Об утверждении Программы государственной помощи малому и среднему предпринимательству в Азербайджанской Республике (1997-2000 годы)
Дата релиза: 24.06.1997
Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığa
dövlət köməyi proqramının (1997—2000-ci illər)
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycanda iqtisadi islahatları və özəl bölmənin formalaşdırılmasını sürətləndirmək, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsinin səmərəli mexanizminin qurulmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997—2000-ci illər) təsdiq edilsin (Proqram əlavə olunur).
2. Müəyyən edilsin ki, Proqramın baş icraçısı Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsidir və Proqramı həyata keçirən orqanları işinin əlaqələndirilməsi bu Komitəyə həvalə olunur.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın ki, Proqramdakı tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsində hər il lazımi vəsait ayrılmasını nəzərdə tutsun.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 iyun 1997-ci il.
№ 610.
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 1997-ci il, № 130) ( «LegalActs» LLC).
Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 24 iyun tarixli
610 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.
Azərbaycan
Respublikasında
kiçik və orta sahibkarlığa dövlət köməyi
proqramı
(1997—2000-ci illər)
Azərbaycan Respublikasında sahibkarlığın inkişafının dövlət proqramında (1993—1995-ci illər) nəzərdə tutulmuş tədbirlərin yalnız bir qismi həyata keçirilmişdir. Sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edilmişdir. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan «Sahibkarlıq fəaliyyəti haqqında», «Müəssisələr haqqında», «Səhmdar cəmiyyəti haqqında», «Haqsız rəqabət haqqında», «Əmtəə birjası haqqında», «Lizinq xidməti haqqında» qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdur.
Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədləri hazırlanmışdır.
Sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdir.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdır.
Ölkədə etibarlı siyasi sabitliyə nail olunması və dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin bağlanması sahibkarlığın inkişafına əlverişli imkanlar açır.
Eyni zamanda Azərbaycanda sahibkarlıq mühitinin formalaşması ziddiyyətli, əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə iqtisadiyyatının böhrandan çıxarılmasına təsiri zəif, çağdaş sahibkarlıq norma və qaydalarının yayılması sistemsiz xarakter daşıyır. İldə cəmi 7—8 minə yaxın yeni struktur dövlət qeydiyyatına alınır. Formalaşan sahibkarlıq strukturları on illər boyu yaradılmış intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmir.
Sahibkarlığa kömək sahəsində güclü dövlət siyasəti gerçəkləşdirilməmiş, dövlət strukturları ilə sahibkarlar arasında etibarlı işbirliyi mexanizmi yaradılmamış, sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə həyata keçirilən dövlət tənzimləmə və təşviq tədbirləri ardıcıl və sistemli olmamışdır.
Proqramın zəruriliyi
Kiçik və orta sahibkarlığın (bundan sonra — sahibkarlıq) sürətlə formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biridir. Kiçik sahibkarlığa güclü kömək mexanizminin yaradılması təxirəsalınmaz məsələdir və bu Azərbaycan dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən birinə çevrilməlidir.
Proqramın qanunvericilik bazası
Proqram Azərbaycan Respublikasının Konstitusiyasına və «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
Proqramın məqsədi
Proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarətdir.
Proqramın üstün istiqamətləri
Proqramın üstün istiqamətləri aşağıdakılar hesab olunur:
- ölkənin insan amilinin, təbii ehtiyatlarının və texniki potensialının daxili bazarın formalaşmasında iştirakının gücləndirilməsi;
- sahibkarlığın iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq amilinə çevrilməsi;
- yaradıcılıq qabiliyyəti olan işsizlərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi imkanlarını genişləndirməklə ölkədə əhalinin işlə təmin olunması prosesinin gücləndirilməsi;
- gənclərin sahibkarlıq fəaliyyətinə ardıcıl cəlb olunması imkanlarının genişləndirilməsi;
- sahibkarlığın etibarlı müdafiə sisteminin yaradılması.
Proqramın vəzifələri
Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün Proqramda nəzərdə tutulan vəzifələr aşağıdakılardır:
- hüquqi bazanın möhkəmləndirilməsi;
- təşkilati şərtlərin təkmilləşdirilməsi;
- bazar infrastrukturunun təkmilləşdirilməsi;
- səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması;
- işlək müdafiə sisteminin formalaşdırılması.
Proqramın əsas tədbirləri
- hüquqi-normativ, elmi-metodiki bazanın gücləndirilməsi;
- informasiya sisteminin möhkəmləndirilməsi;
- kadr təminatı mexanizminin təkmilləşdirilməsi;
- təşviq sisteminin formalaşdırılması;
- sahibkarlığın bazar infrastrukturunun genişləndirilməsi.
Proqramın maliyyələşdirilməsi mənbələri
- Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri;
- Dövlət büdcəsindən ayırmalar;
- şəhər və rayonların büdcələrindən ayırmalar;
- beynəlxalq və regional texniki iqtisadi köməklər;
- xarici kreditlər;
- əhalidən könüllü daxil olan vəsaitlər;
- xarici investisiyalar.
Proqramı həyata keçirən orqanlar
1. Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi
2. İqtisadiyyat Nazirliyi
3. Dövlət Əmlak Komitəsi
4. Maliyyə Nazirliyi
5. Milli Bank
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
7. Dövlət Elm və Texnika Komitəsi
8. Ədliyyə Nazirliyi
9. Təhsil Nazirliyi
10. Sahibkarlığa Kömək Milli Fondu
11. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi
12. Ticarət-Sənaye Palatası və sahibkarların ictimai strukturları
Gözlənilən nəticələr
- Kiçik müəssisələrin sayının 70—80 minə çatdırılması;
- iqtisadiyyatın öncül sahələrində sahibkarlığın gücləndirilməsi;
- daxili bazarda ölkə müəssisələrinin iştirakının genişləndirilməsi;
- yeni iş yerlərinin yaradılması;
- Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi.
Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığa dövlət köməyi
proqramının
(1997—2000-ci illər) həyata keçirilməsi üzrə
əsas tədbirlər
№ |
Tədbirlər |
Yerinə yetirilmə müddəti |
İcraçılar |
Tədbirin məqsədi |
1. Sahibkarlığın normativ-hüquqi bazasının təkmilləşdirilməsi | ||||
1.1. |
Mülki məcəllə, «Əmtəə nişanları haqqında», «Qarşılıqlı yardım fondu haqqında», «Reklam haqqında» Qanun layihələrinin hazırlanması |
1997—1998 |
Ədliyyə Nazirliyi, Dövlət Elm və Texnika Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank Ticarət-Sənaye Palatasının və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Azərbaycan Respublikasında sahibkarlığın tənzimlənməsinin hüquqi bazasının formalaşdırılması prosesinin başa çatdırılması |
1.2. |
Sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair qüvvədə olan normativ-hüquqi aktların təhlili və bu sahədə Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanması |
1997 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, Ədliyyə Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, Dövlət Torpaq Komitəsi Ticarət-Sənaye Palatasının və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Azərbaycan Respublikasında sahibkarlığın tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsi |
1.3. |
Sahibkarların peşə ittifaqlarının formalaşmasını sürətləndirmək məqsədi ilə normativ-hüquqi aktın layihəsinin hazırlanması |
1997—1998 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın sosial bazasının genişləndirilməsi |
1.4. |
Yerli icra hakimiyyəti orqanlarının sahibkarlığın inkişafına kömək mexanizminin formalaşdırılmasına dair normativ-hüquqi sənədin hazırlanması |
1997 |
İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, yerli icra hakimiyyəti orqanları |
Sahibkarlığın inkişafına dövlət köməyi mexanizmi sistemində yerli icra hakimiyyəti orqanlarının iştirakının gücləndirilməsi |
2. Sahibkarlığın təşkilati bazasının formalaşdırılması | ||||
2.1. |
Naxçıvan MR Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin formalaşdırılması |
1997—1998 |
Naxçıvan MR Nazirlər Kabineti, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Maliyyə Nazirliyi |
Naxçıvanda sahibkarlığın və rəqabətin inkişafının təşkilati bazasının möhkəmləndirilməsi |
2.2. |
Azərbaycanın şəhər və rayonlarında sahibkarlığın inkişafı mərkəzlərinin yaradılmasının başa çatdırılması |
1997—1998 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Maliyyə Nazirliyi, şəhər və rayon İcra Hakimiyyəti orqanları, Sahibkarlığa Kömək Milli Fondu Ticarət-Sənaye Palatasının və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Ölkədə sahibkarlığa məsləhət, informasiya xidməti və kadr hazırlığının təşkili sahəsində kompleks funksiyaları həyata keçirən infrastrukturların yaradılması |
2.3. |
Bakı şəhərində nümunəvi kiçik sənaye müəssisələri şəhərciyinin yaradılması |
1997—1998 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Türk İşbirliyi və İnkişafı Agentliyi |
Müasir sahibkarlıq formalarının təşəkkülü |
2.4. |
Sahibkarlığın inkişafı üçün «Texnoloji biznes» inkubatorunun yaradılması |
1997—1998 |
Dövlət Elm və Texnika Komitəsi, Təhsil Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Texniki Universiteti, Sahibkarlığa Kömək Milli Fondu |
Elmi-texniki tərəqqinin sürətləndirilməsi, əlavə iş yerlərinin yaradılması |
2.5. |
İxtisaslaşdırılmış lizinq şirkətinin təşkili. Regionlar üzrə dayaq lizinq mərkəzlərinin yaradılması |
1997—1998 |
«Azərkontrakt» SC, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi Ticarət-Sənaye Palatasının və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Lizinq şirkətinin yaradılması və onun fəaliyyətinə köməklik edilməsi |
2.6. |
Sahibkarlığın regional tədris-metodiki mərkəzlərinin yaradılması |
1997—2000 |
Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
Sahibkarlığın kadr və elmi-metodik bazasının möhkəmləndirilməsi |
2.7. |
Sahibkarlığın ictimai strukturlarının formalaşmasına təşkilati-metodik köməklik göstərilməsi |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, yerli icra hakimiyyəti orqanları, Sahibkarlığa Kömək Milli Fondu |
Sahibkarlığın təşkilati bazasının möhkəmləndirilməsi |
2.8. |
İntellektual sahibkarlıq sahəsində qarışıq (dövlət-özəl) strukturların yaradılması |
1997—2000 |
Dövlət Elm və Texnika Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu |
İntellektual sahibkarlığın təşkilati bazasının möhkəmləndirilməsi |
2.9. |
Sahibkarların qarşılıqlı yardım fondlarının formalaşdırılması |
1997—2000 |
Sahibkarlığa Kömək Milli Fondu, yerli icra hakimiyyəti orqanları, sahibkarlığın inkişafı mərkəzləri |
Sahibkarlığın investisiya imkanlarının genişləndirilməsi |
3. Sahibkarlığın həvəsləndirmə sisteminin formalaşdırılması | ||||
3.1. |
Qarşılıqlı yardım fondlarının və kredit kooperativlərinin formalaşdırılmasına kömək göstərilməsi |
1997—2000 |
Milli Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi |
Sahibkarlığın inkişafına onların öz vəsaitlərinin cəlb edilməsi |
3.2. |
Sahibkarlıq subyektlərinə maliyyə kredit təşkilatları tərəfindən verilən kreditlərə təminat verilməsi mexanizminin formalaşdırılması |
1997—2000 |
Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Bank, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu |
Sahibkarlığın kommersiya strukturlarının və xarici investorların vəsaitlərini cəlb etmək mexanizminin yaradılması |
3.3. |
Dövlət investisiya proqramlarının həyata keçirilməsində sahibkarlıq subyektlərinin iştirakının təmin edilməsi |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu |
Sahibkarlığın inkişafı üçün maliyyə resurslarının cəlb edilməsi |
3.4. |
Lizinq xidmətini inkişaf etdirmək üçün ölkə və xarici investorların vəsaitlərini cəlb etmək qaydalarının hazırlanması |
1997 |
Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Milli Bank, Sahibkarlığa Kömək Milli Fondu |
Lizinq əməliyyatlarını kreditləşdirmək üçün maliyyə resursları cəlb edilməsi |
3.5. |
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşdırılmasında qeyri-büdcə mənbələrindən istifadə mexanizminin hazırlanması |
1997 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, Əmlak Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu |
Sahibkarlığa Kömək Milli Fondunun maliyyə imkanlarının genişləndirilməsi |
3.6. |
Vergi sisteminin təhlili və onun sahibkarlığın inkişafını həvəsləndirmək məqsədi ilə səmərəliliyini artırmaq üçün təkliflər paketinin hazırlanması |
1997—2000 |
Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi |
Sahibkarlıqda vergitutma mexanizminin təkmilləşdirilməsi |
3.7. |
İnnovasiya yönümlü fəaliyyətlər üçün sürətləndirilmiş amortizasiya norması tətbiqi mexanizminin təkmilləşdirilməsi |
1997—2000 |
Maliyyə Nazirliyi, Baş Dövlət Vergi Müfəttişliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi |
İnnovasiya sahibkarlığının həvəsləndirilməsi |
3.8. |
Sahibkarlıq subyektlərinin təsərrüfat risqlərinin sığortalanması mexanizminin formalaşdırılması |
1997—2000 |
Dövlət Sığorta Nəzarəti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu |
Səmərəli fəaliyyət göstərən sığorta sisteminin yaradılması |
4. Sahibkarlığın informasiya təminatı | ||||
4.1. |
Sahibkarlığın vahid analitik informasiya sisteminin yaradılması |
1997—2000 |
Rabitə Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Ticarət-Sənaye Palatası sahibkarlığın inkişafı mərkəzləri və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın informasiya təminatının yaxşılaşdırılması |
4.2. |
Sahibkarlığın inkişafı mərkəzlərində informasiya xidmətinin təşkili və onun vahid işgüzar informasiya sisteminə qoşulması |
1997—1998 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Rabitə Nazirliyi, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, sahibkarlığın inkişafı mərkəzləri, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Bölgələrdə sahibkarların informasiya təminatının formalaşdırılması |
4.3. |
İşgüzar informasiya bazarının monitorinqinin aparılması |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Dövlət Statistika Komitəsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Ticarət-Sənaye Palatası və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın informasiya təminatı sisteminin təkmilləşdirilməsi |
4.4. |
Potensial xarici investorlar haqqında məlumatlar bankının yaradılması |
1997—2000 |
Xarici İqtisadi Əlaqələr Nazirliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Ticarət-Sənaye Palatasının iştirakı ilə |
Sahibkarların iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi |
4.5. |
Sahibkarlığın inkişafının monitorinqinin həyata keçirilməsi |
1997—2000 |
Dövlət Statistika Komitəsi, Baş Dövlət Vergi Müfəttişliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarlığın inkişafı mərkəzləri |
Kiçik sahibkarlığın inkişafına dair informasiyanın toplanması |
4.6. |
Sahibkarlıq subyektləri üçün sadələşdirilmiş uçot-hesabat formasının işlənib hazırlanması və tətbiqi |
1997—1998 |
Dövlət Statistika Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Maliyyə Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu |
İnformasiya toplanmasının sadələşdirilməsi |
4.7. |
Sahibkarlar kitabxanası seriyasının sahibkarlar üçün kataloqların, informasiya bülletenlərinin və məcmuələrin hazırlanması və nəşri |
1997—2000 |
Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Elm və Texnika Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu, Ticarət-Sənaye Palatasının və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın informasiya bazasının genişləndirilməsi |
4.8. |
İşgüzar informasiya təyinatlı radio və televiziya proqramlarının və dövri mətbuat rubrikalarının təşkili |
1997—2000 |
Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Teleradio Şirkəti, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Ticarət-Sənaye Palatası və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarların işgüzar informasiya ilə təminatının yaxşılaşdırılması |
5. Sahibkarlığın kadr təminatı | ||||
5.1. |
Sahibkarlıq üzrə tədris mərkəzlərinin yaradılması və fəaliyyət prinsiplərinin müəyyənləşdirilməsi |
1997—1998 |
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, yerli icra hakimiyyəti orqanları |
Sahibkarlığın təhsil bazasının yaradılması |
5.2. |
Sahibkarlıq üzrə təhsil müəssisələrinə metodiki, informasiya və məsləhət köməyi mexanizminin yaradılması |
1997—2000 |
Təhsil Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi |
Sahibkarlıq üzrə təhsilin səmərəli qurulmasına şərait yaradılması |
5.3. |
Sahibkarlıq üzrə məqsədli tədris proqramları mexanizminin yaradılması |
1997—2000 |
Təhsil Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Mətbuat və İnformasiya Nazirliyi |
Sahibkarlığın sosial bazasının genişləndirilməsi |
5.4. |
Peşə təhsili sisteminin sahibkarlığın inkişafı tələblərinə uyğunlaşdırılmış |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Sahibkarlığın sosial və kadr bazasının genişləndirilməsi |
6. Sahibkarlığın elmi və elmi-metodiki təminatı | ||||
6.1. |
Sahibkarlıq mühitinin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş metodika ilə öyrənilməsi və onun nəticələrinin vaxtaşırı mətbuatda işıqlandırılması |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sahibkarların ictimai strukturlarının iştirakı ilə |
Sahibkarlığın sürətli inkişafının təmin edilməsi |
6.2. |
Sahibkarlığın inkişafı problemləri üzrə konfrans və seminarların keçirilməsi |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Elmlər Akademiyası, Təhsil Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın inkişafının elmi bazasının formalaşdırılması |
6.3. |
Biznes-planların və investisiya layihələrinin hazırlanması və ekspertizası üzrə metodiki bazanın yaradılması |
1997—2000 |
Sahibkarlığa Kömək Milli Fondu, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın metodik bazasının formalaşdırılması |
6.4. |
Sahibkarlıq strukturlarında uçot və hesabatların təşkili, bazarın öyrənilməsi barəsində tövsiyələrin hazırlanması |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın metodik bazasının formalaşdırılması |
6.5. |
Sahibkarların fəaliyyətinin əsas istiqamətlərini tənzimləyən normativ-hüquqi aktlara şərhlərin verilməsi |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın metodik bazasının formalaşdırılması |
6.6. |
Milli sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən ədəbiyyatın Azərbaycan dilinə tərcüməsinə köməklik göstərilməsi |
1997—2000 |
Sahibkarlığa Kömək Milli Fondu, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Sahibkarlığın elmi bazasının möhkəmləndirilməsi |
7. Əmtəə istehsalçılarına dövlət himayədarlığının təmin olunması | ||||
7.1. |
Daxili bazarın vəziyyəti və əmtəə istehsalçılarının müdafiəsi tədbirləri haqqında hesabatların hazırlanması |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Gömrük Komitəsi |
Daxili istehsalın inkişaf etdirilməsi |
7.2. |
Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinə dair vaxtaşırı təkliflər sisteminin hazırlanması |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi |
İqtisadiyyatın daxili ehtiyacları təmin etmə potensialının gücləndirilməsi |
7.3. |
İflasa uğrayan iri dövlət müəssisələrinin bazasında özəl kiçik müəssisələrin inkişaf etdirilməsi barəsində təkliflərin hazırlanması |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, sahə nazirlikləri |
Sahibkarlıq strukturlarının istehsal potensialının genişləndirilməsi |
7.4. |
Sumqayıt xüsusi iqtisadi zonasında milli sahibkarlıq strukturlarının fəaliyyətinin gücləndirilməsi üçün məqsədli texniki kömək tədbirlərinin müəyyənləşdirilməsi |
1997—2000 |
İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Elm və Texnika Komitəsi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi |
Sahibkarlığın təşkili formasının təkmilləşdirilməsi |
7.5. |
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarlarının qanuni mənafelərinin qorunmasına zəruri təminatlar yaradılması |
1997—2000 |
Xarici İşlər Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Xarici İnvestisiyalar Mərkəzi, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Milli sahibkarların fəaliyyət dairəsinin genişləndirilməsi |
8. Sahibkarlıq ideyalarının təbliği | ||||
8.1. |
Əhalinin müxtəlif sosial qruplarına (ilk növbədə, ixtisaslı fəhlələrə, mühəndis-texniki işçilərə) sahibkarlıq ideyalarının kütləvi informasiya vasitələri ilə təbliğ etmək üçün xüsusi proqramların hazırlanması |
1997—2000 |
Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Təhsil Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Əhalinin sahibkarlıq fəaliyyətinə daha fəal cəlb edilməsi |
8.2. |
Kütləvi informasiya vasitələri ilə sahibkarlıq ideyalarının aşağıdakı istiqamətlər üzrə təbliğinin təşkili: Azərbaycanda sahibkarlığın tarixi (ölkədə sahibkarlıq ənənələri, sənaye və işgüzar dairələr, onların görkəmli nümayəndələrinin bioqrafiyası);Ölkədə müasir sahibkarlığın formalaşması təcrübəsi (özəl firmaların yaradılması və inkişafı, uğurları, iş təcrübəsi və onların bu günkü problemləri); İnkişaf etmiş ölkələrdə sahibkarlıq fəaliyyəti (kiçik biznesə dövlət və ictimai kömək təcrübəsi, ayrı-ayrı firmaların iş praktikası). |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, Təhsil Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Əhali arasında sahibkarlıq ideyalarının təbliğ edilməsi |
8.3. |
Normativ-hüquqi aktların həyata keçirilməsinə dair sahibkarlar və işgüzar dairələrin fikirlərini öyrənmək məqsədi ilə əks əlaqələr mexanizminin yaradılması |
1997—2000 |
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi, Mətbuat və İnformasiya Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Ticarət-Sənaye Palatası və sahibkarların ictimai birliklərinin iştirakı ilə |
Normativ-hüquqi aktların təkmilləşdirilməsinə dair sahibkarların fikirlərinin öyrənilməsi |
© LegalActs LLC