“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1280-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası

Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12, maddə 2294) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1.8-ci yarımbənd ləğv edilsin;

3.2. 5.1-ci bənddə “12.3-cü maddəsində” sözləri “2.0.2-ci və 12.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

3.3. 5.2-ci bənddən “11.1-ci, 11.4-cü,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2018-ci il.

19 November 2018, 08:11

http://www.azertag.az

1—10 of 75

16 December 2022, 08:12

The Order of the President of the Republic of Azerbaijan On awarding "Sharaf" Order to N.A. Pashayeva   more...

12 April 2021, 21:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Erkan Ozoral   more...

11 September 2020, 21:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to A.A. Likhanov   more...

1 September 2020, 09:09

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to V.Y.Alakbarov   more...

20 August 2020, 21:08

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Margherita Costa   more...

1 April 2020, 23:04

The Order of the President of the Republic of Azerbaijan On awarding "Dostlug" Order to Shamil Ayrim   more...

25 February 2020, 08:02

The Order of the President of the Republic of Azerbaijan On awarding "Shohrat" Order to I.A.Ponomaryov   more...

4 February 2020, 07:02

The Order of the President of the Republic of Azerbaijan On awarding “Heydar Aliyev” Order to P.Bulbuloghlu   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan on appointing A.H.Asadov as Prime Minister of the Republic of Azerbaijan   more...

24 October 2019, 08:10

The Order of the President of the Republic of Azerbaijan On awarding "Heydar Aliyev" Order to R.A.Mehdiyev   more...