О внесении изменений в Закон Азербайджанской Республики «О наркологической службе и контроле»
Дата релиза: 05.12.2003
«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 9, maddə 577; 2002-ci il, № 5, maddə 240) aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Maddə 8. Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi
8.1. Narkoloji xidmətin və nəzarətin maliyyələşdirilməsi bu qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş vahid dövlət proqramına uyğun olaraq dövlət büdcəsinin vəsaiti, habelə fiziki və hüquqi şəxslərin ianələri hesabına həyata keçirilir.
8.2. Bu qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş vahid dövlət proqramına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına narkoloji yardımın pulsuz göstərilməsi, narkoloji tibb müəssisələrində daxili ehtiyacların ödənilməsi və xəbərdaredici tədbirlər həyata keçirilir».
2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
«15.1. Narkoloji yardımın pulsuz həyata keçirilməsi bu qanunun 8.2-ci maddəsinə uyğun olaraq təmin edilir.»
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 5 dekabr 2003-cü il
№ 539-IIQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 697) («LegalActs» LLC).
© LegalActs LLC