Об утверждении минимальной суммы стоимости аудиторской услуги


Дата релиза: 18.12.1997

Auditor xidmətinin dəyərinin minimum məbləğinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının

Auditor xidmətinin dəyərinin minimum məbləğinin təsdiq edilməsi barədə Qərarı

№ 16/1

Bakı şəhəri, 18 dekabr 1997-ci il

Auditor xidmətinin təşkili və tənzimlənməsi departamenti tərəfindən təqdim olunmuş auditor xidmətinin dəyərinin minimum məbləği ilə bağlı təklifləri müzakirə edərək, auditor xidməti bazarında sağlam rəqabət mühiti formalaşdırmaq və auditor peşə etikasına riayət edilməsinə zəmin yaratmaq məqsədi ilə Auditorlar Palatasının Şurası qərara alır:

1. Qanunvericiliyə görə öz maliyyə hesablarını dərc etdirməli olan təsərrüfat subyektlərində, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının qərarlarına (sifarişinə) əsasən audit aparmaq məqsədi ilə bağlanılan müqavilələrdə auditor xidmətinin bir gününün minimum dəyəri 1000 min manat məbləğində təsdiq edilsin.

2. Sərbəst auditorlar və Auditor təşkilatlarının rəhbərləri auditor xidmətinin bir gününün dəyərinin bu qərarın 1-ci bəndində göstərilən minimum məbləğini 1998-ci ilin I yarımilliyi ərzində məcburi audit aparılması üçün bağlanılacaq müqavilələrdə tətbiqini təmin etsinlər.

3. Auditin minimum aparılma müddəti (fəaliyyəti olmayan təsərrüfat subyektləri istisna olmaqla) 4 (dörd) iş günündən az olmamaq şərti ilə müəyyən edilsin.

4. Şuranın qərarı bütün sərbəst auditorlara və auditor təşkilatlarına çatdırılsın.

21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur («LegalActs» LLC).

© LegalActs