"Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəliqərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 137

Bakı şəhəri, 8 may 2014-cü il

"Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəliqərarında dəyişiklik edilməsi barədə

 Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 17-ci hissəsinə uyğun olaraq, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Kollegiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 yanvar tarixli 16 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 94; 2003, № 7, maddə 387; 2008, № 2, maddə 111; 2009, № 6, maddə 497) 1-ci hissəsi ilə təsdiq edilmiş Kollegiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 "Kollegiyanın sədri

 

Aslanov Aslan Əhməd oğlu  - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) Baş direktoru

 Kollegiyanın üzvləri:

 

İsmayılov Dağbəyi Mirzəxan oğlu  - Azərbaycan Dövlət Teleqraf Agentliyi Baş direktorunun müavini

Abdullayeva Sevinc Nazim qızı  - Azərbaycan Dövlət Teleqraf Agentliyi Baş direktorunun müavini

Nuriyeva Tamilla Qulam qızı  - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Rus dilində informasiya baş redaksiyasının baş redaktoru

Quluzadə Yaşar Mahmud oğlu  - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru

Əmrullayev Vüqar Müsavəddin oğlu  - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Fotoinformasiya baş redaksiyasının (fotoxronikanın) baş redaktoru

Ağayev Cəvani Təvəkkül oğlu  - Azərbaycan Dövlət Teleqraf Agentliyinin Texniki İdarəsinin rəisi - baş mühəndis".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

4 June 2014, 13:06

http://cabmin.gov.az/

41—50 of 75

6 May 2015, 10:05

His Excellency Mr. Bronislaw Komorowski, President of the Republic of Poland   more...

6 May 2015, 10:05

H.E. Mr. Ram Baran Yadav, President of the Federal Democratic Republic of Nepal   more...

6 May 2015, 10:05

His Majesty Willem-Alexander, the King of the Netherlands   more...

6 May 2015, 10:05

H.E. Mr. Jacob Gedleyihlekisa Zuma, President of the South African Republic   more...

6 May 2015, 10:05

HE Mr Reuven Rivlin, President of the State of Israel   more...

6 May 2015, 10:05

To Orthodox Christian Community of Azerbaijan   more...

6 May 2015, 10:05

H.E. Mr. Vladimir Putin, President of the Russian Federation   more...

6 May 2015, 10:05

His Excellency Mr. Islam Karimov, President of the Republic of Uzbekistan Dear Islam Abduganievich,   more...

6 May 2015, 09:05

His Excellency Mr. Md. Abdul Hamid, President of the People's Republic of Bangladesh   more...

6 May 2015, 09:05

His Majesty Felipe VI, the King of Spain   more...