Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 132-ci maddənin birinci hissəsinin səkkizinci abzasında, 161-ci maddənin birinci hissəsinin dördüncü abzasında “papirosçəkmə” sözü “tütün çəkmə” sözləri ilə əvəz edilsin.
2. 172-ci maddənin birinci hissəsində, 182-ci maddənin ikinci hissəsinin ikinci abzasında, 187-ci maddənin ikinci hissəsinin dördüncü abzasında, 188-ci maddənin birinci hissəsində, 255-ci maddənin ikinci hissəsində, 288-ci maddənin dördüncü hissəsinin beşinci abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.
3. 230-cu maddənin dördüncü cümləsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.
4. Həmin nizamnamənin “Hauptvaxt haqqında” 4 saylı əlavəsinin 27-ci maddəsinin üçüncü abzasında, 33-cü maddəsinin birinci hissəsində “papiros” sözü “tütün” sözü ilə, 31-ci maddəsinin üçüncü hissəsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.
5. Həmin nizamnamənin “Qarovul otağının avadanlığı” 11 saylı əlavəsinin 1-ci maddəsinin ikinci hissəsində “papirosçəkmə” sözü “tütün çəkmə” sözləri ilə, 7-ci maddəsində “Papirosçəkmə” sözü “Tütün çəkmə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2018-ci il.
1 November 2018, 08:116 May 2015, 10:05
His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland more...
6 May 2015, 10:05
H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal more...
6 May 2015, 10:05
His Majesty Willem-Alexander, the King of the Netherlands more...
6 May 2015, 10:05
H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic more...
6 May 2015, 10:05
HE Mr Reuven Rivlin, President of the State of Israel more...
6 May 2015, 10:05
To Orthodox Christian Community of Azerbaijan more...
6 May 2015, 10:05
H.E. Mr. Vladimir Putin, President of the Russian Federation more...
6 May 2015, 10:05
His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich, more...
6 May 2015, 09:05
His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh more...
6 May 2015, 09:05
His Majesty Felipe VI, the King of Spain more...