Об увековечении памяти Т. А. Кулиева
«Azərbaycan» qəzetində dərc edilmişdir (8 noyabr 2003-cü il, № 259) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2003-cü il, № 11, maddə 642)
Дата релиза: 07.11.2003T. Ə. Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, xalq artisti Tofiq Ələkbər oğlu Quliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhər İcra Hakimiyyətinə tapşırılsın ki,
- Bakı şəhərinin küçələrindən birinə Tofiq Quliyevin adını versin;
- Tofiq Quliyevin Bakı şəhərində yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 23) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakıdakı musiqi məktəblərindən birinə Tofiq Quliyevin adını versin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 7 noyabr 2003-cü il
№ 8
«Azərbaycan» qəzetində dərc edilmişdir (8 noyabr 2003-cü il, № 259) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2003-cü il, № 11, maddə 642) («LegalActs» LLC).
© LegalActs LLC