycan Respublikası Meşə Təsərrüfatı Nazirliyi meşə mühafizə və qoruma şöbəsinin böyük mühəndisləri və mühəndisləri, meşə təsərrüfatlarının və digər dövlət meşə təsərrüfat müəssisələri və təşkilatlarının meşələri mühafizə və qoruma böyük mühəndisləri və mühəndisləri, meşə meliorasiya stansiyalarının meşəçiləri və istehsal sahələrinin rəisləri—vətəndaşları minimum əmək haqqı məbləğinin üç mislindən beş mislinədək miqdarda, vəzifəli şəxsləri minimum əmək haqqı məbləğinin on mislindən on dörd mislinədək miqdarda cərimə etmək; bu abzasda göstərilən şəxslər vətəndaşlardan minimum əmək haqqı məbləğinin iki mislindən dörd mislinədək miqdarda miqdarda cəriməni pozuntu yerində ala bilərlər (3, 27, 35, 52).
Maddə 229-1. Dövlət hidrometeorologiya xidməti orqanları—1999-cu il 30 mart tarixli 639-IQD saylı qanunla əlavə edilmişdir.
Dövlət hidrometeorologiya xidməti orqanları bu Məcəllənin 79-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar. (61)
Maddə 230. Ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanlar
Ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanlar bu Məcəllənin 88-ci maddəsində (ov qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanlar adından baxmağa və inzibati tənbeh etməyə ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən respublika (Azərbaycan Respublikası və Naxçıvan MR), vilayət və rayon orqanları rəhbərlərinin ixtiyarı vardır (3, 52).
Maddə 230-1. Dövlət torpaq orqanları—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar bu Məcəllənin 99-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar adından baxmağa və inzibati tənbeh etməyə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi sədrinin və onun müavinlərinin ixtiyarı vardır (27).
Maddə 231. Azərbaycan Respublikası Rabitə Nazirliyi sisteminin dövlət elektrik rabitə inspeksiyası orqanları
Azərbaycan Respublikası Rabitə Nazirliyi sisteminin dövlət elektrik rabitə inspeksiyasının orqanları bu Məcəllənin 144-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə bu maddənin birinci hissəsində göstərilmiş orqanlar adından baxmağa və inzibati tənbeh etməyə aşağıdakıların ixtiyarı vardır:
- Azərbaycan Respublikası Rabitə Nazirliyi dövlət elektrik rabitə inspeksiyasının rəisi, Naxçıvan MR rabitə istehsal texniki idarələrinin dövlət elektrik rabitə inspeksiyalarının rəisləri. (52)
Maddə 232. Dövlətkəndtexnəzarət orqanları
Dövlətkəndtexnəzarət orqanları bu Məcəllənin 103-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlətkəndtexnəzarət orqanları adından baxmağa və inzibati tənbeh etməyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı kənd təsərrüfatı idarələrinin dövlətkəndtexnəzarət inspeksiyaları mühəndis-inspektorlarının ixtiyarı vardır. (52)
Maddə 232-1. Dövlət statistika orqanları—1995-ci il 16 may tarixli qanunla əlavə edilmişdir.
Dövlət statistika orqanları bu Məcəllənin 162-5 və 162-7-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət statistika orqanları adından baxmağa və tənbeh etməyə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və rayon, şəhər statistika idarə və şöbələri rəhbərlərinin ixtiyarı vardır (34, 35).
Maddə 233. Kiçik gəmilər üzrə dövlət inspeksiyası
Kiçik gəmilər üzrə Azərbaycan Respublikası dövlət inspeksiyası bu Məcəllənin 116-cı maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxır. (52)
Maddə 233-1. Dövlət vergi xidməti orqanları—1992-ci il 18 avqust tarixli qanunla əlavə edilmişdir.
Dövlət vergi xidməti orqanları bu Məcəllənin 162, 162-1, 162-2, 162-3, 162-4, 162-6-cı maddələrində, 163-cü maddənin birinci və ikinci hissələrində, 163-1, 163-3-cü maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət vergi xidməti orqanları adından baxmağa və tənbeh etməyə dövlət vergi müfəttişlikləri rəislərinin ixtiyarı vardır (27, 35, 49).
Maddə 233-2. Dövlət damazlıq xidməti orqanları—1997-ci il 7 fevral tarixli qanunla əlavə edilmişdir.
Dövlət damazlıq xidməti orqanları bu Məcəllənin 107-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar (43).
Maddə 233-3. Dövlət bitki karantini xidməti orqanları—1997-ci il 7 fevral tarixli qanunla əlavə edilmişdir.
Dövlət bitki karantini xidməti orqanları bu Məcəllənin 100-cü və 101-ci maddələrində (bu maddədə nəzərdə tutulmuş «materiallar» bitki karantini nəzarətində olan bitki mənşəli məhsullar olduqda) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə bitki karantini xidməti orqanı adından baxmağa və tənbeh etməyə dövlət karantini xidməti orqanının vəzifəli şəxslərinin ixtiyarı vardır (42).
Maddə 233-4. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirən orqanlar—1996-cı il 4 fevral tarixli qanunla əlavə edilmişdir.
Dövlət standartlarının tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirən orqanlar bu Məcəllənin 179-cu maddəsində (həmin maddənin birinci hissəsinin 1, 2, 7, 9-cu bəndləri istisna olmaqla) nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar (39).
Maddə 233-5. Dövlət bitki mühafizəsi xidməti orqanları—1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanunla əlavə edilmişdir.
Dövlət bitki mühafizəsi xidməti orqanları bu Məcəllənin 101-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət bitki mühafizəsi xidməti orqanları adından baxmağa və tənbeh etməyə dövlət bitki mühafizəsi xidməti orqanlarının vəzifəli şəxslərinin ixtiyarı vardır. (48)
Maddə 233-6. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən orqan—1998-ci il 21 aprel tarixli 486-IQD nömrəli qanunla əlavə edilmişdir.
Məcburi dövlət sosial sığortası sahəsində müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 163-5-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxır. (55)
Maddə 233-7. Reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqanlar —1999-cu il 2 aprel tarixli 647-IQD saylı qanunla əlavə edilmişdir.
Reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqanlar bu Məcəllənin 179-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar. (64)
Maddə 233-8. Dövlət geodeziya və kartoqrafiya xidməti orqanları—1999-cu il 30 mart tarixli 636-IQD nömrəli qanunla əlavə edilmişdir.
Dövlət geodeziya və kartoqrafiya xidməti orqanları bu Məcəllənin 90-1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxırlar.
İnzibati hüquqpozmalar haqqında işlərə dövlət geodeziya və kartoqrafiya xidməti orqanları adından baxmağa və inzibati tənbeh etməyə həmin orqanların geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərinin ixtiyarı vardır. (59)
Ətraf mühitin mühafizəsi sahəsində və istehsalat və məişət tullantıları ilə bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 85-ci (sanitariya-gigiyena qaydalarının pozulması hallarından başqa) və 85-1-ci və 87-8-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə öz səlahiyyəti daxilində baxır (67, 72).
Maddə 233-10. Dövlət sığorta nəzarəti orqanı - 2000-ci il 16 may tarixli 883-IQD nömrəli qanunla əlavə edilmişdir.
Dövlət sığorta nəzarəti orqanı bu Məcəllənin 163-7-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxır. (71)
IV bölmə. İnzibati hüquqpozmalar haqqında işlərin icraatı
17-ci fəsil. Əsas müddəalar
Maddə 234. İnzibati hüquqpozmalar haqqında işlərin icraatının vəzifələri
İnzibati hüquqpozmalar haqqında işlərin icraatının vəzifələri hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, işi qanunvericiliyə tam uyğun şəkildə həll etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati hüquqpozmalar törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkara çıxarmaqdan, hüquqpozmaların qarşısını almaqdan, vətəndaşları qanunlara əməl etmək ruhunda tərbiyələndirməkdən, qanunçuluğu möhkəmləndirməkdən ibarətdir. (52)
Maddə 235. İnzibati hüquqpozmalar haqqında işlərin icraat qaydası
İnzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlarda (vəzifəli şəxslər tərəfindən) inzibati hüquqpozmalar haqqında işlərin icraat qaydası inzibati hüquqpozmalar haqqında bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qərarları ilə müəyyən edilir.
İnzibati hüquqpozmalar haqqında işlər üzrə xalq məhkəmələrində icraat qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. (52)
Maddə 236. İnzibati hüquqpozma haqqında işin icraatını istisna edən hallar
Aşağıdakı hallarda inzibati hüquqpozma haqqında işin icraatına başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir:
1) inzibati hüquqpozma hadisəsi və tərkibi olmadıqda;
2) inzibati hüquqpozma törədilən vaxt şəxs on altı yaşına çatmadıqda;
3) hüquqa zidd hərəkət, yaxud hərəkətsizlik etmiş şəxs anlaqsız olduqda;
4) şəxs son zərurət və ya zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;
5) inzibati tənbeh tətbiq olunmasını aradan qaldıran amnistiya aktı qəbul edildikdə;
6) inzibati məsuliyyət müəyyən edən akt ləğv olunduqda;
7) inzibati hüquqpozma haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər qurtardıqda;
8) inzibati məsuliyyətə cəlb edilən şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud həmin iş üzrə inzibati tənbeh etmək hüququ olan orqan (vəzifəli şəxs) materialları yoldaşlıq məhkəməsinə vermişsə, yoldaşlıq məhkəməsinin ləğv edilməmiş qərarı olduqda, yaxud inzibati hüquqpozma haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi olduqda;
9) barəsində işin icraatı başlanmış şəxs öldükdə.
Maddə 237. İnzibati hüquqpozma haqqında işə vətəndaşların bərabərliyi əsasında baxılması
İnzibati hüquqpozma haqqında işə mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən və başqa hallardan asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında və işə baxan orqan qarşısında bərabərliyi əsasında baxılır.
Maddə 238. İnzibati hüquqpozma haqqında işə açıq baxılması
İnzibati hüquqpozma haqqında işə açıq baxılır.
İnzibati hüquqpozma haqqında işlərin icraatının tərbiyəvi və xəbərdarlıq rolunu yüksəltmək məqsədilə, belə işlərə pozuntu törətmiş şəxsin bilavasitə işlədiyi əmək kollektivində, təhsil aldığı və ya yaşadığı yerdə baxıla bilər.
Maddə 239. İnzibati hüquqpozma haqqında işlərin icraatı zamanı qanunların icrasına prokuror nəzarəti
Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati hüquqpozma haqqında işlərin icraatı zamanı qanunların icrasına nəzarət edərkən, prokurorun ixtiyarı vardır ki, inzibati hüquqpozma haqqında icraata başlasın; işin materialları ilə tanış olsun; işin icraatı zamanı orqanların (vəzifəli şəxslərin) hərəkətlərinin qanuni olub-olmadığını yoxlasın; işə baxılmasında iştirak etsin; işə baxılması zamanı meydana çıxan məsələlər üzrə vəsatətini bildirsin; rəy versin; inzibati hüquqpozmalara görə müvafiq orqanlar (vəzifəli şəxslər) tərəfindən təsir tədbirlərinin düzgün tətbiq edilib-edilmədiyini yoxlasın; inzibati hüquqpozma haqqında işə dair şikayət barəsində qərardan protest versin; qərarın icrasını dayandırsın, habelə qanunla nəzərdə tutulmuş digər hərəkətlər etsin. (52)
Maddə 240. Sübutlar
İnzibati hüquqpozmanın olub-olmadığını, inzibati hüquqpozma törətməkdə şəxsin təqsirkarlığını və işin düzgün həlli üçün əhəmiyyəti olan başqa halları qanunla müəyyən edilmiş qaydada aşkara çıxararkən, orqanların (vəzifəli şəxslərin) əsas götürdükləri hər cür faktik məlumat inzibati hüquqpozma haqqında iş üzrə sübutlar sayılır.
Bu məlumat aşağıdakı vasitələrlə müəyyən edilir: inzibati hüquqpozma haqqında protokolla, inzibati məsuliyyətə cəlb edilən şəxsin izahatı, zərər çəkənin, şahidlərin ifadələri, ekspertin rəyi ilə, maddi sübutlarla, şeylərin və sənədlərin alınması haqqında protokolla, habelə başqa sənədlərlə.
Maddə 241. Sübutlara qiymət verilməsi
İnzibati hüquqpozma haqqında işə baxan orqan (vəzifəli şəxs) sübutlara işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanan daxili inamına görə, qanunu və hüquq düşüncəsini rəhbər tutmaqla qiymət verir. (52)
Maddə 242. Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi
Əgər işə baxarkən, orqan (vəzifəli şəxs) bu nəticəyə gəlsə ki, pozuntuda cinayət əlamətləri vardır, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verir.
18-ci fəsil. İnzibati hüquqpozma haqqında protokol
Maddə 243. İnzibati hüquqpozma haqqında protokol
İnzibati hüquqpozma törədilməsi haqqında səlahiyyətli vəzifəli şəxs, yaxud ictimai təşkilatın və ya ictimai özfəaliyyət orqanının nümayəndəsi tərəfindən protokol tərtib edilir. Bu Məcəllənin 246-cı maddəsində nəzərdə tutulmuş hallarda protokol tərtib edilmir.
Maddə 244. İnzibati hüquqpozma haqqında protokolun məzmunu
İnzibati hüquqpozma haqqında protokolda bunlar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, onu tərtib etmiş şəxsin vəzifəsi, familiyası, adı, atasının adı; pozuntu törədənin şəxsiyyəti haqqında məlumat; inzibati hüquqpozma törədildiyi yer, vaxt və pozuntunun mahiyyəti; həmin hüquqpozmaya görə məsuliyyət nəzərdə tutan normativ akt; şahidlər və zərər çəkənlər varsa, onların familiyaları, ünvanları; pozuntu törədənin izahatı; işin həlli üçün zəruri olan başqa məlumat.
Protokol onu tərtib etmiş şəxs və inzibati hüquqpozma törətmiş şəxs tərəfindən imzalanır; şahidlər və zərər çəkənlər olduqda protokol həmin şəxslər tərəfindən də imzalana bilər.
Hüquqpozma törətmiş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd yazılır. Hüquqpozma törətmiş şəxsin izahat və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək ixtiyarı vardır; onun bu izahat və mülahizələri protokola əlavə olunur.
Protokol tərtib edilərkən, pozuntu törətmiş şəxsə onun bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir, bu barədə protokolda qeyd edilir.
Maddə 245. Protokolun göndərilməsi
Protokol inzibati hüquqpozma haqqında işə baxmağa səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilir.
Maddə 246. İnzibati hüquqpozma haqqında protokolun tərtib edilmədiyi hallar
Bu Məcəllənin 79-cu maddəsində (cərimənin məbləği minimum əmək haqqı məbləğinin dörd mislindən artıq olmadıqda), 104, 107-ci maddələrində (226-cı maddənin üçüncü hissəsində göstərilmiş hüquqpozmalara görə), 108-ci maddəsinin beşinci hissəsində, 109-cu maddəsinin ikinci hissəsində, 109-1-ci maddəsində, 115-ci maddəsinin ikinci hissəsində, 118-1-ci maddəsində, 123-cü maddəsinin üçüncü hissəsində, 127-ci maddəsinin birinci və üçüncü hissələrində, 132—134-cü maddələrində, habelə 119-cu maddəsində, 120-ci maddəsinin birinci hissəsində, 127-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar törədildikdə, habelə qanunvericiliyə müvafiq surətdə cərimənin hüquqpozma törənən yerdə qoyulduğu və tutulduğu, xəbərdarlığın isə rəsmiləşdirildiyi digər hallarda protokol tərtib edilmir.
Pozuntu törətmiş şəxs bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsinə görə ona verilən tənbehə etiraz etdikdə, bu Məcəllənin 243-cü maddəsinə müvafiq surətdə protokol tərtib olunur (3, 10, 20, 30, 52).
Maddə 247. Pozuntu törətmiş şəxsin gətirilməsi
İnzibati hüquqpozma haqqında protokolun tərtibi vacibdirsə, onun yerində tərtibi mümkün olmadıqda, protokolu tərtib etmək məqsədilə, pozuntu törətmiş şəxs polis işçisi tərəfindən polisə aparıla bilər.
Nəqliyyat vasitələrindən istifadə qaydaları, qaydanı mühafizə və hərəkət təhlükəsizliyi qaydaları, nəqliyyatda yüklərin qorunmasının təmin edilməsinə yönəldilmiş qaydalar, yanğın təhlükəsizliyi qaydaları, nəqliyyatda sanitariya-gigiyena və sanitariya-epidemiyadan mühafizə qaydaları pozulduqda, pozuntu törətmiş şəxs onun şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda və onun haqqında lazımi məlumat verə bilən şahidlər olmadıqda, səlahiyyətli şəxs tərəfindən polisə gətirilə bilər.
Meşə pozuntuları törədildikdə və ya ov qaydaları, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda və heyvanlar aləminin mühafizəsi və ondan istifadə haqqında qanunvericiliyin digər pozuntuları törədildikdə pozuntu törədənin şəxsiyyəti pozuntu törədilmiş yerdə müəyyən edilə bilmədikdə, protokol tərtib edilməsi məqsədilə o, dövlət və idarə meşə mühafizə işçiləri, kolxoz meşələrində isə kolxozların və ya kolxozlararası meşə təsərrüfatlarının (meşəçiliyin) işçiləri, ov qaydalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların, balıq mühafizə orqanlarının səlahiyyətli vəzifəli şəxsləri, heyvanlar aləminin mühafizəsi və ondan istifadə üzərində dövlət və idarə nəzarətini həyata keçirən digər orqanların vəzifəli şəxsləri, qoruqların və xüsusilə qorunan başqa ərazilərin vəzifəli şəxsləri, habelə polis işçiləri tərəfindən polisə və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının binasına gətirilə bilər. Pozuntu törədəni, habelə təbiəti mühafizə ictimai inspektorları, ictimai ov inspektorları, balıq mühafizə orqanlarının ictimai inspektorları və ictimai meşə inspektorları da gətirə bilərlər.
Mühafizə olunan obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar hüquqpozmalar törədildikdə, pozuntu törətmiş şəxs hüquqpozmaların qarşısını almaq, pozuntu törədənin şəxsiyyətini müəyyənləşdirmək və hüquqpozma haqqında protokol tərtib etmək üçün hərbiləşdirilmiş mühafizə dəstəsinin işçiləri tərəfindən hərbiləşdirilmiş mühafizə dəstəsinin xidmət binasına və ya polisə gətirilə bilər.
Pozuntu törətmiş şəxs mümkün qədər qısa müddətdə gətirilməlidir.
Gətirilmiş şəxs bir saatdan çox saxlanıla bilməz (3, 52).
19-cu fəsil. İnzibati qaydada tutma, şeylərin yoxlanması, şeylərin və sənədlərin alınması
Maddə 248. İnzibati hüquqpozmalar haqqında işlərin icraatını təmin etmək tədbirləri
Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmuş hallarda, digər təsir tədbirləri olmadıqda, inzibati hüquqpozmaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, inzibati hüquqpozma haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, düzgün baxılmasını, inzibati hüquqpozmalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədilə şəxs barəsində inzibati qaydada tutma, şəxsi axtarış, şeylərin yoxlanması, şeylərin və sənədlərin alınması tədbirinə yol verilir.
Bu maddədə nəzərdə tutulmuş məqsədlərlə inzibati qaydada tutma, şəxsi axtarış, şeyləri yoxlama, şeyləri və sənədləri almaq qaydası bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən edilir. (52)
Maddə 249. İnzibati qaydada tutma
İnzibati qaydada tutma haqqında protokol tərtib edilir və protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, familiyası, adı və atasının adı; tutulanın şəxsiyyəti haqqında məlumat; tutmanın vaxtı və səbəbləri. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda qeyd edilir.
İnzibati hüquqpozmaya görə tutulmuş şəxsin xahişi ilə olduğu yer haqqında qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə məlumat verilir. Yetkinlik yaşına çatmayanın tutulması haqqında valideynlərinə və ya onları əvəz edən şəxslərə məlumat verilməsi məcburidir.
Maddə 250. İnzibati qaydada tutma ixtiyarı olan orqanlar (vəzifəli şəxslər)
İnzibati hüquqpozma törətmiş şəxsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyət verilmiş orqanlar (vəzifəli şəxslər), yəni aşağıdakılar inzibati qaydada tuta bilərlər:
1) daxili işlər orqanları—xırda xuliqanlıq edildikdə, yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin təşkilinin və keçirilməsinin müəyyən olunmuş qaydası pozulduqda, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkilinin və keçirilməsinin müəyyən edilmiş qaydası pozulduqda, xarici valyuta və tədiyə sənədləri ilə qanunsuz əməliyyat aparıldıqda, qanunsuz olaraq mallar və ya digər predmetlər satıldıqda, xırda alver edildikdə, şəxs ictimai yerlərdə spirtli içkilər içdikdə və ya insan ləyaqətini alçaldan və ictimai əxlaqı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə, şəxsin fahişəliklə məşğul olmasını güman etməyə əsas olduğu hallarda, yol hərəkəti qaydaları, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydaları pozulduqda, heyvanlar aləminin mühafizəsi və ondan istifadə haqqında qanunvericilik başqa şəkildə pozulduqda, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmuş digər hallarda;
2) sərhəd qoşunları—sərhəd rejimi və ya Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;
3) mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi—mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar hüquqpozmalar törədildikdə;
4) balıq mühafizə orqanları, ov qaydalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanlar və meşə təsərrüfatı orqanları—əməl olunmasına nəzarət etdikləri qaydalar pozulduqda;
5) dəmir yolu, dəniz, hava, sərnişin avtomobil nəqliyyatı və elektrik nəqliyyatı orqanları—əməl olunmasına nəzarət etdikləri qaydalar pozulduqda;
6) hərbi avtomobil müfəttişliyinin vəzifəli şəxsləri—Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya başqa şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;
7) fövqəladə vəziyyət elan olunmuş yerin komendantlığının və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri—fövqəladə vəziyyət rejimi pozulduqda (3, 8, 12, 16, 21, 25, 52).
Maddə 251. İnzibati qaydada tutma müddətləri
İnzibati hüquqpozma törətmiş şəxsin inzibati qaydada tutulması üç saatdan çox çəkə bilməz. Xüsusi zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müstəsna hallarda inzibati qaydada tutmanın başqa müddətləri müəyyən edilə bilər.
Sərhəd rejiminin və ya Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmuş şəxslər protokol tərtib edilməsi üçün üç saatadək müddətə, lazımi hallarda isə şəxsiyyəti müəyyənləşdirmək və hüquqpozmanın hallarını aydınlaşdırmaq üçün, tutma vaxtından iyirmi dörd saat keçənədək prokurora yazılı məlumat verilməklə, üç günədək müddətə və ya hüquqpozma törədənlərin şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda, prokurorun sanksiyası ilə on günədək müddətə tutula bilərlər.
Xırda xuliqanlıq törətmiş, yığıncaqların, mitinqlərin, yürüşlərin və nümayişlərin təşkili və keçirilməsi qaydasını pozmuş şəxslər işə xalq hakimi və ya daxili işlər orqanının rəisi (rəis müavini), bu Məcəllənin 175-5-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmaları törətmiş şəxslər isə, işə hakim tərəfindən baxılanadək tutula bilərlər.
İnzibati qaydada tutma müddəti pozuntu törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi andan, sərxoş halda olmuş şəxsin isə, ayıldığı vaxtdan hesablanır (16, 21, 23, 25, 31, 52).
Maddə 252. Şəxsi axtarış və şeylərin yoxlanması
Daxili işlər orqanlarının, hərbiləşdirilmiş mühafizə dəstələrinin, mülki aviasiyanın, gömrük idarələrinin və sərhəd qoşunlarının, Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmuş hallarda isə, habelə səlahiyyətli digər orqanların səlahiyyətli vəzifəli şəxsləri şəxsi axtarış apara bilərlər.
Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparıla bilər.
Şeylər daxili işlər orqanlarının, hərbiləşdirilmiş mühafizə dəstələrinin, mülki aviasiyanın, gömrük idarələrinin, sərhəd qoşunlarının, meşə mühafizə orqanlarının balıq mühafizə orqanlarının, ov qaydalarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanların, Azərbaycan Respublikasının qanunvericilik aktlarında bilavasitə nəzərdə tutulmuş hallarda isə, habelə səlahiyyətli digər orqanların vəzifəli şəxsləri tərəfindən yoxlanıla bilər.
Şeylər, əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və digər predmetlər, bir qayda olaraq, bunların mülkiyyətçisi və ya sahibi olan şəxsin iştirakı ilə yoxlanılır. Təxirə salına bilməyən hallarda göstərilən şeylər, predmetlər mülkiyyətçi (sahib) olmadan iki hal şahidinin iştirakı ilə yoxlanıla bilər.
Şəxsi axtarış və şeylərin yoxlanması barəsində protokol tərtib olunur, yaxud inzibati hüquqpozma haqqında protokolda və ya inzibati qaydada tutuma haqqında protokolda müvafiq qeyd edilir.
Gömrük idarələrində şəxsi axtarış və şeylərin yoxlanması Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş qaydada aparılır (3, 52).
Maddə 253. Şeylərin və sənədlərin alınması
Hüquqpozmanın aləti və ya bilvasitə obyekti olan, tutulma, şəxsi axtarış və ya şeylərin yoxlanması zamanı tapılan şeylər və sənədlər bu Məcəllənin 250 və 252-ci maddələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri tərəfindən alınır. Alınmış şeylər və sənədlər inzibati hüquqpozma haqqında işə baxılanadək, şeyləri və sənədləri almaq hüququ verilmiş orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanır, işə baxıldıqdan sonra isə, işə baxılması nəticələrindən asılı olaraq, bunlar müəyyən edilmiş qaydada müsadirə olunur və ya sahibinə qaytarılır, yaxud məhv edilir, ödənişlə alındıqda isə satılır.
Kontrabanda predmetləri tutulduqda, kontrabanda ilə məşğul olmuş şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdursa, cərimə alınmasını təmin etmək üçün həmin şəxsdən şeylərin (qiymətli şeylərin) alınmasına icazə verilir.
Şeylər və sənədlər alındıqda, bu barədə protokol tərtib olunur, yaxud inzibati hüquqpozma haqqında şeylərin yoxlanması və ya inzibati qaydada tutma haqqında protokollarda müvafiq qeyd edilir.
Bu Məcəlləyə uyğun olaraq, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə inzibati tənbeh tədbiri görülə bilən pozuntular törədildikdə, iş üzrə qərar çıxarılanadək sürücünün sürücülük vəsiqəsi alınır və nəqliyyat vasitəsini idarə etmək üçün müvəqqəti icazə verilir, bu barədə hüquq pozuntusu haqqında protokolda qeyd edilir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə haqqında qərar çıxarıldıqda sürücülük vəsiqəsi qaytarılmır, müvəqqəti icazəsinin qüvvədəolma müddəti şikayətin verilməsi üçün müəyyən edilmiş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək uzadılır.
Bu Məcəllənin 166, 181, 182, 184 və 185-ci maddələrində nəzərdə tutulmuş pozuntular törədildikdə, polis işçilərinin işə baxılanadək odlu silahı, habelə döyüş sursatını almaq ixtiyarı vardır, bu barədə protokolda qeyd edilir, alınan silahın markası və ya modeli, çapı, seriyası və nömrəsi, döyüş sursatının miqdarı və növü göstərilir. Xidmət vəzifəsinin icrası zamanı hüquqpozma törədilmiş şəxs barəsində şeylər alınması, şəxsi axtarış və şeylərin yoxlanması yalnız təxirəsalınmaz hallarda tətbiq olunur.
Bu Məcəllənin 175-1-ci maddəsində nəzərdə tutulmuş pozuntular törədildikdə ordeni, medalı, Azərbaycan Respublikasının fəxri adı döş nişanını polis işçilərinin almaq ixtiyarı vardır. Hüquqpozandan alınmış orden, medal, Azərbaycan Respublikasının fəxri adının döş nişanı işə baxıldıqdan sonra onların qanuni sahibinə qaytarılır, sahibi məlum olmadıqda isə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. (2, 3, 20, 52)
Maddə 253-1. Nasazlıqları olan nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi—1989-cu il 5 may tarixli fərmanla əlavə edilmişdir.
Tormoz sistemində və ya sükan idarəsində nasazlıq olan, yaxud müvafiq icazə olmadan yenidən qurulan nəqliyyat vasitəsinin istismarı hərəkətin təhlükəsizliyi üçün qorxu törətdikdə, onun istismarı daxili işlər orqanlarının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada vəkil edilmiş vəzifəli şəxsləri tərəfindən qadağan edilir (20, 52).
Maddə 254. Nəqliyyat vasitəsinin idarə olunmasından kənaretmə və sorxoşluq vəziyyətinin müayinəsi
Nəqliyyat vasitələrini idarə edən sürücülərin və ya başqa şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onlar nəqliyyat vasitəsini idarə etməkdən kənar olunmalı və sərxoşluq vəziyyəti müəyyən olunmuş qaydada müayinə edilməlidir.
Göstərilən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdikləri qaydada sərxoşluq vəziyyətinin müayinəsinə göndərilir və müayinə olunur. (52)
Maddə 255. İnzibati qaydada tutulmadan, şeylərin və sənədlərin yoxlanmasından və alınmasından şikayət verilməsi
Əlaqədar şəxs inzibati qaydada tutulmasından, şəxsi axtarışdan, şeylərin yoxlanmasından, şeylərin və sənədlərin alınmasından yuxarı orqana (vəzifəli şəxsə) və ya prokurora şikyət verə bilər.
20-ci fəsil. İnzibati hüquqpozma haqqında işlərin icraatında iştirak edən şəxslər
Maddə 256. İnzibati məsuliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələri
İnzibati məsuliyyətə cəlb edilən şəxsin ixtiyarı vardır ki, işin materialları ilə tanış olsun, izahat versin, sübutlar təqdim etsin, vəsatətini bildirsin; işə baxılarkən vəkilin hüquqi yardımından istifadə etsin; ana dilində çıxış etsin və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etsin; iş üzrə qərardan şikayət versin. İnzibati hüquqpozma haqqında işə inzibati məsuliyyətə cəlb edilən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və vaxtının ona vaxtında bildirildiyi haqqında məlumat olsun və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət alınmamış olsun.
Bu Məcəllənin 52, 143, 164-cü maddələrində, 171-ci maddəsinin üçüncü hissəsində, 174, 175-5 və 176-cı maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxılarkən, inzibati məsuliyyətə cəlb edilən şəxsin iştirakı məcburidir. O, daxili işlər orqanının və ya hakimin çağırışı ilə gəlməkdən imtina etdikdə, daxili işlər orqanı (polis) tərəfindən gətirilə bilər.
Azərbaycan Respublikasının qanunvericiliyində inzibati məsuliyyətə cəlb edilən şəxsin işi həll edən orqana (vəzifəli şəxsin yanına) gəlməsinin məcburi olmasının digər halları da nəzərdə tutula bilər (3, 21, 25, 52, 57).3
Maddə 257. Zərər çəkmiş şəxs
İnzibati hüquqpozma nəticəsində mənəvi, fiziki ziyan və ya əmlak ziyanı dəymiş şəxs zərər çəkmiş şəxs sayılır.
Zərər çəkmiş şəxsin işin bütün materialları ilə tanış olmaq, vəsatətini bildirmək, inzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət vermək hüququ vardır.
Zərər çəkmiş şəxs bu Məcəllənin 260-cı maddəsinə müvafiq surətdə şahid kimi dindirilə bilər.
Maddə 258. Qanuni nümayəndələr
İnzibati məsuliyyətə cəlb edilən şəxs və zərər çəkmiş şəxs yetkinlik yaşına çatmayan şəxslər və ya öz fiziki, yaxud psixi qüsurlarına görə inzibati hüquqpozma haqqında işlər üzrə hüquqlarını özləri həyata keçirə bilməyən şəxslər olduqda, həmin şəxslərin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin (valideynlərin, övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) ixtiyarı vardır.
Maddə 259. Vəkil
İnzibati məsuliyyətə cəlb edilən şəxsə hüquqi yardım göstərmək üçün vəkil inzibati hüquqpozma haqqında işə baxılmasında iştirak edə bilər.
İnzibati hüquqpozma haqqında işə baxılmasında iştirak edən vəkilin ixtiyarı vardır ki, işin bütün materialları ilə tanış olsun; vəsatət versin; onu dəvət edən şəxsin tapşırığı ilə iş üzrə qərardan həmin şəxs adından şikayət versin.
Vəkilin səlahiyyəti hüquq məsləhətxanası tərəfindən verilən orderlə təsdiq edilir.4
Maddə 260. Şahid
İnzibati hüquqpozma haqqında iş üzrə müəyyən edilməli hər hansı bir haldan xəbərdar ola bilən hər bir şəxs həmin iş üzrə şahid kimi çağırıla bilər.
Şahid icraatında iş olan orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru ifadələr verməyə, iş üzrə ona nə məlumdursa, hamısını bildirməyə və suallara cavab verməyə borcludur.
Maddə 261. Ekspert
Ekspert icraatında inzibati hüquqpozma haqqında iş olan orqan (vəzifəli şəxs) tərəfindən, xüsusi biliyə ehtiyac yarandığı halda təyin edilir.
Ekspert çağırış üzrə gəlməyə və qarşısında qoyulmuş məsələlər üzrə obyektiv rəy verməyə borcludur.
Ekspertin aşağıdakılara ixtiyarı vardır:
1) işin ekspertiza predmetinə aid materialları ilə tanış olmaq;
2) rəy vermək üçün zəruri olan əlavə materialların ona təqdim edilməsi haqqında vəsatətini bildirmək;
3) məsuliyyətə cəlb edilən şəxsə, zərər çəkmiş şəxsə, şahidlərə icraatında inzibati hüquqpozma haqqında iş olan orqanın (vəzifəli şəxsin) icazəsi ilə ekspertiza predmetinə aid suallar vermək;
4) işə baxılarkən iştirak etmək.
Maddə 262. Tərcüməçi
Tərcüməçi, icraatında inzibati hüquqpozma haqqında iş olan orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir.
Tərcüməçi, orqanın (vəzifəli şəxs) çağırışı ilə gəlməyə və ona tapşırılan tərcüməni tam və dəqiq yerinə yetirməyə borcludur.
Maddə 263. Zərər çəkənlərə, şahidlərə, ekspertlərə və tərcüməçilərə ödənilməli məbləğ
İcraatında inzibati hüquqpozma haqqında iş olan orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin və tərcüməçilərin çəkdikləri xərclər müəyyən edilmiş qaydada ödənilir.
İcraatında inzibati hüquqpozma haqqında iş olan orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, ekspert və tərcüməçi kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.
21-ci fəsil. İnzibati hüquqpozmalar haqqında işlərə baxılması
Maddə 264. İnzibati hüquqpozmalar haqqında işin baxılmağa hazırlanması
Orqan (vəzifəli şəxs) inzibati hüquqpozma haqqında işə baxılmağa hazırlıq görülərkən aşağıdakı məsələləri həll edir:
1) həmin işə baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını;
2) inzibati hüquqpozma haqqında protokolun və işin digər materiallarının düzgün tərtib edilib-edilmədiyini;
3) işə baxılmasında iştirak edən şəxslərə işə baxılmasının vaxtı və yeri haqqında məlumat verilib-verilmədiyini;
4) lazımi əlavə materialların tələb edilib-edilmədiyini;
5) inzibati məsuliyyətə cəlb edilən şəxsin, zərər çəkmiş şəxsin, qanuni nümayəndələrin və vəkilin vəsatətləri haqqında məsələni.
Maddə 265. İnzibati hüquqpozma haqqında işə baxılması yeri
İnzibati hüquqpozma haqqında işə onun törədildiyi yerdə baxılır.
Bu Məcəllənin 119—124, 128, 129-cu maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə nəqliyyat vasitələrinin qeydiyyatda olduğu yerdə də baxıla bilər.
Bu Məcəllənin 169-cu maddəsində, 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə onların törədildiyi yerdə və ya pozuntu törətmiş şəxsin yaşadığı yerdə baxılır.
İnzibati hüquqpozmalar haqqında işlərə inzibati komissiyalar və yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar tərəfindən, pozuntu törətmiş şəxsin yaşadığı yerdə baxılır.
Azərbaycan Respublikasının qanunvericiliyində inzibati hüquqpozma haqqında işə başqa yerdə baxılması da nəzərdə tutula bilər (3, 20, 26, 52).
Maddə 266. İnzibati hüquqpozmalar haqqında işlərə baxılması müddətləri
İnzibati hüquqpozmalar haqqında işə baxmağa səlahiyyəti olan orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati hüquqpozma haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır.
Bu Məcəllənin 159, 164-cü maddələrində, 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 174, 174-4 və 175-2-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə bir gün ərzində, bu Məcəllənin 143, 156-2, 157, 174-1, 174-2, 175-4 və 175-5-ci maddələrində nəzərdə tutulmuş işlərə üç gün ərzində, bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş işlərə beş gün ərzində, bu Məcəllənin 41-1—41-9-cu və 96—98-ci maddələrində nəzərdə tutulmuş işlərə yeddi gün ərzində baxılır.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati hüquqpozmalar haqqında işlərə baxılmasının başqa müddətləri də nəzərdə tutula bilər (3, 4, 16, 21, 22, 23, 31, 35, 37, 52, 56).
Maddə 267. İnzibati hüquqpozmalar haqqında işə baxılması qaydası
İşə baxılması həmin işə baxan kollegial orqanın tərkibi elan edilməklə və ya vəzifəli şəxsin təqdim olunması ilə başlanır.
Kollegial orqanın iclasında sədrlik edən və ya işə baxan vəzifəli şəxs hansı işə baxılacağını, inzibati məsuliyyətə kimin cəlb olunmasını elan edir, işə baxılmasında iştirak edən şəxslərə hüquqlarını və vəzifələrini izah edir. Bundan sonra inzibati hüquqpozma haqqında protokol elan olunur. İclasda işə baxılmasında iştirak edən şəxslər dinlənilir, sübutlar tədqiq edilir və vəsatətlər həll olunur. İşə baxılmasında prokuror iştirak etdikdə, onun rəyi dinlənilir (3).
Maddə 268. İnzibati hüquqpozma haqqında işə baxılarkən aydınlaşdırılmalı olan hallar
İnzibati hüquqpozma haqqında işə baxılarkən, orqan (vəzifəli şəxs) aşağıdakıları aydınlaşdırmağa borcludur: inzibati hüquqpozma törədilmişdirmi, həmin şəxs onun törədilməsində təqsirlidirmi, inzibati məsuliyyətə cəlb edilməlidirmi, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar varmı, əmlak zərəri dəymişdirmi, inzibati hüquqpozma haqqında materialları baxılmaq üçün yoldaşlıq məhkəməsinə, müəssisə, idarə və təşkilatda, onların struktur bölmələrində yaradılan sərxoşluğa qarşı mübarizə komissiyasına, ictimai təşkilata, əmək kollektivinə verməyə əsaslar vardırmı; habelə işin düzgün həlli üçün əhəmiyyəti olan başqa halları aydınlaşdırmalıdır (3, 57).
Maddə 269. Kollegial orqanın iclasının protokolu
İnzibati hüquqpozma haqqında işə baxılarkən kollegial orqan protokol tərtib edir; protokolda aşağıdakılar göstərilir:
1) iclasın tarixi və yeri;
2) işə baxan orqanın adı və tərkibi;
3) baxılan işin məzmunu;
4) işdə iştirak edən şəxslərin gəlməsi haqqında məlumat;
5) işə baxılmasında iştirak edən şəxslərin izahatı, onların vəsatətləri və bunların nəzərdən keçirilməsi nəticələri;
6) işə baxılarkən tədqiq edilmiş sənədlər və maddi sübutlar;
7) qəbul olunmuş qərarın elan edilməsi haqqında məlumat və ondan şikayət verilməsi qaydasının və müddətlərinin izah edilməsi.
Kollegial orqanın iclasının protokolu iclasda sədrlik edən və katib tərəfindən imzalanır.
Maddə 270. İnzibati hüquqpozma haqqında iş üzrə qərar
Orqan (vəzifəli şəxs) inzibati hüquqpozma haqqında işə baxdıqdan sonra, iş üzrə qərar çıxarır. İnzibati hüquqpozma haqqında iş üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı də qərar qəbul edir.
Qərarda aşağıdakılar göstərilməlidir: qərarı çıxarmış orqanın (vəzifəli şəxsin) adı, işə baxılması tarixi; işinə baxılan şəxs haqqında məlumat; işə baxılarkən müəyyən edilmiş halların şərhi; həmin inzibati hüquqpozma üçün məsuliyyət nəzərdə tutan normativ aktın göstərilməsi; iş üzrə qəbul olunmuş qərar, qəradan şikayət verilməsi müddəti və qaydası.
İnzibati hüquqpozmaya görə bu Məcəllənin 203-cü maddəsinin 1—4-cü bəndlərində göstərilmiş orqanların (vəzifəli şəxslərin) tənbeh verməsi haqqında məsələ həll olunarkən, eyni zamanda əmlak zərərinin hüquqpozmanı törədən tərəfindən ödənilməsi məsələsi həll edilərsə, iş üzrə qərarda tutulmalı olan zərərin miqdarı, onun ödənilməsi müddəti və qaydası göstərilir.
İş üzrə qərarda alınmış şeylər və sənədlər haqqında məsələ həll edilməlidir.
Kollegial orqanın qərarı iclasda iştirak etmiş kollegial orqan üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
İnzibati hüquqpozma haqqında iş üzrə qərar onu qəbul edilmiş vəzifəli şəxs tərəfindən, kollegial orqanın qərarı isə sədrlik edən və katib tərəfindən imzalanır.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda inzibati hüquqpozma haqqında protokolda tənbeh tədbiri barəsində müvafiq qeyd edilir və ya qərar müəyyən edilmiş başqa üsulla tərtib olunur (25, 52).
Maddə 271. Qərarların növləri
Orqan (vəzifəli şəxs) inzibati hüquqpozma haqqında işə baxdıqdan sonra aşağıdakı qərarlardan birini çıxarır:
1) inzibati tənbehetmə haqqında;
2) işin icraatına xitam vermək haqqında.
İşin icraatına xitam vermək barəsində qərar, şifahi irad elan edildikdə, materiallar baxılmaq üçün yoldaşlıq məhkəməsinə, müəssisə, idarə və təşkilatda, onların struktur bölmələrində yaradılan sərxoşluğa qarşı mübarizə komissiyasına, ictimai təşkilata və ya əmək kollektivinə, yaxud prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verildikdə, habelə bu Məcəllənin 236-cı maddəsində nəzərdə tutulmuş hallar olduqda çıxarılır (3).
Maddə 272. İş üzrə qərarın elan edilməsi və qərarın surətinin verilməsi
Qərar qəbul olunduqdan sonra dərhal elan edilir.
Qərarın surəti üç gün ərzində barəsində qərar çıxarılmış şəxsə, habelə zərər çəkmiş şəxsin xahişi ilə ona verilir və ya göndərilir.
Qərarın surəti imza etdirilməklə verilir. Qərarın surəti göndərildikdə, işdə bu barədə müvafiq qeyd edilir.
Gömrük qaydalarının pozulması haqqında və kontrabanda haqqında işlər üzrə qərarın surəti, barəsində qərar çıxarılmış şəxsə Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir (25, 52).
Maddə 273. İnzibati tənbehetmə haqqında qərarın ictimaiyyətin nəzərinə çatdırılması
Bu Məcəllənin 52, 122, 129, 164, 169-cu maddələrində, 171-ci maddəsinin birinci, ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxan orqan (vəzifəli şəxs) pozuntu törətmiş şəxsin tənbeh edildiyi barədə onun işlədiyi, təhsil aldığı və ya yaşadığı yerdə müdiriyyətə və ya ictimai təşkilata, bu Məcəllənin 200 və 201-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar olduqda isə, onun işlədiyi (təhsil aldığı yerdə) müəssisə, idarə və təşkilatın, kolxozun və tədris müəssisəsinin rəhbərinə məlumat verir. Bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlər üzrə qəbul edilmiş qərar barəsində, həmçinin xırda oğurluq haqqında protokolu məhkəməyə göndərmiş müəssisə, idarə və təşkilatın müdiriyyətinə və ya daxili işlər orqanının rəhbərliyinə məlumat verilir.
Bu Məcəllənin 43, 108—118, 121-ci maddələrində, 132-ci maddəsinin birinci və ikinci hissələrində, 133-cü maddəsinin birinci hissəsində, 134-cü maddəsinin birinci, ikinci və üçüncü hissələrində, 137-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlərə baxan vəzifəli şəxslər qəsdən pozuntu törətmiş şəxsin tənbeh edilməsi haqqında onun iş, təhsil və ya yaşayış yerinin müdiriyyətinə və ya ictimai təşkilatına məlumat verirlər.
Bu Məcəllənin 166 və 183-cü maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlər üzrə xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq müəssisə, idarə və təşkilat tərəfindən odlu silahın, habelə döyüş sursatının etibar edildiyi və ya müvəqqəti istifadəyə verildiyi şəxs barəsində qərarın surəti məlumat üçün müvafiq müəssisə, idarə və ya təşkilata və odlu silahdan istifadə olunmasını həmin şəxsə qadağan etmək məsələsinə baxılması üçün daxili işlər orqanına göndərilir (3, 10, 20, 57).
Maddə 274. İnzibati hüquqpozmalar törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan qaldırmaq haqqında təkliflər
İşə baxan orqan (vəzifəli şəxs) inzibati hüquqpozmalar törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, bu səbəblərin və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək barəsində müvafiq müəssisə, idarə təşkilatlara, vəzifəli şəxslərə təkliflər verir. Təklifin alındığı gündən bir ay ərzində həmin təşkilatlar və şəxslər təklif vermiş orqana (vəzifəli şəxsə) görülən tədbirlər haqqında məlumat verməyə borcludur.
22-ci fəsil. inzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət və protest verilməsi
Maddə 275. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət vermək hüququ
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan, barəsində qərar çıxarılmış şəxs, habelə zərər çəkmiş şəxs şikayət verə bilər.
İnzibati tənbehetmə haqqında rayon (şəhər) məhkəməsinin (hakiminin) qərarı qətidir və Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin qərardan inzibati hüquqpozmalar haqqında işlərin icraatı qaydasında şikayət verilə bilməz (38, 52).5
Maddə 276. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət verilməsi qaydası
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan:
1) inzibati komissiyanın, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın qərarından—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya qərarı qəti olan rayon (şəhər) məhkəməsinə;
2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarından—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya qərarı qəti olan rayon (şəhər) məhkəməsinə;
3) başqa orqanın (vəzifəli şəxsin) cərimə şəklində inzibati tənbehetmə haqqında qərarından—yuxarı orqana (yuxarı vəzifəli şəxsə) və ya qərarı qəti olan rayon (şəhər) xalq məhkəməsinə; başqa inzibati tənbhetmə haqqında qərarından—yuxarı orqana (yuxarı vəzifəli şəxsə) bundan sonra qərarı qəti olan rayon (şəhər) məhkəməsinə;
- eyni vaxtda əsas və hər hansı əlavə inzibati tənbeh verilməsi haqqında qərarından—şikayət verən şəxsin arzusu ilə, əsas, yaxud əlavə tənbeh üçün müəyyən edilmiş qaydada;
4) hüquqpozmanın törədildiyi yerdə protokol tərtib olunmadan, xəbərdarlıq şəklində inzibati tənbehetmə haqqında daxili işlər orqanının (vəzifəli şəxsin) qərarından—yuxarı orqana (yuxarı vəzifəli şəxsə);
5) hüquqpozmanın törədildiyi yerdə protokol tərtib edilmədən xəbərdarlıq növündə inzibati tənbehetmə haqqında hərbi avtomobil müfəttişliyinin vəzifəli şəxsinin qərarından—şikayətə baxmağa ixtiyarı olan yuxarı vəzifəli şəxsə şikayət verilə bilər;
6) fövqəladə vəziyyət elan olunmuş yerin hüdudlarından inzibati çıxartma şəklində inzibati tənbeh verilməsi haqqında Azərbaycan Respublikası daxili işlər nazirinin (nazirin birinci müavininin) qərarından—qərarı qəti olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə;
7) Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması haqqında müvafiq dövlət orqanlarının qərarından—qərarı qəti olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə.
Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa qayda qoyulmamışsa, şikayət inzibati hüquqpozma haqqında iş üzrə qərar çıxarmış orqana (vəzifəli şəxsə) göndərilir. Qərar çıxarmış orqan (vəzifəli şəxs) alınmış şikayəti üç gün ərzində işlə birlikdə bu maddəyə müvafiq surətdə şikayətə baxmağa ixtiyarı olan orqana (vəzifəli şəxsə) göndərir.
İnzibati tənbehetmə haqqında qərardan şikayət vermiş şəxsdən dövlət rüsumu tutulmur (3, 25, 38, 52).
Maddə 277. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət verilməsi müddəti
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət qərarın çıxarıldığı gündən on gün ərzində verilə bilər. Göstərilən müddət üzrlü səbəblərə görə ötürüldükdə, barəsində qərar çıxarılmış şəxsin ərizəsi əsasında həmin müddət şikayətə baxmağa səlahiyyəti olan orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
Maddə 278. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan protest verilməsi
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan prokuror protest verə bilər.
Maddə 279. Şikayət və ya protest verilməsi ilə əlaqədar olaraq qərarın icrasının dayandırılması
Bu Məcəllənin 26 və 32-ci maddələrində nəzərdə tutulmuş tənbeh tədbirlərinin tətbiqi haqqında qərarlar, habelə inzibati hüquqpozmanın törədildiyi yerdə cərimə tutulması halları istisna olmaqla, şikayətin müəyyən edilmiş müddətdə verilməsi inzibati tənbehetmə haqqında qərarın icrasını şikayətə baxılanadək dayandırır.
Prokurorun protest verməsi qərarın icrasını protestə baxılanadək dayandırır.
Maddə 280. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayətə və protestə baxılması müddəti
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayətə və protestə, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa qayda müəyyən edilmədikdə, bunların alındığı gündən on gün müddətində səlahiyyətli orqanlar (vəzifəli şəxslər) baxırlar. (52)
Maddə 281. İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayətə və protestə baxılması
Orqan (vəzifəli şəxs) inzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayətə və ya protestə baxarkən, çıxarılmış qərarın qanuni və əsaslı olub-olmadığını yoxlayır.
Maddə 282. Şikayətə və ya protestə baxan orqanın (vəzifəli şəxsin) qərarı
Orqan (vəzifəli şəxs) inzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayətə və ya protestə baxarkən aşağıdakı qərarlardan birini qəbul edir:
1) qərarı dəyişdirmədən, şikayət və ya protesti təmin etmədən saxlayır;
2) qərarı ləğv edir və işi yenidən baxılmağa göndərir;
3) qərarı ləğv edir və işə xitam verir;
4) tənbehi gücləndirməmək şərtilə, tənbeh tədbirini inzibati hüquqpozmaya görə məsuliyyət haqqında normativ aktda nəzərdə tutulmuş çərçivədə dəyişdirir.
Qərarı işi həll etməyə səlahiyyəti olmayan orqanın (vəzifəli şəxsin) çıxardığı müəyyən edilərsə, bu qərar ləğv olunur və iş baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan şikayət və ya protest barəsində qərarın surəti, barəsində qərar çıxarılmış şəxsə, zərər çəkmiş şəxsin xahişi olduqda isə, həmçinin ona üç gün ərzində göndərilir. Protestə baxılmasının nəticələri haqqında prokurora məlumat verilir.
Maddə 283. Hakimin, daxili işlər orqanı rəisinin, yuxarı məhkəmə sədrinin və yuxarı daxili işlər orqanı rəisinin işə yenidən baxmaq səlahiyyəti
Bu Məcəllənin 52, 143, 164, 174, 175-2, 175-3 və 176-cı maddələrində nəzərdə tutulmuş inzibati hüquqpozmalar haqqında işlər üzrə hakimin qərarı prokurorun protesti əsasında xalq hakiminin özü tərəfindən, habelə prokurorun protestinin olub-olmadığına baxmayaraq, yuxarı məhkəmənin sədri tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər.
Bu Məcəllənin 164-cü maddəsində nəzərdə tutulmuş inzibati hüquqpozma haqqında iş üzrə daxili işlər orqanı rəisinin və ya onun müavininin qərarı prokurorun protesti əsasında daxili işlər orqanı rəisinin özü tərəfindən, habelə prokurorun protestinin olub-olmadığına baxmayaraq, yuxarı daxili işlər orqanının rəisi tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər (16, 21, 23, 52, 57).
Maddə 284. Şikayət üzrə qərardan protest verilməsi
İnzibati hüquqpozma haqqında iş üzrə qərardan verilmiş şikayətə dair qərara prokuror protest verə bilər.
Şikayətə dair qərara protest şikayətə dair qərar qəbul etmiş orqan (vəzifəli şəxs) barəsində yuxarı orqana (vəzifəli şəxsə) verilir.
Maddə 285. İnzibati hüquqpozma haqqında işə xitam verilməklə qərarın ləğv edilməsinin nəticələri
İnzibati hüquqpozma haqqında işə xitam verilməklə qərarın ləğvi tutulmuş pul məbləğinin, ödənişlə alınmış və müsadirə edilmiş predmetlərin qaytarılması, habelə əvvəl qəbul edilmiş qərarla əlaqədar digər məhdudlaşdırmaların ləğvi ilə nəticələnir. Predmeti qaytarmaq mümkün olmadıqda, onun dəyəri ödənilir.
İnzibati hüquqpozma haqqında işə xitam verilməklə qərarın ləğvi haqqında lazımi hallarda və ya barəsində qərarın ləğv olunduğu şəxsin xahişi ilə onun iş yerinə, təhsil aldığı və ya yaşadığı yerə məlumat verilir.
Həbsəalma və ya islah işləri şəklində qanunsuz inzibati təhbehetmə nəticəsində vətəndaşa dəymiş zərər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir.
V bölmə. İnzibati tənbehetmə haqqında qərarların icrası
23-cü fəsil. Əsas müddəalar
Maddə 286. İnzibati tənbehetmə haqqında qərarın məcburiliyi
İnzibati tənbehetmə haqqında qərarın dövlət orqanları və ictimai orqanlar, müəssisə, idarə və təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən icrası məcburidir.
Maddə 287. Qərarın icraya verilməsi
Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə başqa qayda müəyyən edilməmişsə, inzibati tənbehetmə haqqında qərar çıxarıldığı vaxtdan icra olunmalıdır.
İnzibati təhbehetmə haqqında qərara dair şikayət və ya protest verildikdə, qərar xəbərdarlıq, inzibati həbs şəklində tənbehetmə tədbiri tətbiq etmək haqqındakı qərarlar, habelə inzibati hüquqpozmanın törədildiyi yerdə cərimə tutulduğu hallar istisna olmaqla, şikayət və ya protest təmin edilmədən saxlandıqdan sonra icra edilməlidir.
Cərimə şəklində inzibati tənbehetmə haqqında qərar bu Məcəllənin 294-cü maddəsinin birinci hissəsində könüllü icra üçün müəyyən olunmuş müddət qurtardıqdan sonra, məcburi icra edilməlidir.
İnzibati tənbehetmə haqqında qərar onu çıxarmış orqan (vəzifəli şəxs) tərəfindən icraya verilir. (52)
Maddə 288. İnzibati tənbəhetmə haqqında qərarların icrası
İnzibati tənbehetmə haqqında qərarları səlahiyyətli orqanlar bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericiliyi ilə müəyyən olunmuş qaydada icra edirlər.
İnzibati həbs haqqında qərar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxili işlər orqanları tərəfindən icra edilir.
Bir şəxs barəsində inzibati təhbehetmə haqqında bir neçə qərar çıxarıldığı halda, hər qərar müstəqil surətdə icra edilir. (52)
Maddə 289. İnzibati tənbehetmə haqqında qərarın icrasının təxirə salınması
İnzibati həbs, islah işləri və ya cərimə (inzibati hüquqpozmanın törədildiyi yerdə cərimə alınması istisna edilməklə) şəklində inzibati tənbehetmə haqqında qərarın dərhal icrasını istisna edən hallar olduqda, qərar çıxarmış orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər.
Maddə 290. İnzibati tənbehetmə haqqında qərarın icrasına xitam verilməsi
İnzibati tənbehetmə haqqında qərar çıxarmış orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir:
1) inzibati tənbehin tətbiqini aradan qaldıran amnistiya aktı qəbul edildikdə;
2) inzibati məsuliyyət qoyan akt ləğv edildikdə;
3) barəsində qərar çıxarılmış şəxs öldükdə.
Maddə 291. İnzibati tənbehetmə haqqında qərarların icra müddəti
İnzibati tənbehetmə haqqında qərar çıxarıldığı gündən üç ay ərzində icraya verilmədikdə, icra olunmur. Qərarın icrası bu Məcəllənin 279-cu maddəsinə uyğun olaraq dayandırıldıqda, müddətin hesablanması şikayətə və ya protestə baxılanadək dayandırılır. Qərarın icrası bu Məcəllənin 289-cu maddəsinə uyğun olaraq təxirə salındığı halda, müddətin hesablanması təxirəsalma müddəti qurtaranadək dayandırılır.
İnzibati hüquqpozmaların ayrı-ayrı növləri haqqında işlər üzrə qərarların icrası üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa, daha uzun müddətlər müəyyən edilə bilər. (52)
Maddə 292. Qərarların icrası ilə əlaqədar məsələlərin həlli
İnzibati tənbehetmə haqqında qərarın icrası ilə əlaqədar məsələlər qərar çıxarmış orqan (vəzifəli şəxs) tərəfindən həll olunur.
İnzibati tənbehetmə haqqında qərarın düzgün və vaxtında icrasına nəzarət etmək, qərar çıxarmış orqana (vəzifəli şəxsə) tapşırılır.
24-cü fəsil. Xəbərdarlıq haqqında qərarın icrası
Maddə 293. Xəbərdarlıq haqqında qərarın icra qaydası
Xəbərdarlıq şəklində inzibati tənbehetmə haqqında qərar çıxarmış orqan (vəzifəli şəxs), onu işə baxılması qurtardıqdan sonra qərarın elan olunması yolu ilə icra edir.
Xəbərdarlıq şəklində inzibati tənbehetmə haqqında qərar, pozuntu törətmiş şəxsin iştirakı olmadan çıxarıldıqda, ona bu Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surəti verilir.
Bu Məcəllənin 119—127-ci maddələrində nəzərdə tutulmuş pozuntuların törədildiyi yerdə xəbərdarlıq şəklində inzibati tənbeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş üsulla verilir. (52)
25-ci fəsil. Cərimə qoyulması haqqında qərarın icrası
Maddə 294. Cərimə qoyulması haqqında qərarın icra müddətləri və qaydası
Pozuntu törətmiş şəxs cərimə qoyulması haqqında qərarın ona verildiyi vaxtdan on beş gündən gec olmayaraq, belə qərardan şikayət və ya protest verildiyi halda isə—şikayət və ya protestin təmin edilmədiyi haqqında məlumatın verildiyi gündən on beş gündən gec olmayaraq cəriməni verməlidir.
Xırda xuliqanlıq etmiş on altı yaşından on səkkiz yaşınadək şəxsin müstəqil qazancı olmadıqda, cərimə valideynlərdən və ya onları əvəz edən şəxslərdən tutulur.
İnzibati hüquqpozma törədilməsinə görə qoyulmuş cəriməni pozuntu törətmiş şəxs, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışsa, pozuntunun baş verdiyi yerdə alınan cərimə istina olmaqla, Azərbaycan Respublikası Əmanət Bankı idarəsinə verir (20, 52).
Maddə 295. Cərimə qoyulması haqqında qərarın məcburi icrası
Pozuntu törətmiş şəxs cəriməni bu Məcəllənin 294-cü maddəsində müəyyən edilmiş müddətdə ödəmədiyi halda, cərimə qoyulması haqqında qərar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə ilə qoyulmuş qaydalara uyğun olaraq, onun əmək haqqından və ya başqa qazancından, pensiyasından və ya təqaüdündən cərimə məbləğinin məcburi qaydada tutulması üçün göndərilir.
Cərimələnmiş şəxs işləmirsə və ya pozuntu törətmiş şəxsin əmək haqqından və ya başqa qazancından, pensiyasından, yaxud təqaüdündən cərimə tutmaq başqa səbəblərə görə mümkün deyilsə, orqanın (vəzifəli şəxsin) cərimə qoymaq haqqındakı qərarı əsasında məhkəmə icraçısı cəriməni pozuntu törətmiş şəxsin öz əmlakından, habelə ümumi mülkiyyətdə onun payından tutur.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, icra sənədləri üzrə alına bilməyən əmlakdan cərimə tutula bilməz.
Vəzifəli şəxslərə təyin olunmuş cərimələri müəssisə, idarə və təşkilatların hesabına aid etmək qadağandır.
Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan şəxslərin öz nəqliyyat vasitələrində kontrabanda predmetləri aşkar edildikdə, cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin qaydaları üzrə tutulur. (52)
Maddə 296. Yerində tutulan cərimə qoyulması haqqında qərarın icrası
İnzibati hüquqpozma törədildiyi yerdə bu Məcəllənin 246-cı maddəsinə uyğun olaraq cərimə tutulduqda, pozuntu törətmiş şəxsə müəyyən edilmiş nümunədə qəbz verilir.
İnzibati hüquqpozmanın törədildiyi yerdə cərimə ödənilmədiyi halda işin icraatı, sonra isə qərarın icrası bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 297. Cərimə qoyulması haqqında qərarın icrasının başa çatdırılması
Cərimə qoyulması haqqında qərar üzrə cərimə tamamilə tutulmuş olduqda, icra haqqında qeydlə birlikdə həmin qərar onu qəbul etmiş orqana (vəzifəli şəxsə) qaytarılır.
26-cı fəsil. Predmetin ödənişlə alınması haqqında qərarın icrası
Maddə 298. Predmetin ödənişlə alınması haqqında qərarın icrası
Predmetlərin ödənişlə alınması haqqında qərar əsasında alınmış predmetləri qərar çıxarmış orqanlar (vəzifəli şəxslər) alınmalı əmlakın olduğu yerdə komisyon mağazasına və ya xüsusi olaraq bu məqsəd üçün ayrılmalı dövlət və ya kooperativ ticarəti mağazalarına satılmağa verirlər.
Odlu silahın və döyüş sursatının ödənişlə alınması haqqında qərar daxili işlər orqanları tərəfindən icra edilir.
Ödənişlə alınmış predmetin satışından əldə edilən məbləği qərar çıxarmış orqanlar (vəzifəli şəxslər), alınmış predmetin satışı ilə əlaqədar xərclər çıxılmaqla, bu Məcəllənin 28-ci maddəsinə uyğun olaraq həmin predmetin keçmiş sahibinə verirlər.
Predmetin ödənişlə alınması haqqında qərarların icrasının Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa qaydası müəyyən edilə bilər. (52)
27-ci fəsil. Müsadirə haqqında qərarın icrası
Maddə 299. Müsadirə haqqında qərarı icra edən orqanlar
İnzibati hüquqpozmaların törədilməsi aləti və ya bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərarı aşağıdakılar icra edirlər:
- rayon (şəhər) məhkəmələri yanında olan məhkəmə icraçıları—bu Məcəllənin 87-4-cü maddəsində, 88-ci maddəsinin birinci hissəsində (ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulması haqqında işlərdən başqa), 143, 162, 163, 169-1, 173-1-ci maddələrində nəzərdə tutulmuş hüquqpozmalar törədildikdə;
- daxili işlər orqanlarının səlahiyyətli şəxsləri—bu Məcəllənin 159, 166, 177, 181-ci maddələrində və 184-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hüquqpozmalar törədildikdə;
- ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanların səlahiyyətli şəxsləri—bu Məcəllənin 88-ci maddəsində (ov qaydalarının pozulmasına görə), 197-ci maddəsində nəzərdə tutulmuş hüquqpozmalar törədildikdə;
- balıq mühafizə orqanlarının səlahiyyətli şəxsləri—bu Məcəllənin 88-ci maddəsinin birinci hissəsində (balıq ovu və balıq ehtiyatlarını mühafizə qaydalarının pozulmasına görə) nəzərdə tutulmuş hüquqpozma törədildikdə;
- müsadirə edilmiş xəzli yartıcı heyvanların və bu heyvanların dərilərinin qəbulunun tapşırıldığı müəssisələrin və təşkilatların səlahiyyətli şəxsləri maliyyə orqanının nümayəndəsi və dövlət baytarlıq nəzarətinin nümayəndəsi ilə birlikdə—bu Məcəllənin 198-ci maddəsində nəzərdə tutulmuş hüquqpozma törədildikdə;
- gömrük orqanlarının səlahiyyətli şəxsləri—bu Məcəllənin 194-cü maddəsinin ikinci hissəsində, 194-1, 195-ci maddələrində nəzərdə tutulmuş hüquqpozmalar törədildikdə;
- hava nəqliyyatı orqanlarının səlahiyyətli şəxsləri—bu Məcəllənin 111-ci maddəsində, 112-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hüquqpozmalar törədildikdə (3, 5, 8, 21, 33, 52, 57).
Maddə 300. Müsadirə haqqında qərarın icra qaydası
İnzibati hüquqpozmalar törədilməsinin aləti və ya bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişlə məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir.
Kontrabanda predmetlərinin, habelə Azərbaycan Respublikasının dövlət sərhəddindən kontrabanda predmetlərini keçirmək və ya onları gizlətmək üçün nəzərdə tutulmuş daşıma vasitələrinin və başqa vasitələrin müsadirəsi haqqında qərarlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin qaydaları üzrə icra olunur. (52)
Maddə 301. Müsadirə edilmiş predmetlərin satış qaydası
Müsadirə edilmiş, inzibati hüquqpozma törədilməsinin aləti və ya bilavasitə obyekti olmuş predmetlər müəyyən olunmuş qaydada satılır.
Maddə 302. Müsadirə haqqında qərarın icrasının başa çatdırılması
Predmetin müsadirəsi haqqında qərar icra haqqında qeydlə birlikdə həmin qərarı çıxarmış orqana (vəzifəli şəxsə) qaytarılır.
28-ci fəsil. Xüsusi hüquqdan məhrumetmə haqqında qərarın icrası
Maddə 303. Xüsusi hüquqdan məhrumetmə haqqında qərarı icra edən orqanlar
Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə haqqında qərar daxili işlər orqanlarının bu Məcəllənin 212-ci maddəsinin 2-ci bəndində göstərilmiş vəzifəli şəxsləri tərəfindən icra edilir.
Ov hüququndan məhrumetmə haqqında qərar ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanların bu Məcəllənin 230-cu maddəsinin ikinci hissəsində göstərilmiş vəzifəli şəxsləri tərəfindən icra edilir.
Maddə 304. Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə haqqında qərarın icra qaydası
Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə haqqında qərar, sürücü nəqliyyat vasitələrinin bütün növlərini idarəetmə hüququndan məhrum olunduqda, sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir.
Sürücü nəqliyyat vasitələri növlərinin bir qismini idarəetmə hüququndan məhrum edilmişsə, nəqliyyat vasitələrinin hansı növlərini idarəetmə hüququndan məhrum olunduğu sürücülük vasiqəsində qeyd edilir.
Nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum olmuş sürücü sürücülük vəsiqəsini təhvil verməkdən boyun qaçırdıqda, sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada daxili işlər orqanları tərəfindən alınır.
Nəqliyyat vasitələrini idarəetmə hüququ verən vəsiqələrin alınması qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir. (52)
Maddə 305. Ov hüququndan məhrumetmə haqqında qərarın icra qaydası
Ov hüququndan məhrumetmə haqqında qərar ovçuluq biletinin alınması yolu ilə icra edilir.
Ov hüququndan məhrum edilmiş şəxs ovçuluq biletini təhvil verməkdən boyun qaçırdıqda, ov qaydalarına əməl olunmasına dövlət nəzarəti edən orqanlar ovçuluq biletini müəyyən edilmiş qaydada alırlar.
Maddə 306. Xüsusi hüquqdan məhrumetmə müddətinin azaldılmasının əsası və qaydası
Nəqliyyat vasitəsini idarəetmə hüququndan və ya ov hüququndan müəyyən müddət məhrum edilmiş şəxs əməyə vicdanla yanaşdıqda və nümunəvi davrandıqda, tənbeh vermiş orqan (vəzifəli şəxs) göstərilən hüquqdan məhrumetmə müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra ictimai təşkilatın, əmək kollektivinin vəsatəti ilə azalda bilər.
Maddə 307. Xüsusi hüquqdan məhrumetmə müddətlərinin hesablanması
Nəqliyyat vasitələrinin sürücüləri və ov qaydalarını pozmuş şəxslər bu hüquqdan məhrumetmə haqqında qərar çıxarıldığı gündən xüsusi hüquqdan məhrum edilmiş hesab olunurlar.
Xüsusi hüquqdan məhrumetmə müddəti qurtardıqda, habelə həmin müddət bu Məcəllənin 306-cı maddəsinə uyğun olaraq azaldıldıqda, həmin inzibati tənbeh tədbirinə cəlb edilmiş şəxsdən alınan sənədlər müəyyən olunmuş qaydada ona qaytarılır.
29-cu fəsil. İslah işləri haqqında qərarın icrası
Maddə 308. İslah işləri haqqında qərarın icrası
İslah işlərinin tətbiqi haqqında qərar onun qəbulunun ertəsi günündən gec olmayaraq icraya göndərilir.
Bu Məcəllənin 31-ci maddəsinə müvafiq surətdə islah işləri pozuntu törətmiş şəxsin daimi iş yerində çəkilir.
Pozuntu törətmiş şəxsin qazancından cəzanın çəkildiyi müddət ərzində islah işləri haqqında qərarla müəyyən edilmiş məbləğdə dövlət xeyrinə pul tutulur.
Maddə 309. İslah işlərinin çəkilməsi müddəti
İslah işlərinin çəkilməsi pozuntu törətmiş şəxsin işlədiyi və onun qazancından pul tutulduğu vaxtla hesablanır.
Pozuntu törətmiş şəxsin işlədiyi günlərin sayı məhkəmə (hakim) tərəfindən müəyyən edilmiş tənbehin təqvim müddətinə düşən iş günlərinin sayından az olmamalıdır. Pozuntu törətmiş şəxs göstərilmiş iş günləri qədər işləməmişsə və işlənməmiş günlərin tənbeh müddətinə daxil edilməsi üçün əsas yoxdursa, islah işlərinin çəkilməsi nəzərdə tutulmuş miqdarda iş günləri pozuntu törətmiş şəxs tərəfindən tamamilə çəkilənədək davam edir.
Pozuntu törətmiş şəxsin üzürlü səbəblərə görə işləmədiyi və qanuna uyğun olaraq ona əmək haqqı verildiyi vaxt tənbehin çəkilməsi müddətinə daxil edilir. Xəstəlik vaxtı, xəstəyə qulluq üçün verilmiş vaxt, hamiləliyə və doğuma görə məzuniyyətdə keçirilmiş vaxt da həmin müddətə daxil edilir. Sərxoşluğun və ya sərxoşluqla əlaqədar hərəkətlərin doğurduğu xəstəlik vaxtı islah işlərinin çəkilməsi müddətinə daxil edilmir. (52)
Maddə 310. Pozuntu törətmiş şəxsin islah işləri çəkdiyi yerdə müəssisə, idarə, təşkilat müdiriyyətinin vəzifəsi
Pozuntu törətmiş şəxsin islah işləri çəkdiyi yerdə müəssisə, idarə və təşkilatın müdiriyyətinə bunlar tapşırılır:
- pozuntu törətmiş şəxsin qazancından dövlətin xeyrinə düzgün və vaxtında pul tutmaq və tutulmuş məbləği müəyyən edilmiş qaydada vaxtında köçürmək;
- pozuntu törətmiş şəxsi əməkdə tərbiləyəndirmək;
- onun tənbehi çəkməkdən boyun qaçırması haqqında, həmin tənbeh növünü icra edən orqanlara məlumat vermək.
Maddə 311. Xırda xuliqanlıq törədilməsinə görə tətbiq edilmiş islah işlərindən boyun qaçırmanın nəticələri
Xırda xuliqanlıq törətməyə görə tətbiq edilmiş islah işlərini görməkdən şəxs boyun qaçırdıqda, islah işlərinin qalmış müddəti məhkəmənin (hakimin) qərarı ilə minimum əmək haqqı məbləğinin on mislindən on iki mislinədək miqdarda cərimə ilə və ya on beş gündən artıq olmamaqla, islah işlərinin üç günü əvəzinə bir həbs günü hesabı ilə inzibati həbslə əvəz edilə bilər. (52)
30-cu fəsil. İnzibati həbs haqqında qərarın icrası (52)
Maddə 312. İnzibati həbs haqqında qərarın icrası
İnzibati həbs haqqında qərar çıxarıldıqdan sonra dərhal icra edilir.
Maddə 313. İnzibati həbsin çəkilməsi qaydası
İnzibati həbsə alınmış şəxslər daxili işlər orqanlarının müəyyən etdikləri yerlərdə mühafizə altında saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir.
İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
İnzibati həbs Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydalar üzrə çəkilir. (52)
Maddə 314. İnzibati həbsə alınmış şəxslərdən əməkdə istifadə
Bu Məcəllənin 164-cü maddəsində, 171-ci maddəsinin üçüncü hissəsində və 174, 175-2, 175-3, 175-4, 175-5-ci maddələrində nəzərdə tutulmuş hüquqpozmalara görə inzibati həbsə alınmış şəxslərdən fiziki işlərdə istifadə olunur.
İnzibati həbsə alınmış şəxslərdən əməkdə istifadə olunmasının təşkili yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə tapşırılır.
İnzibati həbsə alınmış şəxslərə həbsdə olduqları vaxt ərzində daimi iş yerindən əmək haqqı verilmir (3, 16, 24).
31-ci fəsil. Qərarın əmlak zərərinin ödənilməsinə aid hissəsinin icrası (52)
Maddə 315. Qərarın əmlak zərərinin ödənilməsinə aid hissəsinin icra qaydası və müddətləri
İnzibati hüquqpozma haqqında işə dair qərarın əmlak zərərinin ödənilməsinə aid hissəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə, bu Məcəllə ilə və mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.
İnzibati hüquqpozma haqqında işə dair qərar əmlak zərərinin ödənilməsi üçün icra sənədidir.
Pozuntu törətmiş şəxs əmlak zərərini qərarın ona verildiyi vaxtdan on beş gündən gec olmayaraq (bu Məcəllənin 272-ci maddəsi), belə qərardan şikayət və ya protest verildikdə isə, şikayətin və ya protestin təmin edilmədiyinə dair məlumat verildiyi vaxtdan on beş gündən gec olmayaraq ödəməlidir. (52)
Maddə 316. Qərarın əmlak zərərinin ödənilməsinə aid hissəsinin icra edilməməsinin nəticələri
Qərarın əmlak zərərinin ödənilməsinə aid hissəsi bu Məcəllənin 315-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş müddətdə icra olunmadıqda, qərar mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş icraat qaydasında zərərin tutulması üçün göndərilir.
32-ci fəsil. Fövqəladə vəziyyət elan olunmuş yerin hüdudlarından inzibati çıxartma haqqında qərarın icrası (52)
Maddə Z17. İnzibati çıxartma haqqında qərarın icrası—1991-ci il 25 may tarixli qanunla əlavə edilmişdir.
Fövqəl’adə vəziyyət e’lan olunmuş yerin hüdudlarından inzibati çıxartma haqqında qərar qəbul olunduqdan dərhal sonra icra edilir (25).
Maddə Z18. İnzibati çıxartma haqqında qərarı icra edən orqanlar—1991-ci il 25 may tarixli qanunla əlavə edilmişdir.
Fövqəl’adə vəziyyət e’lan olunmuş yerin hüdudlarından inzibati çıxartma haqqında qərar bu Məcəllənin 212-ci maddəsinin birinci hissəsində və 212-1-ci maddəsində göstərilmiş orqanların vəzifəli şəxsləri tərəfindən icra edilir (25).
Maddə Z19. İnzibati çıxartma haqqında qərarın icrasının başa çatması—1991-ci il 25 may tarixli qanunla əlavə edilmişdir.
Fövqəl’adə vəziyyət e’lan olunmuş yerin hüdudlarından inzibati çıxartma haqqında qərar çıxartma haqqında qeydlə birlikdə, inzibati tənbeh vermiş vəzifəli şəxsə qaytarılır (25).
33-cü fəsil. Azəpbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərarın icrası (52)
Maddə 319-1. Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərarın icrası—1996-cı il 27 dekabr tarixli qanunla əlavə edilmişdir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər.
Azərbaycan Respublikası ərazisini tərk etməkdən boyun qaçıran əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası baş prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun sanksiyası əsasında tutulur və məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılırlar (38).
Maddə 319-2. Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərarı icra edən orqanlar—1996-cı il 27 dekabr tarixli qanunla əlavə edilmişdir.
Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında müvafiq dövlət orqanlarının qərarı bu Məcəllənin 212-ci maddəsinin birinci hissəsində göstərilmiş orqanların vəzifəli şəxsləri tərəfindən icra edilir.
Azərbaycan Respublikası ərazisindən çıxarılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür.
Bu şəxslərin çıxarılma xərcləri olmadıqda belə xərclərin ödənilməsi:
- onları qəbul edən idarə, müəssisə və təşkilatların, müstəsna hallarda—daxili işlər orqanlarının;
- daimi yaşayan və ya şəxsi işlə bağlı olaraq gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əlaqədar daxili işlər orqanlarının üzərinə düşür (38).
Maddə 319-3. Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərarın icrasının başa çatması—1996-cı il 27 dekabr tarixli qanunla əlavə edilmişdir.
Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılma haqqında qərar icra edildikdən sonra çıxartma haqqında qeydlə birlikdə qərarı vermiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsinə qaytarılır (38).
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. (54)(1)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirirlər. (54)(2)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyətlərinin başçıları öz səlahiyyəti hüdudlarında həyata keçirir. (54)(3)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. (54)(4)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. (54)(5)
«müvafiq icra hakimiyyəti orqanları»nın və «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi həyata keçirir. (54)(6)
«Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər. (54)(7)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi həyata keçirir. (54)(8)
«müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi öz səlahiyyəti hüdudlarında həyata keçirirlər. (54)(9)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının «Azərbmeşə» İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və «Azəravtoyol» Dövlət Şirkəti öz səlahiyyəti hüdudlarında həyata keçirirlər. (54)(10)
«Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyəti hüdudlarında həyata keçirirlər. (54)(11)
İnzibati hüquqpozmalar haqqında
Azərbaycan Respublikası Məcəlləsinə
dəyişiklik və əlavələrin edildiyi fərman və qanunların
Siyahısı
1. 1985-ci il 15 fevral tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 3, maddə 33.
2. 1985-ci il 13 iyun tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 11, maddə 130.
3. 1985-ci il 14 noyabr tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 21, maddə 204.
4. 1986-cı il 25 mart tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986-cı il, № 6—7, maddə 24.
5. 1986-cı il 16 iyun tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986-cı il, № 12, maddə 72.
6. 1987-ci il 22 yanvar tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 1—2, maddə 6.
7. 1987-ci il 20 mart tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 6, maddə 48.
8. 1987-ci il 25 iyun tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 12, maddə 118.
9. 1987-ci il 12 avqust tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 15—16, maddə 153.
10. 1987-ci il 17 dekabr tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 24, maddə 250.
11. 1988-ci il 12 yanvar tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 1, maddə 1.
12. 1988-ci il 24 mart tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 5—6, maddə 35.
13. 1988-ci il 20 aprel tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 8, maddə 58.
14. 1988-ci il 23 may tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 10, maddə 79.
15. 1988-ci il 5 avqust tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 15, maddə 139.
16. 1988-ci il 23 avqust tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 16, maddə 150.
17. 1988-ci il 5 oktyabr tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 18—19, maddə 173.
18. 1988-ci il 28 noyabr tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 22—23, maddə 220.
19. 1989-cu il 22 yanvar tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989-cu il, № 4, maddə 27.
20. 1989-cu il 5 may tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989-cu il, № 9, maddə 69.
21. 1989-cu il 10 iyul tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1989-cu il, № 13—14, maddə 107.
22. 1990-cı il 16 aprel tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990-cı il, № 8, maddə 53.
23. 1990-cı il 17 aprel tarixli fərman—Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990-cı il, № 8, maddə 55.
24. 1990-cı il 26 iyun tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1990-cı il, № 12, maddə 155.
25. 1991-ci il 25 may tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 12—13, maddə 203.
26. 1991-ci il 28 iyun tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 14, maddə 236.
27. 1992-ci il 18 avqust tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 687.
28. 1992-ci il 30 sentyabr tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 828.
29. 1992-ci il 11 noyabr tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 21, maddə 922.
30. 1993-cü il 23 fevral tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 6, maddə 158.
31. 1993-cü il 28 iyul tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 15, maddə 423.
32. 1994-cü il 14 aprel tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 9, maddə 97.
33. 1995-ci il 4 aprel tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 7, maddə 135.
34. 1995-ci il 16 may tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 348.
35. 1995-ci il 12 sentyabr tarixli qanun—Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 357.
36. 1996-cı il 31 may tarixli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 142.
37. 1996-cı il 16 iyul tarixli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 202.
38. 1996-cı il 27 dekabr tarixli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287.
39. 1996-cı il 4 fevral tarixli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 296.
40. 1997-ci il 7 fevral tarixli qanun—«Azərbaycan» qəzeti, 1 mart 1997-ci il, № 41.
41. 1997-ci il 7 fevral tarixli qanun—«Azərbaycan» qəzeti, 1 mart 1997-ci il, № 41.
42. 1997-ci il 7 fevral tarixli qanun—«Azərbaycan» qəzeti, 4 mart 1997-ci il, № 42.
43. 1997-ci il 7 fevral tarixli qanun—«Azərbaycan» qəzeti, 4 mart 1997-ci il, № 42.
44-1. 1997-ci il 26 fevral tarixli 554 nömrəli fərman—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 302.
44-2. 1997-ci il 26 fevral tarixli 555 nömrəli fərman—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 304.
45. 1997-ci il 25 aprel tarixli 286-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 388.
46. 1997-ci il 6 may tarixli 292-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 394.
47. 1997-ci il 10 iyun tarixli 315-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 419.
48. 1997-ci il 10 iyun tarixli 316-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 420.
49. 1997-ci il 13 iyun tarixli 324-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 457.
50. 1997-ci il 23 iyun tarixli 603 saylı fərman—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 421.
50-1. 1997-ci il 30 sentyabr tarixli 374-IQD nömrəli qanun—
51. 1997-ci il 4 noyabr tarixli 389-IQD saylı qanun—«Azərbaycan» qəzeti, 5 dekabr 1997-ci il, № 266.
52. 1998-ci il 6 mart tarixli 454-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 305.
53. 1998-ci il 7 aprel tarixli 463-IQD saylı qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 306.
54. 1998-ci il 16 may tarixli 704 saylı fərman—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 5, maddə 320.
55. 1998-ci il 21 aprel tarixli 486-IQD nömrəli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 367.
56. 1998-ci il 23 iyun tarixli 509-IQD nömrəli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 444.
57. 1998-ci il 25 iyun tarixli 511-IQD nömrəli qanun—Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 488.
58. 1998-ci il 24 noyabr tarixli 542-IQD nömrəli qanun.
59. 1999-cu il 30 mart tarixli 636-IQD nömrəli qanun.
60. 1999-cu il 30 mart tarixli 637-IQD nömrəli qanun.
61. 1999-cu il 30 mart tarixli 639-IQD nömrəli qanun.
62. 1999-cu il 30 mart tarixli 642-IQD nömrəli qanun.
63. 1999-cu il 30 mart tarixli 645-IQD nömrəli qanun.
64. 1999-cu il 2 aprel tarixli 647-IQD nömrəli qanun
65. 1999-cu il 2 aprel tarixli 651-IQD nömrəli qanun.
66. 1999-cu il 23 aprel tarixli 661-IQD nömrəli qanun.
67. 1999-cu il 22 iyun tarixli 692-IQD.saylı qanun — «Azərbaycan» qəzeti, 11 avqust 1999-cu il, № 181.
68. 1999-cu il 08 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı — «Azərbaycan» qəzeti, 16 sentyabr 1999-cu il, № 212.
69. 1999-cu il 5 oktyabr tarixli 706-IQD saylı qanun — «Azərbaycan» qəzeti, 12 oktyabr 1999-cu il, № 234.
70. 15 fevral 2000-ci il tarixli 815-IQD saylı qanun — «Azərbaycan» qəzeti, 10 mart 2000-ci il, № 55.
71. 16 may 2000-ci il tarixli 883-IQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 26 iyul 2000-ci il, № 167.
72. 16 may 2000-ci il tarixli 879-IQD nömrəli qanun.
1
Bu fəslin adı 1995-ci il 12 sentyabr tarixli qanunla yeni redaksiyada verilmişdir. (35)2
Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 4 aprel tarixli qərarının mənasına görə, valyuta tənzimi qaydalarının, ancaq il ərzində ilk dəfə, bu maddədə göstərilən həddən minimum əmək haqqı miqdarının beş yüz mislinədək məbləğdə pozulması inzibati məsuliyyətə səbəb olur.3
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı ilə İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin inzibati hüquqpozma törətmiş şəxsin hüquqi yardım almaq hüququnu məhdudlaşdıran müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.4
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı ilə İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin inzibati hüquqpozma törətmiş şəxsin hüquqi yardım almaq hüququnu məhdudlaşdıran müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilsin.5
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin I, II, VI və VII-ci hissələrinə uyğun olmadığına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 iyul 1999-cu il tarixli Qərarı ilə qüvvədən düşmüşdür. (68)© LegalActs LLC