Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 149
Bakı şəhəri, 16 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 64 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 743) ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
"1.13. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.".
2. 1.14-cü bənddə "qanunvericiliklə müəyyənləşdirilmiş qaydada" sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 June 2014, 14:0628 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...