Об утверждении Положения о звании «Национальный Герой Азербайджана»
«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13, maddə 500)
Дата релиза: 15.07.1992«Azərbaycanın Milli Qəhrəmanı» adı haqqında
Əsasnamənin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
«Azərbaycanın Milli Qəhrəmanı» adı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 15 iyul 1992-ci il
№ 209
«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13, maddə 500) («LegalActs» LLC).
«Azərbaycanın Milli Qəhrəmanı» adı
haqqında
Əsasnamə
1. «Azərbaycanın Milli Qəhrəmanı» adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
2. «Azərbaycanın Milli Qəhrəmanı» adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
3. Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
- xüsusi fərqlənmə nişanı — aypara və səkkizguşəli «Ay-Ulduz» medalı;
- «Azərbaycanın Milli Qəhrəmanı» adının verilməsi haqqında Fərman.
4. «Azərbaycanın Milli Qəhrəmanı» adı eyni şəxsə bir dəfə verilir.
5. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
6. «Ay-Ulduz» medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
7. «Azərbaycanın Milli Qəhrəmanı» adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
© LegalActs LLC