О порядке избрания новых членов Национального собрания Азербайджанской Республики
Дата релиза: 26.05.1992
Azərbaycan Respublikası Milli
Məclisinin
yeni üzvlərinin seçilməsi qaydası haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Milli Məclisinin işini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisinin tərkibi bu Qanunda nəzərdə tutulan hallarda yeni üzvlərin seçilməsi yolu ilə təzələnir.
2. Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin səlahiyyətinə aşağıdakı əsaslardan biri olduqda xitam verilir:
Azərbaycan Respublikası Milli Məclisinin üzvü;
- Azərbaycan Respublikasının xalq deputatı kimi geri çağırıldıqda, xalq deputatı statusu ilə bir araya sığmayan vəzifəyə seçildikdə (tə’yin olunduqda) və s.;
- Azərbaycan Respublikası Milli Məclisinin tərkibindən çıxmaq xahişi ilə müraciət etdikdə.
3. Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Milli Məclisinin tərkibindən çıxmaq xahişi ilə müraciət etdikdə Azərbaycan Respublikasının Milli Məclisi müzakirə açmadan Azərbaycan Respublikası xalq deputatının Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi səlahiyyətinə xitam verildiyi barədə qərar qəbul edir.
4. Azərbaycan Respublikası Ali Sovetinin sədri və onun müavinləri vəzifəyə seçildikləri vaxtdan Azərbaycan Respublikası Milli Məclisinin tərkibinə daxil olurlar. Onlar vəzifədən getdikdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü kimi səlahiyyətinə xitam verilir. Bu halda onlar Azərbaycan Respublikasının xalq deputatı kimi ümumi əsaslarla yenidən Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilə bilərlər.
5. Azərbaycan Respublikası Milli Məclisinin üzvlüyünə namizədlər barədə təkliflər Azərbaycan Respublikası Ali Sovetinin sədrinə və onun müavinlərinə təqdim olunur. Azərbaycan Respublikası Ali Sovetinin sədri və onun müavinləri məsləhətləşmələr apardıqdan sonra namizədlər barədə müvafiq təkliflər Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verilir.
6. Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər bir deputat namizədlərin müzakirəsində iştirak edə bilər, hər hansı namizədi təklif və tənqid edə bilər, öz namizədliyini geri götürə bilər. Öz namizədliyini geri götürmə səsvermə keçirilmədən qəbul olunur. Namizədlərin sayı boş yerlərin sayından az olmamalıdır.
7. Azərbaycan Respublikasının Milli Məclisi Milli Məclisin üzvlüyünə namizədlərin siyahısını müzakirələrdən sonra təsdiq edir və səsvermə keçirir.
8. Səsvermə açıq və ya iclasın qərarı ilə gizli keçirilə bilər.
Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin ümumi sayının yarıdan çoxunun səsini toplamış namizədlər, belə namizədlərin sayı boş yerlərin sayından çox olduqda isə, o biri namizədlərə nisbətən daha çox səs toplamış namizədlər Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmiş hesab olunurlar. Bir yerə eyni miqdarda səs toplamış namizədlər arasında təkrar səsvermə keçirilir.
9. Bu Qanun qəbul edildiyi andan qüvvəyə minir.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
Bakı şəhəri, 26 may 1992-ci il.
№ 131.
«Həyat» qəzetində dərc edilmişdir (4 iyun 1992-ci il, № 108) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 may 1992-ci il, № 10 (863), maddə 299) («LegalActs» LLC).
© LegalActs LLC