Об установлении штатной численности работников Республиканского Олимпийского спортивного лицея


Дата релиза: 19.10.2009

Respublika Olimpiya İdman Litseyi işçilərinin ştat sayının müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Respublika Olimpiya İdman Litseyi işçilərinin ştat sayının müəyyən edilməsi haqqında

Qərar № 1

Bakı şəhəri, 7 yanvar 2004-cü il

Respublika Olimpiya İdman Litseyinin məktəbyaşlı və idman potensiallı yeniyetmələrdən orta təhsilli və yüksək dərəcəli idmançıların hazırlanması sahəsində fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Respublika Olimpiya İdman Litseyi işçilərinin ştat sayı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Respublika Olimpiya İdman Litseyinin işçilərinin əmək haqlarının maliyyələşdirilməsini qüvvədə olan Vahid Tarif Cədvəlinə uyğun olaraq təmin etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 49) («LegalActs» LLC).

6 fevral 2007-ci il tarixli, 25 nömrəli; 19 oktyabr 2009-cu il tarixli, 168 nömrəli Qərarlara əsasən dəyişikliklərlə ( «LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 7 yanvar tarixli
1 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Respublika Olimpiya İdman Litseyi işçilərinin ştat sayı

I. Rəhbər işçilər

Vəzifələrin adları

Ştat sayı

Direktor

1

İdman işləri üzrə direktor müavini

1

Tədris işləri üzrə direktor müavini

1

Tərbiyə işləri üzrə direktor müavini

1

Təsərrüfat işləri üzrə direktor müavini

1

Litseyin Qax şöbəsinin müdiri

1

İdman-sağlamlıq düşərgəsinin rəisi

1

İdman qurğularının rəisi

1

Kitabxana müdiri

1

Təsərrüfat müdiri

1

Baş mühasib

1

Baş aşpaz

1

II. İnzibati-təsərrüfat, tədris-yardımçı, tibbi və xidmətedici heyət işçiləri

Peşə və vəzifələrin adları

Ştat sayı

1

2

Tibb sahəsi üzrə

Həkim terapevt

2

Həkim-travmatoloq

1

Həkim-stomatoloq

1

Tibb bacısı

4

Təsərrüfat sahəsi üzrə

Psixoloq

1

Bədən tərbiyəsi və idman üzrə təlimatçı-metodist

1

İbtidai hərbi hazırlıq rəhbəri

1

Kadrlar üzrə mütəxəssis

1

Komendant

1

Uşaq birliyi təşkilatının rəhbəri

1

Mühasib

2

Katibə-makinaçı

1

Laborant

2

Aşpaz

3

Mətbəx fəhləsi

7

Anbardar

1

Kassir

1

Dəyişək xidmətçisi

4

Dərzi

1

Xüsusi geyimin təmiri və yuyulması maşinisti

3

Səthi idman qurğularının təmirçisi

7

Dülgər

1

Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə

5

Dayə

6

Qazanxana maşinisti

4

Avtomobil sürücüsü

4

Gözətçi

4

İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran

26

Bərbər

1

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

1

Təmirçi çilingər

2

Hamam xidmətçisi

1

Dalandar

2

Bağban

1

Tədris, təlim-məşq bazası üzrə

Mühasib

1

Tibb bacısı

1

İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran

1

Gözətçi

2

İdman-sağlamlıq düşərgəsi üzrə

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

1

İstehsalat sahəsini və xidmət otaqlarını yığışdıran

1

Gözətçi

3

Cəmi

126

III. Təlim-tərbiyə və təlim-məşq sahələri üzrə pedaqoji işçilər

1. Təlim-tərbiyə və təlim-məşq sahələri üzrə fənn müəllimlərinin və idman üzrə məşqçi müəllimlərin ştat sayı təsdiq edilmiş tədris planına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş dərs yükü normaları əsasında müəyyən edilir.

2. Ümumi fiziki hazırlıq üzrə məşqçi-müəllim ştat vahidlərinin sayı hər bir mövcud idman bölməsinə 1 ştat vahidi ayrılmaqla müəyyənləşdirilir.

3. Hər bir mövcud gimnastika bölməsinə, 1 ştat vahidi xoreoqraf, 1 ştat vahidi akrobatika üzrə məşqçi-müəllim, zəruri hallarda isə 1 ştat vahidi akkompaniator vəzifələri müəyyən edilir.

4. Tərbiyə sahəsi üzrə tərbiyəçilərin ştat sayı (əvəzetmə üzrə iş günləri, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, eləcə də məzuniyyət dövrü daxil olmaqla) V-VIII siniflərdə hər qrupa (qrupda 30 nəfər şagird olmaqla) 2 ştat vahidi, IX-XI siniflərdə isə hər qrupa (qrupda 25 nəfər şagird olmaqla) 1 ştat vahidi müəyyənləşdirilir.

© LegalActs LLC